dırırlar. Amöb absesləri irinli plevritlərə, empiemalara, piopnev- motoıoksa,
pcrikardito, qaıaciyər-ağciyər fistullarma və digər ağırlaşmalara səbəb ola bilər.
Uyğun klinik simptomlarla təzahür edən beyin, dalaq, yumurtalıqlar,
böyrəklərin amöb absesləri çox nadir hallarda rast gəlir və mahiyyətcə kazustik
ağırlaşmalara və ya bağırsaqdankənar amöbiazın formalarına aid edilirlər.
3) Dəri amöbiazı çox vaxt ikincili patoloji proses sayılır. Dəri örtüklərində,
əsas etibarilə perianal nahiyədə, aralıqda və sağrı nahiyəsində eroziv və (və ya)
xoralaşmış zədələr formalaşır. Amöb xoraları qaraciyərin irinli fistulları ətrafında
və ya amöb absesləri yarıldıqdan sonra əməliyyat tikişlərinin yaxınlığında yaranır.
Xoralar kifayət qədər dərindir, az ağrılıdırlar. Onların kənarları qaralmışdır,
xoradan pis qoxu gəlir. Xoralı zədələrdən götürülmüş qaşmtılarda paı azitin
vcgetativ formaları aşkar olunur.
Proqnoz - amöbiazın spesifik müalicəsi aparılmadıqda çox ciddidir və qeyri-
qənaətbəxşdir, bağırsaqdankənar amöbiazın gecikdirilmiş diaqnostikasında və
ağırlaşmalar baş verdikdə letal nəticələrlə qurtarır. Erkən düzgün diaqnostikada və
adekvat müalicədə proqnoz əlverişli ola bilər.
Diaqnostika. Amöbiazın diaqnozu səylə yığılmış epidemioloji anamnez
məlumatlarının, xəstəliyin anamnezinin, xəstəliyin klinik mənzərəsinin və
protozooloji müayinələrin müsbət nəticələrinin (insanın nəcisində histoloji amöb
tapıldıqda) əsasında qoyulur. Nativ yaxma praktik olaraq dizenteıiya amöbünün
toxuma formalarının aşkarlanmasının ən yaxşı metodu sayılıb sadəliyi ilə fərqlənir
və yalnız «nəm» şəraitdə (yığılmış nəcisi defekasiyadan dərhal sonra müayinə
etmək lazımdır) amöblərin hərəkəti sayəsində onları etibarlı surətdə təyin etməyə
imkan verir. Nəcisi uzun müddət saxladıqda və ya onları dezinfeksiya vasitələrinin
izləri olan qaba yığdıqda amöbləı* məhv olurlar ki, bu da amöbiazın
hipodiaqnostikasının başlıca səbəbidir. Xəstənin nəcisini və ya yoğun bağırsaqdan
rektoroma- noskopiya zamanı götürülmüş seliyi müayinə edirlər.
Bağırsaqdankənar amöbiaz zamanı qaraciyər abseslorindən, ağciyərlərdən və
ya digər orqanlardan onların punksiyası və ya yarılması zamanı götürülmüş irin
müayinə edilir. Material həmin anda müayinə olunur, çünki amöblər hətta onları
qısa müddətdə saxladıqda belə tezliklə ölürlər.
303
downloaded from KitabYurdu.org
AmÖbiazm müalicəsi. Xəstəliyin müxtəlif formalarına və bakterial floraya
törədicinin təsir mexanizmini və onların istiqamətini nəzərə alan preparatların
istifadəsinə əsaslanmış kompleks terapiya tətbiq olunur.
Spesifik müalicə üçün əsasən metronidazol (trixopol, flaqin, klion) istifadə
edilir ki, o da böyüklərə 30 mq/kq sutqalıq dozada (0,6-0,8 q gündə 3 dəfə) 5-10
gün ərzində təyin edilir. Müalicə aparıldıqdan sonra amöbün boşluq formasından
tam azad olunma mümkün olmadığı üçün əlavə diloksanid furoat böyüklərə 500 mq
dozada gündə 3 dəfə 5-10 gün ərzində, uşaqlara sutqada 20 mq/kq dozada 3 dəfə 5-
10 gün ərzində təyin edilir. Kolit sindromunun tezliklə qarşısının alınması üçün
metronidazolla aparılan müalicə kompleksinə enterosodiv 2 həb dozada sutqada 3
dəfə 10 gün ərzində daxil edirlər. Bağırsaq amöbiazında tinidazol (fasijin) 0,6
dozada gündə 2 dəfə olmaqla 5 gün ərzində və ornidazol (tiberal) 500 mq dozada
gündə 2 dəfə 5-10 gün ərzində təyin edilərsə daha səmərəli nəticə verər.
Spesifik terapiya antibiotiklərin (tetrasiklinlərin) təyin edilməsi ilə
tamamlana bilər. Adekvat dərman müalicəsi amöbomatarın itməsinə gətirib çıxarır.
Mübarizə və profilaktika tədbirləri. Amöbiazla xəstələr mütləq
hospitalizasiya olunmalı və stasionar şəraitdə müalicə almalıdırlar. Xəstəliyi
keçirmiş şəxslərin evə yazılması laboratoriya nəzarəti altında həyata keçirilməlidir.
Epidemik ocaqda olan şəxslər sistagəzdirməyo görə müayinəyə cəlb edilirlər.
Dezinfeksiya məqsədilə. 3%-li lizol məhlulu işlədilir. Amöbiazın profilaktikasında
sudan səmərəli surətdə istifadə edilməyə (su mənbələrinin nəcislə çirklənmədən
qorunması), ictimai qidalanma müəssisələrində, uşaq müəssisələrində və su kəməri
şəbəkəsinin fəhlələri arasında xəstələrin və töıədicigəzdirənlərin aşkar edilməsinə
böyük diqqət verilir. Şəxsi gigiyena qaydalarının gözlənilməsi vacibdir, bu zaman
tərəvəz və meyvələrin isti su ilə yuyulmasına ciddi yanaşmaq lazımdır. Kiçik
çaylardan, aı xlaıdan və digər açıq su mənbələrindən su içmək olmaz.
304
downloaded from KitabYurdu.org
QAMÇILILAR SİNFİ
Qamçılıların fərqləndirici xüsusiyyəti bir və ya bir neçə qamçının
olmasıdır. Qamçılıların bədənində xüsusi orqanoid - kinetoplast vardır. Onun
funksiyası qamçının hərəkət etməsi üçün enerji hasil etməkdir. Bəzi növlərdə
qamçılardan biri bədən boyunca keçir və onunla nazik arakəsmə vasitəsilə
birləşərək dalğa şəkilli membran əmələ gətirir. Bu membran ibtidainin hərəkətini
təmin edir.
Adı çəkilən sinfin çoxsaylı növləri arasında insan üçün daha patogen
əhəmiyyətə malik olanlar leyşmaııiya və tripanosomalardır. Onlar insana qansoran
keçiricilər vasitəsilə ötürülürlər. Digər nümayəndəsi ləmbliyalar bağırsaqda,
trixomonadların müxtəlif növləri bağırsaqda, ağız boşluğunda və sidik cinsiyyət
orqanlarında yaşayırlar. Bu ibtidailər çox geniş yayılmışdır.
LEYŞMANİOZLAR
Leyşmaniozların törədicisi leyşmaniyalar qamçılılar sinfinə aiddir. İnsan
üçün leyşmaniyaların bir neçə növü patogendiı*. Leishmaniya tropika minor -
antroponoz (şəhər) dəri leşmaniozunu, Leishmania major - zoonoz (səhra) dəri
leyşmaniyozunu törədir. Leishmania braziliensis - Cənubi Amerikada rast gəlir və
dəri-selikli qişa (amerika) leyşmaniozunu törədir. Leishmania donovani - visseral,
daxili (hind, kala-azar) leyşmaniozunu törədir. Leishmania infantum - visseral
(Aralıq dənizi) lcyşmaniozunun törədicisidir. Azərbaycanda leyşmaniyaların 2
növünə rast gəlinir: Leishmania tropica və Leishmania donovani.
Leyşmaniyalar 2 inkişaf mərhələsi keçirlər: qamçısız və qamçılı. Qamçısız
forma oval şəkillidir, nüvəsi dairəvi olub, hüceyrənin 1/3- ni tutur. Onurğalı
sahibin (insan, it, gəmiricilər) bədənində rast gəlir, makrofaqlarda, sümük iliyi,
dalaq, qaraciyər hüceyrələrində hüceyrə daxilində parazitlik edirlər. Bir
zədələnmiş hüceyrə daxilində onlarla leyşmaniya ola bilər. Sadə bölünmə yolu ilə
çoxalır. Qamçılı forma hərəkətlidir. Onurğasız sahiblərdə - mığmığalarda
(hünülərdə) və qidalı mühitlərdə inkişaf edirlər.
Həyat tsikli. Leyşmaniozlar tranmissiv infeksiyalar qrupuna aid edilir.
Keçiriciləri kiçik qansoran həşəratlar, mığmığalardır. Mığmığalar xəstə insan və
ya heyvandan qan soran zaman yoluxurlar.
305
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |