Dərslik Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12. 06. 2009-cu IL tarixli, 17 saylı kollegiya iclasının və



Yüklə 16 Kb.
Pdf görüntüsü
səhifə55/117
tarix10.11.2017
ölçüsü16 Kb.
#9525
növüDərs
1   ...   51   52   53   54   55   56   57   58   ...   117

Xəstəliyin dövrlərindən asılı olaraq xəstə onu əhatə edənlər üçün müxtəlif dərəcədə 
təhlükəlidir. 
Xəstəliyin  inkubasiya  dövründə  yoluxmuş  xəstə,  demək  olar  ki,  təhlükəli 
deyildir.  Xəstəlik  inkişaf  etdikdə  ətrafdakılar  üçün  onun  təhlükəsi  artır.  Xəstə 
xəstəliyin başlanmasının birinci günlərindən rekonva- lessensiya dövrü başa çatana 
qədər  yoluxucudur.  Tədqiqatçıların  məlumatına  görə,  qarın  yatalağı  və  paratiflərin 
törədicilərini  nəcislə  xəstəliyin  birinci  həftəsində  xəstələrin  55%,  ikinci  həftəsində 
52-61%, üçüncü həftəsində 73-76%, 4-cü həftəsində 48-50%, 5-ci həftəsində 2-8%, 
7-ci  həftəsindən  etibarən  isə  xəstələrin  2%-i  ifraz  edir.  Sidiklə  törədicinin  ifrazı 
xəstəliyin 2-3 həftəsində ancaq 30% xəstələrdə qeyd edilir. 
Xəstəlik  keçirənlərin  əksəriyyəti  rekonvalesensiyanm  1-2-ci  həftəsində  və 
yaxın 2-3 ayda törədicidən azad olurlar. Xəstəlik keçirənlərin təxminən 3-5%-i uzun 
müddət, bir qismi isə bütün ömrü boyu xroniki törədicigəzdirən olaraq qalır. Müasir 
dövrdə  xroniki  bakteriya-  gəzdirənlər  infeksiya  mənbəyi  kimi  mühüm  əhəmiyyət 
daşıyırlar.  Bu,  onunla  izah  edilir  ki,  nə  törədicigəzdirənin  özü,  nə  də  onu  əhatə 
edənlər  həmin  şəxsin  infeksiya  mənbəyi  olmasını  bilmir  və  yoluxmanın  qarşısını 
almaq üçün heç bir tədbir görmürlər. 
Yoluxma  mexanizmi.  Məlum  olduğu  kimi,  qarın  yatalağı  və  paratiflərin 
törədiciləri  xəstə  və  bakteriyagəzdirənin  orqanizmindən  nəcis  və  sidik  vasitəsilə 
xaric olur. Yoluxma isə qida və su vasitəsilə ağızdan baş verir. Başqa sözlə desək, 
qarın yatalağı və paratiflər üçün, digər bağırsaq xəstəliklərində olduğu kimi, fekal-
oral yoluxma mexanizmi səciyyəvidir. 
Yoluxma  amilləri qismində su, müxtəlif qida məhsulları, çirkli əllər, məişət 
əşyaları  (qab-qacaq,  dəsmal,  geyim  və  yataq  paltarları  və  s.)  və  milçəklər  iştirak 
edir. Beləliklə, yoluxma əsas etibarilə 3 yolla: məişət, qida və su yolu ilə baş verir. 
Paratif B zamanı xəstəliyin su yolu ilə yayılmasına az təsadüf edilir. 
Yoluxma yoluna müvafiq olaraq, bu xəstəliklərin epidemiyalarının 3 tipi - su, 
qida  və  məişət  epidemiyaları  ayırd  edilir.  Məişət  tipli  epidemiyalarda  xəstəliyin 
yayılmasında məişətdə istifadə edilən müxtəlif amillər iştirak edir (qab-qacaq, qapı 
dəstəyi,  dəsmal,  geyim  və  yataq  paltarları,  ev  əşyaları  və  s.).  Bu  tip  epidemik 
alovlanma  kontakt  (təmas)  epidemiyası  da  adlandırılır.  Yaşayış  yerlərində 
mənzillərin darısqallığı yoluxmanı intensivləşdirir. Məişət epidemiyaları uzun çəkir 
və  ləng  gedir.  Məişət  epidemiyalarının  sonu  adətən  su  və  qida  mənşəli  böyük 
epidemiyalarla nəticələnir. 
165 
downloaded from KitabYurdu.org


Xəstəliyin  qida  tipli  epidemiyası  üçün  səciyyəvi  cəhət  yoluxmanın  qida 
qəbulu  ilə  əlaqədar  olmasıdır.  Epidemioloji  təcrübə  göstərir  ki,  xəstəliyin 
yayılmasında  qida  məhsullarının,  xüsusilə  süd  və  süd  məhsullarının  törədicilərlə 
çirklənməsinin böyük əhəmiyyəti vardır. 
Qrupşəkilli  xəstələnmələr  daha  çox  ağzı  açıq  qabda  saxlanılmış  çiy  süddən 
istifadə etdikdə baş verir. Sağıcılar süd sağılan qabları (bidon, maye daşımaq üçün 
böyük  qab)  yumaq  üçün  təsadüfi  su  mənbələrinin  suyundan  istifadə  etdikdə,  süd 
daşman  sistemaları  isti  buxarla  zərərsizləşdirilmədikdə,  süd  zavodlarında  süd 
pasterizə edilmədikdə və s. südün törədicilərlə çirklənməsi həyata keçir. Süd ilə baş 
vermiş xəstəlik alovlanmaları adətən kəskin başlanır, xəstələrin sayı birdən-birə artır 
və  əsasən  törədicilərlə  çirklənmiş  süddən  istifadə  edənləri  əhatə  edir.  Infeksiya 
mənbəyi  təcrid  edildikdən  və  yoluxma  amilləri  zərərsizləş-  dirildikdən  sonra 
xəstəliyin alovlanması da tezliklə sönür. 
Qeyd  etdiyimiz  kimi  xəstəliyin  yoluxmasında  törədicilərlə  çirklənmiş  hər 
hansı bir ərzaq məhsulu - çörək, ət, pendir, dondurma, salatlar, soyuq ət məhsulları 
və s. də mühüm rol oynayırlar. Yuyulmamış meyvə, tərəvəz (xiyar, turp, yerkökü və 
s.)  xüsusilə  nəcislə  çirklənmiş  material  ilə  (çirkab  suları,  peyin)  kübrələnmiş 
torpaqda yetişdirilən tərəvəzlərin qəbul edilməsi bu cəhətdən çox təhlükəlidir. Bəzi 
ölkələrdə  yoluxmanın  çiy  istridiya  vasitəsilə  baş  verdiyi  qeyd  edilir,  ədəbiyyatda 
törədicilərlə  çirklənmiş  buz  və  içkilərdən  baş  vermiş  bir  neçə  xəstələnmə  hadisəsi 
haqqında məlumat vardır. Qann yatalağının yayılmasında milçəklər də iştirak edirlər, 
onlar  xəstələrin  ifrazatlarında  oturduqda  ayaqlan  çirklənir,  sonradan  isə  törədicini 
ərzaq  məhsullannın  üzərinə  keçirərək  yoluxmaya  səbəb  olurlar.  Xəstəliyin  yay 
fəslində artmasında milçəklərin rolu xüsusilə böyükdür. 
Profilaktika və mübarizə tədbirləri. Qarın yatalağı və paratiflərlə mübarizə 
kompleks şəkildə aparılır, bunlar: 
sanitariya-gigiyenik, 
epidemiya  əleyhinə  və  spesifik  immunizasiya  tədbirlərindən  ibarətdir.  Onların 
içərisində  sanitariya-gigiyenik  tədbirlər  əsas  yer  tutur  (əhalinin  keyfiyyətli  su  ilə 
təchiz  edilməsi,  kanalizasiya  sisteminin  genişləndirilməsi,  ərzaq  sənayesi 
müəssisələrində  və  ictimai  yeməkxanalarda  sanitariya-gigiyena  qaydalarına  ciddi 
riayət edilməsi, milçəklərin ləğv edilməsi və  s.). Xəstəliyə, onun yayılmasına qarşı 
mübarizə  epidemik  prosesin  üç  şərtinə  qarşı:  infeksiya  mənbəyi,  yoluxma 
mexanizmi və sağlam həssas orqanizmi yoluxmadan qorumaq istiqamətində aparılır. 
1.
 
İnfeksiya mənbəyinə qarşı aparılan tədbirlər. 
166 
downloaded from KitabYurdu.org


Yüklə 16 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə