Dərslik Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12. 06. 2009-cu IL tarixli, 17 saylı kollegiya iclasının və



Yüklə 16 Kb.
Pdf görüntüsü
səhifə38/117
tarix10.11.2017
ölçüsü16 Kb.
#9525
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   117

Passiv  immunlaşdırma.  Vaksinlərlə  aparılan  aktiv  immunlaşdır-  ma  ilə 
yanaşı,  passiv  immunizasiyanı  təmin  edən  immun  zərdablar  və  immunqlobulinlər 
işlədilir. Onların  nəticəsində  yaranmış  immunitet  bir  neçə  gündən  4-6  həftəyə  qədər 
saxlanır. 
Hazırlanma  üsulundan  asılı  olaraq  homoloji  (insan  zərdabından  alınır)  və 
heteroloji  (hiperimmunlaşdırılmış  heyvanların  qanından)  preparatlar  ayırd  edilir. 
Birincilər tam dozada birdəfəyo, ikincilər - Bezrcdko metodu üzrə yeridilir. 
Təsir  istiqamətinə  görə  antitoksik,  antivirus  və  antibaktcrial  preparatlar  ayırd 
edilir. 
Heteroloji antitoksik preparatlara aiddir: 
® Tetanus əleyhinə antitoksik zərdab
o Qazlı qanqrena əleyhinə polivalent zərdab

 
Botulizm əleyhinə monovalent (A, B, C, E, F) zərdablar; 
© Difteriya əleyhinə zərdablar. 
Heteroloji virusəleyhinə preparatlara aiddir: 
® Quduzluqəlcyhinə immunqlobulin; 
© Gənə ensefalitinə qarşı immunqlobulin. 
Homoloji  preparatlar  donor  vcnoz,  cift  qanından,  düşüklər  (abort)  zamanı 
alınmış ciftin ekstrakllarından və qandan hazırlanır. Buraya aiddir: 
®  Normal  insan  immunqlobulini  (tərkibində  10%  zülal  olub  1000  nəfərdən  çox 
insanın  qanından  alınır).  Perparat  qızılca,  A  hcpatiti,  göyöskürək,  hipo-  və 
aqammaqlobulincmiya zamanı işlədilir. 

 
Qripəleyhinə  immunqlobulin.  Həm  profilaktiki,  həm  də  müalicə  məqsədilə 
işlədilir.  Müalicə  üçün  preparat  əzələ  daxili  xəstəliyin  erkən  mərhələlərində 
yeridilir; 

 
Slafilokokkəleyhinə  immunqlobulin  stafilokokk  infcksiyasının  müxtəlif 
formaları ilə xəstələrdə tətbiq edilir

 
Tetanusəlyehinə  insan  immunqlobulini  peyvənd  edilməmiş  uşaqlarda 
tetanusun  passiv  təcili  profilaktikası  və  böyüklərdə  müalicəsi  məqsədilə 
işlədilir; 

 
Gənə ensefalitinə qarşı insan immunqlobulini xəstəliyin təcili profilaktikası və 
müalicəsində tətbiq olunur. 
Spesifik  təsirlə  yanaşı,  immunqlobulinlər  qeyri-spesifik  xüsusiyyətə  də 
malikdir. İmmunqlobulinlərin müalicəvi effekti allergik 
115 
downloaded from KitabYurdu.org


aktivliklə  təzahür  edir,  belə  ki,  onlar  hüceyrələrin  və  toxumaların  alleıgenlərlə 
sensibilizasiyasına mane olurlar. 
Seıoprofilaklika,  yəni  zərdabların  və  imraunqlobulinləıin  yeridilməsi  qısa 
müddət  ərzində  passiv  immunitet  yaradır.  Zərdabların  venadaxili  yeridilməsi 
zamanı  immunitet  inyeksiyadan  dərhal  sonra  yaranır,  əzələdaxili  və  dərialtı 
yeridilmə  zamanı  anticisimlərin  maksimal  miqdan  12-24  saat  sonra  əmələ  gəlir. 
Scıoprofilaktikanın  çatışmayan  cəhəti  -  immunitetin  qısamüddətli  olmasıdır. 
Heteroloji zərdabın yeridilməsindən sonra immunitet 1-2 həftə, homoloji - 4-6 həftə 
saxlanır. 
Baktcriofaqlar. Bakteriofaqlar mikrobların hüceyrədaxili para- zitləri sayılır 
və bir sıra infeksiyaların müalicə və profilaktikasında əlavə vasitə kimi tətbiq edilir. 
Onlar  insan  orqanizmində  bir  neçə  gün  ərzində  saxlanaraq  patogen  mikıobları 
dağıdırlar.  Bakteriofaqlar  orqanizm  tərəfindən  reaksiyalar  törətmir,  ona  görə 
tətbiqinə  dair  əks-  göstərişlər  yoxdur.  Daxilə  qəbul  olunmuş  bakteriofaq  3-5  gün 
ərzində təsirini saxlayır. 
Bağırsaq  infeksiyaları  qrupu  bakteriofaqlanna  qarın  yatalağı,  salmonelyoz, 
koli-protey  baktcriofaqları  aiddir.  Qarın  yatalağı  bakteriofaqlanna  müxtəlif 
faqotipləro  münasibətdə  aktiv  olan  faqların  qarışığı  aiddir  -  o,  bu  xəstəliklərin 
ocağında profilaktika zamanı tətbiq edilir. Salmonelyoz baktcriofaqı salmonellaların 
bir  neçə  scrovarlarının  faqolizatlarının  qarşığıdır,  xəstələrin  müalicəsi, 
törədicigəzdirənlərin  sanasiyası  məqsədilə  və  ocaqda  epidemik  göstərişə  əsasən 
istifadə olunur. Koli-protey bakteriofaq enlero- patogen bağırsaq çöpləri və protey 
qrupuna münasibətdə aktiv olan faqların qanşığıdır, kaskin bağırsaq infeksiyaları və 
disbaktcıiozlarla xəstələrin müalicəsində işlədilir. 
Yara  bakteriofaqlaıı  qrupuna  stafilokokk,  streptokokk,  koli,  protey 
bakteriofaqlaıı  daxildir.  Yara  bakteriofaqlaıı  duru şəkildə tətbiq  edilir. Stafilokokk 
bakteriofaqı  müxtəlif  mənşəli  stafilokok-  klara  münasibətdə  aktivdir;  stafilokokk 
infeksiyasınm  profilaktikası  və  müalicəsində  işlədilir.  Streptokokk  bakteriofaqı  bu 
infeksiyaların  müalicəsində,  o  cümlədən  angina,  skarlatina  zamanı  tətbiq  edilir. 
Protey  bakteriofaqı  geniş  yayılmış  protey  növlərinə  qarşı  aktivdir  və  onların 
profilaktika və müalicəsində işlədilir. 
116 
downloaded from KitabYurdu.org


Peyvond işinin təşkili 
Spesifik  peyvəndlər  profilaktik  və  əksepidemik  tədbirlər  kompleksində 
mühüm  rola  malik  olub,  müxtəlif  infcksiyalarla  mübarizədə  eyni  əhəmiyyət 
daşımır.  Hava-damcı  yoluxma  mexanizmi  ilə  yayılan  infeksiyalarda  (diftcriya, 
qızılca,  göyöskürək,  vərəm  və  s.)  profilaktik  peyvəndlər  həlledici  rol  oynadığı 
halda,  bağırsaq  infeksiyalarında  (qarın  yatalağı,  dizenteriya  və  s.)  yardunçı 
əhəmiyyət kəsb edir. 
Respublikada  əhalinin  profilaktik  peyvəndlənməsinə  rəhbərlik  və  nəzarət 
Səhiyyə  Nazirliyinin  baş  sanitar-epidemioloji  sektoru  tərəfindən  həyata  keçirilir. 
Profilaktik peyvəndlərin icrası Səhiyyə Nazirliyinin müvafiq əmr və təlimatları ilə 
tənzimlənir.  Peyvəndlərin  aparılmasının  təşkili  və  ona  cavabdehlik  yerli  səhiyyə 
təşkilatlarının üzərinə düşür. 
Bütün  profilaktik  peyvəndlər  yalnız  müalicə-profilaktika  müəssisələrində 
yerinə  yetirilməlidir.  Peyvəndlərin  evdə  aparılması  qəti  qadağandır.  Tibb  işçiləri 
olmayan  kiçik  yaşayış  məntəqələrində  peyvəndlər  adətən  həkim  və  orta  tibb 
işçilərindən  ibarət  briqada  tərəfindən  yerinə  yetirilir.  Bu  halda  peyvəndlər 
müvəqqəti təşkil edilmiş peyvənd məntəqələrində icra olunur. 
Peyvənd  otağı  təmiz  olmalı,  aseptika,  antiseptika  qaydalarına  ciddi  riayət 
olunmalıdır. Alətlər üçün nəzərdə tutulan stol, həmçinin döşəmə sabunlu isti su ilə 
yuyulmalı  və  ya  dezinfeksiyaedici  məhlulla  (0,2%  xloramin  və  ya  2%  lizol) 
silinməlidir. Stolun üzərinə steril örtük çəkilməlidir. 
Əhali  peyvənd  ediləcək  gün  və  yer  barədə  əvvəlcədən  xəbərdarlıq 
edilməlidir.  Şəhər  əhalisinə  profilaktik  peyvəndlər  peyvəndin  növündən  və  əhali 
qrupundan  asılı  olaraq,  ümumi  və  ya  xüsusi  tibb  şəbəkəsinin  mütəxəssisləri 
tərəfindən  aparılır.  Poliklinikalarda  peyvəndlərin  təşkili  və  icrası  infeksion 
xəstəliklər  kabineti  tərəfindən  həyata  keçirilir.  Tibbi  sanitar  hissələrə  malik 
müəssisələrdə  peyvənd-  ləmə  Gigiyena,  Epidemiologiya  Mərkəzinin  (GEM) 
göstərişi və nəzarəti altında tibb işçiləri tərəfindən icra edilir. 
Şəhərdə  uşaqların  profilaktik  peyvəndlonməsi  müstəqil  və  ya  uşaq 
poliklinikalarının  tərkibində  olan  peyvənd  otaqlarında  yerinə  yetirilir.  Uşaq  və 
məktəbəqədər  müəssisələr,  internatlara  gedən  uşaqlar  həmin  müəssisələrin  tibb 
işçiləri  tərəfindən  peyvənd  olunurlar.  Profilaktik  peyvəndlomənin  günü  barədə 
valideynlər əvvəlcədən 
117 
downloaded from KitabYurdu.org


Yüklə 16 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə