Dərslik Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12. 06. 2009-cu IL tarixli, 17 saylı kollegiya iclasının və



Yüklə 16 Kb.
Pdf görüntüsü
səhifə56/117
tarix10.11.2017
ölçüsü16 Kb.
#9525
növüDərs
1   ...   52   53   54   55   56   57   58   59   ...   117

Qeyd etdiyimiz kimi qarın yatalağı və paratiflərdə infeksiya mənbəyi xəstə və 
ya törədicigəzdirən ola bilər, ona görə də infeksiya mənbəyinə qarşı aparılan tədbirlər 
onların təcrid edilməsini nəzərdə tutur. 
Xəstənin infeksiya mənbəyi kimi təcrid edilməsi onun xəstəxanaya qoyulması 
ilə  əldə  edilir.  Xəstəliyin  vaxtında  aşkar  edilməsinin  böyük  əhəmiyyəti  vardır. 
Diaqnozu  vaxtında  qoymaq  üçün  hemokultura,  kopro  və  urokultura  almaq 
üsullarından, seroloji üsullardan (Vidal reaksiyası, eritrositar diaqnostikumla qoyulan 
passiv  hemaqqlutinasiya  reaksiyası  və  s.)  istifadə  edilir.  Diaqnoz  qoyulan  kimi 
ocaqda  xəstənin  yatağı  yanında  cari  dezinfeksiya  aparılır,  xəstə  xəstəxanaya 
göçürüldükdən sonra isə ocaqda yekun dezinfeksiya aparılır. Xəstənin ifrazatı (nəcis, 
sidik, qusuntu kütləsi) üzərinə ifrazatın 1/5 qədər xlorlu əhəng töküb qarışdırır və 1 
saat  ağzı  qapalı  qabda  saxladıqdan  sonra  ümumi  kanalizasiyaya  tökürlər.  Xəstənin 
ifrazatı ilə çirklənmiş əşya, qab və paltarlar 3-5%-li lizol, 1-3%-li xloraminlə, xəstəni 
daşıyan  nəqliyyat  isə  1%-li  xloramin  və  ya  0,5%  durulaşdınlmış  xlorlu  əhəng 
məhlulu ilə dezinfeksiya edilir. 
Bakteriyagəzdirənlər  ayaqyoluna  gedəndən  sonra  əllərini  sabunla  və  2%-li 
xloraminlə  yumalıdırlar.  Ayaqyolu  mütləq  dezinfeksiya  edilməlidir,  onun 
istifadəsində ayrıca əl dəsmalı və qab-qacaq olmalıdır. Xəstəxanadan çıxandan sonra 
6  aya  kimi  yemək  hazırlamaqdan  çəkinməli,  alt  paltarlarını  yumazdan  əvvəl 
qaynatmalıdır və s. Törədicigəzdirən sağıcıdırsa, südü sağdıqdan sonra onu istifadəyə 
verməzdən əvvəl qaynatmalıdır. 
2.
 
Yoluxma  mexanizminə  qarşı  aparılan  tədbirlər  yoluxma  yolu  və 
yoluxdurucu amillərə qarşı yönəldilir. Bu tədbirlərin sırasına: 
su 
mənbələrinin  abadlaşdın  İması  və  əhalinin  təmiz  su  ilə  təchiz  edilməsi,  quyuların 
sanitar-texniki  vəziyyəti  üzərində  ciddi  nəzarət  (nasos  qoyulması,  ictimai  vedrə  ilə 
təminat  və  s.),  su  və  müxtəlif  ərzaq  məhsullannm  çirklənməsinə  yol  verilməməsi, 
şəxsi  gigiyena  qaydalarının  gözlənilməsi,  milçəklərlə  mübarizə  və  s.  aiddir.  Su 
təchizatının  mərkəzləşdiriliməsi,  mərkəzi  kanalizasiya  sisteminin  yaradılması,  üzvi 
tullantıların  yaşayış  yerlərindən  kənar  edilərək  zərərsizləşdirilməsi,  əhalinin 
sanitariya  mədəniyyətinin  yüksəldilməsi,  milçəklərlə  mübarizə,  qidalanma  və 
kommunal  gigiyena  qaydalarına  ciddi  riayət  edilməsi  və  s.  bu  xəstəliklərin 
yayılmasının qarşısının abnmasmda böyük kömək göstərir. 
ictimai  yerlərdə  (vağzallarda,  məktəblərdə,  klublarda,  yataqxanalarda,  sahə 
düşərgələrində  və  s.)  su  təchizatı  üzərində  daim  nəzarət  qoyulmalıdır.  Suyun 
qaynadılması  ilə  yanaşı  su  saxlanılan  qabların  təmiz  saxlanmasına  diqqət 
yetirilməlidir. Kanalizasiyası olmayan yaşayış 
167 
downloaded from KitabYurdu.org


məntəqələrində  çirkablar  və  tullantılar  toplandıqları  yerdə  və  ya  kənara  daşınaraq 
zərərsizləşdirilməlidir. 
Fərdi  və  xüsusilə  ictimai  ayaqyoluların  dezinfeksiyası  daimi  nəzarət  tələb 
edir.  Həyətyanı  ayaqyolularını  yay  vaxtında  dezinfeksiya  etdikdə  duru  nəcis 
kütləsinin  üzərinə  hər  nT-ə  2  kq  miqdarında  quru  xlodu  əhəng  tökmək  lazımdır. 
Ayaqyolunun oturacağına, onun döşəməsinə və divarlarına 20% xlorlu əhəng südü 
çilənməlidir.  Əgər  ayaqyolu  təmizdirsə  bu  məqsədlə  3%-li  duruldulmuş  xlorlu 
əhəng  məhlulundan  da  istifadə  etmək  olar.  Mənzillərdəki  ayaqyollarında  0,5%-  li 
duruldulmuş  əhəng  məhlulu  və  bu  qatılıqda  xloramin  məhlulundan  istifadə  etmək 
olar. 
Qarın  yatalağı  və  paratiflərlə  mübarizə  tədbirləri  sistemində  qidalanma 
gigiyenasına görə nəzərdə tutulan sanitarıya nəzarətinin də böyük əhəmiyyəti vardır. 
Burada  əsas  məqsəd  ərzaq  məhsullarının  xəstəlik  törədiciləri  ilə  çirklənməsinin 
qarşısını  almaqdır.  Ərzaq  məhsullarının  çirklənməsinin  qarşısı  qida  obyektlərinin 
sanitariya  rejimini  gözləməklə,  ərzaq  məhsullarının  daşınması  qaydalarına  əməl 
etməklə,  xörəyin  hazırlanması  prosesini  mexanikləşdirməklə,  xörəkləri  hazır  olan 
kimi isti-isti paylamaqla, ərzaq məhsulları ilə məşğul olanların sanitariya sahəsində 
biliyini  artırmaqda,  milçəklərə  qarşı  mübarizə  aparmaqla  və  s.  yollarla  almır. 
Deyilənlərdən  göründüyü  kimi,  əhalinin  sanitariya  mədəniyyətini  artırmaqla 
infeksiyanın məişət-təmas yolu ilə yayılmasının qarşısını almaq olar. 
3.
 
Sağlam  həssas  şəxslərə  qarşı  aparılan  tədbirlər.  Bu,  əsasən  əhali  arasında 
spesifik  profilaktikanın  aparılması  yolu  ilə  əldə  edilir.  Qarın  yatalağı  və  paratifin 
spesifik  profilaktikası  planlı  şəkildə  və  epidemioloji  göstərişə  əsasən  həyata 
keçirilir.  Xəstəlik  qeyd  edilməyən  yaşayış  məntəqələrində  spesifik  profilaktika 
aparmağa ehtiyac yoxdur. 
Xəstəlik sporadik qeyd edilən və su təchizatı pis olan yaşayış məntəqələrində 
bu işi məhdud şəkildə aparmaq lazım gəlir. Bu zaman peyvəndlə ilk növbədə iaşə 
obyektləri (ərzaq ambarı, ərzaq mağazası, çörəkxana, südçülük ferması, yeməkxana 
və  s.),  su  təchizatı  sisteminin  işçiləri,  məktəb  süpürgəçiləri,  tarla  düşərgəsinə  su 
daşıyanlar, kommunal işçilər, zibil daşıyanlar, cəmaşirxana işçiləri və.s., həmçinin 
xəstəxananın  yoluxucu  bağırsaq  xəstəlikləri  şöbəsinin  işçiləri  əhatə  edilməlidir. 
Habelə mühacirlər, yeni tikintilərdə işləyənlər, torf və meşə materialları tədarükü ilə 
məşğul olanlar, nəqliyyat işçiləri və s. peyvəndlə əhatə olunmalıdır. Planlı peyvəndə 
7 yaşından yuxarı, 60 yaşına qədər kişilər və 55 yaşına qədər qadınlar cəlb edilirlər. 
İmmunitetin yaranma müddətini nəzərə 
168 
downloaded from KitabYurdu.org


Yüklə 16 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə