simptomsuz gedişdə 3 il müddətində sürə bilər. Visseral leyşmaniozla xəstə insan
epidemioloji rol oynamır.
Yoluxma mexanizmi və yolları. Törədicinin yoluxma mexanizmi -
transmissivdir. Leyşmaniyalann keçiriciləri Phlebotomus cinsi hünüləridir. Keçirici
yarımsəhra zonasında yerləşmiş evlərin arasında bitən ağac bitkilərdə yuva salır.
Həssaslıq və immunitet. İnsanlar, xüsusən də uşaq yaşlarında visseıal
leyşmanioza qarşı yüksək dərəcədə həssasdırlar. Bir qayda olaraq, keçirilmiş
invaziyadan sonra davamlı immunitet əmələ gəlir və homoloji reinvaziya halları
nadir təsadüf edilir. Lakin qazanılmış immunitetin yaranması çox vaxt xəstənin
reaktivliyindən və müalicənin başlanması müddətindən asılıdır. Dəri
leyşmaniozunun hər iki tipinə qarşı çarpaz immunitet müşahidə edilmir.
Epidcmik prosesin təzahürləri. Visseral lcyşmaniozun əsas ocaqları tropik
və subtropik ölkələrdə: Şərqi və Şimali Hindistan, Şri- Lanka, İrak, İran, Aralıq
dənizi sahillərində, Afrikada yerləşmişdir.
MDB ölkələrində visseral leyşmanioz Orta Asiya, Zaqafqaziya və Cənubi
Qazaxıstanda rast gəlir. Bütün ocaqlarda, Hindistandan başqa, visseral
leyşmaniozun Aralıq dənizi forması müşahidə edilir. İnsanlar, xüsusən də uşaqlar
(«uşaq» leyşmaniozu) visseral leyşmanioza çox həssasdırlar. Yaş artdıqca
xəstələnmə azalır və çox nadir hallarda reinfeksiya hallan qeydə alınır. Keçirilmiş
xəstəlikdən sonra visseral leyşmanioza qarşı gərgin immunitet yaranır, lakin bu, dəri
lcyşmaniozundan qorumur.
İnkubasiya dövrü. Adətən 2-4 aydır, 2 həftədən 2 ilə qədər davam edə bilər.
Əsas klinik əlamətlər. Visseral leyşmaniozun klinik şəkli proqressivləşən
anemiya ilə, dəri örtüklərinin avazıması, qaraciyərin və dalağın xeyli böyüməsi,
qızdırma ilə səciyyələnir. Müalicə olunmayan hallarda xəstəlik qısa müddət ərzində
kaxeksiya və letal nəticə ilə başa çatır. Uşaqlarda xəstəlik sürətlə inkişaf edir, ağır
gedişi ilə xarakterizə olur, 3-6 aydan sonra ölümə gətirib çıxarır. Böyük uşaqlarda
və böyüklərdə xəstəlik çox vaxt xronik şəkildə bir neçə ilə qədər sürür.
Müalicədə solyusurmin (solyustibozan) tətbiq edilir. Paıazilin sürməyə
rezistent formları da vardır.
Laborator diaqnostika. Müayinə üçün material - sümük iliyindən (adətən
döş sümüyündən, yaxud baldır sümüyündən, az hallarda qaraciyərdən) punktat
götürülür, yaxma hazırlanır və
312
downloaded from KitabYurdu.org
əkmələr aparılır. Müayinələr dəri lcyşmaniozunda olduğu kimi yerinə yetirilir.
Profilaktik və əksepidenıik tədbirlər kənd tipli dəri leyşmaniozunda olduğu
qaydada həyata keçirilir. Rekonvalesscntlər xəstəliyi keçirdikdən sonra 6 ay ərzində
dispanser müşahidə altında saxlanırlar; xəstəliyin resdivləri baş verdikdə onlarla
təkrari müalicə kursu aparılır.
LYAMBLİOZ
Qamçılılır sinfinin digər mühüm epidemioloji əhəmiyyətə malik- növü
lyambliyalardır (Lamblia intestinalis).
Lyambliyalar vegctativ forma şəklində mövcud olur və sista əmələ gətirmək
qabiliyyətinə malikdirlər. Vegetaliv forma aktiv hərəkətli və armudabənzər
formadadır. Bədənin ön ucu girdələnmiş, arxa ucu itiləşmişdir. Bədənin ön ucunda -
yarıq şəklində sorucu disk vardır. İki nüvəsi, 4 cüt qamçıları vardır.
Hərəkəti xarakterikdir, parazit uzununa oxu boyu fırlanma hərəkəti sayəsində
yanı üstə çevrilir. Preparatda lyambliyalar otaq temperaturunda qısa müddətə məhv
olur. Qidanı bütün bədən səthi ilə sorurlar. Boylama, bölünmə yolu ilə çoxalırlar.
Sistalar - lyambliyanın hərəkətsiz formalarıdır. Uzunluğu 10-14 mkra-dir.
Forması ovaldır. Qişası qalındır, yaxşı görünür, çox zaman elə bil ki, sistanın
özündən ayrılmışdır. Bu əlamət sistanı digər oxşar törədicilərdən fərqləndirməyə
imkan verir. Lyuqol məhlulunda sarımtıl-qəhvəyi rəngdə rənglənir. Rənglənmə
sistada 4 nüvəni görməyə imkan verir.
Lyambliyalar nazik bağırsağın yuxan şöbəsində yaşayırlar. Sorucu diskin
köməyi ilə xovlara yapışırlar. Lyambliyalar öd kisəsində yaşamırlar, çünki öd onlara
öldürücü təsir göstərir. Duodenal zondlama zamanı onların tez-tez aşkar edilməsi
lyambliyaların möhtəviyyata onikibarmaq bağırsağın divarlarından düşməsi ilə izah
olunur.
Adətən vegetativ formalar nəcislə xaric olunmurlar, lakin ishal zamanı onları
təzəcə ifraz olunmuş maye nəcisdə tapmaq olar. Lyambliyalar onlar üçün əlverişsiz
olan bağırsağın aşağı şöbələrinə düşərək sistaya çevrilir və bu zaman nəcislə xaric
olunurlar. Sistalar havanın rütubətindən və temperaturundan asılı olaraq 1 aya qədər
saxlanırlar. Qurudulma onları tez məhv edir. Yoluxma çirklənmiş
313
downloaded from KitabYurdu.org
əllər, oyuncaqlar, qida və su vasitəsilə olur. Bağırsağa düşən sistalar vegetativ
formaya çevrilirlər. Bir sista iki vcgetativ forma əmələ gətirir.
Lyambliyalar geniş yayılmışdır, daha tez-tez uşaqlarda rast gəlir. Çoxlu
miqdarda yoluxduqda bağırsağın selikli qişasını mexaniki surətdə qıcıqlandıra və
sorulmanı müəyyən dərəcədə çətinləşdirə bilir. Bu zaman qarında küt ağrılır,
quruldamalar, ishal, iştahanın pozulması, ürək bulanma, bəzən isə sağ qabırğaaltı
nahiyədə ağrılar əmələ gəlir. Bu xəstəlik lyamblioz adlanır. Bəzi hallarda
lyambliyalar bağırsağın və öd yollarının digər xəstəliklərinin gedişini ağırlaşdırır.
Diaqnoz. Yoluxmuş şəxsdə lyambliyaları asanlıqla aşkar elmək olur. Belə ki,
nəcis formalaşmışdırsa nativ yaxmada mikroskopiya zamanı sistalar aşkar edilir.
Paralel olaraq Lyuqol məhlulu ilə rənglənmiş yaxmalara baxırlar.
Təzə ifraz olunmuş maye nəcisdə və duodcnal zondlama zamanı alınmış
materialda hərəkətli vegetativ formaları aşkar etmək olar. Dəqiq diaqnoz üçün
nəcisdə sistaları aşkar etmək kifayədir, bununla əlaqədar olaraq vegetativ
mərhələləri aşkar etmək üçün təzə ifraz olunmuş nəcisi və duodenol zondlama
zamanı təcili müayinə etmək lazım gəlir. Lakin bəzi hallarda koproskopiya və
duodenal zondlama metodlarının birgə aparılması lyambliozun aşkar edilmə
tezliyini artırır. Invaziya zəif dərəcədə olduqda zənginləşdirmə metodundan istifadə
olunur. Sistalar qeyri-müntəzəm ifraz olunduğundan çoxsaylı müayinələr tələb
edilir.
Qeyd etmək lazımdır ki, lyambliyaların geniş şəkildə yayılması
(parazitgəzdirənlik)
bəzən
müayinə
edəni
çaşdırır
və
lyambiliozun
hiperdiaqnostikasını törədir. Buna görə do mədə-bağırsaq traktının və ya öd
yollarının zədələnməsinin klinik mənzərəsi göründükdə xəstəliyin digər mümkün
olan səbəblərini, məsələn, bakterioloji müayinə aparmaqla istisna etmək lazımdır.
Lyamblioz invazion xəstəlik olub simptomsuz parazitgəzdirmə şəklində
keçərək bəzən nazik bağırsağın funksiyasının pozulmasına (xroııik ishal, steatoreya)
gətirib çıxarır.
Törədici. İbtidai - lyambliya Lamblia intestinalis qamçılılar sinfinə aiddir.
Lyambliyaların vegetativ formaları armudvarı olurlar. Parazitin uzunluğu 9-
18 mkm, eni 5-10 mkm. 2 nüvəsi və 4 cüt qamçısı var. Patogenlik xüsusiyyəti az
öyrənilib. Lombliyaların sistaları oval
314
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |