Dərslik Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12. 06. 2009-cu IL tarixli, 17 saylı kollegiya iclasının və



Yüklə 16 Kb.
Pdf görüntüsü
səhifə51/117
tarix10.11.2017
ölçüsü16 Kb.
#9525
növüDərs
1   ...   47   48   49   50   51   52   53   54   ...   117

hallarda klinik xüsusiyyətləri ilə yanaşı,dərmanların tətbiqi ilə birbaşa bağlı və ya 
zərdabın ycridilmiəsi ilə əlaqədar səpkinin əmələ gəlməsi haqqında epidemioloji və 
anamnestik məlumatları nəzərə almaq vacibdir. 
Diaqnostikada həmçinin məxmərək zamanı qanm səciyyəvi dəiyşiklikləri də 
kömək edir. 
Müalicəsi.  Səpki  dövründə  yataq  rejimi  tövsiyə  olunur;  hər  hansı  dərman 
vasitələrinin tətbiqinə ehtiyac yoxdur. 
Profilaktika. Xəstələri cv şəraitində səpki anından 5 gün ərzində izolyasiya 
edirlər.  Dezinfeksiya  aparılmır.  Məxmərəkli  xəstə  ilə  təmasda  olan  uşaqlar 
digərlərindən ayrılmır. Məxmərəklə xəstələnməmiş və hamiləliyin birinci aylarında 
xəstə  ilə  təmasda  olan  hamilə  qadınlarda  hamiləlyin  pozulması  məsələsini  həll 
etmək  lazımdır.  Profilaktik  məqsədlə  qamma-qlobulinin  hamilə  qadına 
yeridilməsinin effektivliyi təsdiq edilməmişdir. Qanda leykopeniya, nisbi limfositoz 
və  plazmatik  hüceyrələrin  əmələ  gəlməsi  (10-30  %-ə  qədər)  müşahidə  olunur, 
bəzən  monositlərin  sayı  artır.  Bəzən  məxmərək  silinmiş  və  simptomsuz  keçir. 
Məxmərəyin  gedişi  və  nəticəsi  yaxşıdır.  Ağırlaşmalar,  o  cümlədən  ensefalit, 
cnsefalomielit  oldcuqca  nadir  hallarda  baş  verir.  Böyüklərdə  məxmərək  daha 
yüksək temperaturla, güclü baş ağrısı, əzələlərdə ağrılr, limfa düyünlərinin kəskin 
böyüməsi ilə müşayiət olunur. 
EPIDEMIK PAROTIT 
Epidemik  parotit  (svinka,  mumps)  -  kəskin  yoluxucu  xəstəlikdir,  əsasən 
qulaqətrafı  tüpürcək  vəzilərinin  zədələnməsi,  eləcə  də  digər  üzvlərin  patoloji 
prosesə  cəlb  edilməsi  ilə  səciyyələnir.  Təbii  şəraitdə  ancaq  insanlar  epidemik 
parotitlə  xəstələnirlər.  Heyvanların  süni  yoluxdurulması  nəticəsində,  xəstəliyi 
meymunlarda törətmək mümkün olmuşdur. 
Etiologiyası.  Epidemik  parotitin  virus  təbiətli  olması  ilk  dəfə  olaraq 
Yohnson  və  Goodpasture  tərəfindən  sübut  edilmişdir.  Müəlliflər  meymunun 
qulaqətrafı vəzinə epidemik parotitlə xəstənin tüpürcəyini yeridərək onlarda parotit 
yoluxucu  xəstəliyini  müşahidə  etmişlər.  Epidemik  parotit  virusu  (VEP,  nuımps 
virus)  paramikso  virus  ailəsinə,  paramiksovirus  cinsinə  aid  RNT-genomlu 
viruslardır.  Virusun  nukleokapsidi  150-180  nm  diametrdədir,  xarici  lipoproteyin 
qişası ilə örtülmüşdür, orada hemaqqlutinin, neyraminidaza, lesitsinaza və onları 
154 
downloaded from KitabYurdu.org


təyin  etmək  üçün  fermentlər  yerləşmişdir.  Antigen  quruluşu  sabitdir,  genetik 
rekombinasiyalar aşkar edilməmişdir. Müxtəlif yerlərdə əldə edilən ştamlar arasında 
fərq tapılmamışdır. 
Parotit  virusu  60°C-yə  qədər  qızdırıldıqda  20  dəqiqədən  sonra,  70°C-də  10 
dəqiqədən  sonra,  ultrabənövşəyi  şüaların  təsirindən  bir  neçə  dəqiqə  ərzində  məhv 
olurlar. Virus efirə, xloroforma, formalinə, göy metilenə həssasdır; D aktinomitsinə 
davamlıdır. Toyuq embrionlan parotit virusuna çox həssasdırlar. 
Patogenez və klinikası. Epidemik parotitin törədiciləri yoluxmuş tüpürcəklə 
hava damcısı vasitəsilə ağız və tənəffüs yollarına daxil olur. Ağızdan virus tüpürcək 
vəzilərinə, sonra isə qan dövranına daxil olur və cinsiyyət, mədəaltı vəzlərin və beyin 
qişalarının spesifik zədələnməsinə səbəb olur. 
Epidemik parotitdə inkubasiya dövrü 3 gündən 30 günə qədərdir (orta hesabla 
15-20  gün).  Xəstəlik  yüngül  nasazlıq,  əzginlik,  iştahanın  azalması  ilə  başlanır.  1-2 
gündən sonra çeynəmə zamanı ağn hissiyatı, ağızda quruluq və qulaqyanı vəzlərdən 
birinin şişməsi qeyd edilir. Şiş tədricən böyüyərək xəstəliyin 5-6-cı gününə kimi tam 
inkişafına  çatır.  Daha  2-5  gün  keçəndən  sonra  37-42%  xəstələrdə  ikinci  qulaqyanı 
vəzi  də  böyüməyə  başlayır.  Bəzən  bu  prosesə  çənəaltı  və  dilaltı  vəzilər  qoşulur. 
Adətən  hərarət  yüksək  olmur,  xəstəliyin  5-7-ci  günündə  normaya  enir.  Parotitin 
bəzən  atipik  gedişi  də  müşahidə  edilir.  Böyük  oğlan  uşaqları  və  kişilərin  20%-də 
xayaların  iltihabı  qeyd  olunur.  Az-az  hallarda  qadınların  cinsiyyət  və  mədəaltı 
vəziləri  zədələnir.  Parotitli  xəstələrin  1/3-də  xəstəlik  gizli  şəkildə  gedir.  Xəstəliyin 
proqonozu yaxşıdır, demək olar ki, ölüm qeyd edilmir. 
Xəstəliyi  keçirdikdən  sonra  xəstələrdə  davamlı  immunitet  yaranır.  Təkrar 
yoluxma  çox  az  hallarda  (1,5-3%  hallarda)  baş  verir.  Xəstəliyi  keçirənlərdə  parotit 
allergeninə qarşı yüksək həssaslıq əmələ gəlir, buna əsaslanaraq dəri-allergik sınağı 
təklif  edilmişdir.  Onun  vasitəsilə  əhali  arasında  parotit  xəstəliyinə  qarşı  immun 
təbəqənin səviyyəsi öyrənilir. 
Yoluxma  mexanizmi.  Epidemik  parotit  xəstəliyində  yoluxma  hava-damcı 
yolu ilə həyata keçir. Xəstəliyin törədicisi ətraf mühitə tüpürcək damcıları vasitəsilə 
xaric edilir, oradan isə ağzın selikli qişasına daxil olur. Digər hava-damcı yoluxucu 
xəstəliklərindən  fərqli  olaraq,  törədici  yuxan  tənəffüs  yollannda  deyil,  tüpürcək 
vəzilərində  yerləşir.  Bu  xəstəlikdə  kataral  əlamətlər  qeyd  edilmir,  virus  tüpürcəklə 
ifraz olunur. Xəstəlik  zamanı  tüpürcək ifrazı  azalır, o, qatılaşır  və törədicinin xaric 
olunması zəifləyir. 
155 
downloaded from KitabYurdu.org


 
Bəzi tədqiqatçılar qeyd edirlər ki, uşaq müəssisəsində parotit xəstəliyi daha 
sürətlə  yayılır.  Digər  qrup  tədqiqatçıların  fikrincə  uzun  sürən  gizli  və  əlamətsiz 
gedən xəstəliyin olması parotitin epidemik alovlanmasının qızılca və başqa kəskin 
tənəffüs  infeksiyalanna  nisbətən  “süst”  və  uzun  sürməsi,  aşağı  kontagiozluğu  və 
zəif yayılması ilə səciyyələnir. 
İnfeksiya  mənbəyi.  Epidemioloji  və  eksperimental  tədqiqatlar  nəticəsində 
sübut edilmişdir ki, parotit xəstəliyində törədicinin mənbəyi xəstəliyi kəskin, gizli 
və əlamətsiz keçirən şəxslərdir. Mütəşəkkil uşaq müəssisələrində gizli və əlamətsiz 
keçən  xəstəlik  növləri  epidemioloji  cəhətdən  təhlükəlidir.  Xəstəliyin  əlamətsiz 
keçməsi seroloji üsullarla müəyyən edilir, müayinə olunanların 13,3%-dən  30-
70%-də 
əkscisimlərin  titrlərinin  artması  qeyd  edilir.  Virusun  xaricə  ifraz  olunması 
inkubasiya dövründə və xəstəliyin başlanğıcının 5-8 günündə baş verir. 
Epidemioloji  xüsusiyyətləri.  Epidemik  parotit  hər  yerdə  yayılmışdır. 
Ərazidə  əhalinin  müxtəlif  qrupları  arasında  və  zaman  daxilində  qeyri-bərabər 
yayılmışdır.  Peyvəndin  aparıldığı  dövrdən  əvvəl  xəstəliyin  səviyyəsi  ilə  əhalinin 
sıxlığı  arasında  dəqiq  əlaqə  izlənirdi.  Xəstəlik  şəhərlərdə  kənd  yerlərinə  nisbətən 
2,3-4,0 dəfə çox qeyd edilirdi. 
Ayrı-ayrı illərdə baş vermiş xəstəliyin səviyyəsi də eyni deyildir. Xəstəliyin 
enməsi  dövründə  həm  şəhərdə,  həm  də  kənddə  elə  dövrlər  olur  ki,  1-3  ay 
müddətində  xəstəlik  ümumiyyətlə  baş  vermir.  Belə  fasilədən  sonra  xəstəliyin  baş 
verməsini  və  səviyyəsinin  yüksəlməsini,  bir  qayda  olaraq,  törədicinin  xaricdən 
gətirilməsilə əlaqədar olaraq müəyyən etmək mümkün deyildir. Epidemik prosesin 
inkişafını  və  dayanmasını  ancaq  kütləvi  immunitetin  həyata  keçirilməsi  ilə  əldə 
etmək  olar.  Xəstələnmənin  səviyyəsinin  qalxması  dövrünün  sonunda,  infeksiya 
mənbəyinin  artdığı  vaxtda  hələ  kifayət  qədər  həssas  şəxslər  qalır.  Baş  verən 
xəstələnmənin  səviyyəsinin  enməsini  törədicinin  virulentliyinin  azalması  ilə 
əlaqələndirmək  tələb  olunur.  Buna  oxşar  xəstəliyin  növbəti  artması  üçün  ancaq 
immuniteti  olmayanların  lazımi  sayda  toplanması  və  xəstəliyi  törətmək 
qabiliyyətinə malik törədicinin olması vacibdir. 
Epidemik parotit xəstəliyi ciddi fəsliliyə malikdir. Avropa, Asiya və Şimali 
Amerikada  xəstəlik  ən  çox  yaz  aylarında,  ən  az  isə  payız  aylarında  aşkar  edilir. 
Mərkəzi Amerika ölkələrində (Meksika, Venesuela, Boliviya) fəsli dəyişiklik qeyd 
edilmir.  Argentina  və  Uruqvayda  xəstələnmənin  səviyyəsinin  qalxması  payız 
aylarında və qışın 
156 
downloaded from KitabYurdu.org


Yüklə 16 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə