yalar az hallarda aşkar edilir. Bəzən bakterioloji metoddan da istifadə olunur.
Profilaktikası - Visscral leyşmanioz zamanı xəstələri erkən aşkar etmək
üçün həyətbohəyət müayinələr aparmaq, sahibsiz itlərin qırılması və qiymətli
cinslərdən olan itlərin baytar həkim tərəfindən müayinəsi lazımdır. Zoonoz dəri
lcyşmaniozu zamanı vəhşi gəmiricilərin qırılması, profilaktik peyvəndlər
məsləhətdir. Bütün növ leyşmaniozlarla xəstələnmənin qarşısını almaq məqsədilə
mığmığaları qırır, onların yumurta qoyduqları yerləri ləğv edir, yaşadıqları yerləri
kimyəvi maddələrlə işləyir, həmçinin mığmığaların insanları dişləməsindən
qorumaq üçün tədbrlər planı hazırlayırlar (repellentlər).
DƏRİ LEYŞMANİÖZU
Şəhər tipli dəri (antroponoz) lcyşmaniozu
Kəskin invazion xəstəlik olub, törədicinin daxil olduğu yerdə dərinin xoralı
zədələnmələri və sonradan tipik çapıqlaşma ilə səciyyələnir. Dəri leyşmaniozunun
bu formasına (gec xoralaşan)
bəzən Borovski xəstəliyi, aşxabad, il yarası da deyilir.
Törədici, Şəhər tipli dəri leyşmaniozunun törədicisi qamçılılar sinfindən olan
Leishmaniya tropika minor (leyşmaniyanın kiçik forması) sayılır.
Leyşmaniyalar 2 inkişaf mərhələsi keçirlər:
qamçısız, hüceyıə- daxili
(leyşmanial) mərhələ onurğalı sahibin orqanizmində - bu tipdə insanda;
qamçılı,
leptomonad, hərəkətli forma - keçiricinin (hününün) orqanizmində yerləşir.
Kulturalaıda süni mühitlərdə leyşmaniyalar leptomonad formalar şəklində
inkişaf edirlər. Parazitin leyşmanial mərhələsi oval və ya armudşəkilli formaya
malikdir, ölçüsü 3-5xl-3 mkm. Leptomonad mərhələ hərəkətlidir, qamçısı vardır, 10-
12x5-6 mkm ölçüdə uzunsov formadadır, qamçının uzunluğu 16-26 mkm, orta
hesabla 20 mkm-ə çatır. Leyşmaniyalar müxtəlif qidalı mühitlərdə (duru, yanduru,
bərk) yaxşı böyüyürlər. Onlar üçün klassik mühit NNN-aqar mühiti (dovşanın steril
defibrinləşdirilmiş qanında) sayılır.
307
downloaded from KitabYurdu.org
İnvaziya mənbəyi. İnvaziya mənbəyi xəstə insandır.
İnvaziya mənbəyinin yoluxduruculuq dövrü. İnvaziya mənbəyi xoralar
olduqda xəstəliyin bütün inkişaf dövründə (təqribən 1 il ərzində) yoluxdurucudur.
Xoralar çapıqlaşdıqdan sonra onlar təhlükəsiz olurlar.
Yoluxma mexanizmi və yolları. Törədicinin yoluxma mexanizmi -
transmissivdir. Yoluxma Phlebotomus cinsi hünülərinin hcmatofaq dişi fərdlərinin
dişləməsi zamanı, əsasən də bədənin açıq hissələrini, xüsusən də üzü dişlədikdə,
həyata keçir.
Şəhər dəri leyşmaniozunun törədicisi Ph.sergenti, Ph.cauca- sicus,
Ph.papatasii hünüləri ilə yayılır ki, bunlar da şəhər və kəndlərdə sinantrop həyat
tərzi keçirlər.
Həssaslıq və immunitet. Şəhər tipli dəri lcyşmaniozuna həssaslıq ümumidir,
keçirilmiş xəstəlik nəticəsində rcinvaziyalara qarşı immunitet formalaşır. Humoral
immunititet az miqdarda əmələ gələn qeyri-spesifik əkscismlərlə şərtlənir. Bunun
əksinə olaraq, T-hüceyrə immuniteti
inkişaf edir ki, o, daha davamlı və gərgin olur.
Epidemik prosesin təzahürü. O ölkələrdə yayılmışdır ki, orada minimum
1,5-2 ay ərzində sutqalıq temperatur +20°C-dən aşağı deyildir (Afrika, Asiya, Latın
Amerikası ölkələri, İtaliya, Portuqaliya, Almaniya, Albaniya, Fransa və s.). MDB
ölkələrində leyşmanioz praktik olaraq ləğv edilmişdir.
Təkrari yoluxmalara qarşı əmələ gələn rezistentlik davamlıdır və xəstəlikdən
6 ay sonra inkişaf edir. Şəhər tipli leyşmanioz ilə keçiricinin arealında yerləşmiş
böyük kənd və şəhərlərin sakinləri yoluxur. Xəstəlik bütün il ərzində rast gəlir, ən
çox şəhərin sıx məskunlaşmış yerində yaşayan uşaqlar və böyüklər xəstələnirlər.
Xəstəliyin invaziya mənbələrinin yaşadığı ayrı-ayrı kvartallara uyğunlaşması
müəyyən edilir.
İnkubasiya dövrü. 2 aydan 1,5 ilə
qədərdir, orta hesabla 3-7 aydır.
Əsas klinik əlamətləri. Dişləmə yerində açıq sahələrdə, əsasən do üzdə
xırda, tək-tək, nadir halda çoxsaylı parlaq səthə malik dairəvi qabarcıqlar əmələ
gəlir. Tədricən onlar bozumtul, sonra isə qırmızı- qonur və ya göyərmiş rəng alırlar.
Bir neçə aydan sonra qabarcıqlar
sorula bilər, lakin daha çox onlar xoıalaşırlar. Xora
dairəvidir, qabıqla örtülmüşdür, xəmirə bənzəyir, şəbəkəli kənarları vardır; sero-
hemorragik xora möhtəviyyatında xəstəliyin törədiciləri aşkar edilir. Xoralaşma
qranulomaların əmələ gəlməsindən etibarən 6 ay, bəzən
308
downloaded from KitabYurdu.org