Dərslik Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12. 06. 2009-cu IL tarixli, 17 saylı kollegiya iclasının və



Yüklə 16 Kb.
Pdf görüntüsü
səhifə39/117
tarix10.11.2017
ölçüsü16 Kb.
#9525
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   117

xəbərdar  edilirlər.  Orta  ixtisas,  ali  və  digər  təhsil  müəssisələrində  tələbələrin 
peyvəndlonməsi həmin müəssisələrin tibb heyətinin funksional vəzifələridir. Kənd 
yerlərində immunizasiya feldşer məntəqələri və kənd həkim sahələrində icra olunur. 
Səhiyyə  Nazirliyinin  göstərişi  əsasında  növbəti  il  üçün  profilaktik 
peyvəndlər planı tərtib edilir. Şəhərlərdə uşaq əhalisinə profilaktik peyvəndlər şəhər 
uşaq  poliklinikaları  tərəfindən  planlaşdırılır.  Hər  bir  sahə  pediatrı  profilaktik 
pcyvəndlomonin  qeydiyyatı  kartı  (f.  JVe63)  əsasında  və  patronaj  aparmaqla  tibb 
bacısının  hər  il  topladığı  uşaq  əhalisinin  hesabatı  siyahılarından  istifadə  edərək 
konkret  peyvəndləmə  planını  tərtib  edir.  Uşaq  əhalisinin  immunizasiya  planında 
məktəb  və  məktəbəqədər  uşaq  müəssisələrinə,  internatlara  gedən  uşaqlar  nəzərə 
alınmalıdır. Daimi tibbi əks-göstorişi olan uşaqlar plana daxil edilməməlidirlər. 
Kənd yerində uşaq əhalisinin peyvəndləmə planı xidmət rayonunda yaşayan 
uşaqların  qeydiyyatı  əsasında  aparılır.  Yenidoğulmuş,  təzə  gəlmiş  və  «itirilmiş» 
uşaqların  qeydiyyatı  kənd  icra  hakimiyyəti  nümayəndəliklərində  dəqiqləşdirilir. 
Planlaşdırmanın  gedişində  əvvəllər  aparılmış  peyvəndlər  nəzərə  alınmalıdır 
(peyvəndləmə jurnalı, f. 64). 
Peyvəndləmənin  planlaşdırılmasında  Gigiyena,  Epidemiologiya  Mərkəzləri 
(GEM)  fəal  iştirak  edir.  Onlar  uşaq  və  ümumi  poliklinikalar,  məsləhətxanalar, 
həkim  sahələri,  təhsil  müəssisələri  və  digər  təşkilatlar  tərəfindən  tərtib  olunmuş 
peyvənd  planlarını  yoxlamalıdırlar.  Planların  tərtibində  yenidoğulmuş  uşaqlar 
barədə məlumat, əvvəllər aparılmış peyvəndləmə, yaş tərkibi, xəstələnmə və s. kimi 
göstəricilər nəzərə alınmalıdır. 
Ümumi  qəbul  olunmuş  qaydaya  görə  peyvənd  planları  yerlərdə  müvafiq 
müəssisələr tərəfindən təsdiq olunduqdan sonra ərazi GEM- nə göndərilməli, onlar 
isə cəm şəklində Səhiyyə Nazirliyinə təqdim edilməlidir. 
Peyvəndlərin aparılması qaydası 
Peyvənd  olunacaq  bütün  uşaqlar  həkim  tərəfindən  ciddi  şəkildə  müayinə 
olunmalı,  anamnestik  məlumatlar  hesaba  alınmalıdır.  Əvvəllər  aparılmış 
immunizasiyaya  qarşı  reaksiya,  yanaşı  gedən  xəstəliklər,  dərman  preparatları  və 
qida məhsullarına qarşı allergiyanın olması və s. nəzərə alınmalıdır. 
118 
downloaded from KitabYurdu.org


Kənd  yerlərində  yaşayan  və  xroniki  xəstəlikləri,  allergik  vəziyyətləri  olan 
uşaqlar  peyvənddən  əvvəl  mütləq  şəkildə  həkim  tərəfindən  müayinə  olunmalıdır. 
Peyvənd  günü  hər  bir  uşaq  vizual  yoxlanılmaqla  yanaşı  termometriyadan 
keçməlidir. Qeyri-normal reaksiyaların qarşısını almaq üçün şərti (nisbi) əksgöstərişi 
olanlar  müvafiq  mütəxəssislərin  tərtib  etdiyi  sxemə  uyğun  fərdi  qaydada  peyvənd 
olunmalıdırlar. 
Kəskin  xəstəlik  keçirmiş  şəxslər  tam  klı'niki  sağalmadan  1  ay  sonra, 
meninqokokk  infeksiyası  keçirmiş  şəxslər  isə  uyğun  olaraq  6  və  12  aydan  tez 
olmayaraq peyvənd edilə bilərlər. Bir infeksiyaya qarşı peyvənd olunmuş şəxs digər 
infeksiyaya  qarşı  yalnız  2  ay  keçdikdən  sonra  peyvənd  edilə  bilər.  Mənfi 
immunoloji sınağa (Mantu) malik uşaqlar yalnız sınaq qoyulduqdan sonra peyvəndə 
cəlb  edilə  bilər.  Sınağın  nəticələri  müsbət  olduqda  onlar  müvafiq  mütəxəssisin 
məsləhətinə göndərilir. Peyvəndlomənin gedişində və alətlərin hazırlıq mərhələsində 
aseptika qaydaları ciddi gözlənilməlidir. Hər bir peyvənd ediləcək şəxs üçün ayrıca 
şpris və ucluq istifadə edilməlidir. Hər şprisə yalnız bir peyvənd dozası yığılmalıdır. 
Peyvənd  otağında  təxirəsalınmaz  tibbi  yardım  göstərmək  üçün  lazımı 
dərmanlar olmalı, bioloji preparatların saxlanılması üçün şərait yaradılmalıdır. 
Preparat  yeridilməzdən  əvvəl  tibb  işçisi  preparata  dair  təlimatla  yaxından 
tanış  olmalı,  ampulanı  açmazdan  əvvəl  üzərindəki  etiketin  təyinata  uyğunluğunu 
yoxlamalıdır. Preparat yeridildikdən sonra uşağın adı, soyadı, təvəllüdü, preparatın 
adı,  seriyası,  nəzarət  nömrəsi,  peyvəndin  edilmə  vaxtı  göstərilməklə  qeydiyyat 
aparılmalıdır. 
Peyvəndlərin yerinə yetirilməsinə ancaq  praktik sağlam və müvafiq hazırlıq 
keçmiş tibb işçiləri buraxıla bilər. Kəskin respirator xəstəlik, qrip, anginalı şəxslər, 
əlində  yüngül  travma  və  ya  cızıq  olan,  dəri  və  selikli  qişalarda  lokalizasiyasından 
asılı  olmayaraq  irinli  zədələnmələr  olan  şəxslər  peyvəndin  yerinə  yetirilməsində 
iştirak  edə  bilməzlər.  Peyvənd  etməzdən  əvvəl  tibbi  heyət  əlini  sabunla  yumalı, 
barmaqlarının uclarını spirtlə silməli və yodla işləməlidirlər. 
Bakterial  və  virus  preparatları  təlimatda  göstərilən  şəraitə  uyğun 
saxlanılmalıdır.  Diri  vaksinlərin  saxlanılmasına  xüsusi  diqqət  yetirilməlidir. 
Gigiyena  və  Epidemiologiya  Mərkəzlərində  direktorun  əmri  ilə  peyvənd 
preparatlarının saxlanılmasına, daşınmasına 
119 
downloaded from KitabYurdu.org


cavabdeh  tibb  işçisi  (epidemioloq  və  ya  həkim  köməkçisi)  ayrılır.  Peyvənd 
materialının daxil olması xüsusi jurnallarda qeydə alınır. 
Profilaktik peyvəndlərin qeydiyyatı 
Uşaqlarda  profilaktik  peyvəndlərin  qeydiyyat  olunduğu  əsas  sənəd  uşağın 
inkişaf  tarixi  və  profilaktik  peyvənd  kartı  sayılır.  Şəhər  uşaq  poliklinikalarının 
peyvənd kabinetlərinin xidmət ərazisində yaşayan bütün uşaqlar üçün, o cümlədən 
14  yaş  da  daxil  olmaqla,  peyvənd  kartotckası  yaradılır.  Peyvəndlərin  qeydiyyatı 
kartası  hər  bir  həkim  sahəsi  prinsipinə  uyğun,  sahə  daxilində  isə  növbəti 
peyvəndləmə növbəsinə müvafiq düzülür. 
Kaıtotekaya baxan tibb bacısı aparılmış peyvəndlər barədə məlumatı uşağın 
inkişaf tarixinə və peyvənd kartasına köçürür. Burada dəri sınaqlarının nəticələri də 
qeyd olunur. 
Uşaq  müəssisələrində  aparılmış  peyvəndlərin  nəticələri  müvafiq  qeydiyyat 
jurnalında qeydə alınır. Həmin jurnallar ayda bir dəfə peyvənd kabinetlərinə təhvil 
verilir. 
 
120 
downloaded from KitabYurdu.org


Yüklə 16 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə