Patogen mikroorqanizmlərin əksəriyyətinin yaşaması və artması üçün yeganə
təbii şərait canlı orqanizmdir ki, o da onların paıa- zitik təbiəti ilə bağlıdır. Xarici
mühit belə canlılar üçün müvəqqəti yaşayış yeri olaraq onların müəyyən müddət
saxlanılmasını təmin edir. Həssas insan və heyvan orqanizmində patogen mikrobların
yaşaması, onların nəinki törəyib artması üçün, eləcə də, təbiətdə bir növ kimi
saxlanması üçün şərait yaradır. Yoluxmuş insan və heyvanlar yoluxucu xəstəliklərin
amilləri üçün təbii sahibdirlər, onlardan patogen mikroorqanizmlər sağlam insanlara
keçə bilər, ona görə də onlar yoluxucu xəstəliyin mənbəyi adlanırlar.
Qeyd etdiyimiz kimi, yoluxucu xəstəliyin (infeksiya) mənbəyi insanlar və
müxtəlif növ heyvanlar ola bilərlər. İnsanlar arasında yayılan yoluxucu xəstəliklərin
əsas qrupunu antroponozlar (yunanca «antropos» - insan və «nozos» - xəstəlik), yəni
ancaq insana xas olan xəstəliklər təşkil edir. Bu xəstəlik amillərinin bioloji sahibi
insandır. Elə ona görə də, antroponozlarda infeksiya mənbəyi yoluxmuş şəxs (xəstə
və törədicigəzdiron) olur.
Antroponozlara qızılca, göyöskürək, qrip, dizenteıiya, viruslu hepatit, qarın
yatalağı və s. yoluxucu xəstəliklər aiddir. İnfeksiya mənbəyi (yoluxmuş insanlar)
infeksion prosesin gedişinin müxtəlif formasında (kəskin, yüngül formalar və
törodicigəzdirmo) patogen mikrobları ətraf mühitə ifraz edirlər. Patogen mikrobların
xəstə orqanizmdən ifraz edilməsi müddəti xəstəliyin patogenezi və kliniki dövrləri ilə
sıx əlaqədardır. Adətən xəstəliyin inkubasiya dövründə törədici ifraz olunmur, bəzi
xəstəliklərdə (qızılca, qarın yatalığı, infeksion hepatit və s.) bu dövrün sonunda
törədicilər xaricə ifraz oluna bilirlər. Bəzi xəstəliklərdə (qızılca, göyöskürək,
infeksion hepatit və s.) xəstəliyin prodıomal dövrü ən yoluxucu dövr hesab edilir.
İnfeksion prosesin şiddətlənmə dövründə xarici mühitə böyük miqdarda törədici ifraz
olunduğundan bütün yoluxucu xəstəliklər üçün bu dövr ən yoluxdurucu dövr sayılır.
İnfeksion prosesin .sönməsi və klinik simptomların yox olması ilə bərabər
törədicilərin ifraz edilməsinin intensivliyini azalır. Xəstələrin əksəriyyətində sağalma
baş verdikdə bu proses dayanır. Bəzi xəstəliklərdə (qarın yatalağı, dizenteriya,
skarlatina və s.) isə klinik simptomların yox olması orqanizmin törədicidən azad
olmasından tez baş verir, belə hallarda xəstələr rekonvalessensiya dövründə də
yoluxdurma qabilliyətini saxlayırlar.
34
downloaded from KitabYurdu.org
İnfeksiya mənbəyindən törədicilərin ifraz edilməsi yollan, onların inkişafı üçün
seçdiyi üzv və toxumalardan asılıdır. Belə ki, tənəffüs üzvlərinin yoluxucu
xəstəliklərində (qızılca, göyöskürək, qrip, vərəm və s.) mikroblar bəlğəm və selik
damcılan, mədə-bağırsaq üzvlərinin zədələnməsi ilə özünü göstərən xəstəliklərdə
(qarın yatalağı, dizentcriya, vəba və s.) isə əsasən qusuntu kütlələri və nəcislə ifraz
olunurlar. Bəzi xəstəliklərdə (malyariya, rikketsiozlaı* və s.) törədicilər xariclə əlaqəsi
olmayan daxili üzv və toxumalarda inkişaf edir, sonra qana keçirlər, ona görə də, bu
zaman törədicilər sağlam insanlara qansoıan həşəratlar vasitəsilə ötürülürlər.
Yoluxucu xəstəliklərdə ikinci infeksiya mənbəyi heyvanlardır, belə xəstəliklər
zoonozlara aiddir. İnsanın yoluxucu və invazion xəstəliklərinin böyük bir qrupunu
zoonoz xəstəliklər (yunanca «zoon» - heyvan və «nozos» - xəstəlik) təşkil edir, bu
xəstəliklərdə infeksiya mənbəyi müxtəlif heyvanlardır. Heyvanların əhliləşdirilməsi
insanlara zoonoz xəstəliklərin keçirilməsində mühüm rol oynayıb.
Bəzi zoonozlar üçün təbii-ocaqlılıq xarakterikdir. Bu hallarda biosenozların
üzvləri arasında törədicilərin təbii rezcrvuarlan mövcuddur. Təbii ocaqlarda törədici
zəncirvari şəkildə: heyvan - biotik keçirici - heyvanlar arasında dövr edir və bununla
spesifik yaşayış mühitinin, populyasiyasının və növünün saxlanmasını təmin edir.
Təbii ocaqlar insandan asılı olmayaraq uzun müddət mövcud ola bilər. İnsan təbii
ocaqda yoluxur və epidemik zəncirə cəlb edilir (məsələn, gənə ensefaliti, taun,
tulyaremiya, hemorragik qızdırma). Bu zaman ev heyvanları və kənd təsərrüfatı
heyvanları epidemik zəncirə qoşulur. Əgər insan, ev və kənd təsərrüfatı heyvanları
sonralar digərləri üçün infeksiya mənbəyi kimi xidmət edirsə, onlar əlavə infeksiya
mənbəyi adlanırlar.
Kənd tosəiTÜfatı heyvanlarının xəstəliklərində (vərəm, qara yara, manqo, sap,
salmonelyoz, listerioz, erizipeloid, leptospiroz, toksoplazmoz, dabaq, Kü-qızdırması,
trixinelyoz və s.) xəstə heyvanlar çox vaxt infeksiya mənbəyi rolunu oynayırlar.
Bununla yanaşı, bir çox vəhşi heyvanlar da, onların içərisində gəmiricilər xüsusi
əhəmiyyət daşıyırlar, bir çox tobii-ocaqlı xəstəliklərdə (tulyaremiya, gənə qayıdan
yatalağı, gənə ensefaliti və s.) infeksiya mənbəyinə çevrilirlər. İnsanlarda rast gələn
yoluxucu xəstəliklərin təxminən üçdə birini zoonozlar təşkil edir. Bununla belə,
əhalinin zoonozlarla yoluxması antroponozlara nisbətən qat-qat azdır.
35
downloaded from KitabYurdu.org
Zoonozlann epidernik prosesi epizodik ocaqda daima dövr edən törədici
populyasiyası ilə insan cəmiyyəti arasında qarşılıqlı prosesdir.
Abiotik mühit (torpaq, su, yerüstü ekoloji sistemlər) - üçüncü infeksiya
mənbəyidir, belə mühit infeksiya mənbəyi sayıldıqda xəstəliklər sapronoz xəstəliklər
adlanır. Sapronozların törədiciləri ətraf mühitdə (torpaqda, suda) daima və sərbəst
şəkildə yaşayır və özlərinin təbiətdə mövcud olması üçün epidernik prosesə bir o
qədər də möhtac deyildirlər. Bu törədicilər insanın və heyvanların
psevdoparazitləridir. Sapronozların törədiciləri sərbəst yaşayan saprofitlərdon və
bitkilərdən, buğumayaqlılardan, hidrobiontlardan təkamül etmişdir. Sapronozlara
yersiniozlar, lcgionelyozlar, meloidozlar və s. aiddir. Proqnozlara görə sapronozların
xüsusi çəkisi gələcəkdə yoluxucu xəstəliklərin strukturunda artaracaqdır.
Beləliklə, insanlar infeksiya mənbəyi olduqda belə xəstəliklər antroponoz,
heyvanlar olduqda - zoonoz xəstəliklər adlanır.
Törədiciləri ətraf mühitdə əlverişli şəraitdə artıb çoxalan infeksion (parazitar)
xəstəliklərə sapronoz xəstəliklər deyilir.
Törədicilər üçün təbii yaşayış mühiti olan və onların təbiətdə mövcud olmasını
təmin edən biotik insan və ya heyvan orqanizmi və abiotik (su, torpaq) obyektlərin
cəmi infeksiya törədicilərinin rezervuarı adlanır.
Yoluxma mexanizmi
Patogen mikrobların yoluxma mexanizmi tarixi təkamül prosesində yaranmış,
xəstəlik törədicisinin yoluxmuş orqanizmdən sağlam orqanizmə ötürülməsini təmin
edən bir vasitədir. Və ya «Yoluxma mexanizmi təkamül prosesində törədicinin
formalaşmış infeksiya mənbəyindən həssas insan və ya heyvan orqanizminə
ötürülməsi vasitəsidir».
Antroponoz infeksiyalarda aşağıdakı yoluxma mexanizmləri ayırd olunur:
a.spirasion, fekal-oral, transmissiv, kontakt, vertikal.
Aspirasion (və ya aerozol) yoluxma mexanizmi iki yolla realizə olunur: hava-
damcı və hava-toz.
Fekal-oral yoluxma mexanizmi - törədiciləri insanların həzm yolunda olan
bağırsaq infeksiyaları üçün xarakterikdir.
Transmissiv yoluxma mexanizmi - törədiciləri qanda yerləşən xəstəliklər
zamanı qansoran həşəratlar (buğumayaqlılar) vasitəsilə həyata keçirilir.
36
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |