Dərslik Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12. 06. 2009-cu IL tarixli, 17 saylı kollegiya iclasının və



Yüklə 16 Kb.
Pdf görüntüsü
səhifə35/117
tarix10.11.2017
ölçüsü16 Kb.
#9525
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   117

Bu  tədbirlərə  bədənin  müntəzəm  yuyulması  və  gigiyenası,  mənzilin  təmizliyinə 
riayət  edilməsi,  qida  məhsullarının  və  tullantıların  düzgün  saxlanması, 
pəncərələrin  və  qapıların  torla  tutulması,  ərazinin  zibildən  təmizlənməsi  daxildir. 
Qırıcilıq  tədbirlərinə  keçiricilərin  bütün  inkişaf  mərhələlərində  məhv  edilməsi 
daxildir.  Bu  məqsədlə  mexaniki,  fiziki,  bioloji  və  kimyəvi  üsullardan  istifadə 
edilir. 
Mexaniki  üsula  qoruyucu  kostyumlar,  milçəktutanlar,  yapışqan  kağız, 
keçiricilərin  tutulması  aiddir.  Fiziki  vasitələrə  quru  isti  hava,  su  buxarı,  ağların 
qaynadılması  daxildir.  Bioloji  metod  əsas  etibarilə  kənd  təsərrüfatı 
zərərvericilərinin məhv edilməsi üçün işlədilir. Bioloji agentlərə buğumayaqlıların 
xəstəliklərinin  spesifik  törədiciləri  bakteriyalar,  viruslar,  göbələklər,  ibtidailər, 
hclminllər,  yırtıcılar  -  cntomofaqlar,  həmçinin  yuvenil  hormonlar,  genetik 
metodlar və s. aiddir. 
Dezinseksiyanın  kimyəvi  metodu  müxtəlif  kimyəvi  vasitələrin  - 
insektisidlərin  işlədilməsinə  əsaslanmışdır.  Həşəratların  orqanizminə  daxil  olma 
yolundan  asılı  olaraq,  bağırsaq,  tənəffüs  yolu  (fumi-  qantlar)  və  təmas  (bədən 
örtükləri  vasitəsilə)  inscktisidlori  ayııd  edilir.  Bağırsaq  zəhərləri  tarakanların, 
milçəklərin,  qarışqaların  öldürülməsi  üçün  istifadə  edilir.  Çox  vaxt  bağırsaq 
zəhərləri qismində natrium fiüor, bor turşusu, bura, butadion işlədilir. 
Fumiqantlar  içərisində  (qazşəkilli  maddələr  və  ya  asanlıqla  buxarlanan 
mayelər) etilen oksidi, xlorlu metil, dixloretan tətbiq olunur. Preparatlar insan üçün 
toksikidir, ona görə də, onlarla işlədikdə təhlükəsizlik tədbirlərinə əməl etməli və 
zərərsizləşdirilən obyektlərdə hermetik şərait yaradılmalıdır. Dezinseksiyanın qaz 
üsulu əsas etibarilə anbarlarda, dəmiryolu və su nəqliyyatında vaqon və gəmilərin 
zərərəsizləşdirilməsi məqsədilə işlədilir. 
Təmas  zəhərləri  fosfoı-üzvi  birləşmələr,  xlorlu  kaı  bohidratlarla  təmsil 
edilir.  Fosfor-üzvi  birləşmələr  arasında  dixlofos,  karbofos,  bayteks,  metilasetofos 
və  dibrom  geniş  tətbiq  olunur.  Bu  preparatlar  təmas,  bağırsaq  zəhərləri  və 
fumiqant sayılırlar. 
Xlorlu  karbohidratlar  geniş  insektisid  təsirə  malikdirlər,  istiqanlı 
heyvanların,  insanların  toxumalarında,  bitki  mənşəli  məhsullarda  toplanır  və 
saxlanırlar.  Bununla  əlaqədar  olaraq,  onlar  nadir  hallarda  epidemik  göstərişə 
əsasən  tətbiq  edilirlər.  Əvvəllər  DDT  (dixlordifeniltrixloretan),  heksaxlorheksaıı, 
heksaxloran,  lindan  dust,  pasta,  emulsiya,  sabun  şəklində  kənd  təsərrüfatı 
zərərvericiləri, 
106 
downloaded from KitabYurdu.org


törədicilərin  keçiriciləri  və  məişət  parazitləri  ilə  mübarizədə  geniş  işlədilirdi. 
Hazırda  ekoloji  təhlükəsi  ilə  əlaqədar  xlorlu  karbohid-  rallar  istehsaldan  çıxarılmış 
və tətbiqi qadağan olunmuşdur. 
Bitki  insektisidləri  müxtəlif  həşəratlarla  mübarizədə  işlədilir.  Onların 
arasında pirctrum (milçək, ağcaqanadlar, tarakanlar, taxta- biti, birələrə toksik təsir 
göstərir),  ftisid  (uçan  və  sürünən  həşəratların  öldürülməsində  işlədilir),  piretroidlər 
(sintetik preparatlar, piret- rinlərin təbii analoqları) geniş yayılmışdır. 
Yuxarıda 
sadalanlardan 
başqa, 
dezinsekiyada 
kerosin 
(doymuş 
kaıbohidratların  qarışığı)  insektisidlərin  həlledicisi  kimi,  skipidar  (şam  ağacının 
qatranlı şirəsinin emalının məhsulu) sabun və kerosin qarışığı ilə birlikdə taxtabiti, 
birə və bitlərin ölüdürülməsi üçün tətbiq edilir. 
Dezinfeksiya kameraları. Dezinfeksiyanın və dezinscksiyanın kamera üsulu 
yoluxucu  xəstələrin  paltarlarının  (xəz  və  dəri  əşyalar  da  daxil  edilməklə)  və  yataq 
ləvazimatlarının  işlənməsi  üçün  istifadə  olunur.  Rayon  dezinfeksiya  stansiyalarının 
kamera  dezinfeksiya  şöbəsi,  yoluxucu  xəstəxanalar,  həmçinin  çoxprofilli 
xəstəxanalar və doğum evləri zavod üsulu ilə hazırlanmış dezinfeksiya kameraları ilə 
təchiz  edilmişdir.  Ocaqların  yekun  dezinfeksiyasında  yoluxucu  xəstələrin  əşyaları, 
bütün  stasionarlarda  evə  yazılan  xəstələrin  hamısının  yataq  ləvazimatları  kamera 
işlənməsinə məruz qalır. 
Buxar  kameralarında  zərərsizləşdirmə  0,5  atra.  təzyiqə  qədər  təzyiq  altında 
verilən  axar  buxarla  aparılır  ki,  bu  zaman  havanı  sıxışdırıb  çıxarmaq  üçün  bııxar 
yuxandan  verilir.  Buxar  kamerasının  iş  rejimi  törədicilərin  davamlılığından  və 
zərərsizləşdirilən  əşyaların  keyfiyyətindən  asılıdır:  azqiymətli  əşyalar,  yataq 
ləvazimatları, xammal təzyiq altında buxarla, paltarlar axar buxarla işlənə bilər, belə 
ki, yüksək təzyiqli buxarla işlədikdə məmulatlann davamlılığı pozulur. 
Bııxar-formalın  kameralarında  zərərsizləşdirmə  su  buxarı  və  foımalin 
buxarları  ilə  aparılır.  Su  buxarı  kameraya  aşağıdan  verilir,  nəticədə  buxar-hava 
qarışığı  əmələ  gəlir,  formalin  isə  yuxandan  püskürdülür.  Dezinfeksiya  başa 
çatdırıldıqdan sonra formalin naşatır spirti ilə neytrallaşdırdın Buxar-formalin üsulu 
yun, xəz, dəri məmulatlann, xalçaların, rezin ayaqqabıların və sintetik materialların 
işlənməsi üçün tətbiq edilir. 
107 
downloaded from KitabYurdu.org


İstı-hava kameraları (isti hava 80-110°C temperaturda, dəri və xəz paltarlar 
üçün  -  80°C-don  aşağı  olmaqla  verilir)  yanğın  təhlükəsi  olduğundan  əşyaların 
dezinseksiyasında məhdud şəkildə tətbiq edilir. 
Deratizasiya (rattus - ing. - «siçan») müxtəlif gəmiricilərlə, əsasən siçan və 
siçovullarla  mübarizədə  aparılan  tədbirlər  kompleksidir.  Deratizasiya  tədbirlərinə 
daxildir: obyektdə gəmiricilərin sayına nəzarət; gəmiricilərin miqrasiya yollarının 
öyrənilməsi;  xüsusi  təhlükəli  infeksiyaların  aşkar  edilməsinə  görə  müayinələrin 
aparılması  üçün  gəmiricilərin  tutulması;  qıncılıq  tədbirləri.  Deratizasiyanın 
kimyəvi  metodu  geniş  tətbiq  olunur  -  bu  zaman  zəhərlərdən  -  rodenlisidlərdən 
istifadə  edilir.  Onlar  müxtəlif  məhsullarla  birgə  qida  zəhərləri  şəklində 
gəmiricilərin yuvalarına və cığırlarına, suya püskürtməklə və yuvaların, vaqonların 
və  gəmilərin  qaz  üsulu  ilə  işlənməsi  üçün  tətbiq  edilir.  Rodentisidlər  bağırsaq 
zəhərləri  və  fu-  miqantlar  kimi  təsir  göstərir.  Bağırsaq  zəhərləri  arasında 
zookumarin  istifadə  olunur,  onunla  buğdanı  işləyir,  yuvalara,  cığırlara,  suyun 
səthinə  püskürdürlər,  sink  fosjidi  cəlbedici  yemlər  şəklində  müxtəlif  qida 
məhsullarının tərkibində (tərkibinə 3-5% preparat qatılmış əl və balıq farşı, kartof 
püresi,  buğda  çörəyi)  və  ya  onunla  su  və  gəmiricilərin  yuvalarının  girişi  işlənir, 
difenasin  cəlbedici  yem  şəklində  tərkibində,  çörək  qinntılan,  yarma,  un  müxtəlif 
qida məhsullarına qatılmaqla işlədilir. 
Fumiqantlar  arasında  kükürd  anhidridi  (metal  balonlaıda  buraxılır  və 
gəmiricilərin  yuvalarının  və  tikililərin  qaz  üsulu  ilə  işlənməsində  tətbiq  olunur), 
xlorpikrin  (preparat gəmiricilərin yuvalarına tamponlarda, qumla, taxta kəpəyinin 
vasitəsilə  daxil  edilir  və  yuvanın  ağzı  bağlanır),  metilbromid  (gəmilərin  və 
təyyarələrin  qaz  üsulu  ilə  işlənməsində  tətbiq  olunur)  geniş  işlədilir.  Fumiqantlar 
arasında sinil turşusunun preparatları siklon B və D ən güclü preparatlardır, lakin 
insan  üçün  olduqca  toksikidir,  ona  görə  də  gözyaşardıcı  siqnalizatorlarla 
qarışdıraraq buraxılır. 
Gəmiricilərlə  mübarizədə  bioloji  metod,  məsələn,  qida  cəlbedici  yemlərdə 
salmonellaların bakterial kulturalarının tətbiqi nadir hallarda işlədilir. 
108 
downloaded from KitabYurdu.org


Yüklə 16 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə