Dərslik adu-nun vəsaiti ilə çap olunur. Bakı Mütərcim 2017 Elmi redaktor



Yüklə 3,62 Mb.
Pdf görüntüsü
səhifə172/177
tarix23.12.2022
ölçüsü3,62 Mb.
#97743
növüDərs
1   ...   169   170   171   172   173   174   175   176   177
Adil Babayev

 


 
MƏTNĠN LĠNQVĠSTĠKASI 
Ġstər xarici dilçilikdə, istərsə də Sovet dilçiliyində 
dilin sintaktik-konstruktiv yarusu üzərində geniĢ 
elmi-tədqiqat iĢləri aparılır. Məlumdur ki, dil vahidləri 
məhz sintaktik mahiyyət aldıqdan sonra ünsiyyət 
elementinə çevrilir. Burada dil vahidləri həndəsənin 
stereometriya hissəsindəkinə uyğun olaraq yeni xəyali 
mahiyyət alar. Doğrudan da, dilin baĢqa səviyyələrinə 
nisbətən sntaksisdə dil vahidləri yeni xəyali keyfiyyətlər 
alır. Belə vahidlər məhz cümlənin sintaktik-konstruktiv 
və məntiqi-semantik keyfiyyət almasını Ģərtləndirir. 
Ġndiyədək cümlə dilin ən böyük vahidi hesab edilirdi. 
Dilçilikdə yeni sahənin “Mətn dilçiliyi”nin meydana 
gəlməsi ilə əlaqədar olaraq cümlə ən böyük dil vahidi 
statusunu itirdi. 
“Mətn linqvistikası” termini dilçiliyimizdə yenidir. 
Onu baĢqa cür “Mətn dilçiliyi” adlandırmaq çətindir. 
Ona görə də “Mətn linqvistikası” kimi qəbul etmək 
lazım gəlir. 
Mətnin 
quruluĢu, mündəricəsi, strukturası, 
sərhədləri, tərkibi və s. kimmi problemlər dilçi alimlərin 
diqqətini çoxdan cəlb etmiĢdir. Müasir dilçilikdə ən 
aktual problemlərdən biri tam fikir toplusunun – mətnin 
sintaksisidir. Bu sahədə geniĢ elmi-tədqiqat iĢləri 
aparılır. Çünki mətn dil və nitq faktı kimi həm 
linqvistik-konstruktiv, 
həm 
də 
məntiqi-semantik 
qanunlar 
əsasında 
formalaĢır. 
Burada 
hətta 
fəlsəfi-məntiqi anlayıĢlar da vardır. 
Mətn üzərində aparılan linqvistik tədqiqat tarixi 


qədim olsa da, bu anlayıĢ əsl mənada çex alimi 
V.Mateziusun adı ilə bağlıdır. Doğrudur, XIX əsrdə rus 
dilçilərindən A.M.PeĢkovski, F.F.Fortunatev, L.V.ġerba 
və baĢqa alimlər bu sahədə elmi-tədqiqat iĢləri 
aparmıĢlar. Belə ki, F.F.Fortunatov “psixoloji hökm” və 
ya “fikirdə cümlə” ilə “qrammatik cümlə” və ya “nitqdə 
cümlə” anlayıĢlarını fərqləndirməyə çalıĢmıĢdır. Lakin o 
da bu iki anlayıĢın fərqini görə bilməmiĢdir. 
A.M.PeĢkovski də F.F.Fortunatov kimi “psixoloji 
hökm” anlayıĢından istifadə etmiĢdir. Amma o bu 
anlayıĢı nitqə də aid etmiĢdir. Nəticədə, belə bir qənaətə 
gəlmiĢdir ki, nitqdə psixoloji xəbər (predikat – A.B.) 
məntiqi və ya psixoloji vurğu ilə ifadə edilir. Buna görə 
də A.M.PeĢkovski intonasiya və söz sırasını “köməkçi” 
sintaktik vasitə hesab etmiĢdir. V.Mateziusun bu 
sahədəki əsərləri meydana gəldikdən sonra cümlənin 
aktual üzvlənməsi nəzəriyyəsi bütün çex dilçilyində və 
baĢqa ölkələrdə məĢhurlaĢmağa baĢladı. Matezius XIX 
əsrdə fransız dilçisi A.Veymein bəzi ideyalarına 
əsaslanaraq aktual üzvlənmə probleminin məntiqə deyil, 
məhz dilçiliyə aid olduğunu sübut etdi. Aktual üzvlənmə 
komponentləri kimi “əsas” və “nüvə” anlayıĢlarını da 
dilçiliyə o gətirmiĢdir. V.Mateziusun tədqiqatından 
sonra cümlənin formal və aktual üzvlənməsi məsələsi 
konkretləĢdi. Cümlənin aktual və formal üzvlənməsi – 
hər bir dildə baĢ verən ən ümdə xarakter cəhətlərdən 
biridir. 
Bundan sonra çex alimləri F.DaneĢin, Y.Firbasın, 
P.Adamsın, Y.Mistirkanın əsərlərində bu məsələ həm 
ekstensiv, həm də intensiv Ģəkildə həll edildi. 
Sovet 
dilçiliyində 
mətnin 
linqvistikası 


problemlərindən ilk dəfə K.Q.KruĢelniskaya bəhs 
etmiĢdir. K.Q.KruĢelinskaya aktual və fikri üzvlənmə 
anlayıĢlarına “məlum” və “yeni” anlayıĢlarını əlavə 
etmiĢdir. O bu məsələnin məntiqi mahiyyətindən daha 
çox sintaktik qrammatik xəhətinə fikir verir. 
Müasir xarici dilçilikdə də mətnin linqvistikası 
problemləri dərindən və hərtərəfli tədqiq edilməkdədir. 
Ġngilis, alman, çex, polyak və fransız dilçiləri Matezius 
nəzəriyyəsini geniĢ tətbiq edərək, hind-Avropa dilləri 
üzərində əhəmiyyətli tədqiqat aparırlar. 
Belə ki, ingilis dilçisi Karel Qauzenblaz “Nitq 
yaradıcılığının xarakteristikası və təsnifi”, polyak alimi 
Petr Seqal “Mətnin linqvistikası proqramı haqqında”, 
alman dilçisi Ziqfrid ġmidt “Mətn” və “Tarix” Baza 
(əsas) kateqoriyalardır”, habelə Volqanq Dressler 
“Mətnin sintaksisi” kimi əsərləri ilə bu sahədə geniĢ 
Ģöhrət tapmıĢlar. 
Azərbaycan dilçiliyində bu məsələ, demək olar ki, 
təzədir. 
Doğrudur, otuzuncu illərin qrammatika 
dərsliklərində cümlənin formal-qrammatik təhlili ilə 
yanaĢı, məntiqi-fikri təhlilindən də bəhs edilirdi 
(Xüsusilə Azərbaycan dilinin qrameri kitabındakı “ruhi 
təhlil” anlayıĢları bu qəbildəndir). 
Amma müasir dilçilik səviyyəsində ilk linqvistik 
təhlil son illərdə aparılmıĢdır. Belə ki, filoloji elmlər 
namizədi 
Ə.Xəlilov namizədlik dissertasiyasında 
linqvistik-sintaktik 
əlaqə 
vasitələri 
səviyyəsində 
əvəzliyin rolundan bəhs etmiĢdir. 
Azərbaycan dilçiliyində mətnin linqvistikası ilə 
əlaqədar tədqiqatlardan biri də F.Ağayevanın “ġifahi 
nitqin sintaksisi” adlı əsəridir. Burada müəllif replika, 


dialoq, dialoqda fonetik-sintaktik vasitələrin rolu və s. 
məsələlərinə toxunur. 
Azərbaycan 
dilçiliyində 
sintaksisin 
nəzəri 
problemlərinə geniĢ mənada – hərtərəfli Ģəkildə 
K.Abdullayev toxunmuĢdur. O, “Azərbaycan dili 
sintaksisinin 
nəzəri 
problemləri” 
adlı doktorluq 
dissertasiyasında mətnin sintaksisi haqqında xarici və 
sovet dilçiliyində mövcud olan, demək olar ki, bütün 
elmi məxəzləri tədqiqata cəlb etmiĢ, onların heç birinin 
təsiri altına düĢmədən, onları ümumiləĢdirib dilçiliyimiz 
üçün çox maraqlı nəticələrə gəlmiĢdir. Həmin əsərdə 
K.Abdullayev mətnin strukturası, elementləri, hüdudları, 
tərkibi kimi məsələləri iĢıqlandırmıĢ, öz nəticələrini 
vermiĢdir. Azərbaycan və baĢqa türk dillərindən 
gətirdiyi misallarla fikirlərini təsdiq etmiĢdir. 
Göstərilən əsərin avtereferatında K.Abdullayev 
yazır: 

Yüklə 3,62 Mb.

Dostları ilə paylaş:
1   ...   169   170   171   172   173   174   175   176   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə