Dərslik Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12. 06. 2009-cu IL tarixli, 17 saylı kollegiya iclasının və



Yüklə 16 Kb.
Pdf görüntüsü
səhifə63/117
tarix10.11.2017
ölçüsü16 Kb.
#9525
növüDərs
1   ...   59   60   61   62   63   64   65   66   ...   117

20 ml material götürülür və 1%-li peptonlu suya və ətli-peptonlu aqara əkilir. İlkin 
cavab  3-8  saatdan  sonra,  son  cavab  18-48  saatdan  sonra,  son  «mənfı»  cavab  36 
saatdan sonra verilir. 
Seroloji  müayinə  retrospektiv  diaqnostikanın  aparılmasında  istifadə  olunur 
(antigcnin  ncytrallaşdırılması  reaksiyası).  Vaksinasiya  olunmuş  şəxslərdə 
aqqlütininlər, vibrosid anlicisimlər və toksinlər aşkar edilir. Həmçinin İFR, QDHAR, 
HATR, ZPR istifadə olunur. 
Profilaktika  tədbirləri.  Vəbaya  qarşı  profilaktika  və  mübarizə  tədbirlərinin 
aparılması 
dövlətləıarası 
qəbul 
olunmuş 
beynəlxalq 
müqavilələr 
ilə 
qanuniləşdirilmişdir.  Belə  tədbirlərin  həyata  keçirilməsi  xəstəliyin  cndcmik 
ocaqlardan  kənara  çıxmasına,  eləcə  də  digər  ərazilərə  yayılmasının  qarşısının 
alınmasına gömək göstərir. 
Xaricdən gələnlər və ya bizim ölkədən xaricə gedib-qayıdanlar xəstəliyi ölkə 
ərazisinə  gətirə  bilərlər.  Bunu  nəzərə  alaraq,  xaricdən  gələnlərin  ölkə  ərazisində 
qəbul  edildikləri  yerlərdə  kaıantin  stansiyaları  (mərkəzləri)  təşkil  edilmişdir.  Bu 
mərkəzlərdə  həmin  şəxsləri  və  onların  gəldikləri  nəqliyyat  vasitələrini  xüsusi  tibbi-
sanitariya  müayinəsindən  keçilir,  sonra  müayinənin  nəticəsindən  asılı  olaraq 
müəyyən  tədbirlər  görürlər.  Bütün  bu  tədbirlər  haqqında  beynəlxalq  müqaviləyə 
müvafiq  olaraq  ÜST-ün  nəşr  etdirdiyi  xüsusi  dövri  bülletenlərdə  məlumat  verilir. 
Həmin bülletenlərdə vəbanın dünya ölkələrində yayılma yerləri, xəstələnmə, letallıq 
göstəriciləri  göstərilir.  Karantin  stansiyaları  bu  məlumatları  nəzərə  alaraq  təhlükəli 
regionlardan  xəstəliyin  gətirilmə-  məsi  üçün  tədbirlər  görür.  Belə  ölkələrdən  gələn 
şəxslər  xüsusi  otaqlarda  bakterioloji  müayinədən  keçirilirlər.  Onlardan  götürülmüş 
nəcis  və  qusuntu  mayesi  vəba  vibrionuna  görə  müayinə  edilir,  müayinənin  nəticəsi 
mənfi olduqda həmin şəxslərə yollarına davam etməyə icazə verilir. Vəba xəstəliyinə 
görə  şübhəli  yerlərdən  gələnlər  üzərində  də  eyni  qaydada  nəzarət  aparıhr.  Belə 
şəxslər  haqqında  getdikləri  ölkənin  səhiyyə  orqanları  xəbərdar  edilnlər.  Bizim  ölkə 
ilə  qonşu  ölkələrin  daxilində  xəstəlik  baş  verdikdə  həmin  sərhəd  rayonlarında  bu 
xəstəliyə  görə  diqqət  artınlır  və  hər  ehtimala  qarşı  hazırlıq  görülür.  Xəstəliyin 
yaranma  təhlükəsi  baş  verdikdə,  Səhiyyə  Nazirliyinin  əmrləri,  təlimati-  metodik 
göstərişlərinə əsasən vəba əleyhinə tədbirlər sistemi həyata keçirilir. 
Vəbanın  profilaktikasında  ətraf  mühitin  sağlamlaşdırılması  tədbirləri  aparıcı 
yer tutur. Açıq su hövzələrinin sanitar müzafizəsi xüsusi əhəmiyyət kəsb edir. Açıq 
su  hövzələrinin  sanitar  müzafizəsi  üzrə  tədbirlər  dəniz,  çay,  göl  sularının 
zərorsizloşdirilməsini və onların 
186 
downloaded from KitabYurdu.org


çirklənməsinə  yol  verilməməsini  nəzərdə  tutur.  Bununla  sudan  istifadə  növlərinin 
hamısının epidemioloji təhlükəsizliyi təmin olunur. 
Vəba  ocaqlarında  əhali  arasında  profilaktika  məqsədilə  kütləvi  kimyəvi 
profilaktika vasitələri özünü  doğurltmamışdır.  Belə ki,  antibiotiklərin uzun  müddətli 
təsiri  nəticəsində  bağırsağın  normal  mikroflorasınm  eliminasiyası  disbakterioza 
gətirib  çıxarır  və  vəbaya  qarşı  orqanizmin  həssaslığını  artırır.  Tetrasiklin  və 
sulfanilamidlər (sulfadimezin) yalnız xəstə ilə sıx təmasda olan şəxslərə verilir. 
Vəbaya qarşı mübarizə tədbirləri arasında spesifik profilaktika xüsusi yer tutur. 
Bu  məqsədlə  vəbaya  qarşı  hazırlanan  öldürülmüş  vaksinadan  və  xolerogen 
anatoksindən istifadə olunur. Bunlar 50- 70% peyvənd olunmuşların təhlükəsizliyini 
təmin edir. Peyvənd 7 yaşdan etibarən başlanır, dəri altına 7-10 gün fasilə verməklə 2 
dəfəyə vurulur. Revaksinasiya 1 ildən sonra aparılır. 
Əkscpidemik  tədbirlər.  Xəstə  və  törədicigəzdirənlər  dərhal  vəba  hospitalına 
hospitalizə  olunmalıdır.  Xəstələrlə  təmasda  olanlar,  KBİ  keçirən  şəxslər  izolyasiya 
edilməli  və  ya  xəstəliyin  maksimum  5  günü  müddətində  hospitalizasiya 
olunmalıdırlar. Belə şəxslər vəbaya görə bakterioloji müayinədən keçirilirlər (məqsəd 
- xəstə və vibrion- gəzdirənləri aşkar edib, onları təcrid etmək və bu yolla xəstəliyin 
yayılması  imkanını  aradan  qaldırmaqdır).  Bakterioloji  müayinə  1-ci  sutkalar 
(antibiotiklərlə təcili profilaktika aparılmazdan əvvəl) ərzində 3 dəfə aparılır. Xəstələr 
sağaldıqdan  sonra  təkrarən  3  dəfə  bakterioloji  müayinə  aparılmalı  və  müayinənin 
nəticəsi  əgər  hər  dəfə  «mənfi»  olarsa,  o  zaman  bu  şəxsləri  xəstəxanadan  evə 
buraxmaq olar. Qida müəssisələrinin işçiləri 5 dəfə bakterioloji müayinədən, ödün 2 
dəfə müayinəsindən sonra evə yazılırlar. 
Vəba  ilə  xəstələnmə  baş  verdikdə  xəstəlik  nə  qədər  tez  aşkar  edilərsə,  onun 
yayılmasının qarışısını bir o qədər tez almaq olar. Xəstəliyin erkən diaqnostikası onun 
klinikasına,  epidemioloji  anamnezə  və  bakterioloji  müayinənin  nəticəsinə  əsaslanır. 
Xəstələrin,  töıodi-  cigəzdirənlərin,  təmasda  olanların,  KBİ  ilə  xəstələrin 
hospitallaşdırıl-  ması  dezinfeksiya  mərkəzləri,  GEM-in  şöbələri,  təcili  tibbi  yardım 
tərəfindən  xüsusi  nəqliyyat  vasitəsilə  aparılır.  Törədicigəzdirənlər  3  ay  ərzində 
dispanser  müşahidə  altında  saxlanır  və  müayinəyə  cəlb  olunurlar:  1-ci  10  gündə  1 
dəfə, sonralar ayda 2 dəfə. 
Ocaqda  profilaktik  (suyun  xlorlaşdırılması)  və  ocaqlı  dezinfeksiya  (cari  və 
son)  aparılır.  Əşyalar  kamera  dezinfeksiyasında  işlənir.  Hazırda  ocaqda  aparılan 
karantin tədbirləri məhdudlaşdırıcı 
187 
downloaded from KitabYurdu.org


Yüklə 16 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə