Dərslik Azərbaycan Dillər Universiteti Elmi Şurasının


“Multikulturalizmə giriş” fənninin metodları



Yüklə 16,97 Mb.
Pdf görüntüsü
səhifə16/175
tarix25.12.2022
ölçüsü16,97 Mb.
#97881
növüDərslik
1   ...   12   13   14   15   16   17   18   19   ...   175
1.3. “Multikulturalizmə giriş” fənninin metodları
Hər bir fənnin tədqiqat metodları olduğu kimi “Multikulturalizmə giriş” 
fənninin də tədqiqat metodları vardır. Metod (yunan dilindən tərcümədə 
“nəyəsə aparan yol” deməkdir) elmi biliyin əldə olunmasının yolu, dərketmə 
prosesinin, xüsusən də elmin predmetinin öyrənilməsi üsuludur. Elmi cəhətdən 
əsaslandırılmış metodların tətbiq edilməsi idrakın müvəffəqiyyətlə inkişafının ən 
mühüm şərtidir. Metod elmi biliyin əldə edilməsinin və onun praktik fəaliyyətdə 
tətbiqinin yollarını, üsullarını göstərir. Əgər metodun tətbiq edilməsinin məqsədi 
elmi biliyin əldə edilməsidirsə, onda tətbiq edilən metodun özü də elmi olmalıdır. 
Buna görə də hər bir elmdə, o cümlədən hər bir tədris fənnində tətbiq ediləcək 
müvafiq metodların seçilməsi mühüm bir məsələdir. 
“Multikulturalizmə giriş” fənnində 
müşahidə, müqayisə, ölçü, eksperiment, 
induksiya və deduksiya, analiz və sintez, abstraktlaşma, ümumiləşdirmə

təsnifat 
analogiya 
kimi ümumməntiqi metodlardan və ya elmi idrakın ümumi 
metodlarından istifadə olunur.
Müşahidə
Müşahidə - 
cisim və hadisələrin öyrənilməsinə, onların mənasının 
və əhəmiyyətinin müəyyən edilməsinə yönələn gerçəkliyin məqsədyönlü 
qavrayışıdır.
Müşahidə prosesi müşahidənin 
obyekti
(müşahidə olunan cisim və 
ya hadisə), müşahidənin 
subyekti
(müşahidəçi), müşahidənin 
vasitələri
və 
müşahidənin 
məqsədi
kimi tərkib hissələrdən ibarətdir. 
Müşahidə tədqiq olunan obyekt haqqında ilkin məlumatın alınmasına 
yönəlmişdir. Müşahidə vasitəsi kimi insanın hiss orqanları çıxış edir. Bir qayda 
olaraq müşahidə zamanı subyekt obyektin inkişafına müdaxilə etmir. Obyekt 
təbii, adi şəraitdə olur. Subyekt isə onu öyrənir. 
Müşahidə nəticəsində əldə olunan məlumat subyektin istəyindən, arzularından 
asılı olmur. Başqa sözlə desək, bu məlumat obyektiv xarakter daşıyır. O, müşahidə 
olunan cisim və hadisələrin obyektiv əlamətləri və münasibətləri haqqında bizə 
xəbər verir. Sözügedən məlumatın məzmunu tədqiq olunan cisim və hadisələrin 
sonrakı öyrənilməsinin növbəti mərhələlərində tədqiqatçı üçün faydalı olur.


25
“MULTİKULTURALİZMƏ GİRİŞ” FƏNNİNİN PREDMETİ VƏ ƏHƏMİYYƏTİ
Müşahidənin iki növü vardır:

Yüklə 16,97 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə