Tarixi məlumatlar. Amöbiazın törədicisi ilk dəfə rus həkimi F.A.Leş
tərəfindən 1875-ci ildə Peterburqda qanlı ishaldan əziyyət çəkən xəstənin
nəcisində aşkar edilmişdir. Leş itlərin yoğun bağnsağına xəstənin nəcisini
yeridərək onu yoluxdurmuş və birinci olaraq bu törədicinin patogenliyini sübut
etmişdir. Lakin Leş o vaxt dizenteriya amöbünü qeyri-patogen bağırsaq
amöbündən diferensiasiya edə bilməmişdir. Bu iki növün identifikasiyası 1903-cü
ildə Şaudin tərəfindən həyata keçirilmişdir. Alman alimi Fıis Şaudin patogen
amöbə
Entamoeba hislolytica adını vermişdir ki, onun da mənası parazitin
toxumaları parçalamaq xüsusiyyətə malik olmasından xəbər verir.
Törədici -
Entamoeba histolytica Sarcodina sinfindən olan ibtidaidir. Onun
patogen və qeyri-patogen ştamları ayırd edilir. Morfoloji cəhətdən patogen
amöblərdən fərqlənməyən qeyri-patogen ştamlar son illərdə E.dispar növünə daxil
edilmişdir.
Amöbiazın etiologiyası. Amöbiazın törədicisi - dizenteriya anıöbü iki
mərhələ keçir: vegetativ (trofozoit) və sakit (sistalar) mərhələ. Onlar parazitin
sahib orqanizmdə məskunlaşdığı şəraitdən asılı olaraq biri digərinə keçə bilər.
Amöbün həyat tsiklinin vegetativ mərhələsi 4 formanı özündə birləşdirir: 1)
toxuma, 2) böyük
vegetativ , 3) boşluq forma, 4) sistaönü.
L Böyük toxuma forması invaziv deyildir. O, iri ölçüdədir (20- 25 mkm).
Parazitin sitoplazmasında 2 qat ayırd olunur - ekto və endoplazma. Böyüdüldükdə
(mikroskopla işlədikdə) təzə nativ preparatda homogen cııdoplazmanı görmək
mümkündür, nüvə ayırd edilmir. Dizenteriya amöbünün hərəkəti ektoplazmatik
yalançı ayaqların - pscvdopodiyalann köməyi ilə həyata keçir: onlar hansı tərəfə
yerdəyişirlərsə, endoplazma da həmin istiqamətə doğru hərəkət edir. Amöbün
yerdəyişməsi bir-birinin ardınca davam edən təkanlar şəklində baş verir.
Dizenteriya amöbünün toxuma forması yalnız kəskin amöbiaz zamanı bilavasitə
zədələnmiş orqan və toxumalarda aşkar olunur, pasiyentin nəcisində çox nadir
hallarda rast gəlir.
Toxuma forması yoğun bağırsağın selikli qişasının toxumasında
parazitlik edən və onun spesifik
zədələnməsini törədən amöbün
• •
patogen formasıdır. Ölçüsü 20-25 mkm olub, quruluşuna görə əvvəlki formaya
oxşayır, bağırsaq divarının zədələnmiş sahəsindən hazırlanmış histoloji kəsikdə,
bəzən isə xoraların maye nəcisdə paraçalanması zamanı aşkar edilir.
297
downloaded from KitabYurdu.org
Lakin bəzi şəraitdə patogen toxuma formalarına çevrilərək bağırsaq divarlarına
daxil olurlar.
Bağırsaq möhtəviyyatı ilə birlikdə passiv hərəkət edən boşluq forması onun
son şöbələrinə daxil olur. Burada əlverişsiz şərait (susuzlaşma, bakterial floranın
dəyişməsi, mühitin PH-nın dəyişməsi və s.) amöbün məhv olmasına və ya onların
sistalara çevrilməsinə səbəb olur. Sistalar nəcislə birlikdə ətraf mühitə düşür və
burada uzun müddət saxlanılır. İnsan üçün yetkin 4 nüvəli sistalar yoluxdurucu
olurlar.
Törədici su və qida məhsulları, çirkli əllər, milçək, torpaq və s. vasitəsilə
ötürülür. Milçəklər amöbün mexaniki kcçiriciləridirlər. Milçəklərin xarici
örtüklərində və bağırsağında 24 saata qədər saxlana bilirlər.
Dizenteıiya və ya histoloji amöb insanda amöb dizentcriyasını və ya
amöbiaz törədir. Onlar yoğun bağırsaqda çoxsaylı xoralar əmələ gətirirlər.
Xəstəlik müxtəlif ağırlıqda gedir və kəskin və ya tədricən başlayır. Qarnın
aşağı hissəsində ağrılar, qırmızı rəngli nəcis qeydə alınır. Bədən temperaturu
adətən normal olur. Xəstəlik kəskinləşmə dövrlərinin olması ilə bir neçə il davam
edə bilər. Ağır hallarda anemiya, üzülmə müşahidə olunur.
Bağırsaqdakı xoralardan amöbün toxuma formaları qan vasitəsilə qaraciyər,
ağciyər, beyin və digər orqanlara daşma və orada abseslər əmələ gətirə bilər. Bu
ağırlaşmalar vaxtında müalicə olunmazsa ölümlə nəticələnə bilər.
Dizcnteriya amöbünü və ya onun sistalarını aşkar
etmək üçün nəcis müayinə
edilir. Müayinə üçün təzə ifraz olunmuş nəcis götürmək lazımdır. Çünki amöblər
10 dəqiqə müddətində öz hərəkətliliyini itirir və beləliklə, etibarlı diaqnostika
təmin edilmir. Amöblərin sistalarını formalaşmış nəcisdə hətta nəcis müayinəyə
qədər bir neçə saat müddətində qalsa belə aşkar etmək olur.
Əgər yalnız boşluq formaları və ya sistalar aşkar edilmişdirsə, onda amöb
dizenteriyası diaqnozunu qoymaq olmaz, çünki onlar parazitgəzdirənliyin əlaməti
ola bilər. Buna görə də, klinik göstərişlər zamanı, başqa sözlə, amöbiazla
xəstələnməyə şübhə olduqda bir neçə dəfə müayinə aparırlar, duz işlədici təyin
edirlər, çünki böyük vegetativ və ya toxuma formalarını yalnız maye və ya
yarımmayc nəcisdə aşkar etmək olar. Bu zaman birinci növbədə patoloji qarışıqları
(selik) müayinə edirlər. Nəzərə almaq lazımdır ki,
299
downloaded from KitabYurdu.org