Dərslik Azərbaycan Dillər Universiteti Elmi Şurasının



Yüklə 16,97 Mb.
Pdf görüntüsü
səhifə14/175
tarix25.12.2022
ölçüsü16,97 Mb.
#97881
növüDərslik
1   ...   10   11   12   13   14   15   16   17   ...   175
Multikulturalizm siyasət modeli kimi
Yuxarıda qeyd etdiyimiz kimi, multikulturalizm termini iki mənada 
işlədilir: 
geniş 
və 
dar
mənalarda. Sözün geniş mənasında multikulturalizm termini 
çoxmədəniyyətlilik məfhumunun sinonimi kimi işlədilirsə, sözün dar mənasında 
bu termin cəmiyyətdə mövcud olan etnik, irqi, dini və mədəni müxtəlifliklərə 
münasibətdə dövlətin apardığı konkret siyasəti xarakterizə edir. Bu siyasətin 
əsasında cəmiyyətdəki etnik, irqi, dini və mədəni müxtəlifliklərin qorunması durur. 
Kanadalı tədqiqatçı Pol Dyumoçel (Paul Dumouchel) 
“Müqayisəli 
Multikulturalizm” 
adlı məqaləsində multikulturalizm termininin ədəbiyyatda ən 
azı 3 müxtəlif mənada işlədilməsini qeyd edir. Birinci mənada bu termin elə bir 
sosial-tarixi situasiyanı
 
xarakterizə edir ki, orada bir neçə müxtəlif etnik-mədəni 
qrupun nümayəndələri birgə yaşayırlar. Onun fikrincə, bu mənada işlədilən 
multikulturalizm termini deskriptiv (təsviredici) xarakter daşıyır. Dyumoçelin 
bu mənada işlətdiyi multikulturalizm termini bizim yuxarıda qeyd etdiyimiz 
multikulturalizm termininin sözün geniş mənasında işlədilməsini xatırladır.
Dyumoçelə görə, multikulturalizm termininin ikinci mənası cəmiyyətdəki 
etnik-mədəni müxtəlifliyə münasibətdə dövlət tərəfindən aparılan konkret 
siyasətlə
bağlıdır. Multikulturalizm termininin ikinci mənası onun birinci 
mənasından irəli gəlir. Belə ki, cəmiyyətdəki multikultural situasiyanı idarə 
etmək məqsədilə dövlət bir neçə mümkün siyasət sırasında multikulturalizm 
siyasətinə də müraciət edir. Bu mənada işlədilən multikulturalizm termini 
dövlətin cəmiyyətdəki etnik-mədəni müxtəlifliyə reaksiyasını, daha konkret 
desək, bu müxtəlifliyin qorunmasını, eləcə də bəzi hallarda hətta inkişaf 
etdirilməsini nəzərdə tutan multikulturalizm siyasətini ehtiva edir. Dyumoçelin 
ikinci mənada işlətdiyi multikulturalizm termini bizim yuxarıda qeyd etdiyimiz 
multikulturalizm sözünün dar mənası ilə eynidir.
Dyumoçelə görə, multikulturalizm termininin üçüncü mənası 
normativ 
xarakter
daşıyaraq çoxmədəniyyətli cəmiyyətin ədalət baxımınından necə 
olmalı olduğunu göstərir. Dyumoçel multikulturalizm termininin bu anlamda 
multikulturalizm fenomeninin tanınmış tədqiqatçıları olan Çarlz Teylorun, 
Vil Kimlikanın və Ceyms Tallinin əsərlərində istifadə edilməsini göstərir. Bu 
müəlliflər hesab edirlər ki, etnik-mədəni müxtəliflik olan cəmiyyətdə müxtəliflik 


19
“MULTİKULTURALİZMƏ GİRİŞ” FƏNNİNİN PREDMETİ VƏ ƏHƏMİYYƏTİ
qorunmalı və inkişaf etdirilməlidir. Bu, 
multikultural ədalətin
normativ tələbidir. 
Əslində Dyumoçelin təqdim etdiyi multikulturalizm termininin üçüncü 
mənası bu terminin ikinci mənasının konkretləşdirilməsidir. Bu səbəbdən onu 
multikulturalizm termininin ayrıca bir mənası kimi vermək düzgün deyil. 
Beləliklə, siyasət modeli mənasında işlədilən multikulturalizm termini bu 
sosial hadisənin mühüm cəhətini xarakterizə edir- onu 
dövlət ideologiyasınin 
tərkib hissəsi

dövlət siyasətinin mühüm istiqaməti
kimi təqdim edir. Daha konkret 
desək, multikulturalizm siyasət modeli kimi cəmiyyətdəki etnik, irqi, dini və 
mədəni müxtəlifliklərin qorunmasını nəzərdə tutur. Etnik, irqi, dini və mədəni 
müxtəlifliklərin qorunması ictimai inkişafın mühüm mənbələrindən biridir. 
Bununla bağlı 2 noyabr 2001-ci il tarixində UNESKO-nun “Mədəni müxtəliflik 
haqqında ümumdünya Bəyannaməsi”nin “Mədəni müxtəliflik, bəşəriyyətin 
ümumi irsi” adlı 1-ci maddəsində deyilir: 
“Mübadilənin, innovasiyanın və 
yaradıcılığın mənbəyi olan mədəni müxtəliflik təbiət üçün biomüxtəlifliyin 
zəruri olduğu kimi bəşəriyyət üçün zəruridir. Buna görə də mədəni müxtəliflik 
bəşəriyyətin ümumi irsidir və o, indiki və gələcək nəsillərin rifahı naminə tanınmalı 
və təsdiq olunmalıdır”

Cəmiyyətdəki etnik-mədəni müxtəlifliyin qorunmasına 
yüksək önəm verən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev deyirdi: 
“Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların 
hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir”.
Multikulturalizm həyat tərzi kimi
Bir sosial hadisə kimi meydana gələn multikulturalizmin inkişafının sonrakı 
mərhələsi onun dövlət ideologiyasına, dövlət siyasətinə çevrilməsi ilə bağlıdır. 
Bu mərhələlərin reallaşmasında əsas rol dövlətə məxsusdur. Multikulturalizmin 
cəmiyyətdə inkişafının sonrakı mərhələsi onun xalqların 
həyat tərzinə
çevrilməsi 
ilə bağlıdır. Multikulturalizmin vətəndaşların həyat tərzinə çevrilməsi onun 
inkişafının ən yüksək mərhələsidir. Düzdür, elə xalqlar var ki, multikulturalizmin 
dövlət ideologiyasına, dövlət siyasətinə çevrilməsindən asılı olmayaraq və bu 
prosesdən çox əvvəl tarixən yüksək multikultural və tolerantlıq ənənələrinə 
malik olmuşdular. Belə xalqlar ərazilərində yaşayan digər xalqları heç vaxt 
ayrı-seçkiliyə, təqibə məruz qoymamışdılar, onlara qarşı heç vaxt dözümsüzlük 
nümayiş etdirməmiş və onlarla sülh və əmin-amanlıq şəraitində yaşamışdır. 


MULTİKULTURALİZMƏ GİRİŞ
20
Belə xalqlardan biri Azərbaycan xalqıdır. Azərbaycan xalqı tarixinin bütün 
mərhələlərində onun ərazisində yaşayan bütün xalqların nümayəndələrinə 
xoş münasibət bəsləmiş, onların etnik, dini və mədəni dəyərlərinə nəinki 
dözümlük nümayiş etdirmiş, həmçinin hörmətlə yanaşmışdır. Tarixin müxtəlif 
mərhələlərində Azərbaycan xalqı təqibə məruz qalan etnik, dini azlıqların 
nümayəndələrinə sığınacaq vermişdir. Multikulturalizmin Azərbaycan xalqının 
həyat tərzinə çevrilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti 
İlham Əliyev IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış 
mərasimində aşağıdakıları söyləmişdir: 
“Azərbaycanda multikulturalizm dövlət 
siyasətidir. Eyni zamanda, bu, bizim həyat tərzimizdir. Multikulturalizmin nisbətən 
yeni və bəzən çətin tələffüz edilən termin olmasına baxmayaraq, multikulturalizm 
ideyaları hər zaman ölkəmizdə mövcud olmuşdur. Tarixi dönəmdən və siyasi 
sistemdən asılı olmayaraq, xalqımız hər zaman istər ölkədə, istərsə də onun 
hüdudlarından kənarda multikulturalizmi fəal müdafiə və təşviq etmişdir”.
Lakin tarixi təcrübə göstərir ki, bu və ya digər xalqın tarixi multikultural 
və tolerantlıq ənənələrinin multikulturalizmin onun həyat tərzinə çevrilməsində 
mühüm rol oynamasına baxmayaraq, dövlət tərəfindən məqsədyönlü 
şəkildə cəmiyyətdəki etnik, irqi, dini və mədəni müxtəlifliklərin qorunması 
təmin olunmadıqda cəmiyyətin inkişafında etnik, dini və mədəni zəmində 
qarşıdurmalar yaranır. Başqa sözlə desək, multikulturalizmin xalqın həyat tərzinə 
çevrilməsində dövlət, onun apardığı multikulturalizm siyasəti əhəmiyyətli rol 
oynayır. Deyilənləri sübut etmək üçün Qərb ölkələrində multikulturalizmin 
meydana gəlməsində və bir dəyər kimi yayılmasında dövlətin bu sahədə 
həyata keçirdiyi siyasəti göstərmək olar. Bundan başqa hazırki dövrdə, 
xüsusilə də Qərb ölkələrində multikulturalizm siyasətinin ciddi çətinliklərlə 
üzləşdiyi bir dövrdə, dövlət tərəfindən multikulturalizmə dəstək olmasa həmin 
ölkələrdə islamofobiyanın, antisemitizmin, ksenofobiyanın və ayrıseçkiliyin, 
dözümsüzlüyün digər formalarının yayılmasının qarşısını almaq mümkün olmaz. 
Buna görə də multikulturalizmin xalqın həyat tərzi səviyyəsinə keçirdirilməsi 
onun dövlət siyasəti səviyyəsinə qaldırılması şəraitində daha realdır.
Beləliklə, multikulturalizmin sosial hadisə, siyasət modeli və həyat 
tərzi kimi təqdim olunması onun mahiyyətini acır. Bu isə öz növbəsində 
“Multikulturalizmə giriş” fənninin predmetinin müəyyən edilməsində 
əhəmiyyətlidir.


21
“MULTİKULTURALİZMƏ GİRİŞ” FƏNNİNİN PREDMETİ VƏ ƏHƏMİYYƏTİ

Yüklə 16,97 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə