Dərslik Azərbaycan Dillər Universiteti Elmi Şurasının



Yüklə 16,97 Mb.
Pdf görüntüsü
səhifə25/175
tarix25.12.2022
ölçüsü16,97 Mb.
#97881
növüDərslik
1   ...   21   22   23   24   25   26   27   28   ...   175
Çandran Kukatas


MULTİKULTURALİZMƏ GİRİŞ
44
Amma bu hal həmişə belə olmur. Misal olaraq, eqalitar liberalizmin 
nümayəndəsi, Britaniyalı filosof Brayan Barrinin yanaşmasını qeyd etmək olar. 
O, multikulturalizmə liberal mövqedən yanaşır, amma multikulturalizmin qəti 
əleyhinə çıxır və hesab edir ki, liberal dövlət qeyri-liberal elementlərə tolerantlıqla 
yanaşa bilməz. Lakin burada problem ondan ibarətdir ki, hansı dəyərin liberal, 
hansı dəyərin qeyri-liberal olması mübahisəli məsəlidir. Digər ziddiyyət isə 
odur ki, liberalizmin digər nümayəndələrinə, məsələn, Çandran Kukatasa görə, 
liberal cəmiyyətdə hətta qeyri-liberal elementlərə də yer olmalıdır və həmin 
elementlərə tolerantlıqla yanaşılmalıdır, çünki bu liberalizmin mahiyyətindən 
irəli gəlir. 
Barri “Mədəniyyət və Azadlıq” (Culture and Equality) adlı
 
əsərində 
multikulturalizmə eqalitar liberalizm nöqteyi-nəzərindən yanaşır. O, etnik, 
dini irqi və mədəniyyət fərqlərinin tanınmasından doğan patologiyalardan 
bəhs edərək multikulturalizmə tənqidi baxışla yanaşır. Barrinin eqalitar liberal 
nəzəriyyəsinin əsası ondan ibarətdir ki, hər kəs üçün eyni qanun tətbiq edilməlidir 
və heç bir istisna olmamalıdır və yaxud da həmin qanunun mövcudluğu əsaslı 
deyildirsə, ləğv edilməlidir. 
Beləliklə, Barri müxtəlif dini və ya mədəni səbəblərlə bağlı olan mənfi, 
xoşagələməz ənənə və ya prakitikalarla bağlı qanuna istisnanı nəzərdən tutan 
multikulturalizm strategiyasının əleyhinə çıxır. Bu o deməkdir ki, hər hansı etnik, 
mədəni və ya dini səbəbdən fərdlərin qanun qarşısında bərabərliyi pozulmamalı, 
hamı eyni hüquqa malik olmalı və eyni dərəcədə məsuliyyət daşımalıdır. Barriyə 
görə, multikulturalizmdə fərdlərin bərabərlik prinsipinə istisnalar baş verə bilir 
ki, bu da nəticə etibarı ilə insanların bərabər imkanlardan məhrum olmasına 
gətirib çıxarır. Həmin mənfi, xoşagələməz ənənə və ya prakitikalara misal 
olaraq, Barri qaraçılara öz uşaqlarını lazımi təhsildən məhrum etmək hüququ 
verən qanunları numunə gətirir. 
Barri hər kəs üçün eyni qanunun tətbiq edilməsini və burada heç bir 
istisnaya yol verilməməsini, hər kəs üçün bərabər qanunları müdafiə edir və 
istisnaların yolverilməzliyini vurğulayır. Buna baxmayaraq, o, uşaqlar üçün 
bərabər təhsil imkanlarının təmin edilməsi məqsədilə bəzi istisnaları dəstəkləyir. 
Məsələn, Barri Fransada müsəlman qızların dövlət məktəb sistemində hicab 
geyinməsinin Fransanın dünyəvilik prinsipinə təhdid törətmədiyini bildirir. 
Başqa sözlə desək, Barrinin bərabər qanunları müdafiə etməsi ilə bərabər təhsil 


45
“MULTİKULTURALİZMƏ GİRİŞ” FƏNNİNİN PREDMETİ VƏ ƏHƏMİYYƏTİ
imkanlarının dəstəkləməsi arasında müəyyən ziddiyyətin olduğu görünür. Bu 
ziddiyyəti fərdiyyətçilik və xüsusən də bərabərlik prinsipləri ilə izah etmək olar. 
Məhz buna görə də, Barrinin eqalitar liberal yanaşmasını anti-multikulturalism 
adlandırırlar.
Eqalitar liberalizmə görə, “ədalətli” dövlət ənənəvi liberal azadlıqları 
qorumaqla yanaşı, iqtisadi faydaları yenidən bölüşdürərək zənginlərdən kasıblara 
çatdırılmasını və ictimai xidmətlərə çıxışda bərabərliyi təmin etməlidir. Barriyə 
görə, imkan bərabərliyi özəl təhsil və özəl tibb kimi institutlarla bir araya sığmır. 
Əsl imkan bərabərliyi yalnız o zaman mövcud olur ki, nəticələr sosial sinif, irq və 
ya ailə mənsubiyyətinin təsir etdiyi faktorlara deyil, müstəsna olaraq insanların 
seçimlərinə və qərarlarına əsaslansın. 
Yekun olaraq qeyd edilməlidir ki, multikulturalizmə liberalizm 
yanaşmaları yekcins deyil və fərqlidir. Müasir liberalizmin nümayəndəsi Vil 
Kimlika mukltikulturalizmdə dövlətin rolunu önə çəkir və qrup hüquqları 
məsələsində, xüsusən də özünün irəli sürdüyü “kənar müdafiə” konsepsiyasının 
həyata keçirilməsində dövlətin rolunun əhəmiyyətini vurğulayır. Klassik 
liberalizmin nümayəndəsi Çandran Kukatas isə əsas diqqəti fərdlərin azadlığı 
üzərinə yönəldir və dövlətin rolunu məhdudlaşdırılmasını müdafiə edir. 
Kimlika qruplar arasında tolerantlığı daha önəmli saydığı halda, Kukatas 
multikultural cəmiyyətdə fərdlər arasında tolerantlığı zəruri hesab edir və 
bildirir ki, liberal cəmiyyət həm də qeyri-liberal elementlərə dözümlü olmalıdır. 
Eqalitar liberalizmin nümayəndəsi Barri Brayan fərdlərin bərabərliyi prinsipini 
qətiyyətlə müdafiə edir. Barri nə Kimlikanın qrup hüquqları konsepsiyasını, nə 
də Kukatasın liberal cəmiyyətin qeyri-liberal elementlərə tolerant yanaşmalı 
olduğu fikrini qəbul edir və ümumiyyətlə, multikulturalizmi sərt tənqid edir. 
Multikulturalizmə liberalizm yanaşmaları arasındakı qeyd olunan ziddiyyət və 
fikir ayrılıqları təkcə nəzəriyyələrlə məhdudlaşmır, həm də praktikada müxtəlif 
dövlətlərin həyat keçirdiyi multikulturalizm siyasəti modellərində əks olunur.


MULTİKULTURALİZMƏ GİRİŞ
46

Yüklə 16,97 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə