Dərslik Azərbaycan Dillər Universiteti Elmi Şurasının



Yüklə 16,97 Mb.
Pdf görüntüsü
səhifə21/175
tarix25.12.2022
ölçüsü16,97 Mb.
#97881
növüDərslik
1   ...   17   18   19   20   21   22   23   24   ...   175
Təsnifat
Təsnifat (
latın dilindən tərcümədə - classis- növ, facio- etmək
) – obyektlərin 
qruplara elə bir bölgüsüdür ki, orada hər bir qrupun müəyyən yeri vardır. 
Obyektlərin qruplara bölgüsü onlara xas olan mühüm fərqləndirici əlamətlər 
üzrə aparılır. 
Təsnifat vasitəsilə məfhumun 
həcmi
açılır. Yəni bu metod vasitəsilə 
məfhuma daxil olan digər məfhumlar müəyyən edilir. Məsələn: “Müasir dövrdə 
keçmiş Sovet İttifaqı respublikalarındakı dinlər ənənəvi və qeyri-ənənəvi dinlərə 
bölünür”.
Təsnifatın strukturu
Təsnifat 3 hissədən ibarətdir: həcmi açıqlanan məfhum, təsnifatın əsası və 
təsnifatın elementləri. Yuxarıdakı misalda (“Müasir dövrdə keçmiş Sovet İttifaqı 
respublikalarındakı dinlər ənənəvi və qeyri-ənənəvi dinlərə bölünür”)
 
təsnifatın 
struktur elementləri aşağıdakılardır: 
Müasir dövrdə keçmiş Sovet İttifaqı respublikalarındakı dinlər
- həcmi 
açıqlanan məfhum;
Tarixən Sovet İttifaqı respublikalarına mövcud olmaq baxımından 

təsnifatın əsası;
Ənənəvi və qeyri-ənənəvi dinlər
- təsnifatın elementləri.
Təsnifatın qaydaları:
1. 
Təsnifat 
proporsional
(mütənasib) olmalıdır, yəni bölünən məfhumun 
həcmi bölgünün elementlərinin həcmlərinin cəminə bərabər olmalıdır. Bu qayda 
2 halda pozula bilər:
a. 
Natamam təsnifat
- bölgünün elementləri bölünən məfhumu tam 
əhatə etmir. Məsələn, 
“Beynəlxalq münasibətlər nəzəriyyəsi realizm, liberalizm, 
marksizm nəzəriyyələrini ehtiva edir”.
(Burada konstruktivizm, neorealizm və 
digər nəzəriyyələr göstərilməmişdir).


33
“MULTİKULTURALİZMƏ GİRİŞ” FƏNNİNİN PREDMETİ VƏ ƏHƏMİYYƏTİ
b. Əlavə elementləri daxil edən təsnifat. Məsələn, “Kimyəvi elementlərə
metallar, qeyri-metallar və ərintilər daxildir”. Bu misalda “ərintilər” əlavə 
elementdir;
2. 
Təsnifat 
bir əsasa
görə aparılmalıdır ki, onun elementlərinin həcmləri 
kəsişməsin. Bu qayda pozulduqda, təsnifatın elementlərinin həcmləri kəsişir. 
Məsələn, “Nəqliyyata quru, su, hava, özəl və dövlət nəqliyyat növləri daxildir”.
 
Bu təsnifat iki əsasa görə (
nəqliyatın hərəkət məkanı, nəqliyatın mülkiyyət 
forması
) aparılmışdır. Buna görə də onun elementlərinin həcmləri kəsişir;
3. 
Təsnifatın elementləri bir-birini 
istisna 
etməlidir. Bu qayda əvvəlki 
qaydadan irəli gəlir, çünki təsnifat bir əsasa görə aparılmadıqda, onun 
elementlərinin həcmləri bir-birilə kəsişəçəkdir. Məsələn, “Müharibələr ədalətli, 
ədalətsiz, azadlıq uğrunda və dünya müharibələri növlərinə bölünür”. Bu təsnifat 
bir əsasa görə aparılmamışdır. Ona görə də təsnifatın elementlərinin həcmləri 
bir-birilə kəsişir. Belə ki, azadlıq uğrunda aparılan müharibə ədalətli müharibə 
sayılır. Buna görə də “azadlıq uğrunda aparılan müharibə” “ədalətli müharibə” 
məfhumunun həcminə daxildir. Yəni bu təsnifatın elementlərinin həcmləri bir-
birini istisna etmir. 
4. 
Təsnifat 
ardıcıl
aparılmalıdır, yəni burada boşluq olmamalıdır. 
Məsələn, “Müasir dövrdə keçmiş Sovet İttifaqı respublikalarındakı dinlər 
ənənəvi, qeyri-ənənəvi, missionerlər tərəfindən yayılan dinlər, milli dinlərə 
bölünür”. Bu təsnifat ardıcıl deyil, çünki 
 
“müasir dövrdə missionerlər 
tərəfindən yayılan dinlər”
 
məfhumunun həcmi “qeyri-ənənəvi dinlər” 
məhhumunun həcminə daxildir. Bundan başqa bu təsnifat bir əsasa görə 
yox, üç əsasa görə aparılmışdır (əraziyə tarixən xas olan dinlər, missionerlər 
tərəfindən yayılan dinlər, dünya yaxud milli dinlər). Bu təsnifat qeyd olunan 3 
əsas üzrə ayrılıqda aparılmalıdır.
Təsnifatın növləri
İki cür təsnifat vardır:
1. Əlamətin şəklinin dəyişdirilməsinə görə aparılan təsnifat. Məsələn, 
“Nüvə partlayışları partlayışın keçirildiyi yerdən asılı olaraq hava, yerüstü, 
yeraltı və ya sualtı partlayışlara bölünür”;
2.
Dixotomik təsnifat
(bölünən məfhumun həcmi bir-birinə zidd olan 
məfhumlara bölünür). 


MULTİKULTURALİZMƏ GİRİŞ
34
Məsələn, “Məfhumlar müqayisə olunan və müqayisə olunmayan qruplara 
bölünür”. 
Dixotomik təsnifatın bir neçə üstünlüyü vardır: 
a. 
O, həmişə proporsionaldır;
b. 
Təsnifatın elementləri həmişə bir-birini istisna edir;
c. 
Təsnifat yalnız bir əsasa görə aparılır.
Analogiya
“Analogiya”
sözü qədim yunan dilində 
tənasüb, proporsiya
mənasını verir. 
Geniş mənada bu termin cisim və hadisələrin uyğunluğunu, oxşarlığını, onların 
münasibətlərinin eyniliyini ifadə edir. Cisim, tarixi hadisələrlə bərabər məfhumlar 
və fikirlər də analoji ola bilər. 
Analogiya –
elmi tədqiqatın elə bir metodudur ki, onun vasitəsilə 
obyektlərin bir cəhətdə olan oxşarlıqlarının əsasında onların digər cəhətlərdə də 
oxşar olmaları haqqında fikir söylənilir.
Analogiyada aşağıdakı terminlərdən istifadə edilir:

analogiyanın nümunəsi
– naməlum obyektə əlaməti köçürülən obyekt;

analogiyanın subyekti
– müəyyən əlamətin köçürüldüyü obyekt;

analogiyanın terminləri
- analogiyanın nümunəsi və subyekti;

köçürülən əlamət
- analogiyanın nümunəsindən subyektinə keçirilən 
əlamət;

analogiyanın əsası
- analogiyanın hər iki termininə xas olan və eyni 
zamanda müəyyən əlamətin köçürülməsi üçün əsas olan əlamət.
Analogiyanın bir tədqiqat metodu kimi əhəmiyyətini həmçinin onun 
yuxarıdakı terminlərinin mahiyyətini anlamaq üçün bir misal gətirək. 
Fərz edək ki, biz müasir dövrdə Fransada islamofobiyanın 
yayılmasının səbəbləri haqqında məlumat əldə etmək istəyirik. Lakin qeyd 
olunan sahədə elmi araşdırma aparılmadığına görə bu haqda məlumat 
yoxdur. Niderland Krallığında isə islamofobiyanın yayılması ilə bağlı elmi 
araşdırma aparılmışdır. Buna görə də Niderland Krallığında sözügedən 
məsələ ilə bağlı müəyyən məlumat vardır. Analogiya metodu vasitəsilə 
Fransada islamofobiyanın yayılmasının səbəblərinə dair məlumat əldə 
etmək mümkündür. Bu iki ölkə arasında bir sıra mühüm ümumi oxşar 
cəhətlər vardır. Fransa və Niderland Krallığı Avropa İttifaqının əsas üzv 


35
“MULTİKULTURALİZMƏ GİRİŞ” FƏNNİNİN PREDMETİ VƏ ƏHƏMİYYƏTİ
ölkələrindəndir. Bu ölkələrdə yüksək iqtisadi inkişafın müşahidə olunması, 
həmçinin hər iki ölkədə hökumət tərəfindən əsaslı şəkildə əhalinin sosial 
müdafiəsi proqramının tətbiq edilməsi onları miqrantlar üçün cəlbedici edir. 
İslamofobiyanın yayılması ilə bağlı Niderland Krallığında aparılmış elmi 
tədqiqatda müəyyən edilmişdir ki, burada sağçı radikal qrupların ölkədə 
gedən siyasi proseslərə fəal müdaxilə etmələri islamofobiyanın yayılmasında 
mühüm rol oynamışdır. Fransa və Niderland Krallığı arasında olan bu 
mühüm oxşarlıqlara əsaslanaraq belə bir nəticəyə gəlmək olar ki, müasir 
dövrdə Fransada islamofobiyanın yayılması burada sağçı radikal qrupların 
fəallaşması ilə əlaqədardır. 
Bu misalda Niderland Krallığı termini- 
analogiyanın nümunəsi
, Fransa - 
analogiyanın subyekti
, Niderland Krallığı və Fransa - 
analogiyanın terminləri
kimi çıxış edir. 
Köçürülən əlamət
kimi Niderland Krallığında sağçı radikal 
qrupların ölkədə gedən siyasi proseslərə fəal müdaxilə etmələrini göstərmək 
olar. Fransa və Niderland Krallığının Avropa İttifaqının əsas üzv ölkələrindən 
olmaları, bu ölkələrin yüksək iqtisadi inkişaf səviyyəsi, hər iki ölkədə hökumət 
tərəfindən əsaslı şəkildə əhalinin sosial müdafiəsi proqramının tətbiq edilməsi 
analogiyanın əsası
kimi özünü göstərir. 
Lakin analogiya vasitəsilə alınan nəticələrin həqiqiliyi ehtimal xarakteri 
daşıyır. Bu nəticələrin həqiqilik ehtimallığının artırılması yolları vardır. Onlar 
aşağıda verilmişdir:
1.Analogiyanın nümunəsi və subyekti üçün ümumi olan əlamətlərin sayı 
mümkün qədər çox olmalıdır;
2. Analogiyanın əsası kimi istifadə edilən əlamətlər müqayisə olunan 
obyektlər üçün əhəmiyyətli olmalıdır;
3. Ümumi əlamətlər müqayisə olunan obyektlərin müxtəlif tərəflərini 
əhatə etməlidir;
4. Köçürülən əlamət analogiyanın əsasını təşkil edən əlamətə aid olmaqla 
yanaşı onunla bağlı olmalıdır;
5.Obyektlər arasında olan oxşarlıqla yanaşı onlar arasında olan fərqi də 
nəzərə almaq lazımdır.


MULTİKULTURALİZMƏ GİRİŞ
36

Yüklə 16,97 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə