xəstələnmənin 4 yüksəliş dövrü (hər birinin davametmə müddəti 18 il), A hepatitində
1953-cü ildən - 9-10 il davam edən 4 sikli, B hepalitində 1975-ci ildən - 11 il davam
edən sikli, skarlatina zamanı 1945-ci ildən - 10-12 il davam edən 5 sikli, gənə
ensefalitində 1947-ei ildən - 17-18 il davam edən 3 sikli, tulyaremiya zamanı 1950-ei
ildən
-
17 il davam edən 3 sikli, leptospirozlaıda 1956-eı ildən - 4-5 il davam edən sikllər
müşahidə olunmuşdur.
Dövriliyin formalaşmasında epidemik prosesin hər 3 halqası və törədicinin
dəyişkənliyi böyük əhəmiyyət daşıyır. Ətraf mühit şəraiti
-
təbii amillər aparıcı rol oynayır. Yer kürəsində yaşayan bütün canlılara böyük təsir
göstərən təbii amillər arasında günəşin aktivliyi daha kəskin nəzərə çarpır.
A.L.Çijevski (1897-1964) epidemiyaların günəşin aktivliyindən asılılığını
öyrənmişdir. Hazırda hesab etmək olar ki, epidemiyaların və pandcmiyaların baş
verməsi hər şeydən əvvəl günəşin aktivliyinin səviyyəsi ilə əlaqədardır. Müəyyən
edilmişdir ki, məhz günəşin aktivliyinin maksimal illərində pandemiyalar kəskin
şəkildə artır və böyük əraziləri əhatə edir. A.L.Çijevski təyin etmişdir ki, vəbanın
pandemiyalarının dövrləri 2,65 və 5,5 il davametmə müddətinə malikdir. Bu dövrlər
günəşin 11-illik siklinin dörddə birini və yarısını təşkil edir. Rusiyada 100 il ərzində
xəstələnmənin təhlili göstərdi ki, vəbanın 1823-cü ildə başlamış ilk epidemiyasından
etibarən ən yüksək xəstələnmə halları günəşin aktivliyinin maksimal illərinə təsadüf
edir, halbuki vəbanın minimal xəstəlik hallan qeydə alınan dövrlər günəşin
aktivliyinin minimal illərinə düşür.
Qriplə xəstələnmənin 500 il ərzində təhlili göstərmişdir ki, qrip
epidemiyalarının dövrləri orta hesabla 11,3 il təşkil edir və günəşin aktivliyinin
dövrləri ilə üst-üstə düşür. Epidemik alovlanmaların əksəriyyəti günəşin aktivliyi
artdığı və ya azaldığı dövrlərə təsadüf edir, yəni epidemiyalar günəşin aktivliyinin
minimum-maksimum və ya maksimum-mini mum dövrlərində baş verir. Taun,
difteriya, skarlatina, meninqokok infeksiyası, quduzluq zamanı epidemiyaların
yaranmasının günəşin aktivliyindən müəyyən asılılığı təyin olunmuşdur. Məsələn,
taun epidemiyalarının daha çox maksimal günəş aktivliyində yaranması və geniş
yayılması izlənir.
Bu qanunauyğunluqların mənşəyi aydındır, belə ki, Yer kürəsində olan
mikrofloranın hamısının fəaliyyəti günəşin aktivliyindən sıx asılıdır, insanın
xəstəliklərə yoluxma səviyyəsi də həmçinin orqanizmin fıziki-kimyəvi
reaksiyasındakı dəyişikliklər
49
downloaded from KitabYurdu.org
sayəsində günəşin aktivliyindən asılıdır. Bütün üzvi aləm - mikro-və
makroorqanizm Günəşdən alman enerjinin dəyişkənliyini hiss edir.
EHM-da aparılmış hesablamalar göstərdi ki, yoluxucu xəstəliklərin
hamısına 3, 5, 8, 11, 14 və 18-19 ilə yaxın dövrlərə malik tsikliklik xasdır.
Bununla bərabər, ümumi məcmuda 10-11 illik tsikl üstünlük təşkil edir. Müxtəlif
yoluxucu xəstəliklərlə xəstələnmənin təhlili zamanı aşkar edilən 5-6 illik tsikl 10-
11 illik tsikldon sonra ikinci yerdə durur. Bu tsikl davamlılığına görə günəşin
aktivliyinin əsas 10-11 illik tsiklinin yarısını təşkil edir.
EHM-nm əsasında günəşin aktivliyinin epidemik prosesə təsiri sübuta
yetirilmişdir. Lakin bu zaman yadda saxlamaq lazımdır ki, çox vaxt onun bir sıra
kiçik intervallara bölünməsi baş verir. Ona görə do, əsas 11-illik epidemiya
dalğası gözdən itir. Epidemik prosesin günəşin aktivliyi ilə əlaqəsi olduqca
mürəkkəbdir. Yoluxucu xəstəliklərin yayılması biosferdə gedən digər proseslərlə
də əlaqədədir, onlar günəşin aktivliyi ilə sıx bağlıdırlar.
İnsana günəşin aktivliyinin təsirini tüpürcəyin bakterisid xassələrinin
günəşin 11-illik siklə malik aktivliyindən asılılığının timsalında izləyə bilərik:
minimal günəş aktivliyində (1964-cü il) tüpürcək hətta güclü durulaşmadan sonra
mikrobların milyonlarla koloniyalarını tamamilə öldürmüşdür, günəşin aktivliyi
maksimal səviyyəyə çatdıqda isə (1968) tüpürcəyin bakterisid xassəsi kəskin
azalmışdır. Bu dəyişikliklər müəyyən dərəcədə infeksion xəstələnməyə də təsir
göstərir, belə ki, xəstəlik törədicisinin aqibəti ağız boşluğunun vəziyyətindən çox
asılıdır - o, elə ilk mərhələdə tüpürcəklə təmasda olduqda məhv ola bilər.
Bağırsaq qrupu bakteriyalarımn yolunda ikinci sədd sayılan mədə şirəsinin
turşuluğu, həmçinin bakterisidliyi də günəşin aktivlik səviyyəsindən asıbdır.
Sübut edilmişdir ki, günəşin aktivliyi nə qədər yüksəkdirsə, mədənin turşuluğu
bir o qədər aşağı düşür və uyğun olaraq bağırsaq bakteriyalarımn təsirindən
müdafiə qabiliyyəti də zəifdir.
Qanın bakterisid xassələri də həmçinin günəşin aktivliyinə uyğun olaraq
dəyişir, o, eyni zamanda mövsümdən asılıdır. Günəşin maksimal aktivliyində qan
zərdabının mikroorqanizmləri öldürmək qabiliyyəti təqribən 1/3 dəfə azdır,
nəinki günəşin minimal aktivliyində.
Epidemik prosesə günəşin aktivliyinin təsir mexanizmi çoxcəhətlidir.
Günəşdən elektromaqnit şüalanması baş verir ki, buraya radiodalğalar, rentgen
şüalanması, ultrabənövşəyi və infraqırmızı şüalanma daxildir. Bu şüalanmanın bir
qismi Yer səthinə çatır, digəri isə
50
downloaded from KitabYurdu.org
atmosferdə tutulur. Yerin biosferinə daxil olan şüalanma nəinki insan orqanizminə,
həmçinin bitki və heyvanat aləminə birbaşa təsir göstərir. Təbii ki, o,
mikrooıqanizmlərə də təsir edir. Bu, difteriya törədiciləri üzərində qoyulmuş
təcrübələrdə əsaslı şəkildə sübuta yetirilmişdir. 9 il ərzində hər gün aparılmış
müşahidələr göstərmişdir ki, onların xüsusiyyətlərinin kəskin dəyişiklikləri çox vaxt
günəşin maksimal aktivliyində rast gəlir. Günəşin minimal aktivliyində belə kəskin
dəyişikliklər ildə 5-7 dəfə rast gəlmişdir. Difteriya kulturasını qurğuşun ekranla
örtdükdə (bu, kosmik şüaların daxil olmasına maneçilik yaradır), onda kulturanın
xassələrinin kəskin dəyişiklikləri bütün müşahidə dövründə bir dəfə, yəni
mövsümdə bir dəfə - təsir edən amillərin intensivliyi maksimal səviyyəyə çatdıqda
baş vermişdir.
Deməli, epidemik prosesin dövriliyinin xarici səbəbləri epidemik prosesin
sisteminə daxil olan bütün elementlərə təsir edir. Bu elementlər daxili səbəblərin
hesabına dəyişir. Bu halda xəstələnmənin dinamikasının təbii dalğavari prosesinin
gedişinə aparılan sosial tədbirlərin nəticəsində baş verən dəyişikliklər də təsir edir.
Bunlar isə bir sıra hallarda xəstələnmənin səviyyəsini sporadik səviyyə qədər
azaldaraq dövriliyi aradan qaldırır.
Sosial amillər. Yoluxucu xəstəliklərin cəmiyyətdə yayılması və onlann
profilaktikası və ləğv edilməsində sosial şəraitlər mühüm rol oynayır. Sosial
şəraitlər epidemik prosesin bütün elementlərinə, xüsusilə infeksiya mənbəyi və
yoluxma mexanizminə təsir edir. İnsanın yoluxucu xəstəliklərinin təkamülündə
sosial amillərin əhəmiyyəti aydın görünür. Coğrafi mühit amilləri ilə yanaşı, sosial
yaşayış şəraiti da epidemik prosesin əsas hərəkətverici qüvvəsidir, onun təsiri
altında törədicinin bioloji xassələri, yoluxma mexanizmi, infeksiya mənbəyinin - ev
və vəhşi heyvanların bioloji xüsusiyyətləri, eləcə də insanların həyat tərzi dəyişilir.
Bir sözlə, yoluxucu xəstəliklərin epidemiologiyası dəyişir. Epidemik prosesin
kəmiyyət və keyfiyyətcə dəyişməsi cəmiyyətin tarixi inkişaf mərhələrino uyğun baş
verir. Sosial şəraitlərin epidemik prosesin əsas hərəkətverici qüvvələri kimi qəbul
edilməsi elmi mahiyyətindən başqa, yoluxucu xəstəliklərə qarşı effektiv mübarizə
tədbirlərinin işlənib haznlanmasmda təcrübi təbabət üçün geniş perspektivlər açır.
Sosial-iqtisadi və təsərrüfat-texniki amillər arasında epidemik prosesə
aşağıdakılar təsir edir:
• demoqrafik amillər: əhalinin sıxlığı və strukturu, təbii hərəkəti, əhalinin
çoxalması, doğum, miqrasiya, ölüm göstəricisi, həyatın davametmə müddəti;
51
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |