Dərslik Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12. 06. 2009-cu IL tarixli, 17 saylı kollegiya iclasının və



Yüklə 16 Kb.
Pdf görüntüsü
səhifə49/117
tarix10.11.2017
ölçüsü16 Kb.
#9525
növüDərs
1   ...   45   46   47   48   49   50   51   52   ...   117

Xəstəliyin  4-cü  həftəsindən  sonra  xəstə  ətrafdakılar  üçün  az  təhlükəlidir,  6-cı 
həftəsindən sonra törədicinin ifrazı tamamilə kəsilir. 
Törədici  ifrazının  kəmiyyəti  və  müddəti  xəstəliyin  kliniki  gedişiylə 
əlaqədardır.  Yüngül  keçən  xəstəlikdə  onlar  azalmış  olur.  Antibiotiklərlə  müalicə 
orqanizmdən  göyöskürək  çöplərinin  ifrazı  müddətini  qısaldır.  Törədicigəzdirənlərin 
bu xəstəlikdə epidemioloji əhəmiyyəti az öyrənilmişdir. 
Yoluxma mexanizmi. Hava-damcı yoluxma mexanizmi göyöskürək xəstəliyi 
üçün səciyyəvidir. Göyöskürək çöpləri insan bədənindən kənarda qala bilmədiyindən 
xəstənin  bəlğəmi  ilə  bilavasitə  təmasda  olanlardan  yoluxma  çox  nadir  hallarda  baş 
verir. 
Epidemioloji  xüsusiyyətləri.  Göyöskürək  ən  çox  mülayim  və  soyuq  iqlimi 
olan  ölkələrdə  və  çox  vaxt  yaz-yay  aylarında  qeyd  edilir.  Xəstəlik  dövrülük 
xüsusiyyətinə malikdir, hər 2-3 ildən bir onunla xəstələnmələrin yüksəlişi qeyd edilir
buna  səbəb  yeni  doğulanların  hesabına  xəstəliyə  həssas  uşaqların  toplanmasıdır.  5 
yaşma  qədər  uşaqlar  daha  çox  göyöskürəklə  xəstələnirlər.  Böyüklərin  qeyri-
həssaslığı  onların  uşaq  vaxtı  bu  xəstəliyi  keçirmələri  nəticəsində  qazanılmış 
immunitetin  hesabınadır.  Xəstəlik  keçirməmiş  və  göy  öskürəyə  qarşı  peyvənd 
olunmamış  yaşlılar  da  uşaqlar  kimi  bu  xəstəliyə  həssasdırlar.  Göyöskürəkdə  əsasən 
ailəvi (ev) ocaqlar və ya uşaq müəssisələrində epidemik ocaqlar qeyd edilir. 
Uşaq müəssisələrində xəstəlik adətən ləng inkişaf edir: xəstədən bir neçə uşaq 
yoluxur,  sonra  yoluxma  zəncir  şəklində  (təxminən  hər  5-10  gündən  bir  2-3 
xəstələmnə) davam edir. Epidemiya əleyhinə lazımi tədbirlər həyata keçirilmədikdə 
alovlanma kollektivdə immunitet yaranana kimi bir neçə ay davam edə bilər. 
Müasir  göyöskürəklə  xəstələnmənin  səviyyəsinin  əvvəlki  illərə  nisbətən 
həddindən çox azalması (1959-cu ildə hər 100.000 əhaliyə göstərici 428.0 idisə 1966-
cı  ildə  50.0  olmuşdur),  xəstəlikdən  ölümün  ciddi  şəkildə  azalması,  yüngül  və  gizli 
formaların çoxalması, ümumi xəstələnmələr içərisində böyük yaşlı uşaqların artması 
ilə səciyyəvidir. Peyvənd böyük yaşlı uşaqlar arasında da (kiçik yaşlılara nisbətən az 
miqyasda) göy öskürəyin azalmasına səbəb olur. 
Profilaktika  və  mübarizə  tədbirləri.  Göyöskürək  xəstəliyi  ilə  mübarizədə 
müvəffəqiyyət  xəstəliyin  mümkün  qədər  tez  aşkarlanıb  təcrid  edilməsindən  çox 
asılıdır. Məlum olduğu kimi, göyöskürək xəstəliyində infeksiya mənbəyini xəstəliyin 
kataral  dövrünün  başlanğıcında  axtarmaq  lazımdır.  Göyöskürək  tutmaları 
başlanandan sonra törədicinin xarici 
148 
downloaded from KitabYurdu.org


mühitə  ifrazının  intensivliyi  və  beləliklə  də  xəstənin  infeksiya  mənbəyi  kimi 
təhlükəsi azalır. 
Bəzi  xəstələrdə  klassik  öskürək  tutmaları  ümumiyyətlə  qeyd  edilmir  və 
xəstəliyin  gedişi  adi  bronxiti  xatırladır.  Belə  xəstələr  xüsusilə  peyvənd 
olunmuşların  arasında  çox  təsadüf  edilir.  Nəhayət,  bəzi  xəstələrdə  öskürək 
ümumiyyətlə  olmaya  da  bilər.  Bunu  nəzərə  alıb  aydın  kliniki  əlamətlərlə  qeyd 
edilən  göy  öskürəklə  yanaşı,  xəstənin  ətrafında  (yaşadığı  yerdə,  uşaq 
müəssisəsində)  baş  verən  bronxit,  traxeit  və  yuxarı  tənəffüs  yollarının  digər 
xəstəlikləri  qeydə  alınır  və  onları  göyöskürək  çöplərini  tapmaq  üçün  bakterioloji 
müayinədən keçirirlər. Retrospektiv müayinə və uşaq müəssisələrində göyöskürək 
alovlanmalarının  dərindən  öyrənilməsində  seroloji  üsullardan  (aqqlutinasiya 
reaksiyası, komple- mentin birləşmə reaksiyası) istifadə edilir. 
Göyöskürəyin yüngül formaları evdə təcrid edilir. Ağır xəstələr, internatda, 
körpələr  evində  tərbiyə  alan  uşaqlar  və  mənzil-məişət  şəraiti  sanitar-gigiyenik 
baxımından  qeyri-kafı  olan  ailələrdə  yaşayan  uşaqlar  xəstəxanaya  təcrid  edilirlər, 
xəstələr  bakterioloji  müayinə  edilmədən xəstəliyin  31-ci günündən və bakterioloji 
müayinənin  nəticəsi  iki  dəfə  mənfi  olduqda  25-26  gün  sonra  xəstəxanadan  evə 
yazılır,  ancaq  tibbi  nəzarət  altına  almırlar.  Xəstə  ilə  təmasda  olan  və  əvvəllər 
göyöskürəklə xəstələnmiş uşaqlar, xəstə təcrid edilibsə, uşaq müəssisələrinə 14 gün 
buraxılmır (axırıncı təmasdan sonra). Əgər xəstə təcrid edilməyibsə, qalan uşaqları 
axinncı  öskürək  tutmasından  sonra  30  gün  müddətində  uşaq  müəssisəsinə 
gəlməkdən  azad  edirlər.  7  yaşından  yuxarı  uşaqlar  və  böyüklər  təcrid  edilmirlər, 
ancaq onların üzərində 14 gün ərzində tibbi nəzarət qoyulur. 
Uşaq  müəssisəsində  xəstəlik  baş  verdikdə  qrupda  və  ya  bütünlüklə 
müəssisədə  xəstəni  təcrid  etdikdən  sonra  14  gün  ərzində  karantin  qoyulur. 
Uşaqların  çox  hissəsi  xəstələnərsə  müəssisədə  aşağıdakı  təcrid  edilmiş  qruplar 
yaradılır:  a)  xəstə  uşaqlar  üçün;  b)  diaqnozu  müəyyən-  ləşdirilənə  qədər  təmasda 
olan  və  öskürən  uşaqlar  üçün.  Xəstəliyin  uşaq  müəssisələrinə  gətirilməsinin 
qarşısını almaq üçün yeni təşkil edilən qruplara uşaq qəbul etdikdə uşağın səhhəti 
haqqında  məlumat  toplanmasına  və  epidemiloji  anamnezə  fikir  vermək  lazımdır. 
Hər  gün  uşağı  qəbul  edərkən  valideynlərindən  uşağın  öskürüb-öskürmədiyini 
soruşmaq lazımdır. 
Öskürən  uşaqlar  qəbul  olunmayıb  evə  həkim  müşahidəsinə  göndərilir. 
Tərbiyəçilər qrupda öskürən uşaq aşkar etdikdə tibb işçilərinə xəbər verməlidirlər. 
Uşaq bağçalarından göyöskürəklə xəstə uşaqlar 
149 
downloaded from KitabYurdu.org


təcrid edilir. Xəstəlik tapılan qrupda axırıncı xəstə təcrid edilən vaxtdan etibarən 14 
gün  müddətində  karantin  qoyulur.  Xəstə  tapılan  qrupda  bütün  uşaqlar  və  işçilər 
törədicigəzdirənliyə  görə  müayinə  edilirlər.  Müayinə  2  dəfə  aparılır  (ya  2  gün 
dalbadal  və  ya  1-2  gün  intervalla),  müsbət  nəticə  alınarsa  müayinə  təkrar  edilir. 
Karantin  qoyulmuş  qrupa  ancaq  valideynlərin  razılığı  ilə  peyvənd  edilmiş  uşaqlar 
qəbul  edilə  bilərlər.  Qruplararası  təcridi  gücləndirmək,  mütəmadi  olaraq  otaqların 
havasını dəyişdirmək və uşaqların havada gəzinti müddətini artırmaq lazımdır. 
Göy öskürəkdə yoluxma mexanizminə təsir imkanları məhduddur. Xəstə evdə 
təcrid  edilirsə,  imkan  daxilində  onu  başqa  uşaqlardan  ayrı  otaqda  yerləşdirmək, 
imkan  olmadıqda  isə  pərdə  ilə  ayırmaq  lazımdır.  Törədici  xarici  mühitdə  davamsız 
olduğundan dezinfeksiya tədbirlərindən istifadə etmək əhəmiyyətsizdir. 
Göyöskürəyin  profilaktikasında  immunizasiya  həlledici  rol  oynayır.  Hazırda 
fəal  immunizasiya  məqsədilə  AGDT  vaksinindən  istifadə  edilir.  Ocaqda  tədbir 
apardıqda xəstənin özünün və onun ətrafında olan 6 yaşına qədər uşaqların peyvənd 
olunmasını  sənədlər  üzrə  müəyyən  etmək  lazımdır.  Bu  məlumatlara  əsaslanaraq 
xəstəyə qamma-qlobulin vurulub- vurulmaması məsələsi həll edilir (qamma-qlobulin 
AGDT vaksini ilə peyvənd olunmamış və ya peyvəndi sona çatdırılmayan bir yaşında 
və ya yuxan yaşlarda uşaqlara vurulur). 
Qeyd  edildiyi  kimi,  immunizasiya  assosiasiya  edilmiş  vaksin  ilə  birgə 
göyöskürək,  difteriya  və  tetanusa  qarşı  aparılır.  2  aylıq  uşaqlara  preparat  0,5  ml 
dozada  30  günlük  intervalla  3  dəfəyə  vurulur.  Qalan  revaksinasiyalar  difteriyanm 
revaksinasiyasında nəzərdə tutulmuş müddətlərdə apanlır. Difteriya keçiriblərsə və ya 
ona  qarşı  peyvənd  ediliblərsə,  6  yaşına  qədər  uşaqları  yalnız  göyöskürəyə  qarşı 
vaksinlə  peyvənd  edirlər.  Vaksini  1  ml  dozada  3-4  həftəlik  intervalla  3  dəfəyə 
vururlar. Peyvəndlər arasındakı intervalı gözləmək mümkün  olmadıqda onu 2,5 aya 
qədər  uzatmaq  olar.  Növbəti  revaksinasiyalar  difteriyanm  revaksinasiyalan  ilə 
birlikdə  apanlır.  Əvvəllər  epidemiloji  göstərişə  əsasən  peyvənd  olunan  uşaqlarda 
revaksinasiya  əvvəlki  peyvənddən  2  il  keçibsə,  göyöskürək  monovaksini  ilə  1  ml 
dozada aparılır, immunizasiya xəstəliyin səviyyəsini ciddi aşağı salmağa imkan verir. 
Qamma-qlobulinlə  passiv  profilaktika  xəstəlik  başlanmazdan  əvvəl  3  ml 
dozada bir gün intervalla 2 dəfə vurulduqda yaxşı nəticə verir, ilk növbədə qamma-
qlobulin  xəstə ilə  təmasda  olmuş, həyatın birinci aylarında olan və zəifləmiş  böyük 
uşaqlara vurulur. 
150 
downloaded from KitabYurdu.org


Yüklə 16 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə