Qədim ladlar haqqında ümumi məlumat (Diatonik ladlar)



Yüklə 0,49 Mb.
tarix01.05.2022
ölçüsü0,49 Mb.
#86354
Qədim ladlar. Pentatonika
qarmon5cb, II sinif mus.ed. sual cvb, 2ci sinif 2, Orkestr, IMG 3774 2021-04-30 at 5.33.49 PM, Aparıcı septakkord

Qədim ladlar haqqında ümumi məlumat (Diatonik ladlar)
Major və minor ladı, professional musiqidə ən çox yayılmmış ladlardır.Lakin bəzi xalqlarda mahnı melodiyalarıını əsasını major və minor qammalarına bənzər ladlar

təşkil edir. Həmin ladlaar major və minor ladlarıından əvvəl yarandığı üçün onlara şərti olaraq qədim ladlar da deyilir. Bu ladlar orta əsrlərdən başlayaraq qədim yanan musiqi termini əsasında adlandırılmışdır. Müasir dövrümüzdə də həmin ladlar belə adlanır:



Major tipli: İonik- Natural major

Lidik - IV ↑

Miksolidik VII↓
Minor tipli : Eolik natural minor

Frigik -II ↓

Dorik – VI ↑
Fortepianonun ağ pillələrindən, yəni natural do major qammasının I pilləsindən sonrakı I pilləsinə qədər ardıcıl düzülmüş səslər, II pilləsindən sonrakı II pilləsinə qədər ardıcıl düzülmüş səslər və s. bu minval ilə III, IV, V, VI pillələrindən ardıcıl qurulan səslər dediyimiz ladları əmələ gətirir.

Qədim ladların quruluş və xüsusiyyətlərini daha aydın başa düşmək üçün onları bildiyimiz major və minor ladları ilə müqayisə edək:

İonik lad - natural major qammasının eynidir.

Dorik lad – VI pilləsi yarım ton artırılmış minor şəklində olur.

Frigik lad – II pilləsi yarım ton əskildilmiş minor şəklində olur.

Lidik lad – IV pilləsi yarım ton artırılmış major şəklində olur.

Miksolidik lad – VII pilləsi yarım ton əskildilmiş major şəklində olur.

Eolik lad – natural minor qammasının eynidir.



Pentatonika



5 pillədən ibarət olan lada pentatonika deyilir. ((yunan. pente – beş, tonos - ton)
Oktava çərçivəsində müxtəlif yüksəkliyə malik beş səsdən ibarət səssırası; qonşu səslər arasındakı məsafə ardıcıl böyük sekundalar və kiçik tersiyalardan ibarət olur; yarımtonlar yoxdur, onun əsasını beşpilləli səs düzümü təşkil edir, bu, musiqi tarixində qədim "çin qamması" hesab olunur.

Çin ladı:

Major tipli pentatonikada IVVll pillələr iştirak etmir.

Minor tipli pentatonikada IIVI pillələr iştirak etmir.


Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə