Dərslik Azərbaycan Dillər Universiteti Elmi Şurasının



Yüklə 16,97 Mb.
Pdf görüntüsü
səhifə33/175
tarix25.12.2022
ölçüsü16,97 Mb.
#97881
növüDərslik
1   ...   29   30   31   32   33   34   35   36   ...   175
III FƏSİL
DÜNYA DİNLƏRİ
3.1. Buddizm
Buddizm dünyada yayılmış üç ümumbəşəri dinin (Buddizm, Xristianlıq 
və İslam) ən qədimidir. Buddizmin ümumbəşəri din sayılmasının səbəbi onun 
Xristianlıq və İslam kimi etno-konfessional və coğrafi sərhədləri aşaraq, fərqli 
mədəniyyət və ənənələrə mənsub müxtəlif xalqların dininə çevrilməsidir. 
Təxmini hesablamalara görə, dünya üzrə Buddizmin 450-500 milyon (təqribən 
1 milyonunu rahiblər təşkil edir) mənsubu vardır və onlar əsasən, Cənub, 
Cənub-Şərqi və Şərqi Asiya ölkələrində (Butan, Vyetnam, Hindistan, Kamboca, 
Çin, Koreya, Laos, Monqolustan, Myanma, Nepal, Tailand, Tibet, Şrilanka, 
Yaponiya, eləcə də Sinqapur və Malayziyada çinli əhalinin məskunlaşdığı 
bölgələrdə) yaşayırlar. Həmçinin Rusiya Federasiyasının subyektləri olan 
Buryatiya, Kalmıkiya, Tıva, Saxa (Yakutiya) və Xakasiya respublikalarında 
ənənəvi olaraq Buddizmə sitayiş olunur.
XIX əsrin sonlarından etibarən Buddizmin Avropa və Amerika qitələrində 
yayılması prosesi başlamışdır. Elə “Buddizm” termini də XIX əsrdə avropalılar 
tərəfindən bu dinə verilən addır. Onun mənsubları isə dinlərini “Dharma” (qanun, 
təlim), yaxud “Buddadharma” (Budanın təlimi) adlandırırlar. “Budda” sözü isə 
sanskrit və pali dillərində - “aydınlanmış”, yaxud “oyanmış şəxs” mənasını verir.
Buddizm ilk baxışda dindən daha çox, fəlsəfi sistemə bənzəyir. Ona görə 
də bəzi tədqiqatçılar ona fəlsəfi-etik təlim, idrakla bağlı elm və mədəni ənənə 
kontekstində yanaşmışlar. Lakin qeyd etmək lazımdır ki, Buddizmdə bir dinə 
xas olan bütün keyfiyyətlər mövcuddur. Buddizm kainatı yaradan fövqəlqüdrətin 
(tanrının) mövcudluğu ideyasından bəhs etməsə də, ümumən, mistik təmayüllü 
din kimi xarakterizə olunur. 


MULTİKULTURALİZMƏ GİRİŞ
66
3.1.1. Tarixi
Buddizm eramızdan əvvəl I minilliyin ortalarında qədim Hindistanın 
şimal-şərqində yaranmışdır. Bu dövrdə Hindistanın məhz həmin bölgəsində 
yeni dini təlimin yaranmasına bir sıra faktorlar təsir göstərmişdir. Belə ki, 
kasta sisteminin
hakim olduğu qədim veda dinində yüksək imtiyaz tanınan 
brahman sinfinin (ruhanilərdən ibarət ali təbəqə) bu bölgədə təsirləri nisbətən 
zəif idi. Kasta sisteminin digər nüfuzlu zümrəsi sayılan kşatrilərin (döyüşçü 
və dünyəvi hakimlər sinfinin) təsirləri isə əksinə daha güclü idi. Bundan 
başqa, həmin bölgədə dini prinsiplərə deyil, dünyəvi qanunlara əsaslanan 
dövlət quruculuğu prosesi gedirdi. Bu da sözügedən iki təbəqə arasında fikir 
ayrılığına, hətta konfliktlərin yaranmasına səbəb olurdu. Tədqiqatçıların 
fikrincə, məhz dünyəvi hakimlərə istinad edən Buddizm kasta sistemini 
tamamən rədd etmiş və bununla da brahmanizmə
müxalif dünyagörüşü kimi 
meydana çıxmışdır.
Qeyd etmək lazımdır ki, brahmanizm həmin tarixi dönəmdə dini ideya 
baxımından da ciddi böhran dövrünü yaşayırdı. Brahmanların təlimlərinin və 
formal icra olunan ayinlərin təsiri insanlar arasında getdikcə zəifləyirdi. Bunun 
əvəzinə şramanlar adlanan yeni, ənənəvi olmayan cərəyan təşəkkül tapmağa 
başlayırdı. Şramanlar zahid (asket) həyat tərzini seçən, daim səyahət edərək 
həyatın mənasını axtaran azad filosoflar kimi tanınırdılar. Onlar ənənəvi din 
xadimlərini (brahmanları) qəbul etmir, həyatın mahiyyətinin yoqa və fəlsəfə 
vasitəsi ilə dərk ediləcəyinə inanırdılar. Məhz belə şramanlardan biri Sakya 
qəbiləsindən olan və daha sonra “Budda” adı ilə məşhurlaşan 

Yüklə 16,97 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə