DersliK 9-az new indd



Yüklə 30,77 Mb.
Pdf görüntüsü
səhifə15/33
tarix01.07.2018
ölçüsü30,77 Mb.
#52553
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   33

AZƏRBAYCAN TƏSVİRİ SƏNƏTİNDƏ MÜASİRLİYİN ƏKSİ
59
MİKAYIL USEYNOV: MEMARLIQDA KONSTRUKTİVİZM PRİNSİPLƏRİ
Memarın 1929–1934-cü illərdəki fəaliyyətinin qısa dövrü konstruk-
tivizmi əhatə edir. 
Mikayıl Useynovun layihələşdirdiyi tikililər milli memarlıq üslubu ilə seçi-
lib. O, sonradan Şərq və Qərb memarlıq məktəbinin sintezindən yararlanaraq 
əzəmətli yaşayış və ictimai binaların layihələrini hazırlayıb. Onlardan bu gün 
Bakının yaraşığı olan Bakı Musiqi Akademiyasının, M.F.Axundov adına Milli 
Kitabxananın, Milli Elmlər Akademiyasının binalarını göstərmək olar.
M.Useynov hələ Azərbaycan Politexnik İnstitutunun (hal-hazırda Azərbay-
can Texniki Universiteti) tələbəsi ikən onun konstruktivizm ruhunda yaratdığı 
layihələrin bir qismi reallaşmışdır. Bu layihələrdə həndəsi lakonizm, üfüqi və 
şaqulu xətlərin kəsişməsi, həcm formalarının və səthlərin, bütöv kütlənin və 
şüşəli səthlərin ziddiyyəti vurğulanırdı. İşlək dam örtükləri, yüngül talvarlar, 
qalereyalar, artırmalar, günlüklər – isti iqlim üçün daxili həyət kimi vacib ele-
mentlər bütün tikililərin dəyişməz atributu idi. Mikayıl Useynov hələ tələbə 
skamyası arxasında əyləşərkən Avropa klassikası onun təxəyyülünü “zəbt et-
mişdi”, o həm də memarlıqda rus klassisizminin irsini ətrafl ı öyrənirdi. 
M.Useynovun yenilikçi ənənələr ruhunda əsərlər yaratmaqla yanaşı, onun 
yaradıcılıq axtarışları sırf ənənəvi, Azərbaycan milli üslublarına da toxunur-
du. Belə ki, 1924-cü ildə Mikayıl Useynovun Şirvanşahlar sarayı kompleksi-
nin tikinti ölçülərini verməsi mütəxəssislərin arasında sensasiya doğurmuş-
du. Ənənəvi üslubda nümunəvi layihələrdən biri XII əsr Azərbaycan şairi və 
mütəfəkkiri Nizami Gəncəvinin məzarı üzərində abidə müsabiqəsində qalib 
gələn layihəsidir (1926-cı il). Onun layihələri əsasında Bakıda, Gəncədə, Nax-
çıvanda, respubli ka nın digər şəhər və ra yon larında binalar ti kilib.
Bakı şəhərində M.Useynovun layihələri əsasında inşa edilən bu bina-
ların adlarını söyləyin və onların ümumi cəhətləri haqqında danışın.
Düşünün və izah edin
LAYİHƏ


AZƏRBAYCAN TƏSVİRİ SƏNƏTİNDƏ MÜASİRLİYİN ƏKSİ
60
MİKAYIL USEYNOV: MEMARLIQDA KONSTRUKTİVİZM PRİNSİPLƏRİ
Bakı şəhərində M.Useynovun memarı olduğu və heykəltəraş Fuad Əb-
dürrəhmanovla  birlikdə  layihələndirdiyi  bu  abidələr  kimlərin  xatirə-
sinə ucaldılıb?
Nəyə əsasən heykəllərin yaradılmasında memarlar iştirak edir? Fikri-
nizi əsaslandırın.
Düşünün və izah edin
Yaşadığı illər
Doğulduğu yer
Təhsili
Ad və mükafatları
Üslub və texnika
Məşhur əsərləri
06(19).04.1905–07.10.1992
Bakı, Azərbaycan
Azərbaycan Politexnik İnstitutu (indiki Azərbaycan 
Texniki Universiteti) (1929)
Stalin mükafatı (1939), professor (1939), Azərbaycan 
Elmlər  Akademiyasının  akademiki  (1945),  Sosialist 
Əməyi Qəhrəmanı (1985), Lenin ordeni, SSRİ Nazirlər 
Sovetinin mükafatı, Azərbaycan SSR Dövlət mükafatı, 
İngiltərə və İrlandiya Kral Asiya Cəmiyyətinin üzvü, 
Memarlıq  və  İncəsənət  İnstitutunun  direktoru,  SSRİ 
xalq memarı (1970), Azərbaycan Memarlar İttifaqının 
Sədri (1947–1992)
memarlıq; konstruktivizm 
Bayıl  qəsəbəsində  fabrik-mətbəx  (1930,  hazırda 
N.K.Krup s  ka ya  adına  doğum  evi), Tibb  institutu  tələ-
bələri  üçün  yataqxana  (1934), Azərbaycanın  Moskvada 
Ümumittifaq  Kənd  Təsərrüfatı  Sərgisində  Azərbaycan 
pavilyonu (1939), Neftçilər prospektindəki yaşayış bina-
sı, Azərbaycan Texniki Universiteti (memar S.Dadaşovla 
birlikdə), 23 nömrəli tam orta məktəb (memar S.Dadaşov-
la birlikdə), Bakı Metropoliteninin Nərimanov stansiyası 
və s.; Bakı şəhərində Səməd Vurğunun heykəli (heykəltə-
raş F.Əbdürrəhmanovla birlikdə), Nizaminin heykəli (hey-
kəltəraş F.Əbdürrəhmanov və memar S.Dadaşovla birlik-
) və s.
Mikayıl Ələsgər oğlu Useynov 
Həyat xronologiyası
GÖRKƏMLİ RƏSSAMLAR
Müdrik f
ikirləri
Milli memarlıq – ilk növbədə milli forma, ənənə deməkdir.
M.Useynovun yaradıcılığının ilk mərhələsi sovet memarlığında kons-
truktivizm dövrü ilə üst-üstə düşürdü. Bakı 1920–1930-cu illərdə Cənu-
bi Qafqazın ən mühüm sənaye və intellektual mərkəzi idi. O zaman hələ 
LAYİHƏ


AZƏRBAYCAN TƏSVİRİ SƏNƏTİNDƏ MÜASİRLİYİN ƏKSİ
61
MİKAYIL USEYNOV: MEMARLIQDA KONSTRUKTİVİZM PRİNSİPLƏRİ
M.Useynov yaradıcılıq baxımından həqiqətən də tükənməz insan idi. 
Onun əsaəs irsi – 200-dən artıq layihəsi demək olar ki, gerçəkləşdirilib. 
Yaradıcı irsdə ən başlıcası – ənənələrə hörmət və ondan bədii təcəssümlü 
formalarda istifadədir.
O, xarakter etibarilə çox yumşaq, qeyri-adi dərəcədə ziyalı insan idi. 
Dünya memarlıq irsinin və ən yeni meyillərin bilicisi olan Mikayıl Usey-
novun dünyagörüşü bütün bunlarla yanaşı, öz xalqı və onun bədii mədə-
niyyətindən formalaşmışdı.
Onun  yaradıcılığı  müasir  Azərbaycan  memarlığında  yeni  bir  dövr 
açmış və bu sənətimizi beynəlxalq miqyasda tanıtmışdır. Mikayıl Usey-
nov milli Azərbaycan memarlığını özünün formalaşan bənzərsiz, nadir 
dəst-xətti ilə duyulası dərəcədə zənginləşdirmişdir.
Konstruktivizmin banisi Le Korbuzye sayılır. O, yenilik edərək binanın 
konstruktiv  hissələrindən  fasada  gözəllik  verən  elementlər  kimi  istifadə 
edir.  Le  Korbuzye  yaradıcılığında  konstruktivizmın  beş  prinsipindən  isti-
fadə edirdi: sütünlar üzərində dayanan tikili, fasadın sərbəst kompozisiya-
sı,  zolaqvari  pəncərələr,  konstruksiya  daxilində  sərbəst  planlaşdırma,  ter-
ras-bağlı düz dam. 
Bilirsinizmi?
Müəyyən edin
1. 
Müxtəlif mənbələrdən istifadə edərək müasir və keçmiş illərin memar-
lığının xüsusiyyətləri haqqında danışın.
Rəngli karandaşlar, flomasterlər, rəngli qələmlər, akvarel, rəngli kağız, 
karton
 
Sərbəst iş üçün tapşırıqlar
çox gənc olan memar M.Useynov ümumi ruh yüksəkliyindən ilhamlana-
raq memarlığın yeni dilini öyrənməyə cəhd göstərirdi.
M.Useynovun  yenilikçi  istiqaməti  konstruktivist  hərəkatın  nəzəri 
ehkamlarına tabe olmurdu. O, bu üslubda nə isə yeniliyə, bədii axtarış-
lara meylli idi. Konstruktivizm ideoloqları bir zaman bununla mübarizə 
aparmağa cəhd göstərsələr də, uğursuzluğa uğramışdılar.
Memar M.Useynovun əsl yetkin yaradıcılıq dövrü müasir Azərbaycan 
memarlığının yaranmasında milli irsin yerinin və rolunun dərk edilməsi 
ilə başladı. Memar yaratdığı bir çox tikililərdə Azərbaycan milli memarlıq 
elementlərindən başqa, həm də şərq forma və motivlərini tətbiq etmişdir. 
Bu  tikililər  arasında  Bakıda  ixtisaslaşmış  musiqi  məktəbinin  binasını, 
Moskvada Ümumittifaq Kənd Təsərrüfatı Nailiyyətləri Sərgisində Azər-
baycan pavilyonunu, Bakı metrosunun “Nizami” stansiyasını və Nizami 
adına Milli Azərbaycan Ədəbiyyatı muzeyini nümunə göstərmək olar.
LAYİHƏ


Yüklə 30,77 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə