təsirindən və kimyəvi terapevtik preparatlardan müdafiə olunurlar. Lakin sistanın
divarı dağıldıqda toksoplazmalar azad olur və patoloji prosesin inkişafına səbəb
olurlar.
Yoluxmuş və ölmüş heyvanların orqanlarında toksoplaz- maların həyat
qabiliyyəti 20° C temperaturda 3 gün ərzində saxlanır, t=4-10° C-də - 18 gün, 45°C-
də - 15 dəqiqədən sonra, 50°C-də isə ani məhv olurlar. 1%-li duz turşusunda 1 doq,
1%-li formalində - 20 dəq, 1%-li fenolda -- 10 dəqiqədən sonra ölürlər. Oosistalar
ətraf mühitdə qalmağa çox davamlı olub, 6-8 aya qədər həyat qabiliyyətini
saxlayırlar.
İnvaziya mənbəyi. Toksoplazmoz həm ev, həm də sinantrop heyvanlarda (it,
pişik, donuz, iribuynuzlu qaramal, at, keçi, qoyun, dovşan, toyuq, hinduşka,
göyərçin, siçan, siçovul), həm də vəhşi heyvanlarda (gəmiricilər - qum siçanı,
gəlincik, dələ; meymunlar və s.) aşkar olunub, insan üçün daha təhlükəli ev
heyvanları (itlər və pişik) sayılır. Heyvanlarda toksoplazmoz daha çox
parazilgəzdirmə (simptomsuz forma) şəklində gedir, ancaq klinik ifadə olunan
formalar da rast gəlir.
İnvaziya mənbəyinin yoluxduruculuq dövrü. Toksoplazmozun törədicisi,
xüsusən də sista formasında insan və heyvanların orqanizmində uzun müddət
saxlana bilər. Heyvanların orqanizmindən toksoplazmalar kəskin dövrdə intensiv
şəkildə nəcis, sidik, selik, süd vasitəsilə, balasalma zamanı döl və dölyanı maye ilə
ifraz olunurlar; lalent formalarda törədicinin ifrazı dəyişkən xarakterdə gedir.
Yoluxma mexanizmi və yolları. Toksoplazmoz zoonoz infek- siyadır,
insana 3 yolla keçir: general - bitki məhsulları, ksenotrop - ət məhsulları ilə, vertikal-
yaxud bətndaxili. Toksoplazmozla yoluxma qida məqsədilə kifayət qədər termiki
işlənməmiş ət və süd məhsullarının istifadəsi zamanı, heyvanlara qulluq etdikdə
zədələnmiş dəri örtüyü və ya selikli qişalardan, heyvanların dərilərini soyduqda, əti
emal etdikdə və s. zamanı baş verir. Hava-damcı mexanizmi tam sübut edilməyib.
İnsandan insana toksoplazmoz anadan dölə tıansplasentar yolla örtülür.
Həssaslıq və immunitet. Toksoplazmozda həm humoral, həm də hüceyrə
immuniteti inkişaf edir. Əmələ gəlmiş əkscisimlər orqanizmdə prosesin inkişafını
qeyri-steıil immunitet nəticəsində məhdudlaşdırır, ancaq onların müdafiə təsiri
yoxdur. Hücyerə immuniteti toksoplazminlə aparılan dəri sınağı ilə müəyyən edilir.
Ümumilikdə, toksoplazmozda immunitet az gərginlikli və davamsızdır. O,
318
downloaded from KitabYurdu.org
interkurrcnt xəstəliklərin təsiri ilə zəifləyə bilər ki, bu da kəskinləşmə və
ıesidivlərə gətirib çıxarır və tokoplazmoz xronik formaya keçir. İmmunitet
toksoplazmozda davamsızdır.
Epidemik prosesin təzahürləri. Toksoplazmoz bir çox ölkələrdə -
Avropa, Cənubi Amerika, Afrika, Asiya və Avstraliyada qeyd olunur (10-30%).
Əslində bu, həqiqi xəstələnməni göstərmir. Rəsmi qeydiyyat əksər ölkələrdə
aparılmır. İnsanların toksoplazmoza görə həssaslığı ümumidir. Ən çox kənd
əhalisi yoluxur ki, bunu da onların şəhər əhalisinə nisbətən heyvanlarla daha çox
təmasda olması ilə izah edirlər. Sənəti ilə əlaqədar (heyvandarlıq, ət
kombinatlarının işçiləri, ovçular və s.) heyvanlarla təmasda olan şəxslərdə xəstəlik
əhalinin digər qruplarına nisbətən çoxdur.
İnkubasiya dövrü müxtəlifdir, onu müəyyən etmək invazi- yalaşma ilə
əlaqədar çox çətindir, ancaq 15-20 gün sürməsi güman edilir.
Klinik əlamətləri. Anadangəlmə və qazanılmış toksoplazmoz ayııd edilir.
Anadangəlmə toksoplazmoz o vaxt baş verir ki, qadın hamiləlik dövründə ilk dəfə
yoluxmuş olsun. Digər tərəfdən bu, parazitemiya baş vermiş qadınlarda və cift
zədələndikdə mümkündür. Bətndaxili yoluxma özünü təxminən 25% halda
yenidoğul- muşlarda klinik əlamətlərlə göstərir. Xəstələrin vəziyyətinin ağırlığı
daxil olmuş parazitin miqdarından asılıdır.
Döl hamiləliyin son dövründə yoluxmuşdursa, xəstəliyin kəskin forması
inkişaf edəcəkdir. Belə hallarda xəstəlik dalağın, qaraciyərin böyüməsi, miokardit,
interslisial pnevmoniya, ensefalit əlamətləri və s. ilə müşayiət oluna bilər. Spesifik
müalicə nəinki xəstəni müalicə edir, hətta belə ağırlaşmaların qarşısını alır.
Anadangəlmə tok- soplamozda getdikcə artan hidrosefaliya, xorioretinit,
kəllədaxili kalsifikatlar, daxili orqanlar tərəfindən müxtəlif dəyişikliklər (hepato-
və splenomeqaliya), habelə gözlərin zədəlonməsi qeyd edilir. Anadangəlmə
toksoplazmozun ayrı-ayrı təzahürləri sinir-psixi pozğunluqlar, qıcolmalar,
uşaqların əqli inkişafdan geri qalması şəklində ola bilər. Qazanılmış toksoplazmoz
(qida məhsulları ilə yoluxma) çox zaman simptomsuz, yaxud subklinik keçir və
aydınlaşdırılmamış qalır. Klinik cəhətdən tam təzahür edən toksoplazmoz nadir
hallarda yoluxmadan 3-10 gün sonra prodormal əlamətlərlə başlayır: ümumi
zəiflik, əzələ ağrıları, uzunsürməyon ishal.
Qazanılmış toksoplazmoz klinik təzahürlərin müxtəlifliyi ilə xarakterizə
olunur. Xəstəliyin göz, serebral, limfadenopatik və
319
downloaded from KitabYurdu.org
ekzantcmalı formaları ayırd olunur. Xəstəliyin kəskin mərhələsində titrətmə,
qızdırma, səpgi, limfadenopatiya, miokardit., inteıstisial pnevmoniya müşahidə
edilir, qaraciyər böyüyür. Dalaq hiss ediləcək qədər böyümür. Kəskin mərhələdə
ensefalomielit simptomlan müşahidə edilir. Spesifik terapiya olmadıqda xəstələrin
əksəriyyəti bir neçə həftə ərzində ölür. Qazanılmış kəskin toksoplazmoz zamanı
orqan və ya sistemlərin zədələnməsindən asılı olaraq limfadenopatik, visseral,
serebral və göz formaları ayırd edilir. Böyüklərdə tokso- plazraoz əsasən subklinik,
latent infeksiya şəklində gedir. Kəskin gedişli hallar (ölümlə nəticələnən) az rast
gəlinir.
Müalicə. Toksoplazmoza qarşı 2 spesifik preparat - xloridin (sinonimləri -
pirimetamin, daraprim, tindurin) və sulfanilamidlər işlədilir. Onlar sincrqizmo təsir
edərək folin turşusundan foli turşusunun sintezinə imkan vermir, eləcə də P-
aminobenzoy turşusunun metabolizminə təsir edir. Xəstələr bu preparatları yaxşı
keçirir. Bəzən tıombositopcniya və ya leykopeniya baş verir. Bu əlavə təsirin
qarşısını almaq üçün xəstələrə folin turşusu təyin edilir ki, bundan orqanizm folin
turşusu sintez edir. Xloridin (daraprim) sulfadi- mezinlə birgə metranidazol istifadə
edilir.
Laborator diaqnostika. İnsan sağ ikən toksoplazmoz törədicisini aşkar
etmək üçün onurğa beyni mayesi, limfa düyünlərinin punktatı, biopsiya edilmiş
limfatik düyünlər və badamcıqlar, dölyanı qişaların qalıqları və cift müayinə edilir.
Seksiya materialı müayinə edildikdə dalaq və baş beyindən törədicini ayırd etmək
olar. Yaxmalar, kəsiklər hazırlanır, Romanovski üsulu ilə boyanır. Daha yaxşı
nəticə siçanlarda bioloji sınaq qoyulduqda əldə edilir. Ölmüş siçanları
toksoplazmaya görə müayinə edirlər: əgər onlar sağ qalırsa öldürür, 3-5 kortəbii
əkmə aparırlar. İmmunoloji müayinə üçün KBR, HAR, İFR, habelə toksoplazminlə
dəriiçi sınaq qoyulur. Dəriiçi sınaq hətta xəstəlikdən sonra ömürlük qalır.
Profilaktik tədbirlər. Əsas şəxsi və ictimai gigiyena qaydalarına əməl
etməkdir. Evdə it və pişik saxladıqda ciddi surətdə gigiyenik rejim gözlənilməli,
xəstə izolyasiya və ya hospitalizasiya olunmalıdır. Ət və süd məhsullarını termiki
işləmədən keçirməli. Xəstə şəxslər aşkar edildikdə müalicə olunmalıdırlar. Sanitar-
maaıifi tədbirləri aparılmalıdır. Xəstəliyin spesifik profilaktikası yoxdur.
Əkscpidcmik tədbirlər. Xəstələr müalicəyə cəlb olunmalıdır. Həmçinin
toksoplazmozun fəallaşması qeyd edilən hamilə qadınlar da müalicə olunmalıdır.
Xəstələnmiş azqiymətli heyvanlar məhv
320
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |