Dərslik Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12. 06. 2009-cu IL tarixli, 17 saylı kollegiya iclasının və



Yüklə 16 Kb.
Pdf görüntüsü
səhifə36/117
tarix10.11.2017
ölçüsü16 Kb.
#9525
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   117

YOLUXUCU XƏSTƏLİKLƏRİN 
İMMUNPROFİLAKTİKASI 
İmmunprofilaktika - yoluxucu xəstəliklərdən süni immunitetin yaradılması və 
ya  gücləndirilməsi  yolu  ilə  əhalinin  fərdi  və  kütləvi  müdafiə  metodur. 
İmmunprofilaktika  məqsədilə  profilaktik  peyvəndlər  aparılır,  yəni  yoluxucu 
xəstəliklərə  qarşı  spesifik  rezistenlik  yaratmaq  üçün  insan  orqanizminə  tibbi 
immunbioloji  preparatlar  yeridilir.  Tibbi  immunbioloji  preparatlara  vaksinlər, 
anatoksinlər, immunqlobulinlər və digər dərman vasitələri aiddir ki, bunlar yoluxucu 
xəstəliklərə qarşı spesifik qeyri-həssaslığın yaradılması üçün nəzərdə tutulmuşdur. 
İmmunprofilaktika  profilaktik  peyvəndlərin  Milli  təqviminə  əsasən  həyata 
keçirilir.  Bu,  normativ  hüquqi  sənəd  olub  vətəndaşlara  proflaktik  peyvəndlərin 
yeridilməsi  müddətini  və  ardıcıllığını  təyin  edir.  Hazırda  profilaktik  peyvəndlərin 
sertifikatı  -  yəni  vətəndaşa  edilən  profilaktik  peyvəndlərin  qeyd  olunduğu  sənəd 
tərtib olunmuşdur. 
İmmunprofilaktikanın aşağıdakı növləri vardır: 
1.
 
spesifik - konkret törədiciyə qarşı 
a)
 
aktiv - vaksinlərin yeridilməsi ilə immunitetin yaradılması; 
b)
 
passiv - zərdab preparatlarının, qamma-qlobulinlərin yeridilməsi yolu ilə 
immunitetin yaradılması; 
2.
 
qeyri-spesifik - ümumilikdə immun sitemin aktivləşdirilməsi. 
Aktiv imımınlaşdırma 
Vaksinlər. Onların tərkibində antigenlər vardır və süni immunitet yaradırlar. 
Antigenin alınmasından asılı olaraq vaksinlər bir neçə tipə bölünürlər: 
1.  diri  -  təbiətdə  mövcud  olan  attenuasiya  edimiş  (zəiflədilmiş)  ştamlardan 
alınırlar.  Bunlara  təbii  çiçək,  poliomielit,  tulyaremiya  vaksinlori  aiddir.  Vaksinlər 
seleksiya yolu ilə ahna bilərlər (BÇJ, qrip). Onlar orqanizmdə çoxalmaqla vaksinal 
proses  törədə  bilir  və  bununla  da  qeyri-həssaslıq  formalaşır.  Belə  ştamlarda 
virulentliyin  itməsi  genetik  kodlaşdırıLmışdır,  lakin  immundefisiti  olan  şəxslərdə 
ciddi problemlər yarana bilər. 
109 
downloaded from KitabYurdu.org


2.
 
öldürülmüş  -  yüksəkvirulent  ştamlardan  hazırlanırlar,  onları  fiziki 
(temperatur,  radiasiya,  ultrabənövşəyi  işıq)  və  ya  kimyəvi  (spirt,  formaldehid) 
metodlarla  öldürürlər.  Belə  vaksinlər  reaktogendirlər,  az  tətbiq  olunurlar 
(göyöskürək, quduzluq, hcrpes, qrip, leptospiroz, vəba, A hepatitinə qarşı). 
3.
 
kimyəvi  -  bakteriyaların  kimyəvi  yolla  ayırd  edilmiş  antigen-  lərindən 
hazırlanır (qarın yatalağı, vəba, meninqokok). 
4.
 
anatoksinlər  -  bakteriyaların  ekzotoksinlərindən  ibarət  olub  bir  ay 
ərzində  tcrmostatda  ö,3-0,4%  foımalinlə  zərərsizləşdirilirlər.  Belə  işlənmə 
nəticəsində toksik xüsusiyyətlər itir, immunogen xassələr qalır. 
5.
 
assosiasiya olunmuş - bir neçə komponentdən ibarət vaksin- lərdir (AGDT). 
6.
 
sintetik 

mikroorqanizmlərin  süni  yaradılmış  antigen  deter- 
minantlarıdır. 
7.
 
vektor  (rekombinant)  -  gen  mühəndisliyi  nəticəsində  əldə  olunmuşdur. 
Onun  mahiyyəti:  protektiv  antigenlorə  cavabdeh  olan  virulent  mikrooraqnizmin 
genləri  hər  hansı  zərərsiz  mikroorqanizmin  genomuna  yeridilir  ki,  o,  yetişdirmə 
zamanı müvafiq antigenləri hasil edir və toplayır (B hepatiti). 
Vaksinlərin  yeridilməsindən  sonra  yaranan  immunitet  post-  vaksinal 
immunitet  adlanır.  Onun  inkişafına  bir  sıra  amillər  təsir  göstərir.  Onlar 
aşağdakılardan  asılıdır:  vaksinin  özündən  (preparatın  təmizliyindən,  antigenlərin 
yaşama müddətindən, dozasından, protektiv antigenlərin olmasından; yeridilmənin 
təkrar-  lığından),  makroorqanizmdən  (fərdi  immun  reaktivliyin  vəziyyəti;  yaş; 
immundefisitin  olması,  ümumilikdə  orqanizmin  vəziyyəti),  ətraf  mühitdən 
(qidalanma; məişət və əmək şəraiti; iqlim, mühitin fiziki-kimyəvi amilləri). 
110 
downloaded from KitabYurdu.org


VAKSİNLƏRİN SƏCİYYƏLƏR! 
Vak sinlərin tipləri 
Diri 
Viru lentliyi zəiflədilmiş və ya tamamih itmiş mikroorqanizmlər i vaksin 
ştammlarij 
brüselyoz, qrip, san qızdırma, qızılca, məxmərək. Kü-qızdırma 
sı.  təbü  çiçək,  epidemik  parotit,  poliomielit,  qara  yara,  səpkili 
yatalaq, vərəm, tııly aremiya. taun xəstəliklərinə qarşı. 
İn aktivasiy a edilmiş (öldürülmüş, korpuskulyar) 
Kimyəvi (fenol, formalın, spirt və s.j və ya fiziki (qızdırmaqla, ultrabənövşəyi 
şüalanma/ üsullarla inaktivləşdiribniş mikroorqanizmlər 
quduzluq,  qaxın  yatalağı,  A  hepatiti,  herpes,  qrip.  gənə 
ensefaliti,  göy  öskürək,  leptospiroz,  vəba,  yapon  ensefaliti 
xəstəliklərinə qarşı 
 
 
 
Kimyəvi (molekulyar) 
Fiziki-kimyəvi və ya bımıunkimyəvi metodların köməyi ilə əldə olunmuş 
m ikroo rqan izmlərin pro tektiv a n ti gen ləri 
qann  yatalağı,  b  in  seksiyan  m  hemofil  tipi,  meninqokokk  və 
pnevmokokk 
infeksiyalanna, 
səpkili 
yatalaq, 
vəba 
xəstəliklərinə qarşı 
Anatokskılər 
M,ikroorqanizmlərin 
zərərsizləşdirilmiş 
toksinhri 
botulizm, qazlı qanqrena, difteriya, 
infeksiyası,  tetanus  xəstəliklərinə 
qarşı 
göy-yaşıl və stafılokokk 
Rekombfaıant 
Gen-mühəndisliyi texnologiyasının vasitəsih əldə 
olunmuş 
Bhepatitinə qarşı 
Perspektiv vak sinlər 
-
 
sintetik 
peptidlər 
_ DNT-
vaksinlər 
  antidiotipik 
-bitki 
-
 
mukozol 
Histamintərkibli genlərin məhsullarmdanibarət vaksinlər 
Vaksinoprofilaktika  planlı  və  epidemik  göstərişlərə  əsasən  aparılır.  Müasir 
dövrdə  bir  çox  geniş  yayılmış  yoluxucu  xəstəliklərə  qarşı  profilaktik  vaksinlər 
yaradılmışdır, lakin onların heç də hamısı planlı peyvəndlər siyahısına daxil deyildir. 
Vaksinprofılaktikanın növləri: 
1.  Planlı  peyvəndlər  -  təsdiq  edilmiş  peyvənd  təqviminə  əsasən  aparılır 
(cədvəl). 
111 
downloaded from KitabYurdu.org


Yüklə 16 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə