Kontakt (təmas) yoluxma mexanizmi - xarici örtüklərin infeksiyaları zamanı
yoluxmuş və həssas orqanizmin dəri örtüyü, selikli qişaları ilə (bilavasitə təmas) və
ya törədicilərlə çirklənmiş əşyalar vasitəsilə (dolayı təmas) həyata keçir.
Vertikal yoluxma mexanizmi - dölün bətndaxili dövrdə müxtəlif xəstəliklərlə
yoluxması zamanı həyata keçir (toksaplazmoz, məx- mərək, İlV-infeksiya).
Təbii mexanizmlərlə yanaşı
süni yoluxma mexanizmləri (artifisial) də
mövcuddur. Süni (artifisial) yoluxma mexanizmi daha çox xəstəxanadaxili infeksion
xəstəliklər zamanı ıealizasiya olur.
Artifisial mexanizmin yoluxma yollan
Xəstəxanadaxili infeksion xəstəliklərdə törədicinin süni (artifisial)
mexanizmi
I laza - Törədici qanda bioloji mühitlərdə, dəridə və int'eksiya
mənbəyinin selikli qişalarında yerləşir
III faza - Tibbi əməliyyatlar
apardan zaman törədicinin
dəri örtükləri və selikli qişaların /ədələııməsi
nəticəsində
daxil olması
37
downloaded from KitabYurdu.org
Yoluxma mexanizmi haqqında təlim L.V.Qromaşevski tərəfindən işlənib
hazırlanmışdır. O, törədicinin yoluxma mexanizminin onun orqanizmdə
lokalizasiyasına uyğun gəlməsi qanununu formalaşdırmışdır. Bu qanuna əsasən
törədicinin yoluxmuş orqanizmdən xaric edilməsi və həssas orqanizmə daxil olması
üsulu onun sahib orqanizmdə lokalizasiyası ilə müəyyən edilir ki, bu da əksər
hallarda törədicinin bir fərddən digərinə ötürülməsi mexanizminə müvafiq gəlir. Təbii
şəraitdə infeksiyanın 4 əsas yoluxma mexanizmi realizə olunur: fckal-oral (bağırsaq
infeksiyalannda), aerozol (tənəffüs yolu infeksiyalannda), transmissiv (qan
infeksiyalannda) və təmas (xarici örtüklərin infeksiyalannda).
Törədici əsasən bağırsaqda lokalizasiya etdikdə yoluxmuş orqanizmdən onun
xaric edilməsi ifrazatlarla (nəcis, sidik) və ya qusuntu kütlələri vasitəsilə baş verir.
Törədicinin həssas orqanizmə daxil olması ağız vasitəsilə (əsas etibarilə çirklənmiş su
və ya qidanın qəbulu zamanı) həyata keçir, sonra o, yeni orqanizmin həzm yolunda
yerləşir. Ona görə də, bağırsaq infcksiyalarının törədicilərinin yoluxma mexanizmi
fekal-oral mexanizm adlanır.
Əgər törədici əsasən tənəffüs yolunun selikli qişasında lokalizasiya edirsə,
onda nəfəsvermə zamanı aerozolun tərkibində xaric edilir. Həssas orqanizmə
törədicinin düşməsi havanı udulması zamanı baş verir, nəticədə törədici təkrarən yeni
orqanizmin tənəffüs yollarında yerləşir. Ona görə do, tənəffüs yolunun törədicilərinin
yoluxma
mexanizmini aspirasion (aerozol) mexanizm adlandırırlar.
Törədici qan-damar sistemi və limfada yerləşdikdə, yoluxmuş orqanizmdən
qansoran buğumayaqlılann (həşəratların və gənələıin) vasitəsilə xaric edilir və həssas
orqanizmin qan- damar sisteminə yoluxmuş buğumayaqlılının qansorması zamanı
yeridilir. Qan infeksiyalannın törədicilərinin yoluxma mexanizmi
transmissiv
mexanizm adlanır.
Törədicinin xarici örtüklərdə (dəri və onun törəmələri, ətraf mühitə çıxışı olan
selikli qişalar) lokalizasiyası zamanı resipiyentin xarici örtüklərinə onun keçməsi
infeksiya mənbəyi ilə təmas zamanı həyata keçir. Bununla əlaqədar olaraq, xarici
örtüklərin infcksiyalarının törədicilərinin yoluxma mexanizmi
təmas mexanizmi
adlanır.
Bu əsas yoluxma mexanizmlərindən başqa, törədicilərin bir nəsildən digər
nəslin fərdləri arasında ötürülməsi (horizontal yoluxma) beşinci -
vertikal yoluxma
mexanizmi
ilə həyata keçir ki, bu
38
downloaded from KitabYurdu.org
da
törədicinin anadan dölə, yəni bir nəsildən digərinə ötürülməsini təmin edir.
Beləliklə, müasir dövrdə aşağıdakı yoluxma mexanizmləri məlumdur: l.Fekal-
oral (alimentar); 2. Aerozol (hava-damcı, hava- toz); 3. Transmissiv; 4. Təmas (o
cümlədən hemokontakt); 5. Vertikal (transplasentar).
Yoluxma mexanizmi haqqında təlimə görə, patogen mikrobların yoluxma
mexanizmi xəstəliklərin törədicilərinin parazitik təbiəti ilə bağlı olub onların təbiətdə
bioloji növ kimi saxlanmasını təmin edir.
Törədicilər parazit sahibin orqanizmində özünün yaşaması üçün ən yaxşı
əlverişli şərait (lazımi qida, optimal temperatur, rütubət və s.) tapır. Lakin təbiətdə öz
növünü saxlamaq üçün parazit hökmən sahibini dəyişməlidir. Törədicinin başqa
orqanizmə keçməsinin labüdlüyü ondan irəli gəlir ki, xəstəlik zamanı
yoluxmuş
orqanizmdə immunoloji dəyişikliklər (müdafiə reaksiyaları) baş verir, nəticədə parazit
həyat tərzi keçirən mikrobun ölümünə gətirib çıxaran qeyri-əlverişli şərait yaranır.
Bəzi xəstəliklərdə (qızılca, pappataçi qızdırması və s.) immunitet elə sürətlə yaranır
ki, törədici xəstəlikdən artıq bir neçə gün sonra məhv olur. Bir qrup xəstəliklərdə isə
(vərəm, qarın yatalağı və s.) immunoloji cavab reaksiyanın zəifliyi nəticəsində
törədici yoluxmuş orqanizmdə uzun müddət, bəzən isə bütün ömrü boyu saxlanılır. Bu
halda da törədicinin bir orqanizmdən başqasına keçməsi bioloji cəhətdən olduqca
vacibdir, istənilən orqanizmin yaşama müddəti məhduddur, onun ölməsi ilə bərabər
törədici də məhv ola bilər. Beləliklə, əgər xastəlikiərin törədiciləri özlərinin bioloji
fərdi sahiblərini dəyişmək qabiliyyətindən məhrum olsaydılar, onda bu, onların ölümü
ilə nəticələnər, bioloji növ kimi yox olmasına və nəticədə həmin yoluxucu
xəstəliklərin ləğv olmasına gətirib çıxarardı. Əslində isə göründüyü kimi, yoluxma
mexanizminin sayəsində törədicilər digər sahib orqanizmlərə keçərək öz inkişaflarım
davam etdirirlər.
Yoluxucu xəstəliklərin törədicilərinin infeksiya mənbəyindən yeni həssas
orqanizmə yoluxması prosesi mürəkkəb proses olub 3 mərhələdən ibarətdir: birinci
mərhələdə - törədici yoluxmuş
orqanizmdən xaric olur, ikincidə davamlılığından asılı olaraq xarici mühitdə müəyyən
müddət yaşayır, üçüncü mərhələdə isə yenidən həssas orqanizmə daxil olur.
39
downloaded from KitabYurdu.org