Dərslik Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12. 06. 2009-cu IL tarixli, 17 saylı kollegiya iclasının və



Yüklə 16 Kb.
Pdf görüntüsü
səhifə61/117
tarix10.11.2017
ölçüsü16 Kb.
#9525
növüDərs
1   ...   57   58   59   60   61   62   63   64   ...   117

hövzələrində El-Tor vibrionları ilə törədilən vəba ocaqları aşkar olunmuşdur. 
4-
 
cü dövr 1977-1990-cu illəri əhatə edir. Bu dövrdə xəstələrin sayı tədricən 
azalmağa  başlamış,  lakin  El-Tor  vəbası  yer  kürəsinin  bütün  qitələrində  yayılmış 
(27-43  ölkədə  ildə  20-50  minə  qədər  xəstə  qeyd  olunurdu),  hətta  klassik  vəbanın 
yayılmadığı ölkələri do 
i ••  •• 
• • < • * 
burumuşdur. 
Dünyanın  bir  çox  ölkələrində  (Afrika,  Cənubi-şərqi  Asiya,  ABŞ,  Meksika 
körfəzinin  sahil  boyu  suyunda)  El-Tor  vəbasının  ikincili  endemik  ocaqları 
formalaşmışdı. Avropada və yüksək inkişaf etmiş ölkələrdə də xəstəliyin gətirilmə 
halları qeydə alınır. 1980-ci ilə qədər xəstələnmənin 83%-i Asiya ölkələrinin payına 
düşürdü.  Növbəti  5  il  ərzində  xəstələnmənin  xüsusi  çəkisi  Afrikada  yüksəlmiş  və 
62%-ə  çatmışdır.  4-cü  dövrdə  xəstələnmənin  səviyyəsi  Asiya  vəbasını  7-10  dəfə 
üstələmişdir.  1986-cı  ildən  başlayaraq  yenidən  xəstələnmə  Asiya  qitəsində 
artmışdır. 
5-
 
ci dövr 1991-ci ildən indiki dövrə qədər davam edir. Bu dövrdə dünyada 
xəstələnmə 125 mindən 700 minə qədər xəstə təşkil etmiş və hazırda xəstəlik 50-70 
ölkədə qeyd olunur. 
VII pandemiyanın başlanmasından etibarən onun endemik ocaqlardan digər 
ölkələrə  yerdəyişməsi  qeyri-bərabər  olmuşdur,  tik  onilikdə  vəba  ancaq  Asiya 
sərhədlərində yayılmış və yalnız 1970-ci ildə Afrika ərazisinə və Avropaya keçmiş, 
1973-cü  ildə  isə  ilk  vəba  xəstəsi  Amerika  qitəsində  -  ABŞ-da  aşkar  edilmişdir. 
Vəbanın  Cənubi  Amerikaya  keçməsi  üçün  30  il  vaxt  tələb  olundu  (1991-ci  il)  və 
tezliklə  yalnız  Latın  Amerikasının  ayn-ayrı  ölkələrində  vəba  qeyd  edilmirdi. 
Epidemiya cənubi Amerika qitəsinin əksər ölkələrini əhatə etmişdir. 
Ümumilikdə, dünya üzrə 7-ci pandemiya zamanı vəba ilə xəstələrin ümumi 
sayı endemik ölkələri təyin etmişdir. 1961-69-cu illərdə Cənubi Asiya (Hindistan
Banqladeş,  Nepal)  və  Cənubi-Şəıqi  Asiyada  (Filippin,  Malaziya,  Birma,  Tailand) 
dünya üzrə qeydə alınan vəba ilə xəstələrin 89,4%-i cəmlənmişdir. Bir sıra Afrika 
ölkələrində (Zair, Burundi, Qana və s.) davamlı endemik ocaqlar formalaşmışdır və 
orada vəba hər il yüksək səviyyədə aşkar olunur. 
Azərbaycanda  vəba  xəstəliyinin  I  epidemiyası  1823-cü  ildə  baş  vermişdir. 
Növbəti  100  il  ərzində  vəbanın  daha  10  epidemiyası  olmuşdur.  Epidemiyalar  hər 
dəfə  İrandan  keçmişdir.  Yalnız  1907-ci  ildə  şimaldan  Həştərxandan  keçmişdir. 
Epidemiyalar 1926-cı ilə 
180 
downloaded from KitabYurdu.org


qədər davam edir. Bu ildən etibarən vəba xəstəliyi qeyd olunmur. 
Azərbaycanda 1970-1972-ci illərdə vəba xəstəliyinin gətirilmə halları 
_ _____ 
qeydə alınmışdır (42 xəstə). O, iran, Hindistan, İordaniyadan gətirilmişdir. 
Müasir  dövrdə  hər  il  vəba  27-43  ölkədə  aşkar  olunur.  Bu  ölkələrin 
bəzilərində xəstəliyin yayılması ilk dəfə baş verir. 
Törədicinin  etiologiyası.  Müasir  dövrdə  dünyada  vəba  vibrionlarının  2 
biovarı  dövr  edir  -  Vibrio  cholerae  (klassik)  və  El-  Tor  vəbası.  Klassik  vibrionu 
1883-cü ildə R.Kox kəşf etmiş, El-Tor vibrionu isə Qotşlix tərəfindən  1905-ci ildə 
Afrikada  El-Tor  qəsəbəsinin  karantin  stansiyasında  aşkar  olunmuşdur.  Bu 
vibrionların  moıfoloji  və  antigen  quruluşları  oxşardır.  Ölçüləri:  uzunluğu-  1,5-4 
mkm,  eni  -  0,2-0,4  m  km-dir,  hərəkətlidir,  Qram-  mənfi,  O-somatik  və  H-qamçı 
antigeno malikdir. 
O-antigenin  əsasında yapon  alimləri  3  serovar  ayırd  etmişdir:  Oqava,  İnaba, 
Hıkoşima  (sonuncu  aralıq  serovar  olub  vəba  alovlanmalarında  nadir  hallarda  rast 
gəlir).  El-Tor  vəbası  ilə  törədilən  pandemiya  bütün  ölkələrdə  Oqava  scrovarı  ilə 
başlamışdır.  XX  əsrin  92-ci  illərində  Cənub-Şərqi  Asiyada  vəba  xəstəliyinin 
alovlanmaları  baş  vermişdir.  Bu,  vəba  serumu  ilə  aqqlütinasiya  olunmayan  0139 
(Benqal) serovarı ilə törədilmişdir. 
Cholerae  və  El-Tor  vibrionları  Hcyberqə  görə  1-ci  biokimyovi  qrupa,  01 
Oqava  (İnaba)  vəba  serumu  ilə  aqqlütinasiya  olunan  vibrionlaıa  aiddirlər.  Xarici 
mühitdə, həmçinin insanlardan vəba törədicilərinə oxşar vibrionlar ayırd olunurlar. 
Heyberqə görə bunlar da 1-ci qrupa aiddir, lakin 01 vəba serumu ilə aqqlütinasiya 
olunmurlar. Bu vibrionlar NAQ vibrionlar adlandırılan və ya 01 scıoloji qrupundan 
olmayan  vibrionlardır,  90  sərbəst  serovarlan  vardır.  Bunların  bir  hissəsi  KBX-in 
əmələ gəlməsində iştirak edirlər. 
Vəba vibrionları ekzotoksin (xolerogen) - məsələn, 0139 serovarı (Benqal) və 
endotoksin  ifraz  edirlər.  Ekzotoksin  (xolerogen)  bağırsağa  düşərkən  nazik 
bağırsağın  Peyer  düyüncüklorinin  M-  hüccyrələrində  bir  neçə  dəqiqə  ərzində 
adsorbsiya olunur. Toksin və nazik bağırsaq hüeyrələıinin membran qanliozidlərinin 
qarşılıqlı təsiri nisbətində kompleks əmələ gəlir. Bu kompleks bağırsaq hüceyrəsinin 
daxilinə  keçir.  Toksiki  kompleks  hüceyrədə  siklik  adenozin-monofosfatın  əmələ 
gəlməsini  kəskin  surətdə  gücləndirir  (15  dəfə  və  daha  çox  aıta  bilər).  Bu,  öz 
növbəsində endotoksik effekt verir, hüceyrə ilə mayenin şiddətli ifrazı başlanır. 
181 
downloaded from KitabYurdu.org


Vəba  vibrionlarmın  yaşama  müddəti  müxtəlif  qida  məhsullarında  bir  neçə 
saatdan  7  günə  qədərdir.  Süddə,  ət  məhsullarında  hətta  artıb  çoxalırlar.  Məişət 
əşyaları  üzərində  -  14-20  saat,  qaranlıqda  -  24-34  saat  salamat  qalırlar. 
Qaynadılmamış  suda  8-10°C-də  El-Tor  vibrionu  18  gün,  soyuqda  isə  daha  çox 
yaşayır, çay buzunda yaxşı qalırlar. Çirkab quyularında 2-3 gün, çirkab sularında 24-
30 saat yaşayırlar. 
Meyvə-tərəvəzin  realizasiyası  zamanı  insolyasiyanın  zərərsizləş-  dirici  təsiri 
nəzərə alınmalıdır. Meyvə-tərəvəz üzərində insolyasiya zamanı yüksək temperaturda 
8  saat  ərzində  məhv  olur,  insolyasiya  olmadıqda  isə  2-8  gün  ərzində  yaşayırlar. 
Müəyyən edilib ki, çay hövzələrinin suyunda bir neçə aya qədər yayşayırlar. El-Tor 
vibrio-  nunun  uzun  müddətli  sirkulyasiyası  dəniz,  kanalizasiya  sisteminin,  hamam 
sularının  suyunda  aşkar  olunub.  Bununla  da  su  mənbələrində  vibrionun  ikincili 
endemik ocaqlarının yaranması baş verir. 
Vibrionlar  saprofit  mikrofloranın  antaqonistik  təsirinə  qarşı  həssasdırlar. 
Xüsusilə turşuların təsirinə yüksək həssasdırlar. Duz və slufat turşularının 1:10 000 
nisbəti vibrionu bir neçə saniyə ərzində məhv edir. Mədənin turş möhoviyyatında El-
Tor  vibrionunun  məhv  olması  həzm  sisteminin  vəziyyətindən,  qidalanmanın 
xarakterindən, orqanizmin rezistentliyindən və törədicilərin dozasından asılıdır. 
m m 

Ümumiyyətlə, El-Tor vibrionu klassik vibriona - V.cholerae nisbətən xarici mühitdə 
daha davamlıdır. 
Dezinfeksiyaediei  prcperatİar  -  1%-li  xloramin,  1-2%-li  xlorlu  əhəng,  1%-li 
fenol, 3%-li lizol məhlulları törədiciləri 15-30 dəqiqə ərzində məhv edirlər. 60°C-də 
10 dəqiqə, 100°C-də dərhal məhv olurlar. 
İnfeksiya  mənbəyi.  Vəba  yalnız  insanlarda  müşahidə  olunur.  İnfeksiya 
mənbəyi  xəstə  insan,  rekonvalcssent-törədicigəzdirəıı  və  sağlam  törədicigəzdirən 
hesab olunur. 
Törədicigəzdirənlər  və  xəstələr  arasında  olan  say  nisbəti  konkret  sosial 
şəraitdən,  o  cümlədən  yaşayış  yerlərinin  sanitar  vəziyyətindən,  əhalinin  mədəni 
səviyyəsindən,  tibbi  xidmətin  həcmindən  və  keyfiyyətindən  asılıdır.  Bir  xəstəlik 
hadisəsinə 2-10-dan -100-ə qədər törədicigozdirənlik halları düşür. 
Yaşayış  yerlərinin  sanitar  vəziyyətinin  səviyyəsi  və  əhalinin  sanitar 
savadlılığı, müalicə-profilaktik yardımın göstərilməsi həcmi nə qədər yüksək olarsa, 
törədicigəzdirənlərin sayı bir o qədər az olar. 
İnfeksiya mənbəyinin yolu x dur uculuq dövrü. Törədicilərin  xəstə orqanizmdə 
yaşama müddəti adətən 1-2 həftə çəkir. Rekonvalessent 
187 
downloaded from KitabYurdu.org


Yüklə 16 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə