Dərslik Azərbaycan Dillər Universiteti Elmi Şurasının


II BÖLMƏ DİNİ MÜXTƏLİFLİK



Yüklə 16,97 Mb.
Pdf görüntüsü
səhifə29/175
tarix25.12.2022
ölçüsü16,97 Mb.
#97881
növüDərslik
1   ...   25   26   27   28   29   30   31   32   ...   175
II BÖLMƏ
DİNİ MÜXTƏLİFLİK


MULTİKULTURALİZMƏ GİRİŞ
56
II FƏSİL 
DİNİN MAHİYYƏTİ VƏ ONUN TƏZAHÜR 
FORMALARI
2.1. Dinin mahiyyəti və onun meydana gəlməsinə dair 
nəzəriyyələr
Din insanlıq tarixində universal ictimai institut kimi çıxış edir. Tarixi, 
antropoloji və sosioloji tədqiqatlar göstərmişdir ki, istər ənənəvi, istərsə də 
müasir cəmiyyətlər özünəməxsus dini etiqad sisteminə malikdir. Şübhə yoxdur 
ki, dinin universallığı onun cəmiyyət həyatı üçün yerinə yetirdiyi əhəmiyyətli 
rollar və funksiyalarla bağlıdır. Belə olduğu halda, dinin mahiyyətini, onun 
meydana gəlmə və inkişaf qanunauyğunluğunu elmi konsepsiyalar əsasında 
öyrənmək zərurəti yaranır. Bu zərurətin nəticəsi olaraq, XVIII əsrdən etibarən 
dinin mahiyyəti, mənşəyi, cəmiyyətdəki rolu və yerini təhlil edən müxtəlif 
nəzəriyyələr irəli sürülmüşdür. 
Bu nəzəriyyələr din fenomenini əsasən iki tərəfdən izah etməyə çalışır: 
I.Dinin strukturunun əsas elementləri;
II. Dinin cəmiyyətdəki rolu və funksiyası. 
Dinin strukturu əsasən üç formada təzahür edir: 
1. Fövqəltəbii varlığa inam; 
2. Dini fəaliyyət; 
3. Dini təşkilatlar. Başqa sözlə desək, din - fövqəltəbii varlığa və ya 
qüvvələrə etiqad etmək, onlara pərəstiş göstərmək, ayin və mərasimləri yerinə 
yetirmək, nəhayət, öz inancını ifadə etmək məqsədilə dini qruplarda birləşmək 
deməkdir.
Dinin mahiyyəti ilə bağlı konsepsiyaların bəzilərini nəzərdən keçirək. 
İngilis antropoloqu Edvard Bernet Teylor (1832-1917) dinin mahiyyətini 
“ruhani varlıqlara inanmaq”
kimi xarakterizə etmişdir. Burada “ruhani 
varlıqlar” ifadəsi insan idrakının fövqündə duran, fövqəltəbii güclərə malik 
olduğuna inanılan metafizik varlıqlar (tanrı, mələk və s.) kimi başa düşülür. 
Dinin mahiyyətini tanrıya (monoteist dinlər) və ya tanrılara (politeist dinlər) 
etiqad etməklə əlaqələndirən fikirlər də geniş yayılmışdır.


57
DİNİN MAHİYYƏTİ VƏ ONUN TƏZAHÜR FORMALARI
Dini fenomenoloji baxımdan öyrənən tədqiqatçılar hesab edirlər ki, dinin 
səciyyəvi cəhətlərindən birini də müqəddəslik və ya fövqəltəbiilik duyğusu 
təşkil edir. Burada fövqəltəbiilik insanın ruh aləmində qorxu və ya xof yaradan, 
sirli bir hissiyyat kimi təzahür edir. Bu mənada məşhur antropoloq Rudolf Otto 
(1869-1937) dini 
“müqəddəs olanın təcrübə edilməsi”
şəklində xarakterizə edir. 
Onun fikrincə, din insanın müqəddəs qəbul edilən varlıqla qarşılıqlı əlaqəsindən 
ibarətdir. Burada dini təcrübə müqəddəs varlığın hiss edilməsi, ona yaxınlaşma 
və onu bilavasitə təcrübə etmək kimi başa düşülür. 
Dinin mahiyyətinin funksional izahı dinin fərd və cəmiyyət üçün oynadığı 
rolları nəzərdə tutur. Bu izahda dinin cəmiyyəti bütünləşdirən və eyni inancları 
daşıyan insanlar arasında həmrəylik yaradan xüsusiyyətləri vurğulanır. Dinin 
fərd üçün əhəmiyyətinə gəlincə, bu daha çox insanın mənəvi həyatı və psixikası 
ilə əlaqədardır. Belə ki, din insan həyatına məna qazandırır, onu mənəvi böhran, 
ümidsizlik, depressiya və digər psixoloji problemlərdən qoruyur. Dinin sosioloji 
nəzəriyyəsini hazırlamaqda böyük xidmətləri olan görkəmli fransız sosioloqu 
Emil Dürkheym (1858-1917) hesab edir ki, “
din müqəddəs varlıqla bağlı 
inamlar və ayinlərdən ibarət olan, inananları mənəvi bir birlik və ya dini qrupda 
birləşdirən, beləliklə ictimai həmrəylik yaradan sistemdir”.
Bu tərifdə dinin 
mahiyyəti izah olunmaqla yanaşı, onun insanları mənəvi bağlarla birləşdirmə 
funksiyası da qeyd edilir. 
Dinin meydana gəlməsinə dair irəli sürülən nəzəriyyələr ciddi mübahisələrə 
səbəb olmuşdur. Bu mübahisələrin əsasında dinə müxtəlif aspektdən yanaşma 
və metodoloji fərqlər durur. Ümumiyyətlə, sosial elmlərdə metodoloji baxımdan 
dinə yanaşma tərzinin iki əsas istiqaməti mövcuddur: 

Yüklə 16,97 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə