DersliK 9-az new indd



Yüklə 30,77 Mb.
Pdf görüntüsü
səhifə23/33
tarix01.07.2018
ölçüsü30,77 Mb.
#52553
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   33

AZƏRBAYCAN TƏSVİRİ SƏNƏTİNDƏ MÜASİRLİYİN ƏKSİ
86
FƏRHAD XƏLİLOV: ABŞERON MOTİVLƏRİ
Birinci  mərhələ  –  doğma  landşaftla  bağlı,  lakin Avropa  avanqardının 
müəyyən ənənəsinin təsiri hiss olunan rəngkarlıq, nümunələrinin yarandı-
ğı dövrdür. 
İkincisi – rəssamın öz əvvəlki dünyaduyumuna tapınaraq mütərəqqi 
ifadə vasitələrinə tam keçid mərhələsidir.
Fərhad Xəlilovun yaradıcılığının təməli – onu sovet incəsənətinə qalib kimi 
daxil edən mənzərələrdir. Həmin mənzərələr insanların həyatı elmi nəzəriy-
yələr ilə izah etmədən, bu nəzəriyyələri əsatirlər ilə qavrayaraq, hansısa baş-
lanğıcın, dünyaya yaranışdan qaynaqlanan aydın baxışın axtarışı idi. Dəniz, 
torpaq, səma rəssamın tablolarında yüksək əhəmiyyət kateqoriyaları daşımaq-
la ifadə edilib. Bu, insanın mövcudluğunun təbiət ilə ayrılmaz bağlandığı dün-
yanın tərkib hissəsidir. Təbiət onun əsərlərində rəssamın qeyri-adi poetik hissi 
ilə vəcdə gəlir, adi həyatın mənasını aça bilmədiyi sirləri özündə qoruyur.
Fərhad Xəlilov son onillikdəki öz abstrakt, yaxud dəqiq desək, buna 
bənzər əsərləri ilə təkcə müasir incəsənətin dünya cərəyanına tam daxil 
olmur, o, həm də öz yaradıcılığının özünəməxsusluğunu nümayiş etdir-
məkdə davam edir.
????????????????????????????????
?????????????????????
????????????????????????????????
?????????????????????
Müəyyən edin
1. 
F.Xəlilovun əsərlərində əsas mövzuların nədən bəhs etdiyini izah edin.
Yaradıcı fəaliyyət
2. 
“Abşeron motivləri” adlı maraqlı rəsm çəkin. Bu fəsillərin dəyişdiyi 
mənzərə, bol məhsullu natürmort yaxud adət-ənənələri əks etdirən 
süjetli əsər ola bilər.
3. 
F.Xəlilov haqqında əlavə məlumat toplayın və təqdimat edin.
Rəngli karandaşlar, pastel təbaşırlər, quaş
 
Sərbəst iş üçün tapşırıqlar

F.Xəlilovun yaradıcılığının əsas xüsusiyyətləri nədir?
Özünüzü yoxlayın
LAYİHƏ


AZƏRBAYCAN TƏSVİRİ SƏNƏTİNDƏ MÜASİRLİYİN ƏKSİ
87
Rəssam əsərində bir-neçə üslubu sintez edə bilərmi? Nümunələr gətirin.
SAKİT MƏMMƏDOV:  MÜASİR VƏ KLASSİK 
 
ÜSLUBUN SİNTEZİ
Tanış olun
Azərbaycan  incəsənətinin  dünyada  təbliğində  böyük  xidmətləri  ol-
muş istedadlı rəssamlarımızdan biri də Sakit Məmmədovdur.
O, hələ məktəb illərində artıq rəssam olacağını müəyyənləşdirmişdi. 
Rəssam  gənc  yaşlarından  öz  dəst-xətti  və  üslubunun  yaranmasına  can 
atırdı. Onun tələbəlik işləri dəfələrlə sərgilərdə nümayiş etdirilib və bö-
yük uğurla qarşılanmışdı. Sakit Məmmədov rəngkarlıq əsərlərini onun  
bütün detal və incəliklərini, rənglərini və çalarlarını öyrənərək, tükən-
məz enerji ilə yaradırdı. Zaman keçdikcə o, şux kolorit və qüsursuz kom-
pozisiyanın hakim olduğu öz dəst-xəttini dəqiqləşdirdi. O, ətraf mühiti, 
onu tükənməz rəng zənginliyi və müxtəlifl iyi ilə görən rəngkardır.
Sakit  Məmmədovun  istedadının  formalaşmasına  müxtəlif  dövr  və 
janrların rəssamları təsir göstərib və Avropa təhsilli bu rəssam Şərqin 
dərin fəlfəsi düşüncəsini və təmtəraqlı şux boyalarını rəngkarlığa gəti-
rib. Rəssamın əsərlərinin uğurunun səbəblərindən biri də onun yaradıcı-
lığında müasir və klassik üslubun sintezini yarada bilməsidir. Onun elə 
əsərləri var ki, sanki canlı təbiətin özüdür. Onun tablolarında qamətli 
qovaqların  başı  küləkdən  titrəyir,  güclə  nəzərə  çarpan  şəffaf  kölgələ-
ri hiss olunur, payızın sığal çəkdiyi qızılı yarpaqlar xışıldayır, qızmar 
günəş öz şüaları ilə çiçəklərin gözəl ləçəklərini əzizləyir, üzərindəki şeh 
damlaları duyulur.
İmpressionist rəssamlar adətən hansı mövzulara üstünlük verərdilər?
İncəsənətə dair dialoq
Xatırlayın
20
Təsviri sənət qalereyası
????????????????????????????????
?????????????????????
????????????????????????????????
?????????????????????
LAYİHƏ


AZƏRBAYCAN TƏSVİRİ SƏNƏTİNDƏ MÜASİRLİYİN ƏKSİ
88
SAKİT MƏMMƏDOV: MÜASİR VƏ KLASSİK ÜSLUBUN SİNTEZİ
İncə zövq və ölçü hissi rəssamın bayağılıq hüdudunu keçməyə qoy-
mur, onun hər mənzərəsi, hər şeydən əvvəl, təbiət gözəlliyinin doğurdu-
ğu ovqat kimi baxılır. Rəssamın ilıq noxudu, dolğun mavinin çalarlar-
dan, zeytun yaşılı və tünd qəhvəyidən ibarət palitrası daha çox virtuoz 
yerinə yetirilmiş qədim freskaları xatırladır. Məkana bütövlük bəxş et-
məsi, hava perspektivi və rəngin bütün kəskinliyi ilə duyumu onun əsər-
lərinə dərinlik və xüsusi ifadəlik bəxş edərək, təbiətin müəmmalı gözəl-
liyini və möhtəşəmliyini duymağa imkan verir.
Sakit  Məmmədov  bir  çox  janrlarda  eyni  uğurla  işləyən  müasir  rəs-
samlardandır. Rəssamın işlərinin əsas hissəsi onun şəxsi Qalereyasında 
Yaşadığı illər
Doğulduğu yer
Təhsili
Ad və mükafatları
Üslub və texnika
Əsərlərin mövzusu
Məşhur əsərləri
05.08.1958
Neftçala rayonu, Azərbaycan
Əzim  Əzimzadə  adına Azərbaycan  Dövlət  Rəssamlıq 
məktəbi (1974–1978), İ.Repin adına Leninqrad Rəs-
samlıq Akademiyası (1982–1987)
Azərbaycanın əməkdar rəssamı, Vətən Övladı orde-
ni,  Böyük  Cəngavər  Qızıl  Ulduzu,  Rusiya  İmpera-
tor Rəssamlıq akademiyasının akademiki və medalı, 
Xidmətlərə görə İmperator I Aleksandr ordeni, Lea-
nardo Da Vinci Medalı, Mozart Medalı, Dünya Rəs-
samlıq Akademiyasının medalı, Avropanın Şərəf or-
deni, İtaliyanın qızıl medalı, Dostluq Ordeni, Rusiya 
İmperator Rəssamlıq Akademiyasının medalı
impressionizm, rəngkarlıq
portret, süjetli əsərlər, mənzərə
“Qızımın portreti”, “Nüşabə”, “İtaliyalı qız”, “Güzgü 
qarşısında”, “Yaşasın İstanbul”, “Yorğun şəhər”, “Ad 
günü”, “Həzin musiqi”, “Suriyalı rəssam”, “Filosof”, 
“Melodiya”,  “Adəm  və  Həvva”,  “Yatmış  mələk”, 
“Türk  motivi”,  “Leninqrad  xatirələri”,  “Rəfi qələr”, 
“Dədə  Qorqud”,  “Məhəbbət”,  “Bayram  axşamları”, 
“Arzu”,  “Gün  aydın”,  “Şah  İsmayıl  Xətai”,  “Gəncə 
simfoniyası”, “Dəllək Əliş” və s.
Sakit Məmmədov
Həyat xronologiyası
GÖRKƏMLİ RƏSSAMLAR
Sakit Məmmədovun yaradıcılığı haqqında sayt
http://sakitmammedov.com/
LAYİHƏ


Yüklə 30,77 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə