Dərslik Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12. 06. 2009-cu IL tarixli, 17 saylı kollegiya iclasının və



Yüklə 16 Kb.
Pdf görüntüsü
səhifə62/117
tarix10.11.2017
ölçüsü16 Kb.
#9525
növüDərs
1   ...   58   59   60   61   62   63   64   65   ...   117

lörədicigəzdirmə adətən 7 gün, bəzən isə 3 həftə çəkir, lakin uzun müddətli (bir neçə 
ay)  vibıiongəzdirmə  hallan  da  təsvir  olunmuşdur.  Sağlam  törədicigozdironlər 
vibrionlaıı  5-14  gün  ərzində  ifraz  edirlər,  El-Tor  vibrionu  isə  7  ilə  qədər  də  ifraz 
edilə bilər. Antibiotiklərlə müalicə zamanı törədicinin ifrazı 2-3 gündən artıq olmur. 
Vəba xəstəliyində törədicigəzdirmə dövri xarakter daşıyır. Törədicilərin ifraz 
olunması  ödlə  də  mümkündür.  Sağlam  insanın  yoluxması  xəstəyə  xidmət  etdikdə, 
törədicigəzdirənlərlə  təmasda  olduqda,  açıq  su  hövzələrinin  suyunda  çimdikdə  və 
onlardan istifadə etdikdə, törədicilərlə çirklənmiş qida məhsullannı qəbul etdikdə baş 
verir. Səthi su mənbələrində vibrionların qatdığı 1 litr suda 10-5000 vibrion arasında 
dəyişir. Tək-tək xəstəlik hallannm baş verməsi üçün 1 litr çay suyunda 75 vibrionun 
olması kifayətdir. 
Yoluxma  mexanizmi._Vəba  xəstəliyi  üçün  fckal-oral  yoluxma  mexanizmi 
səciyyəvidir. Qusuntu kütləsi, nəcis, çirklənmiş su, o cümlədən çirkab, hamam, çay, 
dəniz  suları,  soyuq  içkilər,  qida  məhsulları,  ilk  növbədə  süd,  həmçinin  çirkli  əllər, 
məişət əşyaları, milçəklər yoluxma amilləri hesab olunur. Xəstəlyiin yayılmasında su 
yolunun əhəmiyyəti daha böyükdür. 
1968-ci  ildə  vəbanın  7-ci  pandcmiyasının  gedişi  zamanı  alınan  materiallara 
əsaslanaraq  ÜST-ün  ekspertləri  açıq  su  hövzələrini  də  sərbəst  yoluxdurucu  mühit 
hesab  etdilər.  Su  ekosistemlərdə  persistə  edərkən,  vəba  vibrionu  suda  yaşayan 
orqanizmlər və bitkilərlə biosenotik əlaqələrə girirlər. Vəba vibıionunun su giansini 
ilə  əlaqəsi  aşkar  edilmişdir.  Su  giasinlərinin  köklərində  vibrionların  miqdarı  onları 
əhatə  edən  suda  olan  miqdarından  300  dəfə  çoxdur.  El-Tor  vibrionu  isə 
onurğasızlann  xitinini  qida  substratı  kimi  istifadə  edirlər.  Buna  görə  də,  son  illər 
vəba xəstəliyi su sapıonozu hesab edilir. 
Təbii şəraitdə vəba vibrionu mürəkkəb sirkulyasiya mexanizminə malik olub 
buraya hidıobiontlar (balıqlar, qurbağalar, xər- çəngkimilər) və quşlar qoşulur. Vəba 
vibrionları  su  ilə  hidro-  biontlaıın  orqanizminə  düşərkən  onların  həzm  kanalında 
artıb  çoxalırlar.  Bu  məhsulların  çiy  halda  və  kifayət  qədər  bişirilmədən  yeyilməsi 
zamanı yoluxma baş verir. 
İnfeksiya  mənbəyindən  minlərlə  km  uzaq  məsafədə  yerləşən  açıq  su 
hövzələrinin suyuna vibrionların düşməsi və artması köçəri su quşları ilə vasitəsilə 
həyata keçirilir. Uzaq ölkələrdən gələn bu quşlar vəba vibrionları ilə kontaminasiya 
olunmuş molyuskları da daşıyırlar. 
183 
downloaded from KitabYurdu.org


Həssaslıq.  Törədicinin  uzun  müddətli  sirkulyasiyası  qeyd  olunan  ərazidə 
latent  immunizasiya  nəticəsində  əhalidə  xəstəliyə  qarşı  rezistentlik  yaranır  (məişət 
immuniteti).  Uşaqlar  yaşlılara  nisbətən  daha  çox  xəstələnirlər.  Törədicinin 
sirkulyasiyası  qeyd  edilməyən  ölkələrdə  yüksək  xəstələnmə  göstəricisi  20-50  yaşlı 
şəxslərdə aşkar olur. Xəstəlik keçirmiş şəxslərdə antibakterial və antitoksik davamlı 
(3 il davam edir) immunitet yaranır. 
Kişilər qadınlara nisbətən daha çox xəstələnirlər Kişilərin xəstəliyə daha çox 
yoluxması onların əhalinin ən çox hərəkətli, yerdəyişən təbəqəsi olması ilə bağlıdır. 
Əksər  hallarda  onlar  yoluxmadan  əwəl  alkoqoldan  istifadə  etmişlər  ki,  bu  da 
mədənin baryer funksiyasını pozmuşdur. 
Çirklənmiş  süddən  içdikdə  isə  daha  çox  uşaqlar  yoluxmuşlar,  qidada 
yoluxmuş  balıq,  xərçəng  və  digər  dəniz  məhsullarının  lazımi  termiki  emaldan 
keçirilmədən işlədilməsi isə əsasən böyüklərin yoluxmasına gətirib çıxarır. 
Peşədən və əmək fəaliyyətindən asılı olaraq, xəstələnmə və vibriongəzdirmə 
göstəriciləri arasında müəyyən asılılığın olması aşkar edilir. Bu, dəniz nəqliyyatında 
işləyənlər, balıqçılar və s. peşələrdə işləyən şəxslər arasında xəstəliyin yüksək olması 
ilə izah edilir. Bundan başqa, qeyri-düzgün həyat tərzi keçirən şəxslər, o  cümlədən 
həzm sisteminin işində müəyyən pozğunluqları olan (axiliya), qastritlər, xolesistitlər 
hepatitlərlə xəstələr, həmçinin alkoqola aludə olanlar daha çox xəstələnirlər. 
Vəba əvvəllər qeyd edilməyən ərazilərə (intakt ərazi) gətirildikdə əsasən aktiv 
yaşda olan şəxslər xəstələnirlər. 
Vəbanın  alovlanmaları  adətən  ilin  isti  dövrlərində  baş  verir  və  soyuqlar 
düşdükdə çox vaxt alovlanmalar dayanır. 
İnkubasiya dövrü bir neçə saatdan 5 günə qədər, adətən 2-3 gün sürür. 
Xəstəliyin klinik təzahürləri. Tipik hallarda vəba müxtəlif klinik formalarla 
xarakterizə olunur. 
1.
 
Enterit  -  vəba  enlerili  tez-tez,  ağrısız  defekasiya  ilə  səciyyələnir,  orada 
selik və qan yoxdur, nəcisin rəngi getdikcə ağarır, öz adi iyini itirir (həmçinin nəcis 
xarakterini də itirir). 
2.
 
Ovla-ağır  forma  -  qastroenteril.  Bu  dövrdə  dcfckasiyanın  sayı  30-a  çatır. 
«Düyü  həlimi»nə  bənzəyən  ishala  şiddətli  qusma  da  qoşulur  (vəba  diarcyası). 
Patoloji  material  törədicinin  təmiz,  kulturası  sayılır.  Belə  ki,  1  ml  mayedə  10M0
9
 
vibrion vardır. Bu dövrdə güclü 
184 
downloaded from KitabYurdu.org


dehidratasiya  baş  verir  -  sutka  ərzində  xəstə  30-40  1  maye  itirə  bilər.  İntoksikasiya, 
qanın  laxtalanması,  hipokaliemiya,  hipopıoteinemiya,  asidoz,  qıcolma  əlamətləri 
müşahidə olunur. 
3.
 
Ağır, alhid forma - bu dövrdə ağır intoksikasiya simptomları üstünlük təşkil 
edir.  Xəstəliyin  təhlükəsi  azalmır,  ishal  dayanır,  qusma  azalır.  Xəstənin  temperaturu 
35,5°C, hətta 34°C-yə qədər düşür. 
Eksikoz  nəticəsində,  yəni  orqanizmin  susuzlaşması  zamanı  Hippokrat  sifəti 
əmələ gəlir, turqor aşağı düşür, dəri qırışır və göyərir, ürək-damar sisteminin fəaliyyəti 
aşağı  düşür  (sapvari  nəbz,  səthi  tənəffüs),  lakin  xəstənin  huşu  aydın  qalır,  anuriya, 
anoksiya,  afoniya,  asfiksiya  müşahidə  olunur.  Xəstəliyin  bu  dövründə  60%  hallarda 
ölüm  baş  verir.  Alqid  formalı  xəstənin  vaxtında  müalicəsi  zamanı  onu  xilas  etmək 
mümkündür. 
Əgər bu mərhələdə ölüm baş vermirsə, xəstəlik reaktiv fazasına keçir ki, onun 
başlanması ilə bərabər diurez bərpa olunur və xəstənin səhhətində yaxşılaşmaya meyl 
yaranır.  Bəzən  isə  vəba  tutmalarının  təkrarlanması  qeyd  olunur,  yəni  xəstəlik  vəba 
tifoidi  fazasına  keçir.  Bu  halda  xəstənin  bədən  temperaturu  kəskin  yüksəlir,  huşun 
tutqmılaşması  baş  verir,  rozeolyoz  xarakterli  səpkilər  əmələ  gəlir,  yenidən  ishal 
yaranır və 80-90% hallarda vəba tifoidi ölümlə nəticələnir. 
Ağır ildırım şəkilli vəba  -  bu  zaman  yoluxma  anından  alqid  formadan  ölümün 
baş venıəsinə qədər olan müddət cəmi 14-18 saat təşkil edir. Bəzən isə vəba «quru» 
formada  keçir.  Bu  zaman  ancaq  intoksikasiya  əlamətləri  inkişaf  edir.  Xəstəliyin  bu 
formasında  ölüm  faizi  çox  yüksəkdir.  Bununla  yanaşı,  xəstəliyin  atipik  formaları  - 
olduqca yüngül keçən silinmiş ambulator və gizli formaları  - inappaıant infeksiya da 
müşahidə olunur. 
Vəbanın  klinik-patogenetik  təsnifatı  xəstənin  suzulaşma  dərəcəsinə  görə 
əsaslanmışdır: 1-ci dərəcədə maye itkisi bədən çəkisinin 1- 3%-ni; 2-ci dərəcədə - 4-
6%; 3-cü dərəcədə - 7-9%; 4-cü dərəcədə (alqid) - 15%-i təşkil edir. Daha çox 1 və II 
dərəcə rast gəlir (70-85%). 
Müalicə duzlu məhlullar, tetrasiklin sırasından olan antibiotiklər, simptomatik 
vasitələrlə aparılır. 
Laborator  diaqnostika.  Xəstəliyə  düzgün  diaqnoz  qoymaq  üçün  bakterioloji 
müayinənin  böyük  əhəmiyyəti  vardır.  Müayinə  materialları:  nəcis,  qusuntu  kütləsi, 
meyitlərin  öd  kisəsinin  və  bağırsaq  möhtəviyyatı,  həmçinin  xəstənin  ifrazatları  ilə 
çirklənmiş  ətraf  mühit  obyektləridir.  Müayinə  xəstəliyin  bütün  dövrlərində  xüsusi 
laboratoriyalarda materialın mikroskopik müayinəsi ilə aparılır. Nəcisdən 10- 
185 
downloaded from KitabYurdu.org


Yüklə 16 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə