DersliK 9-az new indd



Yüklə 30,77 Mb.
Pdf görüntüsü
səhifə30/33
tarix01.07.2018
ölçüsü30,77 Mb.
#52553
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   33

ƏTRAFIMIZDA OLAN RƏSSAM YARADICILIĞI
115
RƏSSAM VƏ KİNO SƏNƏTİ
Azərbaycanda əvvəlcə səssiz və ağ-qara, sonradan isə səsli və rəngli 
kino yaranmışdır. 1924-cü ildə ilk ikiseriyalı “Qız qalası əfsanəsi” bədii 
filmi ekranlara çıxmışdır. 1935-ci ildə “Mavi dənizin sahilində” bədii fil-
mi ilə Azərbaycanda səsli kinonun istehsalına başlanılmışdır.
Azərbaycanda kino sənəti dünya kinosundan cəmi üç il sonra, 1898-ci 
ildə yaranıb. İndiyə qədər Azərbaycanda 3000-dən artıq film çəkilib. İlk 
filmlər fotoqraf və nasir Aleksandr Mişon tərəfindən çəkilmiş xronika sü-
jetləri və bir bədii kinosüjetdən ibarət idi.
“Matrisa” filmindən kadr
“Alisa möcüzələr ölkəsində” filmindən kadr
“Avatar” filmindən kadr
“Yura dövrünün parkı” filmindən kadr
“Balaxanıda  neft  fontanı“.  1898-ci  ildə 
çəkilmiş qısametrajlı sənədli filmdən kadr
“Neft və milyonlar səltənətində”. 1916-cı ildə 
çəkilmiş tammetrajlı bədii filmdən kadr
LAYİHƏ


ƏTRAFIMIZDA OLAN RƏSSAM YARADICILIĞI
116
RƏSSAM VƏ KİNO SƏNƏTİ
“Sevil” filmindən kadr (1929, rejissor 
A.İ.Bek- Nazarov)
Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası 
əsasında ilk Azərbaycan kinokomediyası çəkildi
Fransız  fotoqraf  və  operator Aleksandr  Mişonu Azərbaycan  film  sənayesinin 
banilərindən hesab etmək olar. Belə ki, 25 ildən artıq bir müddətdə Bakıda yaşamış 
Mişon burada fotostudiya açmış və ilk foto dərnəyi yaratmışdı. Onun çəkdiyi “Bi-
biheybətdə neft fontanı yanğını” xronikal süjetinin fraqmentləri Fransada dünya 
kinematoqrafiyasının yüz illik yubileyinə həsr olunmuş filmə daxil edilmişdi.
Növbəti mərhələdə bütün dünyadakı kimi? Bakıda da film sənayesi inkişafı-
nı davam etdirirdi. 1915-ci ildə Pirone qardaşları Bakıda film istehsalı labora-
toriyasının əsasını qoydular. Onların dəvəti ilə Bakıya işləməyə gələn rejissor 
Boris Svetlov ən məşhur, ilk Azərbaycan bədii kinosu hesab edilən “Neft və mil-
yonlar səltənətində” filmini çəkdi.
Bilirsinizmi?
Kino insanlara nə üçün və niyə lazımdır?
Düşünün və izah edin
Kino XX əsrdə ən öndə gedən incəsənət növünə çevrildi. Eyni zamanda 
onda yüksək sənət nümunələri və sadə süjetli filmlər mövcud idi. Tamaşaçı 
özünü qəhrəman ilə eyniləşdirir, seans zamanı özünü həmin insanın ye-
rinə qoyurdu. Kino – böyük təsəlliverici, öz tamaşaçılarını gündəlik qayğı 
və bəlalardan ayırıb bir saatlığa da olsa, onları ekrandakı xoşbəxtlik, zən-
ginlik və sevgi fantaziyalarına aparan xəyal və arzular aləminə çevrildi.
Çoxsaylı incəsənətin səsi bu gün kinonun danışdığı vahid çoxsəsli dil-
də səslənir. Heç bir incəsənət növünü kinodan ayırmaq mümkün deyil. 
Kino – əsl həyat xülyasıdır, amma bəzən film həyatı bizim onu həqiqətdə 
gördüyümüzdən də dərin və gerçəkliyi açaraq göstərir. Belə kino elə həqiqi 
incəsənətdir. Həyat haqqında həqiqəti söyləyən filmlər çəkilib. Onlar insa-
nın daxili aləmini açan böyuk sənətkarların həqiqətən də böyuk əsərləridir.
Yarandığı gündən insanların dünyagörüşünü formalaşdıran, hər bir 
xalqın tarixini, milli adət-ənənəsini yaşadan, həyatın bütün sahələrinə 
nüfuz edən kino sənəti bəşəriyyətin ən böyük kəşfidir. Kino yeganə sənət 
növüdür  ki,  özündə  mədəniyyətin  bir  neçə  sahəsini  birləşdirir.  Kino-
LAYİHƏ


ƏTRAFIMIZDA OLAN RƏSSAM YARADICILIĞI
117
RƏSSAM VƏ KİNO SƏNƏTİ
Film qədər heç nə tez köhnəlmir, amma bizim fikirlərimizi və bizim 
dünyamızı kino qədər də qoruyan yoxdur. 
nun bir üstünlüyü də əyaniliyindədir, inandırma gücünə və təsirə malik 
 olmasındadır.
Azərbaycan kino sənəti, bütövlükdə, tamaşaçıların estetik zövqü və 
dünyagörüşünün formalaşdırılmasında mühüm rol oynamış, xalqımızın 
milli ruhunun qorunub saxlanması işinə xidmət etmişdir. 
Kino sənətinə, filmlərimizə maraq bu gün də böyükdür. Çünki hər bir 
film,  yaradılan  hər  bir  ekran  əsəri  xalqımızın  tarixini,  mədəniyyətini 
özündə yaşadaraq gələcək nəsillərə çatdırır.
“Nəsimi” filmindən kadr
“Qaçaq Nəbi” filmindən kadr
“Ögey ana” filmindən kadr
“Axırıncı aşırım” filmindən kadr
“Xoca” filmindən kadr
“Bizim Cəbiş müəllim” filmindən kadr
LAYİHƏ


ƏTRAFIMIZDA OLAN RƏSSAM YARADICILIĞI
118
RƏSSAM VƏ KİNO SƏNƏTİ
Müəyyən edin
1.
 
a) 
FİLM sözü ilə krossvord tərtib edin.
 
b) 
Kadrların hansı Azərbaycan filmlərinə aid olduğunu tapın.
Yaradıcı fəaliyyət
2.
 
a) 
Öz  sinfiniz  haqqında  sinif  yoldaşlarınızın,  müəllimlərinizin,  öy-
rəndiyiniz əşyaların, məşğələlərinizin, asudə vaxtınızın və s. ssenari 
mövzusu olduğu film yaradın.
 
b) 
“Kinematoqrafiya” mövzusunda rəsm eskizi və ya emblemi yaradın.
Rəngli karandaşlar, flomasterlər, pastel təbaşirlər, rəngli qələmlər
 
Sərbəst iş üçün tapşırıqlar

Filmdə rəssamın rolu nədən ibarətdir?

Hansı aktyorların iştirakı ilə, hansı rejissorla və necə bir film çəkmək 
istərdiniz?
Özünüzü yoxlayın
3. 
“Kinoda ssenari nə üçün lazımdır və ev videosu çəkilişində onun ro-
lu” mövzusunda analitik işi yerinə yetirin.
“Amfibiya adam” filmindən kadr
“Brilyant əl” filmindən kadr
LAYİHƏ


ƏTRAFIMIZDA OLAN RƏSSAM YARADICILIĞI
119
Sizcə, kompüterin ekranında han-
sı təkrarlanan hadisə əks olunub?
ANİMASİYA SƏNƏTİ
Tanış olun
Kino həmişə bizim üçün maraqlı və əyləndirici həmsöhbət olmağa ça-
lışıb. Kiçikdən böyüyədək bütün tamaşaçıların ən sevimli həmsöhbəti – 
animasiyadır
1
.
Rəsmlərdə hərəkəti təsvir etməyə dair ilk cəhdlər Paleolit dövrünün ma-
ğara rəsmlərinə aid edilir. Mağara divar rəsmlərində heyvanları bir-birinə do-
laşan çoxlu ayaq ilə təsvir edərdilər. İranda tapılmış, yaşı 5 min il hesablanan 
gil qabın üzərində hərəkət edən keçinin 5 təsviri həkk edilib.
Filmin yaradılmasında ssenarinin hansı rolu var?
İncəsənətə dair dialoq
Xatırlayın
25-26
1
 Animasiya (fr. animation – canlandırma, diriltmə) – cizgi filminin Qərb adı: kino sənə-
ti növü və onun əsəri (cizgi filmi), həmçinin cansız, hərəkətsiz obyektlərin köməyi ilə 
hərəkət illüziyası yaratmaq imkanı verən müvafiq texnologiya.
Fransız Emil Reyno ilk əsl animator hesab edilir. O, praksinoskop apara-
tını – fırlanan barabandan, güzgü sistemləri və fənərdən ibarət olub, hərəkət 
LAYİHƏ


Yüklə 30,77 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə