Epidemik prosesin strukturu
EPİDEMİK PROSES
İnfeksiya mənbəyi (1-ci halqa)
•yoluxmuş
insanlar,
heyvanlar •xəstələr
• törədici gəzdirəni ər
I
faza - törədicinin orqanizmdən xaric edilməsi
II
faza - ətraf mühitdə qalması
TIT faza - törədicinin yeni orqanizmə daxil
olması
Epidemik proses ardıcıl baş verən və bir-birilə qarşılıqlı əlaqəsi olan
yoluxucu xəstəlik hadisələrin zəncirindən ibarət olub xəstə və törədicigozdirən olan
epidemik ocaq şəklində özünü biruzə verir. Yoluxucu xəstəliyin yayılma prosesini
sadəcə olaraq estafet şəklində təsəvvür etmək olar. Belə olduqda estafet iştirakçısı
xəstəliyin törədicisini qəbul edir, sonra onu başqasına ötürür.
Hər bir növbəti yoluxmanın baş verməsi üçün ardıcıl və qarşılıqlı əlaqəsi
olan üç amilin iştirakı mütləqdir:
a)
infeksiya mənbəyi - xarici mühitə törədicini ifraz edən yoluxucu
xəstəliyin mənbəyi (insan, heyvan);
b)
yoluxma mexanizmi - yoluxucu xəstəliyin keçirilmə amilləri (xarici mühit
obyektləri - su, hava, torpaq və s.);
c)
həssas orqanizm (immuniteti olmayan əhali)
Bunların birinin epidemik prosesdən çıxarılması yoluxucu xəstəliyin
yayılmasının qarşısını alır. Epidemik proses sosial və bioloji əsası olan mürəkkəb
hadisədir. Sosial nöqteyi-nəzərdən epidemik
30
downloaded from KitabYurdu.org
proses insanların cəmiyyətdə yaşayış tərzindən (sıxlıq), su və kanalizasiya ilə təchiz
olunmasından, peşəsindən, müharibələrdən, tibbi yardımla təchiz olunmasından və
s. asılılığını göstərir. Bioloji əsası onunla izah olunur ki, yoluxucu xəstəlik törədici
ilə insan orqanizmi arasında qarşılıqlı təsirin nəticəsidir. Törədicilərin insan
bədəninə daxil olmasına, orada inkişaf etməsinə, digər canlı orqanizmə keçməsinə,
onların yaşamasına və ya bir növ kimi təbiətdə saxlanmasına şərait yaradır.
İnfeksiya mənbəyi
Epidcmik prosesin inkişafında infeksiya mənbəyi mühüm rol oynayır.
İnfeksiya mənbəyi - törədicinin çoxaldığı, toplandığı və xarici mühitə ifraz edildiyi
və onun mövcud olması üçün təbii yaşayış mühiti hesab olunan yoluxmuş canlı
orqanizmdir.
Müasir terminologiyada «İnfeksiya mənbəyi dedikdə - törədicinin növ kimi
saxlanmasını təmin edən təbii yaşayış və çoxalma mühiti başa düşüliir». İnfeksiya
mənbəyi bunlardır:
•
insan- kəskin və xronik infeksiya ilə xəstə, ıekonvalcs- sent və ya
törədici gəzdirən;
•
canlı orqanizm, əsasən heyvanlar, nadir hallarda bioplankton
(zooplankton və ya fitoplankton);
® abiotik ətraf mühit.
Yoluxmuş orqanizmdən törədicinin xaric edilməsi fizioloji proseslərlə
(defekasiya, sidik, tənəffüs, tüpürcək ifrazı, epitelinin dcskvamasiyası və s.),
onların patoloji intensivləşməsi (ishal), həmçinin bəzi patoloji aktlar (öskürək,
zökəm, asqırma, qusma) və s. proseslərlə (dəridə və selikli qişalarda xoralar,
eroziyalar) şərtlənir ki, bunlar xəstəliyi müşayiət edirlər. Törədicilər qapalı qan
sistemində yerləşdikdə onlar orqanizmdən qansoıan buğumayaqlılar vasitəsilə xaric
edilir.
31
downloaded from KitabYurdu.org
Infeksiya mənbələrinin xüsusiyyətləri
Yoluxmuş insanlar və heyvanlar
Xəstəliyin formaları
' Cəskin
Tipik
yüngül
orta ağırlıqda
asır
►Atipik
silinmiş
abortiv
Törədici gəzdirmə
Törədicigəzdirmənin formaları
Rekonvalessent
kəskin
xroniki
Sağlam
Tranzitor
tmrnım törədicigəzdirənlər
(vaksinasiyadan sonra)
Xroniki
Xəstəliyin dövrləri
—
inkubasiya
—
prodromal
—
xəstəliyin əsas əlamətlərinin şiddətlənməsi (qızğın) ~
sağalma (rekonvalessensiya)
Yoluxmuş orqanizmdən xaıic edildikdən sonra yoluxucu xəstəliklərin
törədiciləri ətraf mühitdə qalırlar, burada onlar nəinki müəyyən müddətdə həyat
qabiliyyətini saxlayır, həm do bu və ya digər amillərlə yeni orqanizmə daşınırlar.
Əgər infeksiya mənbəyi insandıısa, onda xəstəlik antroponozlar qrupuna
aiddir. Bəzi yoluxucu xəstəliklərdə insan yeganə infeksiya mənbəyi (qarın yatalağı
və səpkili yatalaq, malyariya, qızılca, epidemik parotit) ola bilər. Çox vaxt xəstə
klinik əlamətlərin şiddətlənməsi dövründə törədiciləri maksimal miqdarda ifraz edir,
yəni xəstəlik törədicinin ətraf mühitdə yayılmasını təmin edən simptomlarla
(zökəm, asqırma, öskürək, qusma, diareya, tüpürcək ifrazı, yerli zədələnmə
ocaqlarının möhtəviyyatı) müşayiət edilir. Bu zaman oxşar simptomların yaranması
yoluxucu xəstəliklə xəstə insanın
32
downloaded from KitabYurdu.org
raikroorqanizmdən və onun toksinindən fiziki cəhətdən azad olmasına şoıait yaradır.
Lakin elə həmin simptomlar törədicinin xeyrmədir, onun ətraf mühitdə yayılmasını
və bioloji növ kimi saxlanmasını təmin edir.
Yoluxduruculuq baxımından xəstənin ətrafdakılar üçün təhlükəlilik dərəcəsi
xəstəliyin müxtəlif dövrlərində eyni deyildir, bu da yoluxucu xəstəliklərin əksəriyyəti
üçün səciyyəvi olan patogenlik və klinik tsiklilik ilə şərtlənir. İnfeksiya mənbələrinin
bütün baxılan variantlarından epidemioloji baxımdan on təhlükəsi atipik, çətin aşkar
edilən formalar və infeksion prosesin müxtəlif dövrləridir.
Yoluxucu xəstəlik aşağıdakı dövrlərə bölünür: inkubasiya dövrü - yoluxma
anından etibarən xəstəliyin klinik əlamətləri meydana çıxana qədər davam edir,
xəstəliyin manifestləşməsi dövrü, rekonvalessensiya dövrü, sağalma və qalıq
əlamətləri dövrü.
İnkubasiya dövrimdə adətən törədicinin ətraf mühitə yayılması müşahidə
olunmur, lakin bəzi infeksiyalar (qızılca, B və C viıuslu hepatiti) zamanı bu dövrün
sonunda törədicinin ifraz edilməsi mümkündür. Bir qayda olaraq, xəstəliyin
başlanğıcından nə qədər çox vaxt keçmişsə, xəstə və ya xəstəliyi keçirmiş şəxs
ətrafdakılar üçün bir o qədər az təhlükəsizdir.
Sağalma dövründə törədicinin ifraz edilməsi azalır və əksər yoluxucu
xəstəliklərdə tamamilə kəsilir. Lakin bəzən rekonvalessent törədicigəzdirənlik
formalaşır ki, bu halda ətraf mühitə törədicinin müəyyən müddət ifraz edilməsi
mümkündür (difteriya, streptokokk infeksiyası, vəba, qarın yatalağı).
Törədicigəzdirənlər - praktik sağlam şəxslərdir. Törədiciləri ifraz etmə müddətindən
asılı olaraq törədicigəzdirənliyin kəskin (3 aya qədər - qarın yatalağı və paıatiflərdə)
və ya xronik formaları (3 aydan bir neçə on ilə qədər) ayırd edilir. Xronik
töıədicigəzdirənlik bir çox illər və hətta ömürlük davam edə bilər. Rekonvalessent,
kəskin və xronik törədicigəzdirənlər çox vaxt böyük epidemioloji əhəmiyyət
daşıyırlar, belə ki, onlar təcrid edilmir, sağlam şəxslərlə aktiv ünsiyyətdə qalırlar. Bir
sıra infeksiyalarda belə törədicigəzdirənləıin sayı (meninqokokk infeksiyası, vəba,
difteriya) manifest formalarla xəstələrin sayından on, yüz, hətta min dəfə çox olur.
Törədicigəzdirənlik infeksion xəstəliklərə qarşı əvvəllər peyvənd olunmuş
şəxslərdə və ya həmin xəstəliklərə tutulmuş şəxslərdə, başqa sözlə, immuniteti olan
şoxlərdə də ola bilər, buna sağlam törədicigəzdirənlik deyilir.
33
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |