neçə qitəni əhatə edir. Xəstəliyin belə yayılmasına pandemiya deyilir. Başqa sözlə
desək, pandemiya müəyyən ölkədə və ya eyni zamanda bir neçə ölkədə yoluxucu
xəstəliklərin qeyri-adi yüksək səviyyədə epidemik yayılmasıdır (İ.İ.Yolkin, 1973).
Epidemik prosesin bu cür inkişafına xüsusi təhlükəli yoluxucu xəstəliklər
səbəb ola bilər, belə xəstəliklərdə törədici ilə həssas orqanizmin görüşü adətən
xəstələnmə ilə nəticələnir. Bu xəstəliklərdən XIX əsrdə vəba 5 dəfə, XX əsrin ikinci
yarısında isə qrip xəstəliyi bir neçə dəfə pandemiya şəklində yayılmışdır.
Endemiya (yunanca «endomos» - yerli). Endemiya - müəyyən ərazi üçün xas
olan və ya daim rast gələn xəstələnmə səviyyəsi olub, konkret ərazidə epidemik
prosesə
təsir göstərən təbii, bioloji və sosial amillərdən asılıdır (məsələn - təbii-ocaqlı
xəstəliklər).
Epidemioloji cəhətdən bu kateqoriya müəyyən ərazidə yerləşən və epidemik
prosesin gərginliyindən asılı olmayaraq, əhali arasında yoluxucu xəstəliyin məhdud
(lokal) şəkildə yayılmasını ifadə edir. Başqa sözlə desək, müəyyən ərazidə yaşayan
əhali arasında uzun müddət ərzində hər hansı yoluxucu xəstəliyin müxtəlif miqdarda
daima baş verməsi endemiya adlanır.
Xəstəliyin məhdud yayılmasını adətən coğrafi mühitin xüsusiyyətləri ilə
əlaqələndirirlər: gah daimi abiotik yoluxma amilləri ilə ha- zırki yerə xas olan
infeksiya törədicisinin mənbəyindən (leptospi- rozlar, tulyaıcmiya, toksoplazmoz),
gah spesifik canlı keçiricidən (malyariya, pappataçi qızdırması), nəhayət mühitin
spesifik keçiriciləri və abiotik amillərlə infeksiya mənbəyi arasındakı mürəkkəb
biosenotik münasibətlərdən (lcyşmanioz, gənə və ağcaqanad ensefalitləri, bəzi
hclmintozlar, hemorıagik qızdırmalar və s.) asılıdır.
Qeyd edilən xəstəliklər ancaq infeksiya mənbələri və ya spesifik keçiricilərin
arealında yayılırlar. Bəzən isə onlar elə iqlim zonalarında yayılırlar ki, orada patogen
parazitin fazalı inkişafı üçün şərait yaradan xarici mühitdə abiotik amillərin
(temperatur, rütubət, torpağın strukturu və s.) daim təsir etdiyi yoluxucu xəstəlik
törədicisinin mənbəyi olsun (məsələn, ankilostomidozlarda).
L.V.Qromaşevski (1965) endemiya anlayışını iki yerə: «tobii endemiklik» və
«statistik endemiklik»liyə bölür. Birinciyə zoonoz və zooantıoponozlar, ikinciyə isə
bütün antroponozları daxil edir.
Ekzotik xəstəliklər - həmin ərazi üçün xas olmayan (orada epidemik prosesin
saxlanması üçün lazımi şəraitin olmaması ilə əlaqədar) yoluxucu və parazitar
xəstəliklərdir. Ekzotik xəstələnmə bu infek-
55
downloaded from KitabYurdu.org
siyanm rast gəlmədiyi əraziyə törədicinin xaricdən gətirilməsi hesabına inkişaf edir.
Yoluxma həmin ərazidən kənarda baş verir. Yoluxucu xəstəliyin ekzotik yoluxma
hadisəsi həmişə gətirilmə sayılır, lakin heç də gətirilmə xəstəliklər hamısı ekzotik
deyildirlər. MDB hüdudlarında dəri leyşmaniozu halları - gətirilmədir, lakin ekzotik
deyildir, san qızdırma halları
isə eyni zamanda həm gətirilmə, həm də ekzotikdir.
Epidemik ocaq
L.V.Qromaşevski epidemik ocaq (onun terminologiyasına görə - yoluxucu
xəstəlik ocağı) dedikdə, infeksiya mənbəyinin olduğu yer və törədicinı'nin ötürülə
biləcəyi (mümkün) yoluxma mexanizminin realizasiya olduğu ərazini nəzərdə tutur.
Populyasiya yanaşmasında anlroponozlar zamanı epidemik ocaq - törədici
populyasiyası- nm və onun mövcud olmasını təmin edən insanların yaşayış mühitidir.
Bu halda epidemik ocağın məkan və zaman sərhədləri insanların ərazi, sosial, məişət
və yaş qruplarının həyat fəaliyyətlərinin xüsusiyyətləri ilə müəyyən olunur; bu ocaq
daxilində xəstəlik törədicilərinin sirkulyasiyası mümkündür.
Epidemik ocaq epidemik prosesin ilkin elementidir. Epidemik ocağa
məzmunca fərqlənən bir neçə müxtəlif tərif verilmişdir. L.V.Qromaşevskiyo görə,
epidemik ocaq müəyyən şəraitdə hazırki xəstəliyi keçirmək qabiliyyətinə malik olan
infeksiya mənbəyinin yerləşdiyi yer və onu əhatə edən ətraf mühitdir
(L.V.Qromaşevski,
19
65).
İ.İ.Yolkinin fikrincə, epidemik ocaq infeksiya mənbəyi, onun ətrafında olan
sağlam şəxs, törədicilərin ötürülməsinin konkret təbii və sosial elementləri olan
yerdir. Baş vermiş yoluxucu xəstəlik ona xas olan maksimal inkubasiya müddəti
ərzində öz təsirini göstərir (İ.İ.Yolkin,1973).
Başqa sözlə desək, epidemik ocaq yoluxucu xəstəliyin baş verdiyi və ya
onun yayılma ehtimalı olan müəyyən ərazidə və kollektivdə fəaliyyət göstərən
epidemik prosesin əsas şərtlərinin (infeksiya mənbəyi, yoluxma amilləri, həssas
orqanizm) cəminə deyilir (D.V.Vinoqradov-Voljinski,1973).
Bu anlayış həm sporadik şəkildə baş vermiş xəstəlik hallarına, həm də çoxlu
xəstələnmələrə aiddir. Bu kateqoriyanın əhəmiyyəti çox böyükdür. Belə ki, yoluxucu
xəstəliyin xüsusiyyətlərini nəzərə alaraq, epidemik ocağın sərhədlərini təyin edir və
həmin ərazidə lazımi əksepidemik tədbirlər həyata keçirilir.
56
downloaded from KitabYurdu.org