Dərslik Azərbaycan Dillər Universiteti Elmi Şurasının



Yüklə 16,97 Mb.
Pdf görüntüsü
səhifə27/175
tarix25.12.2022
ölçüsü16,97 Mb.
#97881
növüDərslik
1   ...   23   24   25   26   27   28   29   30   ...   175
Fəslə aid suallar
1. 
Sözün geniş mənasında multikulturalizm termini nə deməkdir?
2. 
Sözün dar mənasında multikulturalizm termini nə deməkdir?
3. 
Etnik, irqi, dini və/və ya mədəni müxtəlifliklərin hər bir xalqın həyatında 
əhəmiyyətli rol oynaması nə ilə bağlıdır?
4. 
Multikulturalizmə sosial hadisə kimi yanaşmanın əhəmiyyəti nədir?
5. 
Multikulturalizm siyasətinin əsasında nə durur?
6. 
Multikulturalizmin xalqların həyat tərzinə çevrilməsinin əhəmiyyəti 
nədir?
7. 
Multikulturalizmin dövlət siyasəti səviyyəsinə keçmədən xalqların həyat 
tərzinə çevrilməsi mümkündürmü?
8. 
“Multikulturalizmə giriş” fənninin obyekti nədir?
9. 
“Multikulturalizmə giriş” fənninin predmeti nədir?
10. 
“Multikulturalizmə giriş” fənni üçün fəlsəfənin əhəmiyyəti nədən ibarətd
-
ir?
11. 
“Multikulturalizmə giriş” fənni üçün politologiyanın əhəmiyyəti nədən 
ibarətdir?
12. 
“Multikulturalizmə giriş” fənni üçün sosiologiyanın əhəmiyyəti nədən 
ibarətdir?
13. 
Metod nədir?
14. 
Müşahidə nədir?
15. 
Müşahidə prosesinin tərkib hissələri hansılardır?
16. 
Xarici və daxili müşahidə arasında fərq nədən ibarətdir?
17. 
Bilavasitə və dolayı müşahidə arasında fərq nədən ibarətdir?
18. 
Dərketmə prosesinin səmərəli metodu olmaq üçün müşahidə hansı 
tələblərə cavab verməlidir?
19. 
Müqayisə nədir?
20. 
Bir tədqiqat metodu kimi səmərəli olmaq üçün müqayisə hansı tələblərə 
cavab verməlidir?
21. 
Elmi araşdırmada müqayisə metodu vasitəsilə obyekt haqqında məlumatı 
hansı yolla əldə etmək olar?
22. 
Obyektlər arasında müqayisə onların mühüm yoxsa qeyri-mühüm 
əlamətləri üzrə aparılmalıdır? Niyə?


51
“MULTİKULTURALİZMƏ GİRİŞ” FƏNNİNİN PREDMETİ VƏ ƏHƏMİYYƏTİ
23. 
Bir tədqiqat metodu kimi ölçü nədir?
24. 
Ölçü ilə müqayisə metodları arasında hansı münasibət vardır?
25. 
Eksperiment nədir?
26. 
Müşahidə ilə eksperimentin oxşar və fərqli cəhətləri hansılardır?
27. 
Bir tədqiqat metodu kimi induksiya nədir?
28. 
Tam induksiya nədir?
29. 
Natamam induksiya nədir?
30. 
Deduktiv metod nədir?
31. 
Deduktiv metod vasitəsilə alınan nəticə ehtimal xarakteri daşıyır? Niyə?
32. 
Deduktiv əqli nəticədən alınan yeni biliyin həqiqi olması üçün şərt nədən 
ibarətdir?
33. 
Analiz metodu nədir?
34. 
Sintez metodu nədir? 
35. 
Abstraktlaşdırma metodu nədir?
36. 
Niyə abstraktlaşdırma metodu analiz metodunun məntiqi davamı hesab 
olunur?
37. 
Ümumiləşdirmə metodu nədir?
38. 
Məhdudlaşdırma metodu nədir?
39. 
Təsnifat metodu nədir?
40. 
Təsnifat hansı hissələrdən ibarətdir?
41. 
Təsnifatın qaydaları hansılardır?
42. 
Təsnifatın neçə növü vardır?
43. 
Dixotomik təsnifatın üstünlükləri hansılardır?
44. 
Analogiya metodu nədir?
45. 
Analogiyada hansı terminlərdən istifadə edilir?
46. 
Analogiya vasitəsilə alınan nəticələrin həqiqilik ehtimallığının artırılma
-
sının hansı yolları vardır?
47. 
“Multikulturalizmə giriş” fənninin əsas funksiyaları hansılardır?
48. 
“Multikulturalizmə giriş” fənninin nəzəri-idraki funksiyası nədən ibarət
-
dir?
49. 
”Multikulturalizmə giriş” fənninin praktiki funksiyası nədən ibarətdir?
50. 
”Multikulturalizmə giriş” fənninin siyasi-ideoloji funksiyası nədən ibarətdir?
51. 
”Multikulturalizmə giriş” fənninin proqnozlaşdırıcı funksiyası nədən 
ibarətdir?


MULTİKULTURALİZMƏ GİRİŞ
52
52. 
”Multikulturalizmə giriş” fənninin mənəvi- tərbiyəvi funksiyası nədən 
ibarətdir?
53. 
Liberalizm nümayəndələri arasında multikulturalizmlə bağlı fikir 
ayrılıqlarının səbəbi nədir?
54. 
Niyə Kimlika mühacir qruplarına münasibətdə milli azlıqların daha üstün 
hüquqlara malik olduqlarını iddia edir?
55. 
Multikulturalizmə klassik və müasir liberalizm yanaşmaları arasında fərq 
nədən ibarətdir?
56. 
Con Stuart Millin irəli sürdüyü “Zərər vurma!” prinsipinin mahiyyəti 
nədən ibarədir?
57. 
Niyə Kimlika “güclü multikulturalizm”in, Kukatas isə “zəif multikultur
-
alizm”in tərəfdarıdır?
58. 
Brayan Barrinin eqalitar liberal nəzəriyyəsinin əsas ideyası nədən ibarət
-
dir?
59. 
Kommunitarian baxış tərzinin əsas xüsusiyyətləri hansılardır?
60. 
Liberallar və kommunitarianlar arasında əsas müzakirə mövzusu nədir?
61. 
Kommunitarianlara görə, fərdin mənliyi harada formalaşır?
62. 
Çarlz Teylor və Alasdair Makintayrın kommunitarian görüşlərinin əsas 
müddəalarını göstərin.
63. 
Yurgen Habermas və Maykl Uolzerin kommunitarian görüşlərinin əsas 
müddəalarını göstərin.


53
“MULTİKULTURALİZMƏ GİRİŞ” FƏNNİNİN PREDMETİ VƏ ƏHƏMİYYƏTİ

Yüklə 16,97 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə