Dərslik Azərbaycan Dillər Universiteti Elmi Şurasının



Yüklə 16,97 Mb.
Pdf görüntüsü
səhifə30/175
tarix25.12.2022
ölçüsü16,97 Mb.
#97881
növüDərslik
1   ...   26   27   28   29   30   31   32   33   ...   175
pozitivist və fenomenoloji
yanaşma. 
Pozitivizm fəlsəfəsinə əsaslanan ilk yanaşma dini şüur və fəaliyyəti 
anlamaqla kifayətlənməyərək, onun mənşəyini təbiətşünaslığın metodları 
əsasında izah etməyə cəhd edir, beləliklə də, dini etiqad sistemini ibtidai və 
mifoloji dünyagörüşündən təkamül edərək formalaşan ictimai şüur forması kimi 
dəyərləndirir. Burada din ictimai inkişafın erkən dövrlərində meydana gələn 
ictimai şüur forması, kollektiv illüziya, irrasional fikirlər, dünyəvi qayğılardan 
qaçmağın və iztirabları səngitməyin təsəlli vasitəsi kimi nəzərdən keçirilir. 
Metodoloji baxımdan dinə münasibətin ikinci forması isə öz əksini dinə 
fenomenoloji
yanaşmada tapır. Burada dini fenomenlər daxildən, yəni inanan 


MULTİKULTURALİZMƏ GİRİŞ
58
insanların nöqteyi-nəzərindən tədqiq edilir və dini fenomenlərin həqiqiliyinin 
araşdırılması nəzərə alınmır. Məlum olduğu kimi, obyektiv yanaşma dini 
tərəfsizlik prinsipi kontekstində öyrənməyə çalışır, dini inancın və davranışların 
yalnız ona inananların subyektiv təcrübələri əsasında düzgün anlaşılacağını 
fərz edir. Dinə bu baxımdan yanaşan tədqiqatçılar üçün mühüm olan inancların 
həqiqətə əsaslanması deyil, onların insan psixikasına, ictimai fəaliyyətlərə və 
cəmiyyətə təsirləridir. 
Dinin mənşəyini izah edən pozitivist-evolyusionist (təkamülçü) 
nəzəriyyələr, əsasən, aşağıdakılardır: 
animizm

totemizm, fetişizm
və 
naturizm
(və ya animatizm).
Animizm
 
təbiətin və onun ayrıca 
elementlərinin (dağ, ağac, günəş, və s.) 
canlı, yəni insan kimi ruha malik olduğuna 
dair mifoloji dünyagörüşüdür. Dinin 
ibtidai forması hesab edilən animizm 
insana xas qabiliyyətlərin təbiətə şamil 
edilməsindən ibarətdir. İbtidai həyat 
tərzi sürən qəbilələrdə (məs.: Avstraliya 
aborigenlərində) hələ də animist inanclar 
yaşamaqdadır. 
Totemizm
insanla müqəddəs sayılan 
totem (bitki, heyvan, əşya və s.) arasında 
fövqəltəbii qohumluğun mövcud olduğuna 
inam bəsləmək deməkdir. Bu inanc 
sistemində insanların ulu əcdadı hesab 
edilən xüsusi bir bitki və ya heyvan totemi 
qəbilələrin əlaməti kimi çıxış edir və qəbilə 
həyatının bütün ictimai münasibətlərini 
tənzimləyir. Totem müqəddəs qəbul edildiyi 
üçün həmin adı daşıyan qəbilə və fərdlər də toxunulmazlıq qazanır. E.Dürkheymə 
görə, totemizm bütün dinlərin mənşəyini təşkil edən ən ibtidai inancdır. 
Fetişizm
müəyyən qeyri-adi formaya malik predmetlərin 
müqəddəsləşdirilməsi və onlara sitayişə əsaslanan dünyagörüşüdür. Əslində 
fetişizm animist dünyagörüşünün xüsusi bir formasıdır. 
Ağdam rayonunun Boyəhmədli 
kəndində tapılmış və ibtidai dini 
inancı əks etdirən daş heykəl. 
Erkən orta əsrlər. 


59
DİNİN MAHİYYƏTİ VƏ ONUN TƏZAHÜR FORMALARI
Naturizm
və ya 
animatizm
təbiət qüvvələrinin şəxsiləşdirilməsi, fiziki 
dünyada baş verən hadisələrin sakrallaşdırılması, başqa sözlə desək, təbiətə 
sitayiş etməkdir. Naturizm nəzəriyyəsində belə bir fikir irəli sürülür ki, ictimai 
inkişafın erkən dövrlərində insanlar ildırım, fırtına, zəlzələ, vulkanlar, günəş 
və ay tutulması, eləcə də digər təbiət hadisələri qarşısında qorxu və dəhşətə 
qapılmış, təbiət qarşısında aciz olduğunu başa düşmüş, bunun nəticəsində də 
təbiət hadisələrini tanrılaşdırmışlar.
Məşhur alman filosofu və marksizm nəzəriyyəsinin banisi Karl Marksın 
(1818-1883) kapitalist iqtisadi sistemin təhlili kontekstində dinin yeri və 
roluna dair fikirləri dinin mahiyyətinin izahı baxımından əhəmiyyətlidir. Çünki 
marksizm dinin mahiyyətini materialist nöqteyi-nəzərdən ən dolğun şəkildə 
açıqlamışdır. Marksın din nəzəriyyəsi ictimai fikir tarixində dinin tənqidi 
ənənəsini davam və inkişaf etdirmiş, həmin tənqidi keyfiyyətcə yeni mərhələyə 
qaldırmışdır.
Marksizm dinə bir sosial hadisə kimi yanaşaraq onun meydana gəlməsini 
və yayılmasını real ictimai-tarixi münasibətlər kontekstində izah edir. Bu 
nəzəriyyəyə görə, din insanın insanı istismar etməsi üzərində qurulan sinfi 
cəmiyyətin meydana gəlməsi səbəbilə yaranmışdır. Belə ki, din şərin hökm 
sürdüyü yer üzündə məzlum insanlara təskinlik hissi verir, reallıqda mövcud 
olan ictimai ədalətsizliklə barışdırır, qurtuluş yolunu bu dünyada deyil, axirətdə 
axtarmağa səsləyir. Beləliklə, din istismar və zülmə bəraət qazandıraraq hakim 
siniflərin maraqlarına xidmət edir. K.Marks “Din - xalqın tiryəkidir” deyəndə, 
dinin məhz bu sosial funksiyasını nəzərdə tutmuşdur. 
Dinin meydana gəlməsini izah etməyə cəhd göstərən materialist və 
təkamülçü nəzəriyyələr bəzi tənqidlərə məruz qalmışdır. Belə ki, bu nəzəriyyələr, 
ilk növbədə, dinlərin müxtəlifliyini izah edə bilmir. Çünki bu günədək dünya 
dinləri və ibtidai dinlərin eyni mənşədən yarandığının obyektiv əsaslandırılması 
mümkün olmamışdır. Digər tərəfdən, dinin meydana gəlməsinə dair alternativ 
izahlar da verilmişdir. Məsələn, avstriyalı linqvist, antropoloq, eyni zamanda 
katolik kilsəsində keşişlik etmiş Vilhelm Şmid (1868-1956) politeist (çoxtanrılı) 
dinlərdə belə, digər tanrılardan üstün, yaradıcı bir səma tanrısına inamın mühüm 
yer tutduğu faktından çıxış edərək, bütün dinlərin ibtidai monoteizm əsasında 
yarandığını irəli sürmüşdür.


MULTİKULTURALİZMƏ GİRİŞ
60

Yüklə 16,97 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə