Dərslik Azərbaycan Dillər Universiteti Elmi Şurasının


Multikulturalizmə liberalizm yanaşması və onun



Yüklə 16,97 Mb.
Pdf görüntüsü
səhifə23/175
tarix25.12.2022
ölçüsü16,97 Mb.
#97881
növüDərslik
1   ...   19   20   21   22   23   24   25   26   ...   175
1.5. Multikulturalizmə liberalizm yanaşması və onun 
nümayəndələri
Multikulturalizm müxtəlif mədəni qrupların birlikdə yaşamasını və 
etnik-mədəni müxtəlifliyin qorunmasını nəzərdə tutduğu halda, liberalizm 
liberal-demokratik dəyərləri, fərdlərin hüquq və azadlıqlarına hörməti və 
onların müdafiəsini ön plana çəkir. Multikulturalizmə liberalizm yanaşması 
multikulturalizmi liberal demokratik prinsip və dəyərlər baxımından nəzərdən 
keçirməyi tələb edir. Bu yanaşmanın mahiyyəti ondan ibarətdir ki, o, bir tərəfdən 
dözümlülüyə sadiqdir, digər tərəfdən isə mənəvi sahədə xüsusən də mədəni və 
ya dini ənənələrə bağlı fərdi seçim azadlığına 
rəğbət göstərir. Amma bu iki baxışı bir araya 
gətirmək asan deyil. Ona görə də liberalizm 
nümayəndələri arasında multikulturalizmlə 
bağlı fikir ayrılıqları və ziddiyyətlər vardır.
Siyasi 
nəzəriyyəçi 
Vil 
Kimlika 
liberal 
multikuturalizmin 
ən 
nüfuzlu 
nümayəndələrindən biri hesab olunur və 
multikulturalizmə müasir liberalizm nöqteyi-
nəzərindən yanaşır. Kimlikanın əsas diqqəti 
azlıqda olan qruplarla ədalətli rəftar olunması 
məsələsinə cəmləşir. O, azlıqda olan qrupları iki 
kateqoriya üzrə təsnif edir: 
mühacir (poli-etnik) 
qrupları və milli (yerli)
qruplar.
Mühacir qrupları dedikdə, ölkəyə 
sonradan köçmüş qruplar nəzərdən tutulur. 
Vil Kimlika


39
“MULTİKULTURALİZMƏ GİRİŞ” FƏNNİNİN PREDMETİ VƏ ƏHƏMİYYƏTİ
Milli azlıqlar isə tarixən ölkədə yaşamış, özünün idarəetməsi olmuş və ya 
dövlətin yaradılmasında iştirak etmiş qruplar nəzərdə tutulur. Kimlika bu iki 
kateqoriyaya münasibətdə fərq qoyulması fikrini irəli sürür. Onun fikrincə, milli 
azlıqlar mühacir qruplarına nisbətdə daha üstün hüquqlara malik olmalıdırlar, 
çünki onlar dövlətin yaradılmasında müəyyən rol oynamışdılar. Mühacir 
qruplar isə ölkəyə sonradan gəlmişlər. Bu, onların üzərinə mövcud olan dövlətin 
qaydalarına uyğun yaşamaq kimi müəyyən bir öhdəlik qoymuşdur. 
Kimlika qrupa xas olan üç kateqoriyadan ibarət hüquqlar müəyyən edir: 
təmsilçilik, özünü idarəetmə və polietnik hüquqlar. Bu üç kateqoriya hüquqlar 
onun irəli sürdüyü 
“Multikultural Vətəndaşlıq”
anlayışını təşkil edir. Qrupa xas 
olan hüquqlardan bəhs edərkən Kimlika 
daxili məhdudiyyət və kənar müdafi
ə 
konsepsiyaları arasındakı fərqi göstərir. 
Daxili məhdudiyyət
(buna Pis Qrup 
Hüquqları deyilir) dedikdə, qrup tərəfindən onun daxilindəki münasibətlərdə 
məhdudiyyətlərin tətbiq edilməsi nəzərdə tutulur. Burada qrupdaxili həmrəylik 
naminə qrup üzvləri arasında ayrı-ayrı fərdlərin azadlığına məhdudiyyət qoyulur. 
Kənar müdafiə
(buna Yaxşı Hüquq da deyilir) isə qruplar arasında münasibətlərdə 
həssas və zəif qrupların (ilk növbədə milli azlıqların) digərlərinə münasibətdə 
qorunmasını nəzərdə tutur. Kimlika bildirir ki, liberal prizmadan yanaşdıqda 
kənar müdafiəyə haqq qazandırıla bilər, çünki onun məqsədi bərabərliyin təmin 
olunmasıdır. Amma bu müdafiə ifrat dərəcədə aparılmamalı, eləcə də təqib 
səviyyəsinə qalxmamalıdır. 
Kənar müdafiəyə misal olaraq, Kanadanın Kvebek bölgəsini göstərmək 
olar. Kvebekdə əksəriyyət təşkil edən fransızdilli əhalinin Kanadanın ölkədə 
çoxluq təşkil edən ingilisdilli hissəsinə münasibətdə öz fransız irsini, adət-
ənənəsini və mədəni kimliyini qoruyub saxlamaq istəyi kənar müdafiə anlayışı 
vasitəsilə təmin olunmuşdur. Eyni zamanda kənar müdafiə anlayışı vasitəsilə 
Kvebekin özündə fransızdilli çoxluğa nisbətdə azlıqda olan, amma bölgədə ilk 
olaraq məskunlaşmış İnuit və Amerindlərin öz dil və mədəniyyətlərini qorumaq 
və inkişaf etdirmək hüquqları tanınır. Kimlika daxili məhdudiyyyətə haqq 
qazandırmır, çünki daxili məhdudiyyət fərdin azadlığını məhdudlaşdırır. Daxili 
məhdudiyyətə misal olaraq, qaraçıların öz uşaqlarını məktəbdən, təhsildən 
ayırmasını göstərmək olar. Qaraçılar uşağının məktəbə getməsini onların həyat 
tərzinə və “dəyərlərinə” zidd sayır və qaraçı icması daxilində həmrəyliyin 
pozulmasına gətirib çıxara bilər. 


MULTİKULTURALİZMƏ GİRİŞ
40
Digər bir misal isə odur ki, hər hansı bir dini icmaya mənsub şəxslərdən 
biri həmin icmanın dəyərlərinə və ənənələrinə zidd olan həyat tərzi sürərsə 
və ya davranarsa, icma həmin fərdə qarşı məhdudiyyət tətbiq edir. Məsələn, 
Fransada ictimai yerlərə, o cümlədən məktəblərdə müsəlman qızların hicab 
geyməsi qadağan olunduqdan sonra bəzi ailələrin öz qız övladlarını məktəbdən 
uzaqlaşdırmasını qeyd etmək olar. Fransada hicab məsələsindən bəhs edərkən 
belə bir maraqlı məqam ortaya çıxır ki, müsəlmanlara münasibətdə kənar 
müdafiə anlayışı tətbiq edilmir və çoxluğun iradəsi azlığa, yəni müsəlmanlara 
məcburən yeridilir.
Tanınmış politoloq, London iqtisad məktəbinin professoru Çandran 
Kukatasın multikulturalizmə yanaşması klassik liberalizmə əsaslanır. Bununla 
da o, müasir liberalizmə söykənən Kimlikadan fərqlənir. Klassik liberalizm 
hökümətin rolunu azaldaraq əsas diqqəti fərdin azadlıqları üzərində cəmlədiyi 
halda, müasir liberalizm ədalət və bərabərliyə nail olmaq istiqamətində tərəqqini 
sürətləndirmək üçün hökumətdən istifadə olunmasını müdafiə edir. Klassik 
liberalizmdən fərqli olaraq, müasir liberalizm dövlətin müdaxilə etməməsi 
prinsipini cəmiyyətin əziyyət çəkdiyi məsələlərin əlacı kimi qəbul etmir. Klassik 
liberalizm fərdi azadlığı dövlət üzərinə qoyulan məhdudiyyətlərin nəticəsi kimi 
qavradığı halda, müasir liberalizm dövlət tərəfindən yeni hüquqlar yaradılması 
məqsədini güdür. Klassik liberalizm fərqli mədəni azliqların mövcudluğuna 
daha tolerant yanaşır, çünki liberal cəmiyyətdə mədəni azlıqların olması 
tamamilə məqbuldur. Buna görə də, liberalizmin əsas vəzifəsi müxtəlif 
dəyərlərin daşiyicilarının dinc və münaqişəsiz yanaşı yaşamasına imkan 
verən yol axtarıb tapmaqdır. Belə axtarış zamanı ziddiyyətlər və çətinliklər 
meydana çıxsa da, liberal yanaşmanın əsas üstünlüyü ondan ibarətdir ki, 
nəyin yaxşı və düzgün olması barədə ziddiyyətlər yarandıqda, məsələ 
dominant fikrin digərlərinə yeridilməsi yolu ilə həll edilmir. Belə hallarda 
ziddiyyət və ixtilaflara rəğmən dinc yanaşı yaşayışa səy göstərilir. Ona görə 
də liberalizm cəmiyyətdə mədəni müxtəlifliyə rəğbətlə yanaşır və insanlar bu 
cəmiyyətdə hansı mədəni dəyərlərə və meyarlara uyğun yaşamağı seçməkdə 
azaddırlar. Amma bir önəmli şərt var ki, insanlar həmin azadlığı digər, fərqli 
mədəniyyətli insanlara da tanımalıdırlar. Məhz bu şərt liberal doktrinanı ifadə 
edir. Birinin azadlığı digərinin azadlığını məhdudlaşdırmamalıdır. Bu, Con 
Stuart Millin irəli sürdüyü “Zərər vurma!” prinsipinə əsaslanır. Liberalizmin 


41
“MULTİKULTURALİZMƏ GİRİŞ” FƏNNİNİN PREDMETİ VƏ ƏHƏMİYYƏTİ
və multikulturalizmin əsaslarını təşkil edən bu prinsip Con Mill tərəfindən 
aydın surətdə belə ifadə olunur: “Bir insana digər bir insanın hərəkət 
azadlığına müdaxilə etmək ixtiyarı yalnız və yalnız özünümüdafiə məqsədi 
ilə verilə bilər. Hər hansı bir insan üzərində onun öz iradəsinin əleyhinə olaraq 
güc yalnız və yalnız başqalarına zərər vurulmasının qarşısını almaq məqsədilə 
haqlı olaraq tətbiq oluna bilər”. Başqa sözlə və qısa ifadə etsək, hər kəs istədiyi 
hər şeyi edə bilər, bir şərtlə ki, başqalarının azadlığını məhdudlaşdırmasın və 
ya hərəkətinə müdaxilə etməsin. Multikulturalizm kontekstində bu, o anlama 
gəlir ki, insan həyatını istədiyi tərzdə, istədiyi dəyərə uyğun olaraq yaşaya 
bilər, yəni insan mədəni, dini və s. baxımdan seçimlərində azaddır ki, bu da 
klassik multikulturalizmin əsas prinsipidir. Liberal ehkama görə, bir insanın 
və ya qrupun digərinin üzərinə öz iradə və ya istəyini məcburi yeritməsi 
yolverilməzdir.
Beləliklə, klassik liberalizmdə bir 
tərəfdən fərdiyyətçilik ön plandadır, digər 
tərəfdən isə burada tolerantlıq zərurət kimi 
özünü büruzə verir. Artıq yuxarıda qeyd 
edildiyi kimi, müasir liberalizmdə qruplar və 
qrup hüquqları ön plandadır və Vil Kimlikanın 
irəli sürdüyü “kənar müdafiə” konsepsiyası 
vasitəsilə həssas və zəif olan müxtəlif qrupların,
xüsusən də mill azlıqların başqalarına 
münasibətdə qorunmasının və bərabərliyinin 
təmin olunmasını nəzərdə tutur. Kimlika qrup 
üzvü olan ayrı-ayrı fərdlərə qarşı tətbiq edilən 
daxili məhdudiyyətlərə haqq qazandırmır, 
amma bununla belə o, fərdləri ön plana da 
çəkmir.
London İqtisad Məktəbinin professoru 
Çandran Kukatas multikulturalizmin klassik və müasir liberal yanaşmalara 
əsaslanan versiyalarını müvafiq olaraq “zəif multikulturalizm” və “güclü 
multikulturalizm” kimi xarakterizə edir. O, özü “zəif multikulturalizm” tərəfdarı 
kimi çıxış edir və Kimlikanın nəzəriyyəsini isə “güclü multikulturalizm” 
hesab edir. Bu iki yanaşma arasındakı əsas fərq ondan ibarətdir ki, zəif 

Yüklə 16,97 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə