DersliK 9-az new indd



Yüklə 30,77 Mb.
Pdf görüntüsü
səhifə22/33
tarix01.07.2018
ölçüsü30,77 Mb.
#52553
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   33

AZƏRBAYCAN TƏSVİRİ SƏNƏTİNDƏ MÜASİRLİYİN ƏKSİ
82
ARİF HÜSEYNOV: AZƏRBAYCAN NAĞILI
“Aşıq”
Rəsul Rza. “Vaxt var ikən” – 
II. Kağız, rə qəm sal çap
“Novruz” silsiləsi – “Kəndirbazlar”
“Dialoq”. Kağız, rəqəmsal çap
“Hophopnamə” –“Yaşadıq-
ca xərabə Şirvanda...”
susiyyətlərini, millətin xarakterini emosio nal şəkildə açır, yaradıcı mən-
bəyin bir sahəsini təcəssüm edir. Nağıllar rəssamlar üçün yalnız illüst-
rasiyalarda deyil, hətta nəqqaşlıqda, qrafi kada, kinematoqrafda və digər 
incəsənət növlərində də həyata keçirilən obraz və ideyaların tükənməz 
mənbəyi olaraq qalmaqdadır.
Bu nağılların koloriti detallarla zəngindir. Arif Hüseynov nağılların 
təsvirinə fərqli yanaşır. O, zəngin rəng çalarları, məkan və süjetin xü-
susi təsviretmə üsulları, forma və detalların plastik tamamlanmasında 
– şərq miniatürlərinin dekorativ ruhundan faydalanmışdır.
LAYİHƏ


AZƏRBAYCAN TƏSVİRİ SƏNƏTİNDƏ MÜASİRLİYİN ƏKSİ
83
ARİF HÜSEYNOV: AZƏRBAYCAN NAĞILI
Müəyyən edin
1. 
A.Hüseynovun  verilmiş  əsərlərində  dəzgah  qrafikası  və  rəngkarlıq 
əsərləri arasında üslub fərqini şərh edin.
Flomasterlər, pastel təbaşirlər, rəngli qələmlər, quaş
 
Sərbəst iş üçün tapşırıqlar
3. 
A.Hüseynov və onun yaradıcılığı haqqında təqdimat hazırlayın.

A.Hüseynov təsviri sənətin inkişafında hansı yeniliklər etmişdir?

İllüstrasiya çəkən daha hansı rəssamlarımızı tanıyırsınız?
Özünüzü yoxlayın
Yaradıcı fəaliyyət
2.  a) 
Bildiyiniz və sevdiyiniz Azərbaycan nağıllarına illüstrasiya çəkin. 
Rəsmlərinizdə  rəng  həlli,  şərti  dekorativlik  üslubunu  göstərməyə 
 çalışın. 
 
b) 
Oxuduğunuz və sizə maraqlı gələn hər hansı bir hekayə və dasta-
na qrafik illüstrasiya çəkin. Təsvir elementləri ilə nümunələrdə tanış 
ola bilərsiniz.
Rəssamın  təsvir  etdiyi  əsərlər  çox  incəliklə  çəkilmiş  ornamentlə  – 
nöqtə mirvarilərlə, buruqlarla və ya digər qrafik elementlərlə xırdalanır 
və bütövləşir. Ornament vasitəsilə rəssam milli incəsənətin ənənələrini, 
ornamentin islam təsəvvürlərinə uyğun olaraq ideal dünyanın gözəlliyi-
nin və ahənginin ideal təcəssümü olduğunu tamaşaçıya xatırladır.
Ötən  əsrin  70-ci  illərindən  başlayaraq  Arif  Hüseynovun  əsərləri 
dəfələrlə Bakıda, eləcə də dünyanın bir çox möhtəşəm sərgi salonlarında 
tamaşaçıların diqqətinə çatdırılıb. Moskvada, Praqada, Tokioda, Anka-
rada, İzmirdə sərgilənən əsərlərinə görə A.Hüseynov müxtəlif mükafat-
lara, diplomlara layiq görülüb.
Bu gün A.Hüseynovun əsərləri Azərbaycan Milli İncəsənət Muzeyin-
də, Azərbaycan Dövlət Rəsm Qalereyasında, Moskva Dövlət Şərq Xalqla-
rı İncəsənət Muzeyində, həmçinin şəxsi kolleksiyalarda saxlanılır.
LAYİHƏ


AZƏRBAYCAN TƏSVİRİ SƏNƏTİNDƏ MÜASİRLİYİN ƏKSİ
84
Abstrakt sənətin realizmdən fərqli olan cəhətlərini izah edin.
FƏRHAD XƏLİLOV: ABŞERON MOTİVLƏRİ
Tanış olun
Azərbaycan milli incəsənəti çərçivəsində və bütün müasir sovet rəngkarlığı 
istiqamətində xüsusi, özünəməxsus yer tutan rəssamlarımızdan biri də Fərhad 
Xəlilovdur. Öz fərqli qavrama tərzi, dünyaya özünəməxsus baxışı, fərdi ifadə 
sistemi onu digərlərindən fərqləndirir. Fərhad Xəlilov təkrarolunmaz və rən-
garəng rəsm üslubu ilə tanınan sənətkarlardandır. Rəssamın əsərləri yaşadığı 
mühit çərçivəsində, Qafqaz regionunda unikal hesab edilir.
Fərhad Xəlilov çoxillik axtarışlarının nəticəsi olaraq özünəməxsus bə-
dii üslubunu yaratmışdır. Onun yaratdığı üslub – şərti-fəlsəfi  bədii for-
malar üslubudur. Fərhad Xəlilov daha cəsarətli və kəskin ümumiləşdirmə 
yolu ilə gedir: onun əsərlərində dağ – ümumiyyətlə, dağdır, tikililər – on-
lardan doğan təəssüratdır, obrazdır. Rəssam predmetin zahiri formasını 
hansısa ümumi güclü, gərgin hiss ilə əlaqələndirməyi öyrənib. Onun sənə-
tində olan simvolika düşündürücü forma üslublarında öz əksini tapmışdır. 
Rəssamın  Abşeron  mənzərələri  –  ona  doğma  olan  və  Azərbaycanın 
müxtəlif yerlərinin mənzərələridir. Fərhad Xəlilovun yaradıcılığında Abşe-
ron motivləri əhəmiyyətli yer tutur. Çimərliklər və Abşeron mənzərələri, 
həmçinin Abşeron yarımadasının yaşayış məntəqələri – Nardaran, Buzov-
na, Zuğulba, Maştağa, Mərdəkan və başqaları buna misal ola bilər.
Rəssamlar abstrakt mənzərə təsvirlərinin ifadəsində hansı element-
lərdən istifadə etmişlər?
İncəsənətə dair dialoq
Xatırlayın
19
Təsviri sənət qalereyası
“Goradildə”. 1966
“Çiçəklənən badam ağacı”. 1976
LAYİHƏ


AZƏRBAYCAN TƏSVİRİ SƏNƏTİNDƏ MÜASİRLİYİN ƏKSİ
85
FƏRHAD XƏLİLOV: ABŞERON MOTİVLƏRİ
Fərhad Xəlilovun Abşerona həsr olunmuş əsərlərində həyat eşqi ilə 
dolu, rəng və məkanın, ritm və hərəkətin müasir ümumiləşdirilmiş yo-
zumunu  görmək  mümkündür.  F.Xəlilovun  seçdiyi  rənglər  dolğun,  tu-
tumlu,  lakonik  biçimdədir.  Təsvir  daha  çox  frontal  olmaqla  dərinliyə 
doğru  açılır.  Rəssam  əsərlərində  süni  detallardan  qaçaraq,  inandırıcı 
dolğunluqla obrazın səciyyəsini açır. 
Onun bədii plastik dünya konsepsiyası ifadə azadlığı və poetik simvo-
lizmin iki xüsusiyyətini özündə daşıyır. F.Xəlilovun yaradıcılığında rən-
gin mühüm rolu var: dəniz yaşıl, səma göy, yetişmiş nar qırmızı və qo-
nur rəngdədir. Rəssam çalışır ki, rəng naturanı təkrarlamasın, əksinə, 
psixoloji, dərin, bədii anlam kəsb etsin. Bu, rəssamın qəlbindən keçən 
obrazın rəngi, təbii boyalardır. Əsərlərinin ölçüsünün böyük olması isə 
onun Abşeronun çoxhissəli obrazlı panoramını yaratmağa səy göstərmə-
sinin nəticəsidir. Rəssam sevdiyi mənzərədə əbədiliyi, daimiliyi, sabitli-
yi axtarır və tapır. 
O, dünya və milli incəsənətinin ənənələrini dərindən dərk edib. Azər-
baycanda və dünyanın müxtəlif guşələrində səyahət zamanı görüb, öy-
rənib  və  sevdiyi  hər  şeyi    bədiiləşdirməyi  bacarıb.  Fərhad  Xəlilov  öz 
dəst-xəttini, öz üslubunu, öz tərzini tapmış sənətkarlardandır.
Fərhad  Xəlilovun  yetkin  yaradıcılığı  –  1970-ci  illərdən  başlayaraq 
hazırkı vaxtadək rəngkarlıq prinsiplərinin özündə əks etdirən inkişafı-
dır. Lakin şərti olaraq onu bir neçə mərhələyə ayırmaq olar.
Yaşadığı illər
Doğulduğu yer
Təhsili
Ad və mükafatları
Üslub və texnika
Əsərlərin mövzusu
Məşhur əsərləri
26.11.1946
Bakı, Azərbaycan
Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamıq mək-
təbində (1961–1966), Stroqanov Rəssamlıq məktəbin-
də  (1966),  Moskva  poliqrafiya  institutunda  (1969–
1975) 
“Şöhrət” ordeni (2006), Xalq rəssamı
abstraksionizm; rəngkarlıq
mənzərə,portret
“Görüş” (1983–2007), “Xatirələr” (2003–2006), “Tor-
pağın  naxışları”  (1999–2006),  “  1984-cü  ilin  yazı” 
(1984), “Axşamlar” (1984) və s.
Fərhad Qurban oğlu Xəlilov
Həyat xronologiyası
GÖRKƏMLİ RƏSSAMLAR
LAYİHƏ


Yüklə 30,77 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə