ƏTRAFIMIZDA
OLAN RƏSSAM YARADICILIĞI
104
RƏSMDƏN FOTOŞƏKLƏDƏK
Sürrealist fotoqrafiya, elə sürrealist rəngkarlıq kimi, obyektlərin
qəribə yığıntısı ilə doludur. Müəlliflər belə işlərdə reallıqdan üz dön-
dərərək, fantaziya və yuxugörmələrə müraciət edərək, onlardan götür-
dükləri rəmzləri bədii obrazlara köçürürlər.
Portret fotoçəkilişi foto-
qrafiyanın yaranması ilə eyni
vaxtda doğulub. Foto sənəti-
nin rəngkarlıq və qrafikanın
birbaşa təsiri altında baş tu-
tan təşəkkülü məhz portret
janrında baş verir.
İstənilən yerdə: studiya-
da, parkda… insanın fotoşək-
lini çəkmək olar. Lakin hər
fotoşəkil portret fotosu hesab
edilmir. Məhz bir nəfərə və bir qrup insana daha çox diqqət yetirildiyi
foto portret fotosu hesab edilir. Çox zaman arxa fon “yuyulur” ki, tama-
şaçının diqqəti portretdən yayınmasın. Və belə bir şəkli fəxrlə çap edib
foto-albomda
yerləşdirmək, ya da çərçivəyə salmaq olar.
Fotoəks təsvirinin alınmasının və çoxaldılmasının fotoqrafik prosesinin kəş-
fi Fransa ixtiraçısı, rəssam J.Daggerə və ingilis alimi fizik V.Talbota məxsusdur.
Bilirsinizmi?
LAYİHƏ
ƏTRAFIMIZDA OLAN RƏSSAM YARADICILIĞI
105
RƏSMDƏN FOTOŞƏKLƏDƏK
1984-cü ildə əfqan qaçqınları düşərgəsindəki portret
fotosu çəkilişi sayəsində fotojurnalist Stiv MakKarrinin
fotolarından biri “National Geographic” jurnalının üz
qabığında dərc edildi və dərhal əfqan xalqının müstəqil-
lik uğrunda mübarizəsinin rəmzinə çevrildi. ABŞ Milli
Coğrafiya Cəmiyyətinin fərziyyəsinə görə, o, 100 ən yaxşı
fotodan biri sayılır. 2005-ci ildə “Afghan Girl” (“Əfqan
qızı”) əks olunmuş üz qabığı “Son 40 ilin ən yaxşı jurnal
üz qabığı” onluğuna daxil oldu. Bu fotonu bəzən Leonardo
da Vinçinin fırçasından çıxmış Mona Lizanın portreti ilə
müqayisə edir və “əfqan Mona Lizası” adlandırırlar.
Bu, maraqlıdır
Fotoqrafiyanı rəngkarlıqdan ayıran təsvir və obraz xüsusiyyətləri han-
sılardır?
Düşünün
və izah edin
Yaradıcı, peşəkar fotoqrafın əlində ötəri kadr şedevrə çevrilir. Alışdı-
ğımız adilikdə anı yaxalamaqdan ötrü uşaq müşahidəçiliyini və tədqiqatçı
marağını, psixoloq səbrini və fəlsəfi fikrin uçuşunu qovuşdurmaq lazımdır.
Yaxşı foto gerçəkliyin fotoqrafın dərin duyumu ilə artan ələkeçiril-
məz məqamlarını əks etdirir. Bu cür kadr xeyli hiss, düşüncə və emosiya
doğurur. Yaxşı fotoşəkil – dəfələrlə açılmaq istənilən sirdir.
Fotoqrafiya rəngkarlığı utilitar funksiyadan – hələ İntibah dövründə
rəngkarlığın ən mühüm vəzifələrindən sayılan faktın təsviri fiksasiya-
sından xilas etdi. Demək olar ki, fotoqrafiya bununla rəngkarlığın inki-
şafına kömək etdi, onun təkrarsız xüsusiyyətlərinin tam aşkarlanmasına
təkan verdi. Amma fotoqrafiya özü də təsviri sənətin çoxəsrlik inkişa-
fından çox şey əxz edib. Rakurs və perspektivin qurulması, tamaşaçının
fotonu həcmli məkanın səthdə təsviri kimi “oxumaq” bacarığı – bütün
bunlar fotoqrafiyaya rəngkarlıqdan miras qalmış mədəni irsdir.
Aclıq çəkən oğlan və missioner
Ümid sonda ölür
LAYİHƏ
ƏTRAFIMIZDA OLAN RƏSSAM YARADICILIĞI
106
RƏSMDƏN FOTOŞƏKLƏDƏK
Hazırda foto sənəti cəmiyyətin bədii mədəniyyətinin tərkib hissəsi-
dir. O, təkcə dünyanın estetik öyrənilmə vasitəsi deyil, həm də cəmiyyə-
tin mənəvi və ictimai həyatında nəzərəçarpacaq rol oynayır.
Müəyyən edin
1. a)
Mətndən və ya digər mənbədən təbiət obrazı (mənzərə), insan
(portret) rəsmi və fotoşəkilləri seçin. Müqayisəli təhlil aparın: onla-
rın hansı ümumi və fərqli cəhətləri var? Tapşırıq referat formasında
və ya şifahi, seçilmiş illüstrativ material (jurnal və qəzetlərdən, ya
da İnternetdən götürülüb, mövzunun məğzini açan) əlavə edilərək
sonradan təqdim edib, kollektiv müzakirəyə çıxarmaq şərtilə yerinə
yetirilir.
b)
həmin fotolarda bədii ifadə
vasitələrini təhlil edin.
Yaradıcı fəaliyyət
2. a)
Siniflə birlikdə yaradıcı çəkiliş layihəsini yerinə yetirin. Siz işi çə-
kiliş aparatı və ya fotoçəkilişlə birlikdə nümayiş etdirməlisiniz. Bu
gün, demək olar ki, istənilən rəqəmli qurğuda kamera quraşdırılır.
Biz özümüz də dostlarımızla daha çox telefon, hətta planşet vasitəsilə
şəkil çəkdiririk. Bütün bunlar fotoçəkiliş prosesini yüngülləşdirir,
bu işlə, demək olar ki, istənilən vaxt məşğul olmaq olar. Unutmayın
ki, ötəri kadr sizin əlinizdə şedevrə çevrilə və gerçəkliyin ələkeçməz
məqamlarını əks etdirə bilər.
Qruplara bölünün. Fotoçəkiliş sinifdə, məktəbdə, məktəbin həyətində
və ya ekskursiyada (predmetlər, obyektlər, ağaclar, binalar, adamlar)
aparıla bilər. Obyekt və çəkiliş nöqtəsini şüurlu olaraq seçmək qabiliy-
yətinizi göstərin. Öz sinif yoldaşlarınızla fikir mübadiləsi edin.
b)
Dərslikdən portret fotoçəkilişi, ya da foto-albomdan bütün ailənin
birlikdə olduğu fotoları seçin. Şəklin kompozisiyasında müxtəlif bədii
çəkiliş vasitələri və üsullarını (rakurs, planın iriliyi və s.) təsvir edin.
3.
Fotoqrafiyadakı təcrübənizdən və çəkilişin məqsədləri barədə (konk-
ret nümunə üzərində) söhbət açın.
Rəngli karandaşlar, flomasterlər, pastel təbaşirlər, rəngli qələmlər, quaş
Sərbəst iş üçün tapşırıqlar
3
Fotoqrafiya XX əsrdə təsviri sənətin taleyinə necə təsir göstərib?
Özünüzü yoxlayın
LAYİHƏ