•
etnik, mədəni, təhsil, etik və dini amillər, elm və texnikanın inkişaf səviyyəsi,
texnologiyanın keyfiyyəti;
•
sosial sabitlik, işsizlik, cinayətkarlıq, narkomaniya, intihar;
•
əhalinin maddi təminatı, təhsil səviyyəsi, əhalinin fərdi gigiyenik vərdişlərinin
və sanitar mədəniyyətinin səviyyəsi;
® iqtisadi qeyri-sabitlik;
•
kommunal sanitar-gigiyenik amillər, yaşayış sahəsinin sıxlığı, fərdi və ümumi
yaşayış fondu, mənzilin xarakteristikası, kommunal təminatın vəziyyəti, su
təchizatı, kanalizasiya, enerji təminatı, istilik sistemi, yaşayış məntəqələrinin
zibildən və qida tullantılarından təmizlənməsi;
•
keyfiyyət və kəmiyyət xarakteristikası, texnologiya, ictimai qidalanma,
disbalans, zülal-kalori çatmamazlığı;
•
təbiətdən istifadə, əmək fəaliyyəti prosesində antropogen sənaye, aqrosənaye
amilləri, o cümlədən əhalinin populya- siyasına təsir edən atmosferin, suyun,
torpağın kimyəvi, fiziki, bioloji çirklənmə səviyyəsi;
•
ticarətin, nəqliyyatın, beynəlxalq əlaqələrin intensivləşməsi;
•
antropogen fövqəladə vəziyyətlər: a) texnogen (müəssisələrdə qəzalar, o
cümlədən qlobal -- məsələn, Çernobıl hadisəsi kimi, nəqliyyatda olan bədbəxt
hadisələr, yanğınlar və partlayışlar); b) sosial, sosial-iqtisadi və ya sosial-siyasi
(müharibələr, terrorizm, həmçinin bioterrorizm, qaçqınların intensiv axını).
Bioloji amillər. Epidcmik prosesə təsir edən bioloji və biotik
amülərə aşağdakılar aiddir:
•
İnsanın sağlamlığına təsir edən amillər: cins, yaş, fiziki vəziyyəti, genetik
amillər, növ və fərdi rezistentlik, ünmunitetin vəziyyəti; əvvəllər keçirilmiş və
yanaşı gedən xəstəliklərin interfercnsiyası, şəxsi və davranış xüsusiyyətləri;
onların dəyişkənliyi; makroorqanizmin bioloji amillərindən, onun patogen
agentə qarşı reaksiyasından asılı olaraq bir halda daxil olma yerində
törədicinin məhv olması baş verir, digər həllarda isə törədigəzdirənlik əmələ
gəlir, üçüncü halda - gizli, subklinik, atipik və ya silinmiş forma inkişaf edir və
ya bu əlaqə manifest xəstəliklə (yüngül, orta, ağır) və xronik forma ilə
nəticələnir;
•
Patogen agentin təbii mənşəli amilləri: məsələn patogenlik (xəstəlik törətmə
qabiliyyəti), invazivlik (sahibin orqanizminə daxil olmaq, onun müdafiə
baryerlərini dəf etmək qabiliyyəti,
52
downloaded from KitabYurdu.org
fibrinolizin, hialuronidaza, musinaza, kollagcnazanın sayəsində toxumalarda
yayılma xüsusiyyəti), toksigenlik (ekzo- və cndo- toksinləri hasil etmək
qabiliyyəti), kapsuləmologotirmok qabiliyyəti, makroorqanizmdə çoxalmaq
qabiliyyəti, virulentlik (pa- togenliyin növ daxilində dəyişən kəmiyyət ölçüsü),
kontagioz- luq (törədicinin bir orqanizmdən digərinə zəncirvari ötürülmə
qabiliyyəti), immunogcnlik (insan orqanizmində immunitet yaratmaq
qabiliyyəti), dəyişkənlik, genetik materialla növdaxili mübadilə, antibiotiklərə
qarşı davamlılıq xüsusiyyəti və s.
Epidemik prosesin təzahürləri
Epidemik prosesin təzahürləri bunlardır: sporadik xəstələnmə, epidemik
alovlanma, epidemiyalar, pandemiyalar, ekzotik xəstələnmə, epidemik ocaq.
Sporadik xəstələnmə (yunanca «sporadicos» - yayılmış, təsadüfi, tək-tək).
Müəyyən ərazidə müəyyən xəstəlikdə epidemik prosesin adi qeyd olunan
səviyyəsidir. Bir və ya bir neçə illər ərzində yoluxucu xəstəliklərin tək-tək hallan
təsadüf edir.
Bu kateqoriya, eləcə də, epidemiya və pandemiya kateqoriyaları epidemik
prosesin kəmiyyət və keyfiyyətcə, onun məkan və zaman daxilində yayılmasını
intensiv və ekstensiv göstəricilərini ifadə edir.
Əsasən tək-tək xəstələnmə ilə özünü göstərən, əhalinin müəyyən yoluxucu
xəstəliklə hazııki məkan və zaman çərçivəsində çox da yüksək olmayan
xəstələnməsinə sporadik xəstələnmə deyilir (İ.İ.Yolkin, 1973). Başqa sözlə, bir-birilə
nəzərə çarpan əlaqəsi olmayan, istənilən vaxtda baş verən tək-tək xəstələnməyə
sporadik xəstələnmə deyilir (D.V.Vinoqradov-Voljinski, 1973). Məsələn, əhalinin hər
10.000 nəfərinə ildə 0,5-1 qarın yatalağı, 2-3 difteriya və 300-500 qriplə xəstələnmə
hadisəsi düşür.
Fpideınik prosesin t.vahiirbıi
i
Eudeıuik xəstələnmə
(cudcınna)
I
Sporadik xəstələnmə
i ______________
Hk/otik xəstələnmə
i
Epidemik
xəstələnmə
-
alovlanma
-
epidemiya
-
pa udemi.\ a
53
downloaded from KitabYurdu.org
I
Epidemik alovlanma - qrupşəkilli xəstəlik olub, ailədən, kollektivdən, yaşayış
məntəqəsinin sərhəddindən kənara çıxmır və bir-biri ilə vahid infeksiya mənbəyi,
yoluxma yolları və amilləri ilə bağlıdır.
Epidemiya (yunanca «epi»-üzərinə, «demos» - xalq, əhali). Epidemiya -
sporadik xəstələnmə səviyyəsindən yüksək olan (məsələn, qrip üçün, adi səviyyədən
5-10 dəfə çox) və ya onun qeydə alınmadığı yerdə baş verən xəstələnmədir.
Sporadik xəstələnmənin səviyyəsinin yüksəlməsi və böyük miqdarda epidemik
ocaqların əmələ gəlməsi ilə özünü göstərən yoluxucu xəstəliyin intensiv yayılmasına
epidemiya deyilir (İ.İ. Yolkin, 1973). Başqa sözlə desək, müəyyən ölkəni (şəhəri,
kollektivi) əhatə edən, eyni infeksiya mənbəyindən baş verən və yoluxma yolları
ümumi olan, eləcə də bir-birilə yoluxma zənciri ilə əlaqəli olan, əhali arasında eyni
adlı yoluxucu xəstəliyin kütləvi yayılmasına epidemiya deyilir (D.V.Vinoqradov-
Voljinski,1973). Burada epidemik prosesin gərginliyinin kəmiyyət meyarını
qiymətləndirmək çətinlik törədir, çünki hər bir epidemiya müxtəlif gərginliyə
malikdir.
Epidemiya bir neçə ölkəni və qitəni əhatə edə bilər. Epidemiya dövründə
müəyyən ərazidə yaşayan əhali arasında xəstələnmə 2-5-10- 20 dəfə və daha çox arta
bilər ki, bu, epidemik prosesin gərginliyindən asılıdır. Müəyyən rayonda, şəhərdə,
ölkədə xəstələnmə səviyyəsinin xeyli yüksəlməsinə bir-birilə əlaqəsi olmayan bir
neçə epidemiyaların baş verməsi səbəb ola bilər. Xəstəliyin epidemioloji
xüsusiyyətlərindən və onun yayılma şəraitindən asılı olaraq, epidemiyalar qısa
müddətdə, sürətlə və ya yavaş inkişaf edirlər. Yavaş inkişaf edən epidemiya uzun
müddət sürür və xəstəliyin səviyyəsi yüksək olaraq qalır.
Epidemiyalar baş vermə vaxtına, yayılma ərazisinə, intensivliyinə, inkişaf
mexanizminə görə tosnif edilirlər. Kəskin bağırsaq infeksi- yalarının epidemiyalarının
diferensiasiyası təsnifat meyarı sayıla bilər.
Pandemiya (yunanca «pandemiya» - ümumxalq hadisəsi). Pandemiya -
yoluxucu xəstəliklərin ölkənin bütün ərazisində, qonşu dövlətlər, bəzən isə dünyanın
bir çox ölkələrində yayılması ilə xarakterizə olunur. Yəni pandemiya yoluxucu
xəstəliyin bir neçə ölkə və ya qitə arasında kütləvi yayılması ilə səciyyələnən
epidemik prosesin intensivliyinin bir formasıdır. Keçən əsrdə dəfələrlə qrip, vəba
pandemiyalan olmuş, İİY-infeksiyanın pandemiyası başlanmışdır.
Bəzi xəstəliklər (qrip, təbii çiçək, taun, vəba) qısa müddət ərzində geniş
miqyasda yayılaraq, bütün dünya ölkələrini və ya bir
54
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |