ƏTRAFIMIZDA
OLAN RƏSSAM YARADICILIĞI
111
FOTOQRAFİYA VƏ KOMPÜTER
Öz fotoşəklinizin Surətini köçürün və onu görməli məkanın fotosuna daxil
edin.
3
Kompüter şəklin hansı texnoloji imkanlarını yaradır?
3
Kompüter texnologiyalarının tətbiqi sayəsində fotorəssamın qarşısında
hansı yaradıcı üfüqlər açılır?
Özünüzü yoxlayın
Fayl (File) və Faylın təsvir ilə eksportu komandalarının köməyi ilə ha-
zırladığınız işi qovluğunuzda saxlayın. Əgər sizin bədii-operator savadınız
varsa, siz bütün foto növlərində dünyanı necə gördüyünüzü və yaradıcılıq
qabiliyyətinizi göstərə bilərsiniz.
3.
Kompüter proqramları: kollaj, videotəqdimat (slayd-fi lm) sayəsində
foto yaradıcılığının bədii-ifadə imkanlarını təhlil edin. Bunu məxsu-
si seçilmiş (jurnal və qəzetlərdən, açıqcalardan, İnternetdən), möv-
zunun məzmununu açan illüstrasiya materialı cəlb edilməklə, son-
radan kollektiv müzakirəyə çıxarmaq üçün tədqiqat referatı və ya
şifahi məlumat formasında yerinə yetirmək olar.
6. Öz fotoşəklinizi görməli məkanın fotoşəklinə yerləşdirdikdən sonra Yeri-
ni dəyiş
__
(Move tool) alətinin köməyi ilə onu lazım olan yerə aparın.
7. Pozan
__
(Eraser tool) alətinin köməyi ilə şəklin fonunu silin.
Fonu silməyə başlamazdan əvvəl Pozan (Eraser tool) alətinin üstünə vur-
duqda pozan menyusunda Soft Cloner işarəsini (ekranın yuxarı hissəsin-
də) klikləyin.
LAYİHƏ
ƏTRAFIMIZDA OLAN RƏSSAM YARADICILIĞI
112
Sizcə, fotoaparat və foto sənəti icad edildikdən sonra rəssamlar daha
nəyi kəşf etmək istəmişdilər?
RƏSSAM VƏ KİNO SƏNƏTİ
Tanış olun
Əsrlər boyu rəssamlar təsviri canlandırmağı, onu hərəkətə gətirməyi
arzulayırdılar. Fotoşəkil meydana çıxdıqdan sonra yalnız kiçik bir addım
atmaq qalırdı: kino lentini, çəkiliş və proyeksiya üçün kino aparatlarını
yaratmaq və ekranı, yaxud onu əvəz edən ağ parça asmaq. Bu da baş ver-
di. Parisdə Lümyer qardaşları “Qatarın gəlişi” adlı ilk qısa kinolenti nü-
mayiş etdirdikləri gün – 22 mart 1895-ci il tarixi kinonun doğum günü
oldu.
Əvvəlcə kino ağ-qara, səssiz idi, filmdə əsas ifadə vasitəsi təsvirin
özü, onun hərəkət möcüzəsi oldu. Kinematoqrafın bu inkişaf mərhələ-
si “Böyük Lal” adını almışdı. Əfsanəvi Çarli Çaplin səssiz kino dövrünə
şöhrət gətirmişdi.
Fotoqrafiya kimi, kino da getdikcə öz dilini və bədii xüsusiyyətlərini
axtarırdı. Kino da, fotosənət kimi, incəsənətdə öz əhəmiyyətini sübuta
yetirməkdən ötrü rəngkarlığı təqlid edirdi.
İlk fotoşəkillər nəyə bənzəyirdi?
İncəsənətə
dair dialoq
Xatırlayın
24
Lümyer qardaşları (Fotoda: solda – Ogüst, sağda – Lui)“Qatarın La Syota
vağzalına da xil olması” filmindən kadr
LAYİHƏ
ƏTRAFIMIZDA OLAN RƏSSAM YARADICILIĞI
114
RƏSSAM VƏ KİNO SƏNƏTİ
“Küləklə sovrulanlar” filmin dən kadr
“Cazda yalnız qızlardır” filmindən kadr
“Roma tətilləri” filmindən kadr
“Titanik” filmindən kadr
Filmin təsviri tərəfi, onun vizual həlli, yəni bizim ekranda gördüklə-
rimiz bədii kollektiv yaradıcılıqdır və təkcə rəssamın işi deyil. Bu pro-
sesə ilk növbədə rejissor və operator qoşulur.
Kino mühitinin bütün müxtəlifliyinin yaranması eskiz və çertyojdan
başlayır. Bu yaradıcı işin nəticəsində meydana çıxan mühit filmin ən mü-
hüm obrazına çevrilir.
Texnologiyanın bunun ardınca gələn inkişafı – dairəvi panoramdan
stereotəsvirədək – kino sənətini prinsipial cəhətdən dəyişmədi, yalnız
kinoseyrin təkamülü oldu. Əsl incəsənət həmişə tamaşaçıdan başqasının
kədərinə şərik olmağı və mənəvi-intellektual gərginlik tələb edir.
Sonra yeni mərhələ – kompüter xüsusi effektləri başladı, stereotəsvir
(3D effekti) meydana çıxdı.
LAYİHƏ