Dərslik Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12. 06. 2009-cu IL tarixli, 17 saylı kollegiya iclasının və



Yüklə 16 Kb.
Pdf görüntüsü
səhifə21/117
tarix10.11.2017
ölçüsü16 Kb.
#9525
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   117

Sonralaı*  bu  təsnifat  daha  bir  qrupla  tamamlanmışdır  -  müxtəlif  yoluxma 
mexanizmi  olan  infeksiyalar  əlavə  edilmişdir.  Çox  güman  ki,  yalnız  hemo-kontakt 
yoluxma  mexanizminə  malik  nozoloji  formalar  xüsusi  qrupa  aid  ediləcək,  lakin  bu 
heç də özünü doğrultmur. Belə ki, belə yoluxma mexanizminə malik xəstəliklər (B, 
C,  D  viruslu  hcpatitləri,  İİV-infeksiya,  sitomeqaloviıus  infeksiyası  və  s.)  bir  neçə 
yoluxma mexanizmli xəstəliklər qrupuna daxil edilə bilər, çünki onların vertikal və 
ya hemokontakt mexanizmlə yanaşı, digər yoluxma yollan da vardır. 
L.V.Qromaşevski  və  onun  tələbələrinin  apardığı  tədqiqatlar  nəticəsində 
yoluxucu  xəstəliklərin  təsnifatının  elmi  əsaslan  yaradıldı.  Tədqiqatlar  bu  sahədə 
gələcək elmi işlərin aparılması üçün əsas oldu. Təsnifatın əsasını törədicinin spesifik 
yoluxma mexanizminin onun orqanizmdə lo- kalizasiyası uyğunluğu müddəası təşkil 
edirdi.  Onun  əsasında  antropo-  nozlarm  təsnifatı  verildi.  Lakin  bu  əsaslarla 
zoonozların təsnifatlaş- dınlması çətinliklərə rast gəldi. 
O  da  aydındır  ki,  törədicinin  lokalizasiyası  və  yoluxucu  xəstəlik-  lərinbelə 
yoluxma  mexanizmi  təsadüfü  ola  bilər.  Belə  ki,  haçansa  bir  dəfə  siçovul 
dişləməsindən  sonra  insanda  taun  xəstəliyi  baş  verdiyinə  görə  biz  taunu  “dişləmə” 
xəstəliyinə  aid  edə  bilmərik.  Qeyd  etmək  lazımdır  ki,  zoonozlarda  (tulyaremiya, 
bruselyoz, gənə ensefaliti və b.) insan ümumiyyətlə yoluxucu xəstəlik törədicilərinin 
mənbəyi  deyil  və  ya  yoluxucu  xəstəlik  törədicilərinin  mənbəyi  kimi  müəyyən 
əhəmiyyətə malikdir (məsələn, ağ ciyər taununda). Bir-birindən tamamilə fərqlənən 
bir neçə yoluxma mexanizminə malik olan (məsələn, opistorxoz) çoxüzvlü parazitar 
xəstəliklərin  təsnifatını  yoluxma  mexanizminin  əsasında  qurmaq  çoxlu  çətinliklərlə 
qarşılaşdı.  Beləliklə,  insanın  yoluxucu  xəstəliklərinin  təsnifatında  aparıcı  yer  tutan 
L.V.Qromaşevskinin  nəzəriyyəsi,  antroponozlar  istisna  olmaqla,  digər  xəstəliklərin 
təsnifatı üçün təzədən baxılmalıdır, çünki bu nəzəriyyədə parazitzmin müxtəlif hallan 
lazımi dərəcədə qiymətləndirilməmiş, orada təsadüfi və yalançı parazitizm haqqında 
məlumat,  qurdların  biologiyasının  xüsusiyyətləri  və  onlann  epidemiologiyası  öz 
əksini tapmamışdır. 
L.V.Qromaşevskinin  təsnifatını  təkmilləşdirmək  məqsədilə  İ.N.Yol-  kin 
təsnifatın əsas müddəalarını saxlayaraq, yoluxucu xəstəlikləri 2 qrupa - antroponozlar 
və zoonozlara ayırdı. Bu təsnifat sonradan tamamilə V.M.Jdanovun təsnifatına daxil 
edildi.  Qeyd  etmək  lazımdır  ki,  parazitiz-  min  müxtəlif  növləri  ilə  yoluxucu 
xəstəliklərin törədicilərinin müxtəlifliyi, bu və ya başqa nozoloji növlərin epidemik 
prosesin polimorf inkişafı, nozoloji xəstəliklərin ancaq bir əlamətə əsasən (infeksiya 
mənbəyi) antro- 
64 
downloaded from KitabYurdu.org


ponoz  və  zoonoz  xəstəliklərə  ayrılması  ciddi  çətinlik  törədir.  Məsələn,  taun 
xəstəliyinin bubon və ağ ciyər formasını ancaq bir əlamətə görə (infeksiya mənbəyi) 
antroponozlara  və  zoonozlara  aid  etmək  olmaz,  hərçənd  xəstəliyin  ilk  mənbəyi 
heyvanlardır.  Teniyalarm  inkişafının  növbə  ilə  insan  və  heyvan  orqanizmində 
keçməsinə  baxmayaraq,  teniozlan  zoonozlara  aid  etmək  lazımdır.  Bir  sıra  başqa 
xəstəliklərin  təsnifatında  da  (denqe  qızdırması,  gənə  qayıdan  yatalağı,  difülobotrioz 
və s.) çətinliklər yaranır. 
Bunu asanlaşdırmaq məqsədilə I.N.Yolkin və V.K.Yaşkul (1963, 1964, 1965) 
parazitizmin təbiəti əsasında və parazitlərlə insanların əlaqəsini nəzərə alaraq insanın 
yoluxucu  xəstəliklərini  3  qrupa  -  antroponozlar,  zoonozlar  və  antropozoonozlara 
ayırır. 
İnfcksion xəstəliklərin epidemioloji təsnifatı 
Qrup 
İnfeksi- 
yalar 
Yoluxma 
me-
xanizmi 
İnfeksiya 
mənbəyi 
Nozoformalar 

Bağırsaq 
infeksiya- 
lan 
Fekal- 
oral 
Antropo- 
noz 
Vəba, bak.dizenteriya, amöb dizent., 
qarın yatalağı, A və B paratif
koiienteritlər, infeksion hepatit, 
poliomielit, stafılokok inf., askaridoz
trixosefalyoz, enterobioz 
Zoonozlar  Salmonelyoz, botulizm, brusel- yoz, 
leptospiroz, trixinelyoz, exinokokkoz 
II 
Tənəffüs 
yollarının 
irıfeksiya- 
lan 
Aerozol 
Antropo- 
noz 
Qrip, qızılca, göyöskürək, difte- riya
skarlatina, təbii çiçək, su çiçəyi
epidemik parotit, epide- mik 
serebrospinal meningit, vərəm 
III 
Qan 
infeksiya- 
lan 
Trans- 
missiv 
Antropo- 
noz 
Səpkili yatalaq, qayıdan yatalaq, 
malyariya, dəri leyşmaniozu (şəhər 
tipli) 
Zoonoz 
Taun, tulyaremiya, epidemik 
rikketsiozlar, qənə qay.yatalaq, 
endemik ensefalitlər, hemorragik 
qızdırma, denge qızdırması, dəri 
leyşmaniozu (səhra tipli) 
65 
downloaded from KitabYurdu.org


IV 
Xarici 
örtüklərin 
infeksiya- 
lan 
Təmas 
Antropo 
noz 
Sifilis, trixofitiya, qoturluq, qızılyel, 
stafılodermiya, süzənək, traxoma 
Zoonoz 
Qara yara, manqo, qazlı qan- qrena
tetanus, dabaq, quduzluq 
Antroponozlar  -  törədiciləri  ancaq  insanın  paraziti  olan  yoluxucu  xəstəliklər 
qrupudur. Onların yaşaması törədicilərin insandan insana fasiləsiz yayılması ilə təmin 
olunur.  Heyvanlar  antroponoz  xəstəliklərin  törədicilərinə  ya  tamamilə  qeyri-
həssasdırlar, ya da onlar üçün bioloji dalan hesab olunurlar. 
Zoonozlar  -  infeksiya  mənbəyi  heyvanlar  olan  xəstəliklər  qrupudur. 
Zoonozlann törədiciləri filogenezdə müəyyən növ heyvanlara uyğunlaşmışlar və onlar 
törədicilərin daimi saxlanmasını təmin edirlər. Zoonozlann törədiciləri əlverişli sosial-
iqtisadi şəraitdə insanlan da yoluxdura bilirlər, insan zoonoz xəstəliklərin törədiciləri 
ilə yoluxaraq epidemioloji əhəmiyyətə malik xəstəlik mənbəyinə çevrilir. 
Antropozoonozlar  -  insanın  yoluxucu  xəstəliklərinin  3-cü  qrupudur.  Onun 
törədiciləri filogenezdə həm insanlara, həm də heyvanlara uyğunlaşmışlar, onlann əsil 
parazitləridir (pappataçi qızdırması, gənə spiroxetozu, tenioz, leptospiroz, drankulyoz, 
şistosomatoz,  difıllobotrioz  və  s.).  Antro-  pozoonozlarda  epidemik  və  epizootik 
proseslər  arasında  əlaqə  vardır.  Təkamüldə  parazitin  insan  və  heyvanlara 
uyğunlaşması  dərəcəsindən  asılı  olaraq  epidemik  və  epizootik  proseslərin  müxtəlif 
növləri  qeyd  edilə  bilər.  Ancaq  antropozoonozlann  ümumi  xüsusiyyətləri  ondan 
ibarətdir ki, onlann törədiciləri insan və heyvanlar arasında dövr edir. Ona görə də, bu 
xəstəliklərdə epidemik və epizootik proseslər qanşıq səciyyələnir. 
V.D.Belyakov  (1989)  insanlann  yoluxucu  xəstəliklərinin  təsnifatını  bu 
xəstəliklərin törədicilərinin ekoloji və fılogenetik yaxınlığı baxımından tərtib etmişdi. 
Təsnifatın  birinci  cərgəsində  törədicilərin  rezervuarın-  dan  asılı  olaraq,  3  xəstəlik 
qrupu  verilmişdir:  antroponozlar,  zoonozlar  və  sapronozlar.  ikinci  cərgədə  yoluxma 
mexanizminə  görə  fərqlənən  9  xəstəlik  qrupu  verilmişdir  (5  qrupu  antroponozlar,  3 
qrupu  zoonozlar  və  bir  qrupu  sapronozlar).  insanın  yoluxucu  xəstəliklərinin  sonrakı 
bölünməsi törədicilərin yuxanda qeyd edilən taksonomik bölmələrdən istifadə etməklə 
fılogenetik  qohumluqlan  əsasında  aparılmışdır.  Təklif  olunan  təsnifat  təbii  təsnifata 
yaxınlaşır.  Xəstəliklərin  təbiəti  haqqında  biliklərimiz  dərinləşdikcə  onlar  təsnifatda 
lazımi yerlərini tutmuşlar. 
66 
downloaded from KitabYurdu.org


Yüklə 16 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə