Dərslik Azərbaycan Dillər Universiteti Elmi Şurasının



Yüklə 16,97 Mb.
Pdf görüntüsü
səhifə24/175
tarix25.12.2022
ölçüsü16,97 Mb.
#97881
növüDərslik
1   ...   20   21   22   23   24   25   26   27   ...   175
İngilis mütəfəkkiri və 
iqtisadçısı Con Stüart Mill 
(1806-1873). 


MULTİKULTURALİZMƏ GİRİŞ
42
multikulturalizmdə dövlətin rolu və ya müdaxiləsi azdır. Kukatas qeyd edir 
ki, azlıqlar dövlət müdaxiləsindən azad olmalıdırlar. Onun konsepsiyasına 
görə, birləşmə azadlığından açıq cəmiyyət doğur və digər mədəniyyətlərin 
nümayəndələri bu cəmiyyətin mənsublarına qoşularaq onun üzvünə çevrilə 
bilərlər. Eyni zamanda yeni qoşulmuş üzvlər və ya kosmopolit mühitin bir hissəsi 
olaraq öz ənənələrinə uyğun surətdə, yaxud da digərləri ilə yalnız minimal həddə 
əlaqəyə girərək mədəni azlıqların nümayəndələri kimi rahat yaşaya bilərlər. 
Kukatasın bu konsepsiyası xüsusən “Dözülməzə Dözmək” (Tolerating the 
Intolerable) adlı əsərində ifadə olunmuşdur.
Kimlika isə dövlətin müdaxiləsini və aktiv rolunu dəstəkləyir. O, bildirir ki, 
qruplar arasında münasibətlər sadəcə dözümlə kifayətlənərsə, onda qrup daxilində 
üzvlərlə bərabərhüquqlu davranılma təmin olunmaz. Buna görə də, Kimlika 
“qrup-differensasiyalı hüquqlar” vasitəsilə tanınma (recognition) konsepsiyasını 
irəli sürür. Bu cür hüquqları iki kateqoriyaya bölür: ayrı-ayrı qrupların bir-birlərinə 
münasibətdə olan hüquqlarını nəzərdə tutan qrup hüquqları və hər hansı qrupun 
öz daxilində onun üzvlərinin fərdi hüquqları. Bir məqamı da qeyd etmək lazımdır 
ki, qrup hüquqları bəzən öz müqqəddaratını təyinetmə hüququ kimi də qavranılır 
və bu səbəbdən də multikulturalizm həm də etnik millətçiliklə əlaqələndirilə 
bilir. Bunun da səbəbi qrup hüquqlarının özündə təmsilçilik və özünü idarəetmə 
hüquqlarını ehtiva etməsidir. Özünü idarəetmə və təmsilçilik hüququ əldə etmiş 
qruplar bir tərəfdən özünü idarəetməni öz müqəddaratını təyin etmə səviyyəsinə 
qaldırmağa meyl edirlər, digər tərəfdən isə öz müqəddəratını təyinetmə hüququnu 
müstəqil dövlət formasında reallaşdırmaq istəyirlər. Bu da etnik millətçiliyin 
inkişafına rəvac verir. Misal olarar, multikulturalizm siyasətinin ən uğurlu 
nümunələrindən sayılan Kanadada Kvebek bölgəsi əsas etibarilə fransızdilli olan 
və əcdadları Fransadan köçmüş insanlardan formalaşmışdır. 
Kvebek bölgəsi Kanada dövləti daxilində yüksək muxtariyyətə, yəni 
özünüidarəetməyə malikdir. Amma bununla kifayətlənməyərək, Kvebekin 
Kanadadan ayrılaraq müstəqil dövlətə çevrilməsi istiqamətində aparılan ciddi 
cəhdlər müəyyən gərginliyə səbəb olmuşdur və bu zəmində etnik millətçilik 
özünü büruzə vermişdir. Hətta bölgənin müstəqilliyi ilə bağlı 1980-ci və 1995-cı 
illərdə iki referendum keçirilmişdir.
Çandran Kukatas bildirir ki, klassik multikulturalizm prinsipləri üzərində 
qurulmuş multicultural cəmiyyətdə bir sıra qeyri-liberal elementlər də mövcud 


43
“MULTİKULTURALİZMƏ GİRİŞ” FƏNNİNİN PREDMETİ VƏ ƏHƏMİYYƏTİ
ola bilər. Amma həmin elementlər 
nə təqibə, nə də assimliyasiyaya 
məruz qalmamalıdır. Sadəcə 
olaraq onlara tolerant münasibət 
göstərilməlidir. 
Çünki 
yad 
mədəniyyətlər və ənənələr, hətta 
liberalizmə və liberal dəyərlərə 
uyğun olmadıqda belə onlara 
tolerantlıqla yanaşmaq lazımdır. 
Məhz bu baxımdan klassik liberal 
multikultural rejim ən tolerant 
rejim kimi xarakterizə oluna bilər. 
Məsələ ondadır ki, belə rejim hətta ona qarşı çıxanların mövcud olması ilə də 
barışmağa hazırdır. Amma heç bir qrupa və ya icmaya hansısa xüsusi üstünlük 
və ya imtiyaz verilmir. Eyni zamanda klassik liberal multikulturalizm heç kəsin 
öz dəyərlərinə riayət etməsinə və ya müəyyən ənənələrini dəstəkləməsinə mane 
olmamalıdır, lakin heç bir məqsəd və ya ənənəyə də xüsusi üstünlük verməməli 
və ya təbliğ etməməlidir.
Kukatasın qənaəti ondan ibarətdir ki, klassik liberal multikulturalizm 
qorxu və ya favoritizmin olmadığı bir yanaşmadır. Multikulturalizmə klassik 
liberal yanaşmasının əsas problemi ondan ibarətdir ki, ona real həyatda praktik 
olaraq heç bir nümunə yoxdur. Hətta Çandran Kukatas özü də bu faktı etiraf edir 
və onu belə izah edir ki, klassik liberal multikulturalizmdə qeyri-real dərəcədə 
yüksək standart müəyyən etdiyinə görə onu faktiki olaraq həyata keçirmək 
mümkün deyil. Həmin standart mütləq tolerantlıq standartıdır. Bunları nəzərə 
alaraq, klassik liberal multikuturalizmi utopik və ya romantik multikulturalizm 
kimi də xarakterizə etmək olar. 
Multikulturalizmə liberal yanaşmasından bəhs edərkən bir önəmlı məqamı 
nəzərə almaq lazımdır. Bu da ondan ibarətdir ki, liberal multikulturalizm məfhumu 
ilə multikulturalizmə liberal yanaşması eyniləşdırilməməlidir. Multikuluralizmə 
Vil Kimlikanın və Çandran Kukatasın liberal yanaşmaları müvafiq olaraq müasir 
liberal multikulturalizm və klassik liberal multikulturalizm kimi xarakterizə oluna 
bilər. Yəni multikulturalizmə bu iki müəllifin liberal yanaşmaları (klassik və müasir) 
liberal multikulturalizm anlayışına münasibətdə sinonim kimi çıxış edə bilər.

Yüklə 16,97 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə