Dərslik Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12. 06. 2009-cu IL tarixli, 17 saylı kollegiya iclasının və



Yüklə 16 Kb.
Pdf görüntüsü
səhifə41/117
tarix10.11.2017
ölçüsü16 Kb.
#9525
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   117

fazasının  formalaşmasında  daha  vacib  mənbə  bəlğəm  (vərəm  zamanı),  həmçinin 
törədicilərin  orqanizmdə  əlavə  lokalizasiyası  zamanı  patoloji  möhtəviyyat:
 
məsələn, dəri zədələnmələıində 
qartmaqlar hesab olunur. Sonuncu halda infeksiyalaşmış tozun formalaşmasında alt 
paltarlarının əhəmiyyəti xüsusilə böyükdür. 
Tənəffüs  yolları  infeksiyaları  qrupuna  aid  olan  bütün  xəstəliklər  insanın 
yoluxma mexanizminin xüsusiyyətlərindən asılı olaraq 4 qrupa bölünürlər: 
I
 
qrup  -  bura  qızılca,  məxmərok,  epidemik  parotit,  su  çiçəyi,  göyösküıək, 
qrip  aiddir.  Bu  xəstəliklərin  yoluxmasında  damcı,  hissəvi  olaraq  infeksıon 
aerozolun nüvəcik fazası həlledici əhəmiyyət kəsb edir, digər yollar rol oynamır. 
II
 
qrupa - stafılokokk, streptokokk, meninqokokk, difteriya bakteriyalarını 
və adenoviruslarla törədidən xəstəlikləri aid etmək olar. Törədiciləri xarici mühitdə 
nisbətən  davamlı  olduqlarına  görə  bu  xəstəliklərin  törədicilərinin  yoluxmasında 
hava-nüvəcik  fazasının  əhəmiyyəti  yüksəlir.  Bu  qrup  xəstəliklərin  yayılmasında 
təmas-məişət, qida yollan da rol oynaya bilər. 
III
 
qrupa  vərəm  və  təbii  çiçək  aiddir.  Bu  xəstəliklərin  törədiciləri  xarici 
mühitdə  olduqca  davamlıdırlar.  Xəstəliklərin  törədiciləri  virulcntliyini  və  həyat 
qabiliyyətini aerozolun toz fazasında belə saxlayırlar. 
IV
 
qrupa - skleroraa aiddir. Bu xəstəlikdə məişət (əllər vasitəsilə), alimentar 
yoluxma yolları aerozol yoluxma mexanizmindən daha əhəmiyyətlidir. 
Etioloji amili əsas götürürək aerozol antroponozlan bir neçə qrupa bölürlər. 
Onlar  yuxan  tənəffüs  yollarının  müxtəlif  hissələrinin  zədələnməsi  ilə  xarakterizə 
olunurlar. 
I  qrupu  KRVİ  (kəskin  respirator  virus  infeksiyaları)  təşkil  edir.  Bu  qrup 
xəstəliklərin törədiciləri müxtəlif cisnlorə və ailələrə daxil 
olan viruslardır. Onların hamısı RNT tərkibli viruslardır (adeno- 
_ _   __________________  
viruslar  istisna  olunmaqla  -  tərkibində  DNT  zənciri  vardır).  KRVI-  nın  əsas 
törədiciləri  miksoviruslardır.  Buraya  B,  A,  C  qrip  virusları  və  paraqrip  virusları, 
RS  (respirator-sinsitial)  viruslar  daxildir.  Bundan  başqa,  pikornoviruslar  (pico  - 
xırda ölçülü, ina RNT), enteroviruslar və rinoviruslar, koronoviruslar, reoviruslar, 
adenoviruslar  da  iştirak  edirlər.  Enteroviruslara  Koksaki  A  və  B,  ESNO  (enteric 
cyto-  pathogcnetic  human  orphans  insanın  sitopatogenetik  yetim  virusları)  aiddir. 
KRX bəzi bakteriyalar və mikoplazmalarla 
124 
downloaded from KitabYurdu.org


(pnevmoniya) da törədilə bilərlər. Onların törətdikləri xəstəliklərdə klinik sindromlar 
virus  mənşəli  KRX-də  müşahidə  edilən  sindromlarla  oxşardırlar.  Müxtəlif 
törədicilərlə  törədilən  xəstəliklərin  kliniki  diferensiasiyasının  çətinliyi  ilə  əlaqədar 
olaraq,  hazırda  KRX  ümumiləşdirilmiş  diaqnozunun  qoyulması  istifadə  olunur. 
KRX  nəinki  infeksion,  həmçinin  ümumi  xəstələnmənin  strukturunda  ən  geniş 
yayılmış xəstəliklərdir. 
II  qrup  -  qızılca,  III  -  cpidemik  parotit,  IV  -  herpesviruslu  ı'nfeksiyalar  (su 
çiçəyi, kəmərvari dəmrov), V - məxmərək, VI- bakterial xəstəliklərdən (streptokokk 
infeksiyası  -  streptokokoz:  skarlatina,  anigina),  VII  -  difteriya  (Corinobaclerium 
diphteriae),  VIII  -  göyöskürok  (Bordetella  pcrtusis),  IX  -  meningit  (Neisscria 
meningitidis), X - vərəm (Mycobacterium tuberculosis), XI - cüzam 
(Mycobacterium leprae) ibarətdir. 
•• 
Umumlikdə qəbul olunmuşdur ki, aerozol antroponozlarda epidcmik prosesin 
inkişaf  qanunauyğunluqları  parazitar  sistemdə  sahib  və  parazit  populyasiyalarının 
infeksion-imraunoloji  qarşılıqlı  təsiri  ilə  müəyyən  olunur.  Bir  sıra  nozoloji 
formalarda  göstərilmişdir  ki,  törədicilərin  sirkulyasiyasının  təsiri  nəticəsində 
kollektivin dəyişən immun strukturu öz növbəsində törədicinin virulentliyinə də təsir 
edir. Kollektivdə həssas şəxslər olduqda xəstələnmə səviyyəsi artır, müvafiq olaraq 
törədici populyasiyasınm virulenlliyi də yüksəlir. 
_9_ 
immun  şəxslərin  miqdarının  artması  yoluxmuş  şəxslərdə  xəstələnmə  riskini 
azaldır.  Bu  zaman  orqanizmdə  virulentliyi  zəifləmiş  törədicilər  toplanır  və  onların 
epidemiyaarası dövrdə sirkulyasiyasına imkan yaranır. 
Əlavə  olaraq  həssas  qrupların  əmələ  gəlməsi  onları  törədicilərin 
sirkulyasiyasına  cəlb  edir.  Bu  zaman  törədicilərin  virulentliyi  və  xəstələnmənin 
səviyyəsi  də  yüksəlir.  Hava-damcı  mexanizmlə  yoluxma  asanlıqla  həyata  keçir. 
Bununla  əlaqədar  olaraq,  tənəffüs  yollarının  infeksiyalan  (qrip,  qızılca,  vərəm) 
dünyanın hər yerində ən geniş yayılmış xəstəliklərdəndir. 
Yoluxmanın  asanlıqla  həyata  keçməsi  ona  gətirib  çıxarır  ki,  insanlar  onlara 
əsasən uşaq yaşlarında yoluxurlar və nəticədə xəstəliklərə qarşı davamlı immunitet 
əmələ gəlir. Bu isə yaşlılarda həmin infeksiyalarla xəstələnmənin azalmasına səbəb 
olur. 
Tənəffüs 
yollan 
infeksiyalannın 
əksəriyyəti 
«uşaq 
infeksiyalaıı» 
adlandırılırlar. Bu qrupa daxil olan xəstəliklərin çoxu immunpro- filaktika vasitələri 
ilə idarə olunurlar. 
125 
downloaded from KitabYurdu.org


Hava-damcı  infeksiyalanııa  qarşı  əldə  olunan  böyük  müvəffəqiyyətlər 
(məsələn,  təbii  çiçəyin  ləğv  edilməsi)  peyvənd  pıcapa-  ratlannın  istifadəsi  ilə 
bağlıdır.  Buna  görə  də,  hava-damcı  infek-  siyalan  problemi  immunoloji  problem 
sayılır. 
Aerozol antroponozlarda epidemik prosesin inkişafına sosial amillər mühüm 
təsir  göstərir.  Onlara  əhalinin  sıxlığı,  miqrasiya,  doğuş,  mütəşəkkil  kollektivlərin 
formalaşması,  peyvənd  işinin  təşkili  aiddir.  Həmçinin  təbii  amillər  təsir  edir. 
Məsələn, ilin soyuq aylarında hava-damcı mexanizmi daha çox realizə olunur. Bu 
mexanizmin aktivləşməsi insanların sıx ünsiyyətindən, onlann uzun müddət qapalı 
şəraitdə qalmasından asılıdır. 
QIZILCA 
Qızılca  (Morhilli)  -  kəskin  infeksion  xəstəlik  olub,  temperaturun  artması, 
intoksikasiya, yuxarı tənəffüs yollarının və gözün selikli qişasının zədələnəməsi və 
ləkəli-papulyoz səpkilərlə səciyyələnir. 
Törədicisi. 1911 -ci ildə ilk dəfə T.Anderson və C.Qoldbcrq qızılcanın virus 
etiologiyalı olmasını müəyyən etmişlər. 1954-cü ildə E.Enders və T.Pibs bu virusu 
tapmışlar.  Qızılcanın  törədicisi  mikso-  viruslar  qrupuna,  Paramyxoviridae  family, 
Morbiliviruslara aiddir. Morbillivirusun yalnız bir antigen tipi məlumdur. Virusun 
diametri 120-250 nm-dir. Ətraf mühitdə davamsızdır; insan orqanizmindən kənarda 
tezliklə  məhv  olur.  50°C-də  15  dəqiqə  ərzində,  60°C-də  isə  dərhal  məhv  olur. 
Toxuma kulturalannda becərilir. Qızılca bütün dünyada yayılıb. 
Qızılca  qədim  zamanlardan  məlum  idi,  lakin  uzun  müddət  sərbəst  xəstəlik 
hesab  olunmurdu.  Yalnız  18-ci  əsirdə  qızılca  sərbəs  nozoloju  forma  kimi 
tanıtmışdır. İngilis həkimi Saydenham XVIII əsrdə bunu ilk dəfə təsvir etmişdir. O, 
xəstəliyin  ətraflı  klinikasını  vermişdir.  1920-ci  ildə  Deqkviç  qızılcanın 
seroprofilaktika üsulnu işləyib hazırlanmışdır. 
Qızılca  -  yer  kürəsində  geniş  yayılmış  xəstəlkilərdlən  biridir.  Qızılca 
ubikvitar  infeksiyadır,  bütün  qitələrdə  yayıla  bilər.  Spesifik  profilaktika 
aparılmadıqda ölkələrdə əhalinin 80-90%-i xəstəliklə yoluxur. 85% uşaqlar 7 yaşa 
kimi xəstələnirlər. Xəstələnmənin dövri yüksəlişlərini (hər 2-4 ildən bir) qızılcaya 
həssas şəxslərin kifayət miqdarda toplanması ilə izah edilir. Qızılca ilə xəstələnmə 
bütün il 
126 
downloaded from KitabYurdu.org


Yüklə 16 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə