Dərslik Azərbaycan Dillər Universiteti Elmi Şurasının


a.  Xarici və ya kənardan aparılan müşahidə. Xarici müşahidədə müşahidəçi  baş verən prosesi kənardan izləyir; b



Yüklə 16,97 Mb.
Pdf görüntüsü
səhifə17/175
tarix25.12.2022
ölçüsü16,97 Mb.
#97881
növüDərslik
1   ...   13   14   15   16   17   18   19   20   ...   175
a. 
Xarici və ya kənardan aparılan müşahidə. Xarici müşahidədə müşahidəçi 
baş verən prosesi kənardan izləyir;
b. 
Daxili müşahidə. Burada müşahidəçı baş verən prosesin fəal iştirakçısı 
kimi çıxış edir.
Məsələn, bu və ya digər Avropa ölkəsinə miqrant kimi gəlmiş əcnəbilərin 
adət-ənənələrini öyrənmək üçün tədqiqatçı onları 2 yolla müşahidə edə bilər. 
Ya onları kənardan seyr edə bilər, yaxud onlarla yaxından tanış olub aralarında 
tədqiqatını apara bilər. Birinci halda aparılan müşahidə xarici, ikinci haldakı isə 
daxili müşahidə adlanacaqdır.
Bundan başqa müşahidə zamanı texniki vasitələrdən istifadə olunub-
olunmamasından asılı olaraq müşahidə 
bilavasitə və ya dolayı (instrumental)
ola 
bilər. Bilavasitə müşahidədə subyekt obyekt haqqında məlumatı heç bir texniki 
vasitədən (audio, video vasitələrdən, müxtəlif texiki avadanlıqlar və s.) istifadə 
etmədən əldə edir. Subyekt obyekt haqqında bilikləri dolayı yolla da (məsələn, 
müsahibə və ya anket sorğusu yolu ilə) əldə edə bilər. Belə müşahidəni dolayısı 
adlandırırlar.
Dərketmə prosesinin səmərəli metodu olmaq üçün müşahidə bir sıra 
tələblərə cavab verməlidir. İlk növbədə müşahidə 
planlı
şəkildə aparılmalıdır. 
Müəyyən müşahidə aparmağı nəzərdə tutan tədqiqatçı konkret plan əsasında 
fəaliyyət göstərməlidir. Bundan başqa müşahidə 
məqsədyönlü
olmalıdır. 
Tədqiqatçı bu və ya digər hadisəni müşahidə edərkən qarşısında müəyyən məqsəd 
qoymalıdır. O, müşahidə olunan hadisənin bütün əlamətlərini deyil, tədqiqat 
üçün müəyyən əhəmiyyət daşıyan əlamətini öyrənməlidir. Planlı və məqsədyönlü 
şəkildə aparılan müşahidə konkret situasiyadan asılı olaraq müşahidə metodunun 
yuxarıda qeyd olunan növlərindən (
daxili, xarici, bilavasitə və dolayı
) biri və ya 
bir neçəsi vasitəsilə fəal şəkildə həyata keçirilməlidir. Müşahidənin çevik olması 
onun qarşısında qoyulan daha bir mühüm tələbdir. 
Müqayisə
Müqayisə
- idrak prosesinin ən geniş yayılmış və universal metodlarından 
biridir. Bu metod cisim və hadisələrin mahiyyətinin müəyyən edilməsində 
mühüm rol oynayır. Müqayisənin əsas məqsədi obyektlər arasında oxşar və fərqli 


MULTİKULTURALİZMƏ GİRİŞ
26
cəhətləri müəyyən etməkdən ibarətdir. Buna obyektlərin bir-birilə müəyyən 
əsasa görə tutuşdurulması vasitəsilə nail olunur. 
Digər tədqiqat metodları kimi müqayisə də səmərəli olmaq üçün müəyyən 
tələblərə cavab verməlidir. Belə tələblərdən aşağıdakıları göstərmək olar:
1.Müqayisə bir metod kimi aralarında müəyyən 
oxşar 
əlamət olan 
obyektlərə münasibətdə tətbiq olunmalıdır;
2. Müqayisə cisim və hadisələrin 
mühüm 
əlamətləri üzrə aparılmalıdır.
Məsələn, cəmiyyətdəki etnik-mədəni müxtəlifliyin tənzimlənməsinin 
effektivliyi baxımından iki ölkə arasında müqayisə aparılarkən bu ölkələr 
arasında müəyyən oxşar əlamətlər olmalıdır. Bu əlamətlər ölkələrin tarixində, 
coğrafiyasında, etno-siyasi, dini durumunda və ya digər mühüm əlamətində 
öz əksini tapmalıdır. Deyilənləri nəzərə alaraq, etnik-mədəni müxtəlifliyin 
tənzimlənməsinin effektivliyi baxımından, məsələn, Azərbaycanla Qazaxstanın 
müqayisə olunması Azərbaycanla Almaniyanın müqayisə olunmasından 
daha məqsədəuyğundur, çünki Azərbaycanla Qazaxstanın tarix, coğrafiya
etno-mədəni mühit və s. baxımından oxşar cəhətləri onun Almaniya ilə oxşar 
cəhətlərindən daha çoxdur. 
Ölçü
Ölçü- xüsusi texniki vasitələrdən və ölçü vahidlərindən istifadə etməklə 
obyektin kəmiyyət tərəflərinin müəyyən edilməsi metodur. Bu metod vasitəsilə 
obyektlərin kəmiyyəti ilə onların xüsusiyyətləri arasında qarşılıqlı münasibət 
müəyyən edilir. 
Ölçü müqayisə metodu ilə bağlıdır. Hər bir müqayisənin aparılması ölçüyə 
əsaslanır. Buna görə də ölçü müqayisənin əsasını təşkil edir. Lakin müqayisədən 
fərqli olaraq ölçü daha dəqiq dərketmə prosesidir. Ölçü ətraf mühit haqqında 
daha dəqiq məlumat verir. Ölçünün keyfiyyətinin, onun elmi dəyərinin ən vacib 
göstəricisi dəqiqlikdir. Bu göstərici alimin çalışqanlığından, onun tətbiq etdiyi 
metodlardan və ölçü alətlərindən asılıdır.
Ölçü metodu bütün elmlər sahəsində, o cümlədən “Multikulturalizmə 
giriş” fənnində geniş istifadə olunur. Məsələn, “Multikulturalizmə giriş” 
fənnində bu metod vasitəsilə dövlətin immiqrant azlıqlar, milli azlıqlar və yerli 
xalqlar üzrə multikulturalizm siyasətinin indeksləri müəyyən edilir. Qeyd olunan 


27
“MULTİKULTURALİZMƏ GİRİŞ” FƏNNİNİN PREDMETİ VƏ ƏHƏMİYYƏTİ
indekslər vasitəsilə bu və ya digər ölkədə multikulturalizm siyasəti vasitəsilə 
etnik-mədəni müxtəlifliyin tənzimlənməsinin vəziyyəti göstərilir. 

Yüklə 16,97 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə