Dərslik adu-nun vəsaiti ilə çap olunur. Bakı Mütərcim 2017 Elmi redaktor



Yüklə 3,62 Mb.
Pdf görüntüsü
səhifə173/177
tarix23.12.2022
ölçüsü3,62 Mb.
#97743
növüDərs
1   ...   169   170   171   172   173   174   175   176   177
Adil Babayev

“Mahiyyət etibarilə hər bir ədəbi mətn sintaktik, 
fonetik, morfoloji, leksikoloji və s. cəhətdən linqvistik 
təhlilə cəlb edilə bilər… Dilçiliyin xüsusi sahəsi olan 
mətnin linqvistikası birinci növbədə xüsusi struktur 
vahid olan mətnin cümlə ilə müqayisədə daha yüksək 
səviyyədə olması anlayışı ilə əlaqıdardır”. 
Mətnin 
linqvistikası 
üzərində 
aparılan 
tədqiqatların istiqamətindən bəhs edərkən K.Abdullayev 
yazır: 
“Mətnin linqvistikası üzrə tədqiqatı iki 
istiqamətdə aparmaq olar: birinci mətnin (tekstem 
adlanan) ümumi qanunauyğunluqlarını aşkar etməklə, 
ikinci bu qanunauyğunluqların “aktual reallaşması”nı 
öyrənmək yolu ilə”. 
Mətn özü nədir və onun üzərində necə linqvistik 
tədqiqat aparmaq olar? Bu iki anlayıĢı eyniləĢdirmək və 


təcrid etmək olmaz. Mətn özü nədir sualı müxtəlif 
müəlliflərin əsərlərinə müraciət etsək, müxtəlif 
cavablara, qənaətlərə rast gəlirik. Bəziləri mətni 
cümlənin uzunluğu ilə ölçür. Mətnin tamamlanması 
üçün pauzanı əsas götürənlərə (V.Dressler), mətni 
abzasla eyniləĢdirənlərə və s. rast gəlirik. Onlardan bir 
neçəsinə nəzər salaq. 
PolĢa dilçisi Piter Sqall yazır: 
“Daha doğrusu, 
mətni təşkil edən hadisələri ilə yanaşı, nitq hadisələri 
kimi çıxış edə bilən cümlələr arasında münasibətlər də 
mətnin linqvistikasının predmeti ola bilər. Başqa sözlə 
desək, semantik münasibətləri əhatə etmək üçün, 
görünür, diferensial vasitələrə malik olmaq cümlənin 
sadə ardıcıl semantik təsvirindən daha çox lazımdır”. 
Göründüyü kimi, müəllif cümlələr arasında əlaqə 
yarada bilən semantik vasitələrə xüsusi əhəmiyyət verir 
və belə bir nəticəyə gəlir ki, mətn daxilində birləĢən 
cümlələr həm sintaktik qrammatik, həm də 
məntiqi-semantik 
cəhətdən 
əlaqələnib vahid bir 
semantik sahə yaratmalıdır. 
Buna bənzər fikrə biz alman alimi Ziqfrid ġmitddə 
də rast gəlirik. ġimitd P.Hormanın belə bir fikri ilə Ģərik 
olur ki, dil iĢarələri yalnız mətn-əlaqə Ģəraitində özünü 
göstərə bilir. 
Onlar (dil iĢarələri – A.B.) o vaxt fikir ifadəçisinə 
çevrilir ki, mətnyaradıcı və ya mətn məzmunu ifadə edən 
funksiya daĢısın. Dilin bütün daĢıyıcıları sözlər və 
cümlələrlə reallaĢır. Mətni abzasla da eyniləĢdirənlər də 
vardır. Abzas haqqında O.S.Axmanova (О.С.Ахманова 
“Словар лингвистических терминов”) adlı lüğətdə 
aĢağıdakı məlumatı verir: 
“Abzas – bir qırmızı sətrdən 


başqasına qədər olan yazılı nitq parçası olub, frazadan 
yüksək vahid və ya mürəkkəb sintaktik tam kimi çıxış 
edir”. 
Bəzi alimlər isə məsələn, A.Q.Ruznev abzasla 
mətni fərqləndirir. 
Əslində mətni abzasla eyniləĢdirmək olmaz. 
Doğrudur, çox vaxt abzasla mətnin hüdudları eyniləĢir. 
Çünki hər ikisi mürəkkəb sintaktik tam olur. Məsələn, 
“Natiq nitqi bir saata yaxın bir vaxtda toy şənliyində 
məruzəsini yekunlaşdırdı, ehtiram əlaməti olaraq bunu 
diqqətlə dinləyən məclisin qarşısında təkrarən təzim 
etdi, bundan sonra özündən razı halda keçib yerində 
oturdu”. 
Burada bədii əsərdən götürülmüĢ bir abzas 
verilmiĢdir. Fikir tamlığı, məntiqi-semantik bitkinliklə 
yanaĢı, forma-qrammatik xəbərlik müstəqil mətn 
yaratmıĢdır. 
Doğrudan da, mətni sırf sintaktik vahid hesab 
etmək olmaz. Doğrudur, mətni təĢkil edən cümlələr və 
cümlə tərkibindəki sintaktik funksiyalı vahidlər konkret 
dilin sintaktik qanunları əsasında formalaĢır. Bununla 
belə, cümlələrin bir nitq vahidi kimi məntiqi semantik 
sahə yaratdığını da nəzərə almamaq olmaz. Mətni 
semantik tam hesab edənlər içərisində Ġ.F.Rudolfun 
mövqeyi daha çox tənqidə məruz qalır. Belə ki, mətni 
sintaktik tam hesab etməkdən əlavə o, daha irəli gedərək 
cümləni (əlbəttə geniĢlənmiĢ cümlə) mətn hesab edir. 
Bizcə K.Abdullayevin mətn haqqındakı fikri daha 
aydın və düzgündür. O göstərir ki, 
“Mətn müəyyən fikri 
və struktur vahid təşkil edən, ümumi semantik və 
formal-qrammatik əlamətlə birləşən iki və daha çox 


cümlənin birləşməsindən ibarətdir”. 
Bu fikri aĢağıdakı misalda sübut etmək olar: 
“Mansır kişiyə elə gəldi ki, hava çoxdan işıqlanıb. Cəld 
yerindən qalxıb paltarını geydi, hay-küy qaldırıb 
rəxnəyə saldı. Əl-üzünü yudu, protez dişlərini taxıb 
axşamdan qalan xörəyi qızdırdı, iştahla hamısını 
qaşıqladı”. 
Bu cümlələrin formal mübtədası Mansır kiĢi 
olduğu kimi, məntiqi subyekti də odur. Buradakı 
cümlələr bir məntiqi və sintaktik tam təĢkil edir. Ona 
görə də müstəqil mətn kimi çıxıĢ edir. Mətnin məzmunu 
məlumat vermə, təsvir və mühakimə növlərindən 
ibarətdir. 
Məlumat hissə və ya növündə məntiqi predikatla 
qrammatik xəbər eyni olur. Əslində məntiqi predikatın 
bütün hallarda qrammatik xəbərlə uyğun gəlməsi belə 
bunları eyniləĢdirməyə əsas vermir. Çünki xəbərdə 
intonasiya bir fonetik vasitə kimi predikativlik xarakteri 
daĢımaya da bilər. Məntiqi predikatın iĢlənmə dairəsi isə 
daha geniĢdir. Məntiqi subyekt də qrammatik mübtəda 
demək deyil. Buna görə də məlumat mətni ilə nəqli 
cümlə arasındakı fərqi görməmək olmaz. Məsələn, 
1) Elə bil heç Əmirquliyovun əmrini eşitməyiblər, 
ya da heç veclərinə almırlar (Q.Mehdiyev). 
2) …Quduz qurdlar evimi dələr gördüm, 
Qara dəvə (ənsəmdən) Qıvrar gördüm. 
Qarğa kimi qara saçım uzanır gördüm, 
Biləyimdə on barmağımı qanda gördüm. 
Necə kim bu duşu gördüm (artıq uyumadım - dedi) 
Şundan bəri ağlım, usum dərə bilmən (Dədə 
Qorqud). 


Burada məntiqi predikatla qrammatik xəbər 
eynidir. Alman alimi H.Paul haqlı olaraq qrammatik 
xəbəri psixoloji məlumat vasitəsindən fərqləndirərək 
belə bir fikrə gəlir ki, «psixoloji xəbər ifadə məqsədidir». 
Mətndə təsvir də xüsusi çəkiyə malikdir. Təsvir 
məlumatın eyni olmayıb ondan ayrı da deyildir. 
Məlumatla təsviri ayıran baĢlıca fərq məntiqi psixoloji 
əhatədir. Əgər obyektiv gerçəklikdəki əĢya və hadisələr 
haqqında hər hansı bir təsdiq və ya inkar ifadə edilərsə, 
bu məlumat (predikativlik) hesab edilir. Təsvirdə isə 
tamlıq qrammatik cəhətdən formalaĢmaya da bilər. 
Məsələn, 
…Əli müəllim xitabət kürsüsünə qalxır. Göz 
qapaqlarını qaldırıb nəhəng sinfə baxır. Təəccübündən 
xitabət kürsüsündə donur. Gözlərinə inana bilmir. Sual 
verən şagirdlərin biri də yoxdur (Q.Mehdiyev). 
Mühakimədə isə mətn daxilində mühakimə, əqli 
ümumiləĢdirmə kimi məntiqi psixoloji cəhətlər özünü 
göstərir. Kiçik bir mətn daxilində cümlələr əlaqələnir, 
fikirlər müqayisə edilir. Biri digərini ya tamamlayır, ya 
əksinə olaraq bir-birini aĢkar edir. Məsələn, 
-Gör bircə gələn var? Nə qədər ki, parkda gözəllik 
vardı, gül-gülü, çiçək-çiçəyi çağırardı, hamı bura 
axışırdı. İndi qar gözəlliyi udub deyən parka yaxın gələn 
yoxdur (Q.Mehdiyev). 
Mətnin quruluĢu üç tərkib hissəsindən ibarət olur. 
Birinci hissə baĢlanğıc, ikinci orta, üçüncü hissə isə 
sonluq adlanır. 
BaĢlanğıc – burada mətnin mövzusunun (tema) 
məntiqi psixoloji əsası qoyulur. Qrammatik üzvlər məna 
yükü ilə maksimum dərəcədə yüklənir, yəni baĢlanğıc 


özü məntiqi semantik cəhətdən dolğun olmalıdır. 
BaĢlanğıcda 
Azərbaycan 
dilinin 
aqqlyutinativ 
qrammatik quruluĢundan asılı olaraq əvəzliklə ifadə 
edilən qrammatik mübtədadının iĢlənməsi vacib deyil. 
Semantik obyekt və ya subyekt mütləq olmalıdır. Əks 
təqdirdə mətnin sonrakı komponentləri üçün psixoloji 
açar rolunu oynaya bilməz. AĢağıdakı cümlələrə fikir 
verək: 
“Tərsliyindən gəl əl çək, gəl gözəlliyə, 
sağlamlığa, bərəkətə birlikdə tamaşa edək”. 
Göründüyü kimi, burada qrammatik mübtəda 
yoxdursa da, psixoloji subyekt təsəvvür edilir. 
Mətnin orta hissəsində baĢlanğıcdakı fikir nisbətən 
açılır. Bu hissədə baĢlanğıcda qoyulmuĢ fikir 
dəqiqləĢməyə, 
elementlər 
reallaĢmağa, 
üzvlər 
aydınlaĢmağa baĢlayır. Məsələn, 
“…Koroğlunun başını da bağlamadılar. 

Yüklə 3,62 Mb.

Dostları ilə paylaş:
1   ...   169   170   171   172   173   174   175   176   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə