\
Epidemik prosesin əsas amilləri bunlardır: bioloji, sosial, təbii. Onlardan
birincisi səbəb, digərləri isə epidemik prosesin fasiləsiz inkişafını təmin edən şərait
kimi çıxış edir. Buna görə də biz epidemik prosesin amillərini ayrıca təsvir etməklə
yanaşı, ümumilikdə infeksion patologiyada səbəbiyyət probleminə də toxunmağı
lazım bildik.
Epidemik prosesin hərəkətverici qüvvələri - epidemik prosesin bioloji,
təbii və sosial amilləridir
Törədicinin və sahibin populyasiyasının qarşılıqlı təsiri müəyyən sosial və
təbii şəraitlərdə baş verir və deməli, həmin şəraitlərdən asılı olur. Başqa sözlə,
epidemik proses, yəni yoluxucu xəstəlik törədici və insan populyasiyasının qarşılıqlı
təsirinin nəticəsidir, qeyri-həmcinslik və xüsusiyyətlərin dəyişkənliyi bu
populyasiyalann xarakteristikasıdır. Ona görə də, epidemik prosesin təzahürləri
nəinki yoluxma riski ilə, həm də xəstələnmə riski ilə təyin edilir. Epidemik prosesin
şərtlərinə sosial və ya təbii amillər daxil olur ki, bunlar mikro- və makroorqanizmin
xassələrinə təsir göstərirlər.
Yoluxucu xəstəliklərin törədicilərinin yoluxma amilləri - törədicilərin
infeksiya mənbəyindən həssas orqanizmə daşınmasını təmin edən ətraf mühit
elementləridir.
Hələ keçmiş dövrlərdən məlumdur ki, epidemiyalar müəyyən yerlərdə və
müəyyən vaxtlarda inkişaf edir. Orta əsrlərdə alimlər qeyd etmişlər ki, sosial amillər
də epidemiyanın inkişafına təsir göstərə bilirlər.
Xəstəliklərin yaranma riskini yüksəldən və xəstələnmənin müəyyən
səviyyəsini təyin edən şərait xəstəliyin risk amilləri adlanır. İnfeksion patologiyada
yoluxma riski olmadan xəstəlik baş vermir. Bu şəraitə həmçinin xəstələnmə riskini
yüksəldən insanın davranış tərzi, orqanizmin fərdi xüsusiyyətləri daxildir.
Ekspertlərin məlumatlarına görə, əhalinin sağlamlıq səviyyəsi 50%-də həyat tərzi,
20%-də yaşayış mühiti, 20%-də irsiyyət və yalnız 10%-də tibbi-sanitar yardımın
keyfiyyəti ilə müəyyən olunur. Lakin bu, heç do bütün yoluxucu xəstəliklərə aid
deyildir: bağırsaq infeksiyalarında bu asılılıq özünü tam doğruldur, hava-damcı
infeksiyalarında bu nisbət fərqlənir. Məsələn, əhalinin ölüm göstəriciləri 8-10%-don
xeyli yüksək olub 40%-ə çalır.
46
downloaded from KitabYurdu.org
Tnfcksion prosesin aparıcı detcrrainaııtları
(V.İ.Pokıovski vəbaşq., 1993)
Detcrminantlar
Amillərin təsirinə daha çox məruz
qalan infeksiyalar
Sosial amillər:
- demoqrafik amillər
Qızılca, göyöskürək, difteriya, su çiçəyi,
epidemik parotit, qrip, şigelyoz (Qriqorycv-
Şiq)
- sanitar-koramunal abadlıq
Qarın yatalağı, vəba, Fleksner şigelyozu,
VHA, VHE
- əmək və məişət şəraiti
•
Legionelyoz, bruselyoz, qarayara, səpkili
yatalaq, qrip və digər KRVİ, vərəm
- sosial davranış xüsusiyyətləri
İİV-infeksiya, cinsi yolla yayılan infeksiyalar,
VHB, VHC
- tibbi xidmət
İİV-infeksiya, VHB, VHC
- əhalinin qidalanmasının təşkilinin
xüsusiyyətləri
VHA, VHE, Zonne şigelyozu, salmonelyoz,
bağırsaq yersiniozu, pscvdovərəm, prion
xəstəlikləri
Bioloji amillər:
- sahiblərin və keçiricilərin
ekologiyası
Təbii-ocaqlı zoonozlar, tropik xəstəliklər,
biohclmintozlar
- əhalinin immun strukturu
Qızılca, göyöskürək, poliomielit, su çiçəyi,
epidemik parotit
Təbii amillər:
-iqlim
Qan infeksiyalan, geohclmintozlar, bağırsaq
infeksiyalan, VHE
- hidrogeoloji
Leptospiroz, tulyaremiya, legionelyoz,
şistosomozlar
-torpaq
Geohclmintozlar, tctanus, klostridiozlar,
yeısiniozlar
- kosmik
Kifayət dərəcədə öyrənilməmişdir
İnsanın törədicilərlə yoluxması heç də həmişə yoluxucu xəstəliyin inkişafına
gətirib çıxarmır. Xəstəliyin inkişaf imkanı, onun gedişi və nəticəsi bir çox hallarda
qeyri-spcsifik müdafiə amillərindən və orqanizmin immun sisteminin vəziyyətindən
asılıdır.
İmmun sistem ətraf mühitin çoxsaylı zərərli amillərinin təsirinə məruz qalır.
İnsanın istehsalat fəaliyyəti ilə əlaqədar olaraq, qeyri-
47
downloaded from KitabYurdu.org
spesifik müdafiə amillərinin və immıın sistemin fəaliyyətinə ekoloji stress də təsir
göstərir.
Orqanizmin immun sisteminin vəziyyətinə təsir göstərən ekoloji amillər
iramuntrop ekzoamillər adlanır. Bu amilləri iki böyük qrupa bölmək olar:
1.
təbii - temperatur, radiasiya, ultrabənövşəyi şüalanma, mikroelementlər və
s.;
2.
antropogen - HES, AES, torpaqların qurudulması /suvarılması, sənaye
müəssisələrinin tullantıları, kimyəvi birləşmələrin geniş tətbiqi.
Təsir xarakterinə görə ekzoamillər bölünürlər: a) yumşaq/bərk; b)
birbaşa/vasitəli təsir; c) tənzim olunan/ tənzim olunmayan;
ç)
qısa/uzun təsirli; d) lokal/qlobal; e) orqanizmdə toplanan/ toplanmayan.
Təbii abiotik (qeyri-antropogen) amillərə daxildir: a) fiziki-coğrafi amillər,
xüsusilə: coğrafi yerləşmə, insolyasiya, geoloji xüsusiyyətlər, yerin relyefi, torpağın
xüsusiyyəti, su mənbələrinin olması və vəziyyəti, yeraltı sular, su mübadiləsinin
dinamikası, atmosferin vəziyyəti; b) iqlim amilləri - iqlim zonaları, mövsümilik,
havanın temperaturu, atmosfer təzyiqi, havanın nisbi rütubəti, küləyin istiqaməti,
yağıntıların miqdarı; c) təbii fövqəladə hallar: qasırğa, tufan, siklonlar, sunarni,
tornado, zəlzələ, daşqınlar, vulkan püskürməsi, şaxta, qeyri- adi isti, quraqlıq, yanğın,
sürüşmə, qar uçqunları.
Heyvanların - qan infeksiyalarının infeksiya mənbəyi və bioloji keçiricilərinin
arealının mövcud olması təbii amillərdən asılıdır. Torpağın xarakteri bir sıra
helmintlərin həyat siklinə təsir göstərir. İlin fəsli KRVI, «uşaq infeksiyalaı ı», A
viruslu hepatiti, leptospiroz, yersiniozlar, gənə ensefaliti, gənə borreliozu və s.
yoluxucu xəstəliklərə təsir edir. Kəskin bağırsaq infeksiyalarının yayılması bir çox
hallarda su mənbələrinin vəziyyətindən asılıdır.
Təbii amillər törədicilərin xarakteristikasına, patogenliyinə və virulentliyinə,
aktivliyinə və dəyişkənliyinə təsir edir. Transmissiv xəstəliklərin törədicilərinin
xassələri təbii amillərdən asılıdır: təbiət amilləri də ağcaqanadların və gəııələrin
çoxalmasına müsbət və ya mənfi təsir edə bilər.
Müxtəlif yoluxucu xəstəliklər zamanı epidemik prosesin dövriliyi xəstəlik
sporadik səviyyəyə enənə qədər aktual qalır. Epidemik prosesin dövriliyi son
onillikdə yoluxucu xəstəliklərin ən geniş yayılmış xəstəliklərinin timsalında aydın
izlənir. Məsələn, Rusiya Federasiyasında dizenteriya zamanı 1925-2000-ci illər
ərzində
48
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |