Dərslik Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12. 06. 2009-cu IL tarixli, 17 saylı kollegiya iclasının və



Yüklə 16 Kb.
Pdf görüntüsü
səhifə46/117
tarix10.11.2017
ölçüsü16 Kb.
#9525
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   ...   117

«Sandra» 
Homeopatik həb şəklində dilaltına qoyulan preparat. 1-6 
yaşlı uşaqlar üçün hər dəfə 1 həb (0,25) olmaqla gündə 4 
dəfə. Müalicə kursu 5-6 gündür. 
Fitopreparat- lar: 
«Elektc- ıokokk» 
Cövhər uşağın hər yaşma 1-2 damcı olmaqla gündə 2 dəfə, 
böyüklərə isə 25-40 damcı gündə 2 dəfə 14 gün müddətində 
təyin edilir. 
«Exinascya» 
Cövhər hər dəfə 10-20 damcı olmaqla gündə 2 dəfə 14 gün 
müddətində təyin edilir. 
Əksepidemik  tədbirlərin  istiqaməti  və  məzmunu.  Yüngül  formalarda 
xəstələr  evdə  izolyasiya  olunur.  Xəstənin  erkən  izolyasiyası  -  kollektivdə  qripin 
yaylılmasının qarşısının alınmasına yönəldilmiş mühüm tədbirlərdən biridir. Ağır və 
orta-ağır  formalarda  isə  hos-  pitallaşdınlırlar.  Yüksək  xəstələnmə  qeyd  olunduqda 
müalicə müəssisələrinə karantin qoyulur. Epidemik ocaqda yaş üsulla yığışdırma ilə 
yanaşı,  xəstənin  şəxsi  əşyaları,  yataq  ləvazimatı  və  s.  xlorlu  preparatlarla 
zərərsizləşdirilir. 
DİFTERİYA 
Difteriya (yunanca «diphtera» - ərp, qaysaq, pərdə) kəskin respirator infeksion 
xəstəlik  olub  ümumi  intoksikasiya,  burun,  əsnək,  qırtlaq  və  badamcıqların  fibrinoz 
iltihabı ilə xarakterizə olunur. 
Tarixi  məlumat.  Difteriya  çox  qədim  zamanlardan  məlumdur.  Hələ 
Hippokratın,  Qalenin,  Homerin  işlərində  xəstəlik  haqqında  məlumatlar  verilmişdir. 
İlk dəfə «Suriya yarası» adı ilə bu xəstəliyin klinikasını bizim eranın I əsrində suriya 
həkimi və tarixçisi Arrctey Kappadogiyski təsvir etmiş  və bir çox əsrlər ərzində bu 
xəstəlik  «Suriya»  yarası  adını  almışdır.  Bununla  yanaşı,  o,  Misir  xəstəliyi,  qııtlağın 
taun xəstəliyi kimi də tanınır. 
XVII-XVIII  əsrlərdə  difteriyanın  epidemiyaları  Qərbi  Avropanı  əhatə  etmiş, 
oradan  Rusiyaya  keçmişdir.  XVII  əsrdə  xəstəlik  «ga-  ı*atillo»  -  «cəllad  halqası» 
(ölüm  boğulma  nəticəsində  baş  verdiyi  üçün)  adını  almışdır.  XVIII  əsrdə  qırtlağın 
difteriyasını  inağ  (kıup)  adlandırırdılar.  Şimali  Amerikada  difteriya  haqqında  ilk 
məlumatlar XVIII əsrə təsadüf edir. XIX əsrdə difteriya xəstiliyiııin öyrənilməsində 
böyük müvəffəqiyyətlər əldə edilmişdir. 
139 
downloaded from KitabYurdu.org


1826-cı  ildə  Bretanno  xəstəliyin  klinikasını  təsvir  etmiş  və  ona  difterit  adını 
vermişdir. 1846-cı ildə Trusso bu termini dəyişdirərək «difteriya» ilə əvəz etmişdir. 
1883-cü  ildə  KJebs  xəstənin  əsnəyindən  götürülmüş  materialda  törədieini  kəşf 
etmişdir,  bir  il  sonra  1884-eü  ildə  Leffler  selektiv  mühitdə  törədieinin  təmiz 
kulturasını  almışdır.  Alimin  şərəfinə  olaraq,  difteriya  törədiciləri  Leffler  çöpləri 
adlandırılmışdır.  P.Ru  və  lersen  1888-ci  ildə  spesifik  toksin  almış  və  diftcriyanın 
inkişafında  mikıorqanizmin  etioloji  rolunu  bir  daha  təsdiq  etmişlər.  1890-cı  ildə 
xəstənin  qanında  antitoksin  aşkar  olunmuşdur,  1892-ci  ildə  isə  E.Beıinq  antitoksik 
zərdab  almışlar.  Bundan  sonra  difteriyanın  spesifik  müalicəsi  mümkün  olmuşdur. 
Zərdab terapiyasından əvvəl letallıq 50%-dən (daha çox 1-3 yaşlı uşaqlarda) yüksək 
idisə, bu terapiyanın aparılmasından sonra letallıq 5-10%-ə qədər enmişdir. 
1923-cü  ildə  Ramon  özünün  yeni  profilaktika  üsulunu  -  anatok-  sinlə 
immunizasiyanı təklif etdi. 30-cu illərdə işlənib hazırlanmış və 40- cı illərdə difteriya 
anatoksini  ilə  həyata  keçirilən  geniş  miqyaslı  immunizasiya  Avropanın  bir  çox 
ölkələrində 70-ci illərin əvvəlində diftcriyanın climinasiyasına səbəb oldu. Bu zaman 
difteriya  qeydə  alınan  ölkələrin  sayı  1989-cu  ildə  31%  təşkil  edirdi.  Lakin  1990-cı 
ildən,  demək  olar  ki,  ləğv  olunmuş  xəstəlik  sayılan  difteriya  yenidən  dirçəlməyə 
başladı. Xəstəliyin səviyyəsi artmağa və xəstəlik yayılmağa başladı. Hazırda xəstəliyə 
qarşı  planlı  peyvəndlərin  aparılmasına  baxmayaraq,  həm  respublikamızda,  həm  də 
digər ölkələrdə difteriya xəstəliyi ilə yüksək xəstələnmə hallan müşahidə edilir. 
Respublikada  1978-ci  ildən  1986-cı  ilə  qədər  xəstəliyin  manifest  formaları 
qeydə  alınmışdır.  Həmin  illərdə  törədicigəzdirmə  ocaqları  da  artmışdır.  Belə  ki, 
epidemik proses əsasən törədicigəzdironlərin hesabına saxlanırdı. 1987-ci ildən 1995-
ci  ilə  qədər  respublikada  difteriya  hadisələrinin  sayı  tədricən  artmağa  başlamışdı. 
Azərbaycanda  1995/1996-cı  ilərdə  YLTNİSEF-in  xətti  ilə  2  dəfə  peyvənd  turları 
keçirilmişdir.  Əhalinin  kütləvi  immunizasiyası  nəticəsində  hazırda  xəstəlik  yenə  də 
sporadik şəkildə qeydə alınır. 
Difteriya bütün dünyada geniş yayılmışdır. Xəstələnmənin səviyyəsi ayrı-ayrı 
ölkələrdə müxtəlif səbəblərə görə (sosial şərait, peyvənd işinin təşkili, iqlim, əhalinin 
sıxlığı,  coğrafi  vəziyyət)  müxtəlif  ola  bilər.  Sosial  fəlakətlər  (müharibə,  aclıq, 
əhalinin miqrasiyası) bir qayda olaraq bu xəstəliyin dəfələrlə artmasına səbəb olur. 
140 
downloaded from KitabYurdu.org


Etiologiyası.  Xəstəliyin  törədicisi  -  Corinobacterium  diphteriae  poliraorf, 
hərəkətsiz,  sporsuz,  qrara-müsbət,  orta  ölçülü  (uzunluğu  1-  8  mkm,  eni  -  0,3-0,8 
mkm), bir və ya hər iki ucları sancaqşəkilli çöplərdir. Ncyser üsulu ilə boyandıqda 
pıotoplazmada 2, bəzən daha çox tünd rəngə boyanmış volyutin dənəcikləri (Babeş-
Ernst dənəcikləri) görünür. Bunlar diaqnostı'k əhəmiyyət kəsb edirlər. 
1931-ci  ildə  korinebakteriyaların  bioloji  növünün  3  variantı  ayırd  edildi: 
gravis  -  ağır,  intermedius  -  aralıq,  milis  -  yüngül  variant.  Difleriya  çöplərinin  60 
serotipləri müəyyən olunmuşdur. Diftcriyanm epidemik yüksəliş dövründə gravis və 
intermedius variantlarının xüsusi çəkisinin artması ilə müşayiət edilir. 
Ekzotoksin əmələ gətirmək qabiliyyətinə görə difleriya çöpləri toksigen və at 
oksigen  ştamlara  bölünmüşlər.  Toksinin  yaranması  xüsusi  genlə  (tox-gen) 
tənzimlənir  və  onu  yalnız  lizogen  ştamlar  hasil  edirlər.  Daxil  olma  yerində 
çoxalaraq,  difteriya  çöpü  selikli  qişanın  birincili  zədələnməsinə  və  ya  dərinin 
iltihabi-nekrotik zədələnməsinə səbəb olur, həmçinin toksin hasil edir ki, o da qana 
keçir  və  əsas  etibarilə  ürək-damar  sistemini,  böyrəküstü  vəzləri,  periferik  sinir 
aparatını  zədələyir.  Difteriya  toksini  yüksək  təsirli  baklerial  zəhərlərə  aiddir.  Bu 
xüsusiyyətinə görə o, ancaq botulizra və tetanus toksinləıindən geri qalır. Difteriya 
zamanı baktericmiya müşahidə olunmur. 
Difteroidlər  (toksin)  olduqca  davamsızdır.  Oksidləşmə  zamanı,  işığın  təsiri 
altında, qızdırıldıqda çox asanlıqla parçalanırlar. 
Difteriya  bakteriyaları  isə  xarici  mühitdə  davamlıdırlar.  Difteriya  çöpü  0°-
dən  aşağı  temperaturda  həyat  qabiliyyətini  saxlayırlar.  Difteriya  çöpləri  yüksək 
dispersli aerozollu havada bir neçə saatdan 1-2 sutkaya qədər, qurumuş substratda 
(tozda) bir neçə həftə (5 həftə) saxlanırlar, suda və süddə - 6-20 gün, meyitdə - 20 
günə  qədər,  məişət  əşyaları  üzərində  2  həftə  ərzində  yaşaya  bilirlər. 
Dezinfektantların  təsiri  nəticəsində  1-3  dəqiqə,  temperaturun  təsiri  ilə  60°C-də  10 
dəqiqə ərzində məhv olurlar. 
Difteriya  xəstəliyində  infeksiya  mənbəyi  -  xəstə,  rekonvalcssent  və  sağlam 
törədici  gəzdirənlərdir.  Bu  infeksiya  mənbələrinin  epidemioloji  əhəmiyyəti  eyni 
deyildir.  Xəstələrdə  yüksək  virulentli  törədicilərin  çoxlu  miqdarda  ifraz  olunması 
müşahidə edilir. Ona görə onlar infeksiya mənbəyi kimi mühüm yer tuturlar. 
Xəstəliyin  atipik  formalarını  keçirən  şəxslər  də  infeksiya  mənbəyi  kimi 
böyük epidemioloji əhəmiyyət kəsb edirlər, çünki bu 
141 

downloaded from KitabYurdu.org


Yüklə 16 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə