Dərslik Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12. 06. 2009-cu IL tarixli, 17 saylı kollegiya iclasının və



Yüklə 16 Kb.
Pdf görüntüsü
səhifə59/117
tarix10.11.2017
ölçüsü16 Kb.
#9525
növüDərs
1   ...   55   56   57   58   59   60   61   62   ...   117

E.coli-nin  kommensial  əhəmiyyətini  göstərirdi.  Sonralar  bağırsaq  çöplərinin 
patogenliyi haqqında danışmağa başladılar. Eyni zamanda peritonit, sidik yollarının 
iltihabı,  appendisit  və  bir  sıra  xəstəliklərdə  bu  mikroblann  iştirak  etməsi  haqqında 
məlumatlar  toplanırdı.  Bununla  əlaqədar  belə  fikir  yarandı  ki,  E.coli  bağırsaqdan 
kənar üzv və toxumlara düşərkən orada patoloji prosesə səbəb ola bilər, başqa sözlə 
desək, mikrob yaşama şəraitini dəyişərsə və sahibinin orqanizmi zəifləyərsə iltihab 
törədə bilər. 
Dispepsiyadan  ölən  uşaqların  nazik  bağırsağında  bağırsaq  çöplərinin 
tapılması  yenidən  E.coli  -  nin  bağırsaq  pozğunluqlarında  etioloji  əhəmiyyət 
daşıdığını  göstərdi.  Lakin  40-50-ci  illərdən  başlayaraq  bağırsaq  çöplərinin  antigen 
quruluşunun  öyrənilməsi  zamanı  bağırsaqda  patoloji  proses  törədən  bakteriyalaria 
xəstəlik törətməyənlər arasında fərq müəyyən edildi. 
Bağırsaq çöpləri 3 növ antigenə malikdir: O, K və N və ya somatik səthi və 
qamçı antigenləri. O - antigeninə görə 150-dən çox bağırsaq çöpləri qrupu müəyyən 
edilmişdir  ki,  hər  qrupun  öz  səthi  antigeni  var.  Qamçı  antigeni  həmişə  olmur 
(hərəkətsiz  növləri  qeyd  edilir).  Xəstəlik  törədən  bağırsaq  çöplərinin  səthi 
antigeninin olması onun patoloji prosesdə əhəmiyyətili rol oynadığını göstərir. Bəzi 
hallarda qamçı antigenin də patologiyada əhəmiyyəti var. 
Hazırda bağırsaqda patoloji proses törədən bağırsaq çöpləri arasında 4 qrupu 
ayırd edilir: 
1.
 
Entropatogen  bağırsaq  çöpləri  (EPBÇ),  bunlar  çox  vaxt  kiçik  yaşlı,  əsas 
etibarilə  1  yaşlı  uşaqlann  nazik  bağırsaqlarında  iltihab  (enterit)  törədirlər  (026, 
155,0111, 0125, 0142 və s.). 
2.
 
Enteroirıvaziv  bağırsaq  çöpləri  (EİBÇ)  uşaqlarda  (1  yaşdan  yuxan)  və 
böyüklərdə  yoğun  bağırsağın  epitel  hüceyrələrində  inkişaf  edərək  dizenteriyaya 
bənzər  xəstəlik  törədirlər.  Şigellalarda  olduğu  kimi,  kulturaların  çoxu  hind  donuzu 
və dovşanlarda keratokonyunktivit törədir. EİBÇ qrupuna hazırda 0124, 0143, 0151, 
0164 və s. seroqruplar daxildir. 
3.
 
Enterotoksigen  bağırsaq  çöpləri  (ETBÇ)  əsasən  uşaqlarda  (1-3  yaşlı)  və 
böyüklərdə (onlarda “səyahətçilərin xəstəliyi adlanır”) vəbayabənzər xəstəlik törədir 
(06, 08, 020, 0128, 0148 və b.). Enterotoksigen çöplər termostabil enterotoksin ifraz 
etmək  qabiliyyətinə  malikdir  ki,  bu  da  bağırsaq  boşluğunda  külli  miqdarda  maye 
ifraz  olunması  ilə  müşayiət  olunur.  Nəticədə  orqanizm  dehidratasiya  (susuzluq) 
vəziyyətinə düşür və ağır hallarda vəbayabənzər xəstəlik inkişaf edir. 
175 
downloaded from KitabYurdu.org


A  .Ent  er  ohemorragık  bağırsaq  çöpləri  (BHBÇ)  uşaqlarda  və  böyüklərdə 
kolitik  sindromla  müşayiət  olunan  dizenteriyayabənzər  xəstəlik  törədir  (0157,  0145 
və s.). Enterohemorragik çöplər sitotoksin ifraz edirlər və adheziya amilinə malikdir. 
Qeyd  etmək  lazımdır  ki,  EPBÇ  və  EtBÇ  qrupuna  aid  bakteriyalar  da 
enterotoksin  ifraz  edirlər.  ETBÇ,  EİBÇ,  EPBÇ  ştamlanmn  virulentliyi  daimi  deyil, 
törədicinin  dövr  etmə  vaxtı,  epidemik  prosesin  gərginliyi  zamanı  virulentlik  artır. 
Hazırda 
sübut 
edilmişdir 
ki, 
xəstələrdən 
əldə 
edilmiş 
kulturalar 
törədicigəzdirənlərdən  əldə  edilmiş  ştamlardan  daha  viruientlidir.  Patoloji  proses 
törədən bağırsaq çöpləri xarici mühitdə davamlıdırlar, hətta nəcis quruduqdada onlar 
sağ  qalırlar.  Bu  mikroblar  saprofit  qidalanma  vasitəsilə  də  yaşaya  bilirlər,  onlar 
kommensial çöplərin antoqonik təsirinə məruz qalmırlar. 
EPBÇ tərəfindən törədilən xəstəliklərdə uşaqlar əsas infeksiya mənbəyidirlər: 
uşaqlarda  qısa  inkubasiya  dövründən  (1-3  gün,  nadir  hallrda  7-8  gün)  sonra  ishal 
başlayır.  Nəcislə  külli  miqdarda  törədici  ifraz  edilir.  Tədqiqatçıların  əksəriyyətinin 
məlumatına görə xəstəliyin 1-ci həftəsində nəcis kütləsində EPBÇ-nin təmiz kulturası 
aşkar edilir, onun 
O  Q 
miqdarı  1  q  nəcisdə  10  -10  -a  çatır.  Təmiz  kulturanın  alınması  bağırsaqdan 
kommensial mikroblarm müvəqqəti sıxışdınlıb çıxarılmasına gətirib çıxarır. Xəstəlik 
nə qədər ağır keçirsə, bir o qədər törədici çox miqdarda və uzun müddət ifraz olunur. 
EPBÇ zamanı ilkin törədi ci gəzdirəni ik 2-3 həftədir. 
EİBÇ-lə yoluxduqda yoğun bağırsağın aşağı hissəsinin epitelinin zədələnməsi 
inkubasiya  dövrünün  3-6  günü  baş  verir.  Dizenteriyayabənzər  klinik  əlamətlər 
törədicinin güclü ifrazı (lq nəcisdə 10
8
  mikrob  hüceyrələri)  ilə  müşayiət  edir,  ancaq 
bu,  qısamüddətlidir,  7-  10  gündən  çox  davam  etmir.  EİBÇ-nin  gəzdiriciliyi  uşaqlar 
və böyüklər arasında qeyd edilir. 
ETBÇ-lə  yoluxma  zamanı  çox  qısa  inkubasiyadan  (1-2  gün)  sonra  xəstəlik 
başlanır,  törədici  yüksək  miqdarda  (lq  nəcisdə  10
8
  mikrob  hüceyrələri)  7-10  gün 
ərzində  ifraz  edilir,  rekonvalessentlərdə  xəstəliyin  başlanmasmdan  3  həftə  ərzində 
mikroblar ifraz olunur. 
EPBÇ  -  əsasən  təmas-məişət  yoluyla  yayılır.  Xəstəliyin  yayılmasında  uşaq 
müəssisələrində  işləyən  işçilərin  çirklənmiş  əlləri  mühüm  rol  oynayır.  Bu  zaman 
uşaqların qidalandınlması üçün nəzərdə tutulan müxtəlif əşyalar (əmziklər və b.) və 
ərzaq  çirklənir.  Süd  və  süd  məhsullarının,  əmziklərin  və  digər  əşyalann 
çirklənməsinin əsas səbəbi ondadır ki, eyni işçilər həm uşaqların tualetində, həm də 
176 
downloaded from KitabYurdu.org


Yüklə 16 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə