Dərslik Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12. 06. 2009-cu IL tarixli, 17 saylı kollegiya iclasının və



Yüklə 16 Kb.
Pdf görüntüsü
səhifə44/117
tarix10.11.2017
ölçüsü16 Kb.
#9525
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   ...   117

Qızılca xəstəsi ilə təmas qızılca vaksininin yeridilməsinə əksgöstəriş deyildir. 
Qızılcaya  qarşı  aktiv  immunizasiysının  hər  yerdə  (kütləvi)  aparılması  bu 
infeksiya ilə xəstələnmənin əhali arasında, xüsuilə də məktəbəqədər və məktəb yaşlı 
uşaqlar arasında kəskin azalmasına səbəb olmuşdur. 
QRİP 
Qrip  (Influenza)  -  kəskin  virus  xəstəliyi  olub,  yüksək  intoksikasiya,  yuxarı 
tənəffüs  yollarının  zədələnməsi  simptomları  və  ikincili  bakterial  flora  ilə  şərtlənən 
ağırlaşam alara meylliliyi ilə səciyyələnir. __ 
Qrip  xəstəliyinin  törədicisi  RNT-tərkibli  virus,  Orthmyxoviride  ailəsindən, 
İnfluenzavirus  cinsindən  olan  virusdur.  O,  ilk  dəfə  1933-  cü  ildə  aşkar  edilmişdir. 
Belə  ki,  1933-ci  ildə  Smit,  Leydou,  Endrüs  qrip  virusunu  insandan  ayird  etmişlər. 
Sonralar  bu  virus  A  tipinə  aid  olunmuşdur.  1940-ci  ildə  Frensis,  Medcil  qrip 
virusunun B tipini, 1949-ci ildə isə Teylor qrip virusunun C tipini aşkar etmişdir. 
Qrip  virusları  xarici  mühitdə  az  davamlıdır.  Onlar  aşağı  mənfi  temperatura 
yaxşı  dözür  və  qızdırılma  və  qaynadılma  zamanı  tezliklə  məhv  olurlar.  Qrip 
viruslarının ultrabənövşəyi şüalarla və adi dezinfeksiyaedici maddələrin təsirinə qarşı 
yüksək dərəcədə həssas olduğu qeyd edilir. 
Qeyd edildiyi kimi, virusun 3 tipi ayird olunur: A, B və C. Onlar öz aralarında 
bir-birinə oxşayırlar, lakin antigen tərkibinə görə fərqlənirlər. Virusun  3 tipindən A 
tipi  daha  dəyişkəndir,  o,  fasiləsiz,  bəzən  isə  çox  kəskin  olaraq  öz  antigen  tərkibini 
dəyişir. Qrip virusunun dəyişkənliyi səthi antigenlərin əvəz olunması ilə təzahür edir. 
Virusun  səthi  antigenlərinə  hemaqqlütinin  (H)  və  neyrami-  nadaza  (N)  aiddir  ki, 
onların da əsasında A qripinin yarımtiplərini ayırmışlar, məsələn, HİNİ, H3N2. A tip 
virusu  səthi  antigenlərin  xeyli  dərəcədə  dəyişkənliyinə  malikdir.  O,  ya  antigen 
«dreyfi»  (yəni  ştamların  əmələ  gəlməsi),  ya  da  antigen  «şifti»  (A  qripi  virusunun 
yeni  yanmtiplərinin  əmələ  gəlməsi)  şəklində  təzahür  olur.  Hemaqqlütinin  və 
neyraminidaza  bir-birindən  asılı  olmayaraq  dəyişirlər,  daha  çox  isə  hemaqqlütinin 
dəyişir. 
133 
downloaded from KitabYurdu.org


 
 
9 • ^ 
UST  (1980-ci  il)  təsnifatına  görə  insan  və  heyvanların  A  tipli  virusları 
hemaqqlütininə  görə  13  antigen  (Hİ-Hİ3)  yarım  tiplərə,  neyraminidazaya  görə  10 
(Nl-N 10) yarımqruplara bölünür. 
Hər iki antigenin eynianlı dəyişilməsi zamanı A tipinin yeni yarımtipi yaranır 
ki, o da pandemiya törədir. B və C tipi viruslarının şlamlarının antigen tərkibində do 
bəzi dəyişikliklər gedir, lakin bu, yarım tiplərin əmələ gəlməsi üçün kifayət deyildir. 
Epidemioloji  baxımdan  A  qripi  virusunun  təkcə  insandan  deyil,  həm  do  atlardan, 
donuzlardan,  bir  çox  vəhşi  və  ev  quşlarından  ifraz  edilməsi  vacibdir.  B  və  C  qrip 
virusları yalnız insandan ifraz olunur. 
A qripinin iri epidemiyaları 2-3 il intervalla, pandemiyalar isə təqribən 10-15 
il intervalla baş verir. B qripinin epidemiyaları isə 3-4 il intervalla baş verir. C tipi 
virusu  ilə  törədilən  qrip  sporadik  və  ya  qapalı  kollektivlərdə  kiçik  alovlanmalar 
şəklində təzahür edir. 
XX əsrdə qripin 6 pandcmiyası qeyd olunmuşdur: 1918-1928 illər - A (Hİ Nİ) 
- ispanka, 1929-1946 illər - A (HİNİ), 1947-1956 illər - A (HİNİ), 1957-1967 illər - 
A  (H2N2)  Sinqapur,  1968-1977  illər  -  A  (H3  N2)  Qonkonq,  1977-ci  ildən  indiyə 
qədər A (H İN 1). 
Qrip  zamanı  infeksiya  mənbəyi  -  xəstə,  xüsusilə  yüngül,  silinmiş  və 
simptomsuz  formalarda  olan  şəxslərdir,  belə  ki,  xəstələr  kollektivdən  təcrid 
edilmirlər. Xəstənin yoluxdurucu olması inkubasiyamn sonu, xəstəliyin başlanmasına 
bir neçə saat qalmış; xəstəliyin ilk 2-5- ci günləri müşahidə olunur. Xəstə xəstəliyin 
şiddətlənmə  dövründə  xüsusilə  yoluxdurucudur,  yoluxdurucu  dövr  4-7  gün  təşkil 
edir. Az hallarda yoluxduruculuq dövrü xəstəliyin 10-cu gününə qədər uzana bilər. 
Qrip 
virusunun 
yoluxma 
mexanizmi 

hava-damcı 
(aspirasion) 
mexanizmidir. 
infeksiya  hava-damcı  yolu  ilə  ötürülür.  Qripə  qarşı  həssaslıq  yüksəkdir, 
insanlar istənilən yaşda xəstələnirlər, uşaqlar həyatının ilk aylarında qriplə bir qədər 
az  xəstələnirlər,  çünki  onların  bir  qismi  anadan  transplasentar  yolla  alınmış 
immunitetin sayəsində qeyri- həssas olurlar. 6 ayından başlayaraq, passiv immunitet 
praktik olaraq hamıda itir və bu yaşdan etibarən uşaqlar qripə qarşı xüsusilə həssas 
olurlar.  Beləliklə,  qripə  qarşı  ümumi  həssaslıq  davamsızdır,  immunitet 
tipospesifikdir,  qısa  inkubasiya  dövrünə  malikdir  (1-2  gün),  hava-damcı  yoluxma 
yolu bu kəskin virus xəstəliyinin kütləvi yayılması üçün əlverişli şərait yaradır. Qrip 
virusu  epitelotrop  və  toksikdir.  O,  nəfəsalma  zamanı  hava  ilə  orqanizmə  düşərək 
tənəffüs 
 
downloaded from KitabYurdu.org


yollarının  selikli  qişasının  epitel  hüceyrələrində  reproduksiya  edir.  Zədələnmiş 
hüceyrələr  dcgenerazisiyaya  məruz  qalır  vo  dəf  olunurlar;  silindrik  eptelinin 
metaplazasiyası  baş  verir  ki,  nəticədə  onun  müdafiə  funksiyası  zəifləyir.  Prosesə 
həmçinin  selikallı  toxumalar  və  damar  şəbəkəsi  də  qoşulur.  Qrip  virusunun 
epiteliotrop  təsiri  klinik  olaraq  yuxarı  tənəffüs  yollarının  katarı  şəklində  təzahür 
edir. Qripin patogenezində toksemiya böyük rol oynayır. 
Qrip  virusunun  toksik  təsiri  sinir  və  damar  sisteminə  yönəldilmişdir. 
Damarların  toksik  zədələııməsi  ilə  şərtlənən  siıkulyator  pozğunluqlar  mərkəzi  və 
vegetativ  sinir  sisteminin  funksiyasının  pozulmasında,  həmçinin  ağciyər 
pozğunluqlarının  inikşafında  mühüm  rol  oynayır.  Damar  sisteminin  kcçiriciliyinin 
pozulması və sirkulyator pozğunluqlar, hansı ki, doluqanlılıq, damar stazları, xırda 
qansızmalarla  müşayiət  olunur,  beynin  ödemi,  onun  doluqanlılığmın  səbəbinə 
çevrilir ki, bu da klinik olaraq meninqoenscfalitik sindromla təzahür edir. 
Ağciyərlərdə qan dövranının pozulması seqmentar ödemlə müşayiət olunur. 
Ağır  hallarda  ödem  hemorragik  xarakter  alır  ki,  bu  da  kəskin  sirkulyator 
pozğunluqların  və  kapilyarların  toksik  zədələnməsinin  nəticəsindədir.  Qrip 
virusunun  toksik  təsiri  hipofizaı-  böyrəküstü  tənzimlənmənin  pozğunluqlarına 
gətirib çıxarır. 
Qripin patogenezində virusemiyanın rolu sübut olunmuşdur. Qrip virusunun 
alveollara birbaşa təsiri deskvamativ pnevmoniyaya səbəb olur. 
İnkubasiya  dövrü  bir  neçə  saatdan  1-2  sutkaya  qədəıdir.  Digər  KRVI  ilə 
müqayisədə  qrip  kəskin  intoksikasiya  ilə  səciyyələnir;  yuxarı  tənəffüs  yolları 
tərəfindən kataral əlamətlər cüzidir və bir vaxtda əmələ gəlmir. 
Qripin klinik əlamətləri silinmiş formadan hipertoksik formaya qədər dəyişə 
bilər.  Xəstəlik  kəskin  başlayır,  temperatur  38-39°C  və  yuxarı  qalxır.  Titrətmə, 
qusma ola bilər. İntoksikasıyanın dərəcəsi, həmçinin temperaturun həddi xəstəliyin 
ağırlığından asılıdır. 
Böyük  yaşlı  uşaqlar  baş  ağrısı,  göz  almalarında,  qarında  ağrılar,  yuxunun 
pozulmasından  şikayətlənirlər,  bəzilərində  kataral  konyunktivit  və  sklera 
damarlarının  inyeksiyası  müşahidə  edilir.  Erkən  yaşlı  uşaqlarda  (1  yaşdan  3  yaşa 
qədər) kəskin meninqoen- sefalitik sindrom (təkrar qusma, huşun itməsi, qıcolmalar, 
meningial simptomlar və s.) meydana çıxır. 
135 
downloaded from KitabYurdu.org


Yüklə 16 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə