\
Törədicinin yoluxma mexanizmi
(Epidemik prosesin
II halqası)
I uıarlıala (laza) - >oluxmu>
orqanizmdən
törədicinin
ii'ıaz
olııııması
Fizioloji və patoloji aktlar ııaticə-
siııda reali/asi\a olunur
•
w
II mərhələ(faza) - törədicinin otınf uıiihitdə qalmadı
-----------------------------------------------
►
III mərhələ (faza) - törədicinin voui həssas
orqanizin? daxil olması
-----------------------------------------------
►
Patogen mikrobun bioloji sahibin orqanizmində spesifik lokalizasiyası hər bir
yoluxucu xəstəliyin törədicilərinin müəyyən yoluxma mexanizmi üçün şərait yaradır.
Başqa sözlə desək, törədicinin orqanizmdə lokalizasiyası və bir bioloji sahibdən
digərinə yoluxma mexanizmi bir-birilə sıx əlaqədardır.
Yoluxucu xəstəlik törədicilərinin xarici mühitdə müxtəlif davamlılığı yoluxma
mexanizmi ilə təyin edilir. Məsələn, malyariya paraziti xarici mühit amillərinə
davamsızdır, ona görə də, xəstəliyin yayılmasında iştirak edən qansorucu həşəratlar
(ağcaqanadlar) törədiciləri xarici mühitin mənfi təsirlərindən qoruyur və öz inkişaf
sikllərini başa çatdırmağa imkan verir.
Törədicinin yoluxmuş orqanizmdən sağlara orqanizmə ötürülməsinə şərait
yaradan və epidemik prosesin fasiləsizliyini təmin edən ətraf mühit amilləri yoluxucu
xəstəlik törədicilərinin
yoluxma amilləri adlanırlar. Onlara cansız yoluxma amilləri -
hava, su, torpaq, qida məhsulları, məişət əşyaları, əmək vasitələri və canlı keçiricilər -
buğumayaqlılar aiddir. Törədicinin ötürülməsində iştirak edən amillərin cəmi onun
yoluxma yolunıı təyin edir.
Yoluxum mexanizminin II \ə
III mərhələsi Yoluxma a mif
larinin köməyi il a baş verir:
hava. qida. su. torpaq, məişət
əşyaları,caıılı keçiricilər
40
downloaded from KitabYurdu.org
İ.İ.Yolkin (1973) qeyd edir ki, yoluxma amilləri əsasən fərdi və konkret
olurlar. Bəzi yoluxucu xəstəliklərin törədicilərinin yayılmasında bir deyil, bir neçə
amil iştirak edir, ancaq bu halda da yoluxmada əsas rol dominant amilə məxsusdur.
Məsələn, qarın yatalağı bakteriyalannın yayılmasında törədicigəzdirənin əlləri -
mətbəx qabları - qida məhsulları (süd) və ya qaıın yatalağı xəstəsinin ifrazatları ilə
çirklənmiş ləyən - milçəklər - qida məhsulları iştirak edə bilər. Bu amillərdən on əsası
qida məhsullarıdır. Digər şəraitdə qarın yatalağının yayılması bundan fərqli yolla baş
verə bilər: yoluxucu xəstəxananın zərərsizləşdirilməmiş çirkab sulan - açıq su hövzəsi
- texniki su kəməri - sənaye sexində su duşu. Burada əsas yoluxma amili sudur.
Beləliklə, yoluxucu xəstəliyin yayılma yolu epidemik prosesin saxlanmasını təmin
edən bütün başlıca yoluxma amillərinin bngə təsirinin nəticəsidir.
Patogcn parazitloıin yoluxma mexanizmi və amilləri haqqında müasir fikirlərə
əsaslanaraq yoluxucu xəstəliklərin aşağıdakı yoluxma yollannı ayırd etmək olar: 1)
aerezol və ya hava-damcı və toz, 2) transmissiv, 3) su, 4) qida, 5) məişət (istehsalat).
Bəzi yoluxucu xəstəliklərdə, məsələn, bağırsaq xəstəliklərində, törədici bir neçə yolla
yayılır (su-qida, qida-məişət). Bunu nəzərə alaraq qarışıq yoluxma yolunu ayırd
etmək məqsədəuyğundur. Belə olduqda əsas yoluxma amillərini digər amillərdən
fərqləndirmək lazımdır (İ.İ.Yolkin, 1978).
Törədicinin yoluxma mexanizmi maddi amillər - ətraf mühitin abiotik və
biolik elementləri vasitəsilə ıealizasiya olunur ki, bu amillər törədicinin infeksiya
mənbəyindən həssas orqanizmə daşınmasını təmin edir.
Birincili,
son və bəzi hallarda
aralıq yoluxma amilləri ayırd edilir. Birincili yoluxma amili törədicinin xaric
edilməsində iştirak edən, son - törədicinin həssas orqanizmə ötürülməsini təmin edən,
aralıq - birincili və son amillər arasında yoluxmada iştirak edən amillərdir.
Abiotik (cansız)
yoluxma amillərini hava, su, torpaq, toz, qida,
insan fəaliyyətinin maddi məhsulları (əşyalar, qurğular,
nəqliyyat
vasitələri və s.) təşkil edü*.
Buraya həmçinin tibb alətləri, qan
preparatları, transplantatlar və s. aiddir. Son
illərdə venadaxili narkotik
vasitələrin istifadəçiləri arasında hemokontakt infeksiyalar (B və C
• •
hepatitləri, IlV-infeksiya) geniş yayılmışdır. Biotik (canlı) yoluxma amillərinə buğum
ayaqlıların müxtəlif nümayəndələri (ağcaqanadlar, bitlər, birələr, hünülər, gənolər,
milçəklər) aiddir. Bu amillər qrupu taun, rikketsiozlar, gənə ensefaliti, hemorragik
qızdırmalar, malyariya xəstəliklərinin törədicilərinin ötürülməsində iştirak edirlər.
41
downloaded from KitabYurdu.org