xəstəliyin kəskin mərhələlərində nəcislə yalnız toxuma, daha doğrusu böyük
vcgetativ formalar, sağalma dövründə isə boşluq formaları və sistalar xaric edilir.
Konservasiya metodu işlənib hazırlanmışdır, lakin ibtidailər konservantda
rəngələnir və hərəkətlərini itirirlər, nəticədə onların laboratoı* müayinəsi çətinləşir.
Amöbləıin seıoloji diaqnostika metodları da işlənib hazırlanıb (HAR, IFR).
Profilaktikası - Bakterial və amöb dizenteriyası olan xəstələr
hospitallaşdırıhr. Xəstələri evə o vaxt buraxırlar ki, həftə ərzində aparılmış müayinə
zamanı 3 mənfi nəticə alınsın.
Sağalmış şəxslərdə də ishal müşahidə olunarsa, həmçinin sağlam şəxslər
arasında törədicigəzdirənləri aşkar etmək vacibdirsə, 2 həftə ərzində azı 6 analiz
vermək lazım gəlir.
Evə yazılandan sonra sağalmış şəxslər poliklinikanın infeksion xəstəliklər
kabinetində bir ildən az olmayaraq dispanser qeydiyyatında saxlanırlar və onların
nəcisini dövrü olaraq müayinə edirlər.
İnsanın yoğun bağırsağında dizenteriya amöbündən başqa bir neçə növ qeyri-
patogen amöblər yaşayırlar; bağırsaq amöbü (Entamoeba coli), Hartman amöbü
(Entamoeba hartmanni), cırtdan amöb (Endolimax nana), Byüçli yodamöbası
(Jodamoeba bütschlii), dientamöba (Dicntomoeba fıagilis), ağız amöbü (Entamoeba
gingivalis).
Sərbəst yaşayan patoloji amöblər qrupu da (ncqleriyalar, akantamöbalar və
hartmanellalar) mövcuddur və onlar çirkli sularda, nəm torpaqda, durğun sularda,
lildə, peyində yaşayırlar. İnsan dibində lil olan hovuzlarda, göllərdə çimdikdə
yoluxur. Amöblər burun udlağa çimərkən və ya çirkli əllərlə aparılır.
Amöblər, xüsusilə neqleriyalar burun-udlaqdan baş-beyinə keçir və insanın
ağır xəstəliyini - birincili amöb meninqoensefalitini törədirlər.
Epidemiologiyası. İnvaziya mənbəyi və rezervuar insan - amöbiazın kəskin
və xroniki forması ilə xəstə, rekonvalessent və sistagəzdirən şəxsdir. İnvaziyalı
şəxslərin sistaları ifraz etməsi bir çox illər ərzində davam edə bilər. Bir sutka
müddətində sistagəzdirən nəcislə 300 mln. və daha çox sista xaric etməyə qabildir.
Yoluxma mexanizmi - fekal-oıaldır, yoluxma yolu - adətən su yoludur, lakin qida,
həmçinin sistalarla çirklənmiş əllər vasitəsilə baş verən məişət yoluxma yolu da
mümkündür. İnsanların təbii həssaslığı yüksəkdir,
300
downloaded from KitabYurdu.org
kontagiozluq əmsalı 20% təşkil edir. Keçirilmiş xəstəlikdən sonra nisbi və
qısamüddətli immunitet yaranır.
Amöbiaz dünyanın bir çox ölkələrində geniş yayılmışdır. Xəstəlik daha çox
tropik və subtropik iqlim rayonlarında rast gəlir. Amöbiazla ən çox orta yaşlı şəxslər
xəstələnirlər, 5 yaşa qədər uşaqlar arasında xəstəlik az-az təsadüf olunur. Xəstəlik
həm şəhər, həm də kənd əhalisi arasında yayılmışdır, digər fəsillərə nisbətən ilin yay
dövründə daha çox qeydə alınır. Amöbiazda risk qrupunu homoseksualistlər,
psixiatriya klinikalarının pasiyentləri, QİÇS-lə xəstələr təşkil edir.
Klinik gedişin xüsusiyyətləri. Amöbiazm 3 klinik forması ayırd edilir: 1)
bağırsaq amöbiazı, 2) bağırsaqdankənar amöbiaz, 3) dəri amöbiazı.
BAĞIRSAQ AMÖBİAZI VƏ YA AMÖB
DİZENTERİYASI
Bu klinik forma tez-tez qeydə alınır. Inkubasiya dövrü 1-2 həftədən 3 ay və
daha çox davam edir. Xəstəliyin simptomatikası uzun müddət ərzində az nəzərə
çarpır - insanların əhvalı ümumilikdə dəyişmir. Amöbiazm bağırsaq formasının ən
başlıca əlaməti nəcisin pozulmasıdır. Xəstəliyin ilkin fazasında nəcis boldur,
xarakterik formaya malikdir, onun içərisində selik qarışığı nəzərə çarpır, pis qoxuya
malikdir, sutkada tezliyi 4-6 dəfəyə çatır. Xəstəliyin gedişində defekasiya aktlarının
tezliyi sutkada 10-20 dəfəyə qədər artır, nəcis bərk formasını itirir, şüşəyəbənzər selik
şəklini alır. Patoloji proses inkişaf etdikcə qanın qarışması baş verir, nəticədə nəcis
«moruq» və ya «qırmızı qarağat jelesi» şəklinə düşür ki, bu da amöbiaz üçün son
dərəcə spesifik sayılır (belə hallarda xoralı proses əsasən yoğun bağırsağın proksimal
şöbələrində, yəni kor və qalxan bağırsaqda lokalizasiya edir).
Bağırsaq amöbiazında qarın bir qədər dartılır. Qarnın palpasiyası ağrısızdır, bu
da patoloji prosesin ən çox lokalizasiya etdiyi nahiyədə daha qabarıq üzə çıxır.
Amöbiaz zamanı yoğun bağırsağın sağ hissəsi (kor və qalxan bağırsaq) lap güclü
zədələnir və ileosekal nahiyəni əllədikdə güclü ağrılar müşahidə olunur.
Kəskin bağırsaq amöbiazı ilə xəstələrin rektomanoskopiya müayinəsinin və
kolonoskopiyanın aparıldığı zaman (patoloji prosesə yoğun bağırsağın distal şöbələri
cəlb olunduqda) diametri 2-20 mm
301
downloaded from KitabYurdu.org
olan xoralar, ən çox büküşlərin zirvəsində, aşkar edilir. Bağırsağın
rentgenoskopiyası və rcntgcnoqrafiyası yoğun bağırsağın şöbələrinin qeyri-bərabər
dolmasını, spazmın olmasını və bağırsağın sürətlə boşalmasını aşkar etməyə imkan
verir.
Bağırsaq amöbiazmın kəskin klinik əlamətləri pasiyentdə, bir qayda olaraq,
4-5 həftədə saxlanılır. Sonra remissiya fazası baş verir ki, onun davametmə müddəti
bir neçə həftədən bir neçə aya qədərdir. Remissiya siraptomatikanın residı'vləri ilə
əvəz olunur. Xəstəlik xronik gedişli xarakter alır və spesifik terapiya aparılmadıqda
bir çox illər və onillər davam edir.
BAĞIRSAQDANKƏNAR AMÖBİAZ
Parazitozun bu forması arasında ən çox aşağıdakı təzahürlər qeydə alınır: 1)
Qaraciyər amöbiazı. O, bağırsaq amöbiazmın həm kəskin təzahürləri zamanı, həm
də bir neçə ay (illər) sonra baş verə bilər. Qaraciyər amöbiazmın iki klinik forması
təsvir edilmişdir: a) amöb hepatiti və b) qaraciyər absesi.
Kəskin hepatit adətən bağırsaq amöbiazmın əlamətləri fonunda inkişaf edir.
Sağ qabırğa altında ağrılarla birgə hepatomeqaliya qeydə almır. Palpasiya bu
orqanın bərkiməsi haqqında dəyərli məlumatlar verir, bu zaman qaraciyər
əlləndikdə bir qədər ağrılı olur. İktcrus nadir hallarda inkişaf edir. Hərarət
subfebrildir, bəzən yüksəlmələrlə gedir, lakin dəyişməyə də bilər. Qanda mülayim
leykositoz qeyd olunur.
Qaraciyərin amöb absesi: o, çox vaxt qaraciyərin sağ payının yuxarı
hissəsində lokalizasiya edir. Qaraciyər absesinin daimi əlamətləri hepatomeqaliya
və ağrılardır ki, o da sağ çiyinə yayılır: xəstə hərəkət edərkən və dərindən nəfəs
alarkən ağrılar güclənir. Qızdırma 39°C və yuxarı olur, temperatur əyrisi remissiya,
hektik və ya daimi xarakterdədir. Hərarətin qalxması titrətmələrlə müşayiət olunur,
hərarət aşağı düşdükdə tər ifrazı müşahidə edilir. Intok- sikasiya olduqca kəskin
nəzərə çarpır. Dərinin turqoru azalmışdır, torpaq rəngi alır.
2) Ağciyər amöbiazı parazitlərin ağciyərlərə hematogen yolla düşməsi və ya
qaraciyər absesinin plevra boşluğuna açılması zamanı inkişaf edir. Bu formanın
simptomatikası - spesifik plevrapnev- moniya və ya ağciyər absesidir. Xəstələr
çoxlu miqdarda qanlı bəlğəm ifraz edirlər, bunu adətən obrazlı şəkildə «şokolad»
bəlğəmi adlan-
302
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |